Microsoft Word fm idar?Etm? M?Diniyy?Ti 2013. doc



Yüklə 5,43 Mb.
Pdf görüntüsü
səhifə4/315
tarix29.09.2017
ölçüsü5,43 Mb.
#2407
1   2   3   4   5   6   7   8   9   ...   315

Fuad Məmmədov

 

 

10



Kitabda milli inkişafin demokratik yolunu seçmiş ölkələrin dövlətçiliк 

tərəqqisi üçün mühüm əhəmiyyət daşıyan inkişaf etmiş dünya dövlətlərində 

idarəetmə elminin əsas nailiyyətləri göstərilmiş, milli və beynəlxalq idarə-

etmə mədəniyyətinin məzmunu, xüsusiyyətləri və təkmilləşdirilməsi yolları 

açıqlanmışdır. Burada cəmiyyətin ruhi (əqli və mənəvi) mədəniyyətinin in-

kişafı, qlobal idarəetmə  mədəniyyətinin təkmilləşdirilməsi üzrə innovativ 

təkliflər də şərh edilmişdir. Belə ki, fikrimizcə, Fuad Məmmədovun işləyib 

hazırladığı Beynəlxalq Dünya mədəniyyəti Universitetinin modeli və onun 

Dünya mədəniyyəti Beynəlxalq Şurası və ya Beynəlxalq mədəniyyət parla-

mentinin yaradılması haqqındakı təklifi beynəlxalq idarəetmə, müxtəlif öl-

kə və xalqların maraqları və mədəniyyətlərinin harmonizayası üçün ideoloji 

və siyasi əhəmiyyətə malikdir.  

İnsanın, dövlətin və beynəlxalq inkişafın nəzəri problemləri ilə yanaşı, 

monoqrafiyada ilk dəfə olaraq, qədim, orta əsr və müasir dövrlərdə Şərq və 

Qərb ölkələrində dövlət idarəçiliyi tarixi, nəzəriyyəsi və praktikasına kultu-

roloji nəzər salınmış, bəşəriyyətin ilk sivilizasiyalarında – Misir, Şumer, Yuna-

nıstan, Roma, Kiçik və Mərkəzi Asiya dövlətlərində, Aralıq dənizi hövzəsində

Qədim Hindistanda, Qədim Çində və Yaponiyada dövlətçilik mədəniyyətinin 

inkişaf prosesləri göstərilmişdir. Müasir reallıqlar kontekstində tətbiq edilmiş 

ictimai tərəqqi, insan münasibətləri mədəniyyəti və idarəetmə mədəniyyəti-

nə Məhəmməd Nəsirəddin Tusi, Jan Jak Russo, Mirzə Fətəli Axundzadənin 

konseptual baxışlarının təhlili də diqqətəlayiqdir.  

Fikrimizcə, müəllifin mədəniyyət anlayışına bütöv sosial sistem kimi, və 

kulturologiyaya - inkişaf qanunları, texnologiyalar və insanın həyat fəaliyyəti 

imkanları haqqında elm kimi innovativ yanaşması da olduqca səmərəlidir. İda-

rəetmə mədəniyyətinin mahiyyət və xüsusiyyətlərinin dərk edilməsinə, şəxsiy-

yət və liderlərin formalaşdırılmasına, dövlət quruluşu və strateji idarəetmə mə-

dəniyyətinin təkmilləşdirilməsinə metodoloji açar kimi, kulturologiyanın əvəz-

edilməz rolu onun tərəfindən inandırıcı şəkildə göstərilmişdir. 

Demokratik ölkələrin dövlət, sosial və iqtisadi idarəçiliyinin peşə bilik-

lərini, texnologiyalarını, hüquqi və etik normalarını özündə inteqrasiya 

edən idarəetmə elminin mahiyyəti kitabda müfəssəl surətdə açıqlanmışdır. 

Əsərdə dövlət idarəçiliyi, özünüidarə və dini mədəniyyət sahəsində - P.Druker, 

İ.Vasilenko, Q.Atamançuk, C.Adair, C.Templton, B.Şefer, D.Karneqi, L.Vasil-

yev, M.Fişer kimi və bir çox başqa görkəmli alimlər və mütəxəssislərin əsərlə-

rinə istinad edilərək, idarəetmə prosesləri, elmi prinsiplər və idarəetmə ef-

fektivliyinin yüksəldilməsi yolları, təşkilati mədəniyyət tipləri, liderlik mə-

dəniyyəti, şəxsiyyətin özünüidarəsi və ailə mədəniyyəti hərtərəfli nəzərdən 

keçirilmişdir. Burada dövlət idarəçiliyi strategiyası, texnologiyaları, təşkili, 

qiymətləndirməsi, təkmilləşdirilməsi, hüquqi tənzimlənməsi və informasiya 




İdarəetmə mədəniyyəti 

 

11



təminatını açıqlayan elmi konsepsiyalar, unitar və federal idarəetmə sistem-

lərinin xüsusiyyətləri və modelləri öz əksini tapmışdır. Əsərdə bu və ya di-

gər problemlərin təhlili zamanı müxtəlif dövrlərin və xalqların görkəmli 

mədəniyyət xadimlərinin - Fales, Pifaqor, Heraklit, Sokrat, Platon, Nizami, 

Tusi, Kavus, Şekspir, Tolstoy, Dostoyevski, Eynşteyn, Bokl, Monten, Lokk 

və bir çox başqalarının fikirlərinə  və  kəlamlarına istinad edilməsi də onu 

əhəmiyyətli dərəcədə zənginləşdirir. 

Müxtəlif və həyati-vacib kulturoloji informasiya əhatəliliyi baxımından, 

monoqrafiya ensiklopedik xarakter daşıyır. Onda milli və qlobal idarəetmə-

nin mühüm mənbəyi kimi, mədəniyyət və sivilizasiya, etik, hüquqi və siya-

si mədəniyyət, demokratiya və vətəndaş cəmiyyəti mədəniyyəti, insan mü-

nasibətləri və beynəlxalq münasibətlər haqqında fundamental kulturoloji bi-

liklər vardır. Müəllif tərəfindən bəzi demokratik ölkələrin dövlətçilik mədə-

niyyəti problemləri, dövlət idarəçiliyi problemləri, unitar və federal dövlət-

lərin dövlət qulluğu mədəniyyəti, liderlik mədəniyyəti, bələdiyyə və qeyri-

hökumət təşkilatları idarəçiliyi, həmçinin Azərbaycan Respublikasında 

dövlət idarəçiliyi sisteminin islahatı məsələləri nəzərdən keçirilmişdir. Qərb 

ölkələrində dövlət idarəçiliyi mədəniyyəti problemlərinin tədqiqinə dair el-

mi məktəblərin və yanaşmaların təhlilinə ciddi diqqət ayrılmışdır. Milli və 

beynəlxalq sosial-mədəni siyasətin həyata keçirilməsi xüsusiyyətlərini  əks 

etdirən məsələlər də diqqətdən kənarda qalmamışdır.  

İnsan münasibətləri və beynəlxalq münasibətlər mədəniyyətinə  həsr olun-

muş bölmədə ünsiyyət mədəniyyəti xüsusiyyətlərini və qаrşılıqlı anlaşma sirlə-

rini, müxtəlif xalqların “mədəniyyət dillərini”, konstruktiv diskussiya qaydaları 

və münaqişəsiz münasibət prinsiplərini əks etdirən materiallar da diqqətə layiq-

dir. Müəllif peşəkar etika, məsuliyyət mədəniyyəti, ziddiyyətlərin həlli təcrübə-

si və münaqişələrin idarə edilməsi, həmçinin beynəlxalq  ənənələr və beynəl-

xalq nəzakət məsələlərinin aydınlaşdırılmasına ciddi diqqət ayırmışdır.  

Əsərdə demokratik ölkələrin dövlət və sosial idarəçiliyinin peşəкаr bi-

liklər, texnologiyalar və etik normalarla bağlı problemlərinə  əhəmiyyətli 

yer ayrılmışdır. İqtisadi idarəetməyə həsr edilmiş bölmədə məzmunlu mate-

riallar öz əksini tapmışdır. Burada Piter Drukerin nəzəri işləmələr konteks-

tində milli və beynəlxalq biznes idarəçiliyi mədəniyyətinin təhlilini, iqtisa-

diyyatın inkişafı idarəçiliyinin yapon və çin təcrübəsinin xüsusiyyətlərini 

qeyd etmək lazımdır.  

 Kitabda müəllifin özünün elmi işləmələrinin ciddi tədqiqat bloku, həmçi-

nin mədəniyyət, kulturologiya, idarəetmə mədəniyyəti və sosial-mədəni siyasət 

anlamına yanaşması təqdim edilmişdir. Onun tərəfindən innovativ metod kimi 

işlənib hazırlanmış - fərdi, sosial, milli və beynəlxalq səviyyədə vacib həyati 

problemlərin həlli üçün hüdudsuz imkanlar açan idarəetməyə kulturoloji ya-




Yüklə 5,43 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   315




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə