Microsoft Word fm idar?Etm? M?Diniyy?Ti 2013. doc



Yüklə 5,43 Mb.

səhifə5/315
tarix29.09.2017
ölçüsü5,43 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   315

Fuad Məmmədov

 

 

12



naşmanın elmi və praktik dəyərini xüsusi qeyd etmək lazımdır. Əsərdə bir çox 

nümunələr üzərində insanın inkişafı, milli dövlətçiliyin tərəqqisi, həmçinin 

beynəlxalq inkişaf və  həmrəylik üçün intellektual, etik, hüquqi və idarəetmə 

mədəniyyətinin strateji prioritet əhəmiyyəti açıqlanmışdır. Dini mədəniyyətin, 

beynəlxalq hüquq, sülh mədəniyyəti və münaqişələrin həllinin mahiyyət xarak-

teristikasını nəzərdən keçirən maraqlı materiallar müəllif tərəfindən kulturoloji 

prizma nöqteyi-nəzərindən sistemləşdirilmişdir. 

Kitab - tələbələr, xüsusən, dövlət, sosial, iqtisadi və beynəlxalq idarəet-

mə sahəsində ixtisaslaşan tələbələr, həmçinin sosioloqlar, hüquqşünaslar, 

politoloqlar üçün qiymətli tədris vəsaitidir. Ondakı özünüidarə, ailənin ida-

rə edilməsi, dini mədəniyyət, insan münasibətləri və beynəlxalq münasibət- 

lər məsələlərini daxil edən, kulturoloji biliklərin universal xarakterini nəzə-

rə alaraq, kitab yalnız Azərbaycanın deyil, həm də dünyanın müxtəlif ölkə-

lərinin məmurları, siyasətçiləri, diplomatları, ailə başçıları  və sadə  vətən-

daşları üçün elmi və praktik əhəmiyyətə malikdir.  

Tarix elmləri doktoru, Azərbaycan Respublikasının Prezidenti yanında 

Dövlət İdarəçilik Akademiyasının professoru Fuad Məmmədov Azərbaycanda 

kulturologiya elminin və maarifinin banisi, ölkədə ilk qeyri-hökumət təşkilatı-

nın – beynəlxalq aləmdə  qəbul edilmiş “Simurq” Azərbaycan  мədəniyyət 

Assosiasiyasının yaradıcısı və prezidentidir. Onun elmi maraqları sahəsi – milli 

və beynəlxalq idarəetmə  mədəniyyəti; insanın həyat fəaliyyəti mədəniyyəti

dünya mədəniyyəti və sivilizasiyasının tarixidir. Fuad Məmmədov - mədəniy-

yət və elm tarixi və nəzəriyyəsi üzrə 200-dən artıq elmi və elmi-maarifçilik iş-

lərinin, cəmiyyətin və dövlətin modernləşdirilməsi və sosial tərəqqisinə yönəl-

dilmiş elmi konsepsiyalar və layihələrin müəllifi, həmmüəllifi və tərtibçisidir. 

Onların arasında yalnız respublikada deyil, həm də Avropa, ABŞ, Rusiya, ha-

belə BMT kitabxanalarında istifadə edilən - “Kulturologiya” (2002), "Kulturo-

logiya - effektiv həyat fəaliyyətinə doğru yol kimi” (2006) əsərlərinin adlarını 

çəkmək olar. Fuad Məmmədovun dünya mədəniyyəti və sivilizasiyasının, o 

cümlədən, Azərbaycan mədəniyyətinin, Rusiya sivilizasiyasının inkişaf tarixi-

nə, Norveçin, Yaponiyanın sosial-mədəni inkişaf təcrübəsinə, idarəetmə mədə-

niyyəti, intellektual, etik və dini mədəniyyətinə həsr olunmuş tədqiqatları diq-

qəti cəlb edir. Onun kulturologiya və idarəetmə mədəniyyəti nəzəri-metodoloji 

problemlərinin tədqiqinə töhfəsini xüsusi qeyd etmək lazımdır. Lütfi Zadənin 

qeyri-səlis məntiq nəzəriyyəsini və fərdi, sosial və dövlət idarəçiliyi problemlə-

rinin təhlilinə kulturoloji yanaşmanı kulturologiyada ilk dəfə o tətbiq etmişdir. 

Onun yaratdığı “mədəniyyətin elmi anlamı, mədəni inkişaf amilləri, mədəni in-

san, xoşbəxtlik, idarəetmə  və özünüidarənin effektivliyi, universal kulturoloji 

təhlil metodu, dövlət idarəçiliyi mədəniyyətinə innovativ yanaşma” və s. kimi 

formulları, tərif və kateqoriyaları kulturologiya üçün fundamental əhəmiyyətə 




İdarəetmə mədəniyyəti 

 

13



malikdir. O, mədəniyyət, elm və idarəetmə tarixi və  nəzəriyyəsi problemləri 

üzrə beynəlxalq konqresslər, konfranslar, simpoziumlarda, həmçinin Rusiya, 

AFR, Fransa, Norveç, ABŞ, Yunanıstan, Misir, Türkiyə, Kosta-Rika, Rumıni-

ya, Gürcüstan, Tayland, Koreya, Macarıstan və digər ölkələrdə səfirliklər, döv-

lət institutları və cəmiyyətlərdə elmi məruzələr və məlumatlarla çıxış etmişdir. 

Onun kulturologiya elminin inkişafına töhfəsi “İntellektual inkişaf problemlə-

ri” Beynəlxalq Elmlər Akademiyasının və Rusiya Pedaqoji və Sosial Elmlər 

Akademiyasının həqiqi üzvü seçilməsi ilə qeyd edilmişdir.         

Fuad Məmmədov Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Aka-

demiyasında tələbə və dinləyicilər tərəfindən maraqla mənimsənilən, respub-

likada yeganə “İdarəetmə mədəniyyəti” innovativ kulturoloji kursun yaradı-

cısıdır. Kurs demokratik ölkələrin idarəetmə mədəniyyəti və dünya mədəniy-

yəti və sivilizasiyası nailiyyətlərinin öyrənilməsi  əsasında təşkil edilmişdir. 

Kursun oxunması  şəxsiyyətlərin və liderlərin formalaşdırılmasına, gələcək 

mütəxəssislər və müxtəlif səviyyəli məmurlar tərəfindən, beynəlxalq stan-

dartlara yönəldilmiş müasir elmi biliklərin, peşə vərdişləri və yüksək demo-

kratik idarəetmə etikasının mənimsənilməsinə kömək edir. İyirmi ildən artıq-

dır ki, o, “Mədəniyyət və cəmiyyət” kulturoloji seminarının daimi elmi rəh-

bəridir ki, onun çərçivəsi daxilində hər ay vətənin və dünya mədəniyyəti və 

sivilizasiyasının tarixi və müasir inkişafının aktual problemləri üzrə görkəmli 

alim və mütəxəssislərin çıxışları və məruzələri, müzakirələr və dəyirmi masa-

lar, fokus-qruplar və diskussiyalar təşkil edilir. Bu müddət ərzində onun rəh-

bərliyi ilə 300-dən artıq respublika və beynəlxalq konfranslar, interaktiv se-

minarlar və treninqlər keçirilmişdir. O, həmçinin milli və dünya mədəniyyəti 

və sivilizasiyasının tarixi və nəzəri məsələlərinə həsr edilmiş “Simurq” kultu-

roloji jurnalının yaradıcısı və baş redaktoru, yüzdən artıq yerli və xarici alim-

lər, mütəxəssislər və diplomatlar tərəfindən bəyənilmiş Beynəlxalq Dünya 

Mədəniyyəti Universiteti kulturoloji modelinin müəllifidir. Onun məhsuldar 

elmi-pedaqoji və ictimai fəaliyyəti “Humay” və “İntellekt” milli ictimai mü-

kafatları, həmçinin “Mədəniyyət səfiri”, “Sülh səfiri” milli və ictimai fəxri 

adları, “Simurq” beynəlxalq medalı ilə  və digər təltiflərlə qeyd edilmişdir. 

1999-cu ildə Azərbaycan Respublikası  Əsilzadələlər Məclisinin üzvü seçil-

miş, 2000-ci ildə Avropa Şurası mədəniyyət siyasəti üzrə ekspertlərin Məlu-

mat Bazasına daxil edilmişdir. 

Şübhə etmirəm ki, özünün universal əhəmiyyəti, ensiklopedikliyi və in-

novativ xarakterinə görə, kitab yalnız tələbələr və mütəxəssislər üçün deyil, 

həm də müxtəlif ölkələrin və kontinentlərin geniş oxucu kütləsi üçün ma-

raqlı və faydalı olacaqdır.  



Akademik Fuad Qasımzadə 

 




Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   315


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə