Microsoft Word fm idar?Etm? M?Diniyy?Ti 2013. doc



Yüklə 5,43 Mb.
Pdf görüntüsü
səhifə308/315
tarix29.09.2017
ölçüsü5,43 Mb.
#2407
1   ...   304   305   306   307   308   309   310   311   ...   315

İdarəetmə mədəniyyəti 

 

647



tivlik meyarı. Qabaqlayıcı sosial-mədəni terapiya. Dövlət idarəçiliyinin təh-

lili və qiymətləndirilməsinin beş üsulu.   



Dövlət idarəçiliyi mədəniyyətinin təkmilləşdirilməsi.  İdarəçilik 

fəaliyyətinin  təkmilləşdirilməsi  vəzifələri. Dövlət idarəçiliyinin təkmilləş-

dirilməsi predmeti. Dövlət idarəçiliyi mədəniyyətinin təkmilləşdirilməsi 

prinsipləri.  



Seminar məşğələləri və sərbəst hazırlıq üçün suallar:  

1.

 

Dövlət idarəçiliyi mexanizmi və məqsədləri necə formalaşdırılır?  



2.

 

Dövlət idarəçiliyinin məqsədlər iyerarxiyası necə qurulur? 



3.

 

Dövlət idarəçiliyi strategiyasının  əsas mahiyyəti nədir və onun 



komponentləri hansılardır?   

4.

 

Strateji planlaşdırma prosesi necə həyata keçirilir? 



5.

 

Dövlət idarəçiliyinin hüquqi və təşkilati formalarının mahiyyəti nədir?  



6.

 

İdarəçilik fəaliyyəti və personalın idarə edilməsi üçün hansı metod-



lardan istifadə  olunur?  

7.

 

İdarəçilik fəaliyyətinin formal mərhələləri hansılardır?  



8.

 

İdarəçilik fəaliyyətinin qiymətləndirmə meyarları  və  mənbələri 



haqqında nə deyə bilərsiniz?   

9.

 

Ümumdünya Bankının qiymətləndirmə tövsiyələri.  



10.

 

Dövlət idarəçiliyinin əsas effektivlik meyarları.  



11.

 

Q.V.Atamançukun “normativ modeli”nin mahiyyəti nədir?   



12.

 

Dövlət idarəçiliyinin əsas təhlili və qiymətləndirmə üsulları.   



13.

 

İdarəçilik fəaliyyətinin əsas təkmilləşdirilmə vəzifələri, predmeti və 



prinsipləri hansılardır? 

 

16-cı mühazirə. Dövlət idarəçiliyinin hüquqi tənzimlənməsi və                    

informasiya təminatı 

Dövlət idarəçiliyinin hüquqi tənzimlənməsi.  Hüquqi tənzimlən-

mənin mahiyyəti və ona qoyulan tələblər. Hüquqi tənzimlənmənin predme-

ti: mexanizmlər, hakimiyyətin və səlahiyyətlərin bölünməsi, iradəyə əsasla-

nan münasibətlər. Dövlət orqanının hüquqi statusu. Ümumi yol verilən, ica-

zə verilən və  vəzifə-səlahiyyət qaydası. Tənzimləyici, qoruyucu və xüsusi 

(ümumi qadağan edilən, definitiv, deklarativ, kollizion sərəncamlar) nor-

maların təsnifatı.     Hüquqi tənzimlənmə metodu - hüquqi yollar, üsullar və 

təsir vasitələrinin məcmusu kimi. Hüquq normalarının subyekti, mənası və 

məzmunu – metodun ölçü alətləri kimi. Subyekt:  mərkəzləşmiş (subordi-

nasiya) və desentralizasiya olunmuş (koordinasiya) tənzimlənmə. Məna və 

məzmun: pozitiv məcbur etmə, qadağa və yol vermə - hüquqi tənzimlənmə 



Fuad Məmmədov

 

 

648



üsulları kimi. Hüquqi formalar: konstitusiya, qanunlar və qanundan irəli gə-

lən (ümumdövlət, idarə, yerli və lokal) hüquqi normativ aktlar - dövlət ida-

rəçiliyinin əsası kimi. Hüquqi tənzimlənmə üsulları sistemi. Ölkə preziden-

tinin səlahiyyətləri. Xüsusiyyət: hüquqi tənzimlənmənin tipikliyi (univer-

sallığı) və unikallığı. Hüquqi tənzimləmə strukturu (qanunverici, daxili alt-

sistemli, normativ, özünüidarə, hüquq-mühafizə tənzimlənməsi və normativ 

təyin etmə). Dövlət idarəçiliyini təmin edən material və prosessual norma-

lar, hüquqi mexanizmlər. Hüquqi tənzimlənmənin keyfiyyəti və normaların 

həyatda işləmə reallığı  dərəcəsi, dövlət idarəçiliyinin hüquqi tənzimlənmə 

effektivliyi səviyyəsinin göstəriciləri kimi. Qanunların siyasətçilər, dövlət 

qulluqçuları və ölkə vətəndaşları tərəfindən icra edilməsi mədəniyyəti. “Qa-

nunvericilik-qanunilik-hüquq qaydası” zəncirində qanuniliyin yeri. İdarəet-

mə orqanlarının fəaliyyətinə iyerarxik ümumi və xüsusi (antiinhisar, göm-

rük, sanitar-epidimioloji, ekoloji və s.) xarici nəzarət. Qeyri-hökumət təşki-

latlarının, həmkarlar ittifaqlarının, kütləvi informasiya vasitələrinin və ayrı-

ayrı fərdlərin rolu. Qanunilik və hüquq qaydası. Həllindən ölkədə qanunilik 

və hüquq qaydası səviyyəsinin asılı olduğu problemlər. Nizam-intizamın üç 

əsas qaydası və növü.  



Dövlət idarəçiliyinin informasiya təminatı.  İnformasiya mədə-

niyyəti - elmi biliklərin, metodologiya, metodika və texniki vasitələrin məc-

musu kimi. Qlobal informasiya cəmiyyəti Xartiyası. İdarəçilik informasiya-

sına qoyulan tələblər. Obyektiv idarəçilik informasiyasını doğuran səbəblər. 

Problemli, münaqişəli və ekstremal situasiyalar. İnformasiyanın aktuallığı, 

həqiqiliyi, yetərliliyi,  əlçatanlığı  və mötəbərliyi (əslinə uyğun) tələbləri.  

İdarəçilik qərarlarına aid olan informasiyaya tələblər. İdarəçilik qərarları in-

formasiyasının səviyyəsini təmin edən  şərtlər.  İdarəçilik informasiyasını 

təşkil etmənin əsas təkmilləşdirmə prinsipləri. Qanuniliyin informasiya tə-

minatı.  İnformasiya təminatının vəziyyəti: informasiyanın bölüşdürülməsi 

və keyfiyyəti.  İnformasiya üzərində  nəzarət. Müasir informasiya sistemi 

komponentləri. İnformasiyanın məzmun sisteminin və bu sahədə fəaliyyə-

tin əsas istiqamətlərinin formalaşdırılması üzrə Q.V.Atamançukun tövsiyə-

ləri. “Biliklər cəmiyyətinin” yaradılması dövründə bilmək və həll etmək la-

zım gələn problemlər.  

 

Seminar məşğələləri və sərbəst hazırlıq üçün suallar:  



1.

 

Dövlət idarəçiliyində hüquqi tənzimləmənin rolu və ona qoyulan tə-



ləblər haqqında nə deyə bilərsiniz? 

2.

 

Dövlət orqanının hüquqi statusu nədir?  



3.

 

Hüquqi tənzimləmənin əsas formaları və üsullarını sadalayın.  




Yüklə 5,43 Mb.

Dostları ilə paylaş:
1   ...   304   305   306   307   308   309   310   311   ...   315




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə