Microsoft Word fm idar?Etm? M?Diniyy?Ti 2013. doc



Yüklə 5,43 Mb.
Pdf görüntüsü
səhifə22/315
tarix29.09.2017
ölçüsü5,43 Mb.
#2407
1   ...   18   19   20   21   22   23   24   25   ...   315

Fuad Məmmədov

 

 

48



Prosperity  İnstitute” institutunun direktoru Riçard Florida və Kanada Al-

bertа universitetinin professoru, kulturoloq Niko Şter  əmindirlər ki, bəşə-

riyyətin gələcəyi “biliklər cəmiyyətinin” və “kreativ sinfin” – “gələcəyi də-

yişən insanların” ardıncadır. “Bilik cəmiyyətində” elmin aparıcı rolunu xü-

susi qeyd edən Niko Şter haqlı olaraq qeyd edir ki, “elmdə və onun vasitə-

silə elə bir yeni aləm yaranır ki, orada bilik bütün sahələrdə (tərəfimizdən 

qeyd edilmişdir – F.M.) və artan ölçüdə insan fəaliyyətinin əsas və rəhbər 

prinsipinə çevrilir.” Kulturoloji biliklər, səriştəlilik və  məsuliyyət uğurlu 

və sabit inkişafın şərtidir. Bu gün universal kulturoloji biliklər olmadan elm 

və texnologiyanın, tibb və ekologiyanın, dövlət idarəçiliyi və hüquq siste-

minin inkişafını təmin etmək üçün zəruri olan təhsilin yüksək keyfiyyətini 

təsəvvür etmək çətindir. Bu gün kulturoloji biliklər sənaye və kənd təsərrü-

fatı istehsalı, tikinti və nəqliyyat, ticarət və xidmət sahələrindəki ehtiyacları 

ödəmək üçün ixtisaslı fəhlə qüvvəsi resurslarının formalaşdırılması üçün də 

zəruridir. Əmək bazarı tələbatına uyğun olaraq, mütəxəssislərin yenidən ha-

zırlanması, müxtəlif peşələrə və maraqlara malik insanlarda universal kul-

turoloji biliklərin formalaşdırılmasını da tələb edir.  

Beləliklə, bu gün kulturologiya insanın inkişafı  və effektiv idarəetmə 

üçün universal elmi əsasdır. O, insanın həyat fəaliyyətinin rəqabət qabiliy-

yətli texnologiyalarının, cəmiyyətin sosial tələbatlarına və zamanın çağırış-

larına uyğun idarəetmə metodlarının işlənib hazırlanmasında  əvəzedilməz 

rol oynayır. Universal kulturoloji biliklərin danılmaz üstünlükləri ondadır 

ki, geniş biliklərə malik siyasətçilər, məmurlar və mütəxəssislər mürəkkəb 

problemlərdə daha yaxşı istiqamət alırlar və həyat dialektikası ilə şərtlənən 

dəyişən  şərait və yeni texnologiyalarla bağlı gözlənilməz situasiyalarda 

düzgün qərarlar qəbul edə bilərlər. Özünün inteqral xüsusiyyətinə görə, kul-

turologiya, həm də qarşılıqlı anlaşma, ziddiyyətlərin aradan qaldırılması və 

xalqlar arasında səmərəli əməkdaşlığın yaradılması üçün zəruri olan univer-

sal ümumbəşəri dildir. O, yalnız mədəniyyətlərin və sivilizasiyaların dialo-

quna deyil, həm də  həyatın mənasının axtarışına, həqiqət axtarışında olan 

insanın fundamental təyinatının dərk edilməsinə, bəşəriyyətin gələcəyi üçün 

мəsuliyyətin formalaşmasına kömək edir. Kulturologiya, mədəni uyğunsuz-

luğu aradan qaldıraraq, müxtəlif millətlərə və dinə, yaşa, cinsə, irqə və ya-

şayış yerinə malik insanlara birləşmək imkanı verən universal mədəni prin-

sipləri formalaşdırır.  

Dünya sivilizasiyasının qloballaşması və çağırışları ilə əlaqədar dialek-

tik dəyişikliklər şəraitində dövlətin daxili və xarici siyasət prinsipləri, me-

yarları  və  dəyərlərinin işlənib hazırlanmasında, cəmiyyətin institusional tək-

milləşdirilməsində  və insan münasibətləri və beynəlxalq münasibətlər mədə-

niyyəti texnologiyalarının permanent yaxşılaşdırılmasında kulturologiyanın 




İdarəetmə mədəniyyəti 

 

49



mühüm metodoloji rolunu qeyd etmək lazımdır. Bunu nəzərə alaraq, müva-

fiq peşə  təhsili olan ekspertlərin çalışmalı olduğu  ədliyyə, iqtisadiyyat və 

bəzi digər sahələr istisna olmaqla, bütün səviyyələrdə dövlət və sosial ida-

rəçiliyinə kulturoloqların cəlb edilməsi idarəçilik fəaliyyəti keyfiyyətinin 

yüksəldilməsi üçün geniş perspektivlər açır.  

Kulturologiyanın geniş diapazonu onun fənlərarası xarakter daşıması ilə 

şərtlənir. Bu fundamental elm bir çox sosial, humanitar və təbiət elmlərinin 

metod və nailiyyətlərini özünə inteqrasiya edir. Bu, tarix və fəlsəfə, antro-

pologiya və psixologiya, sosiologiya və politologiya, iqtisadiyyat və hüquq, 

coğrafiya və ölkəşünaslıq, tibb və ekologiya, diplomatiya və dinşünaslıq, fi-

lologiya və dilçilik, sənətşünaslıq və pedaqoqikadır. Bununla yanaşı ənənə-

vi elm sahələrini dəyişdirməyərək, o özünün xüsusi metodologiyasına, ob-

yekt və predmet tədqiqatlarına malikdir. Kulturologiyanın obyekti – insanın 

yaradıcı həyat fəaliyyəti, onun tarixi və pozitiv nailiyyətləridir. Kulturolo-

giyanın predmeti - həyat fəaliyyətinin daha effektiv prosesləri və texnologi-

yalarının, dəyər və normalarının tədqiq edilməsi, mədəniyyət və sivilizasi-

yanın inkişaf qanunlarının aşkar edilməsi, dövlət siyasətinin praktik tövsi-

yələri və strateji modellərinin, insanın, cəmiyyətin, dövlətin və dünya birli-

yinin tərəqqipərvər və təhlükəsiz inkişafının yeni metod və imkanlarının iş-

lənib hazırlanmasıdır.  

Məlum olduğu kimi, insanın şüuru onu əhatə edən real aləmi yalnız əks 

etdirmir, həm də onu yaradır.  Kulturologiyanın yüksək mənəvi  əhəmiyyəti 



həm də onunla şərtlənir ki, o, insan şüurunun pozitiv dəyişdirilməsi yolu ilə 

sosial şərin aradan qaldırılmasına imkan verir. Əfsuslar olsun ki, real həyat-

da ədalətsizlik və yalan kifayət qədərdir. Əgər biz bəşəriyyəti obrazlı olaraq, 

кürə formasında təsəvvür etsək, orada Xeyirlə Şərin dialektik vəhdətdə oldu-

ğunu görərik. Xeyir – məhəbbətə, biliyə və yaradıcı əməyə əsaslanan mədə-

niyyət, “həyat sferasıdır”. Şər –insan təbiətinin tamahkarlıq, həsəd və yalan, 

ikiüzlülük və zorakılıq, ikili əxlaq və xəyanət kimi keyfiyyətləri ilə şərtlənən 

ruhi və maddi pozulmalardır, hər şeydən əvvəl, mənəvi destruktiv proseslər-

dir.  İnsanın neqativ keyfiyyətləri arasında tamahkarlığı  və paxıllığı xüsusi 

qeyd etmək lazımdır. Paxıllıq – cahillik üçün əlverişli şərait olan şəri yaradır. 

Buna görə də mədəni tərbiyə və inkişafın köməyi ilə paxıllığı aradan qaldıra-

raq, biz sosial şərin azaldılmasına, deməli, “həyat kürəsini" təşkil edən хeyi-

rin və mədəniyyət sahəsinin böyüməsinə kömək edirik. Bunu nəzərə alaraq, 

ilk növbədə, yüksək ruhi mədəniyyət yaradıcıları və daşıyıcıları olan ziyalıla-

rın vəzifəsi - “həyat kürəsi” olan xeyirxahlığın və mədəniyyətin sosial bazası-

nı daim artırmaq, bununla da, insanın iztirab və zülm zonası olan “şər və anti-

mədəniyyət” kürəsini təbii halda kiçiltməkdən ibarətdir.  




Yüklə 5,43 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   315




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə