Fuad Məmmədov
14
MÜƏLLİFDƏN
Bu gün əqli və mənəvi mədəniyyətin inkişaf problemləri, şəxsiyyət, ailə,
kollektiv, cəmiyyət və dövlət, milli və beynəlxalq idarəetmə mədəniyyəti-
nin təkmilləşdirilməsi, ”biliklər cəmiyyətinin” əsasını təşkil edən intellektu-
al mədəniyyətin prioritet inkişafı, həm milli dövlətlər, həm də bütövlükdə
dünya birliyi üçün aktualdır.
Planetin bütün ziyalı insanlarını, şəxsiyyətin dəyərinin onun ruhi mədə-
niyyəti ilə – insana əzəldən xas, aprior olan, seçimindən asılı olmayaraq
milli və dini mənsubiyyətdən yaxud doğulduğu yerdən yüksəkdə duran
keyfiyyətlə müəyyən olunduğunun dərk edilməsi ilə şərtlənən - ruhi yaxın-
lıq birləşdirir. Sokrat doğulduğu yeri – Kainat, özünün təyinatını isə - bütün
bəşəriyyətə məhəbbəti və xidməti hesab edirdi. Vətənpərvərlik, vətənə və
xalqına məhəbbət - ziyalının öz vətəndaşlarına yüksək ruhi mədəniyyət aşı-
laması, onların təhsilinə və tərbiyəsinə yardım etməsi, qabiliyyətləri və vər-
dişlərini, insanlıq və vətəndaşlıq ləyaqətini, əməyə məhəbbətini inkişaf et-
dirməsində ifadə olunmalıdır. Özü üçün xoşbəxt həyat qurmağa, arzularını
və məqsədlərini həyata keçirməyə, cəmiyyətin rifahı naminə kreativ icti-
mai-faydalı əməklə məşğul olmağa, həyatda ləyaqətli iz qoymağa qadir
olan vətəndaşların “ruhi istehsalı” yolu ilə Vətənə xidmət etməsi – yüksək
mədəniyyətli insanların şərəfli missiyasıdır.
Bəşəriyyətin çoxillik inkişaf təcrübəsi göstərdi ki, mədəniyyət aşağıdakı
məntiqi ardıcıllıqla təqdim edilməsi mümkün olan, insanın həyat fəaliyyəti-
nin məqsədi, vasitəsi (texnologiyaları) və nəticəsi kimi ifadə olunur: məq-
səd: insan həyatının yaxşılaşdırılması və qorunması, xoşbəxtliyə nail olma;
inkişaf vasitələri və enerji mənbələri: təbiət və mədəniyyət; gözlənilən nəti-
cə: ruhi və maddi dəyərlər, təhlükəsizlik, həyat rifahı və keyfiyyəti. Müvəf-
fəqiyyətə kömək edən şərt – intellektual, etik, hüquqi, idarəetmə və iqtisadi
mədəniyyətin prioritet və qarşılıqlı əlaqəli inkişafıdır.
Təbii hadisə olan təbiət sinergetikasından (özünütəşkilindən) fərqli olaraq,
mədəniyyət sinergetikası - bəşəriyyətin elmi bilikləri və sosial təcrübəsinə
əsaslanan sosial-mədəni siyasət, məhsuldar idarəetmə, təhsil və tərbiyə ilə
şərtlənən, əsasən süni prosesdir. Güclü ruha - biliklə zənginləşdirilmiş ağıla,
gözəl hisslərə və möhkəm iradəyə malik ləyaqətli cəmiyyət üzvlərinin, şəx-
siyyət və liderlərin formalaşdırılması və inkişaf etdirilməsi dövlət tərəfindən
vətəndaşların intellektual, etik və hüquqi mədəniyyətinin prioritet inkişafını
tələb edir. İnsanların idarəetmə mədəniyyətinə öyrədilməsi
1
, insanın müvəf-
1
Çayda üzən idarə olunmayan, yaxud pis idarə olunan qayıq, çayın yüksək hərəkət
dinamikası və sürətinə malik mərkəzi axarından çıxa bilər, və kiçik çayda sıxılaraq, nəzərdə
tutulan məqsədə vaxtında yetişmədən uzun müddətə aralana bilər.
İdarəetmə mədəniyyəti
15
fəqiyyətli özünüidarə və ailəsini idarəetmə texnologiyalarına,
istəyi və xüsusi
idarəetmə qabiliyyəti olan vətəndaşların isə yüksək ruhi mədəniyyətə əsasla-
nan, effektiv sosial, iqtisadi, dövlət və beynəlxalq idarəetməyə yiyələnməsinə
yardım - milli dövlətlərin və beynəlxalq birliyin mühüm vəzifəsidir.
Dünya və milli mədəniyyət nailiyyətləri haqqında, diaqnostika, sosial tera-
piya və böhranların aradan qaldırılması metodları haqqında, insanların həyat
fəaliyyəti və dövlət idarəçiliyinin kulturoloji texnologiyaları haqqında biliklər
olmadan peşəkar siyasətçi və məmurların formalaşdırılması prosesini təsəvvür
etmək çətindir. Bu gün ictimai inkişaf qanunauyğunluqları və tendensiyalarının
ilkin sistemli kulturoloji təhlili olmadan düzgün qərarların qəbul edilməsi
mümkün deyil. Bu baxımdan dövlət qulluğu mütəxəssisləri ciddi kulturoloji
hazırlıq keçməli, dünya və milli mədəniyyət tarixi və nəzəriyyəsini, müasir
dövlət idarəçiliyi mədəniyyətinin və elminin əsaslarını dərindən öyrənməlidir-
lər. Bu - hadisələr, faktlar və proseslərin mahiyyəti haqqında düzgün təsəvvür-
lərin formalaşmasına, zаmanın xarakterini, insanların psixologiyasını, innova-
tiv qabiliyyətlərin və liderlik keyfiyyətlərinin inkişafını obyektiv dərk etməyə,
yeni imkanları görmək və onların praktik həyata keçirilməsi texnologiyalarını
yaratmaq qabiliyyətinə səbəb olan kulturoloji təfəkkürün yetişdirilməsinə im-
kan verir. Daxili və xarici siyasətini sistemli kulturoloji tədqiqatların elmi nəti-
cələri əsasında quran dövlətlər, öz ölkələrinin dinamik inkişafını və etibarlı təh-
lükəsizliyini təmin edən sosial texnologiyaları daha yaxşı tərzdə təkmilləşdirir-
lər. Onlar dünya sivilizasiyasının çağırışlarına özlərinin adekvat cavab vermək
qabiliyyətini yüksəldir, daha yaxşı gələcək qurmaq və onun еffektiv idarə edil-
məsinin xüsusi imkanlarını genişləndirirlər.
2
2
Effektiv milli və beynəlxalq idarəetmə üçün zəruri olan kulturoloji təfəkkür və universal
kulturoloji biliklərin formalaşdırılması üçün: Q.V.F.Hegel, J.J.Russo, F.M.A.Volter,
İ.V.Höte, C.Neru, E.Teylor, L.Morqan, F.Boas, L.Uayt, M.Mid, A.Maslou, A.Toynbi,
O.Şpenqler, M.Veber, İ.Kant, F.Engels, M.Hоrkhaymer, Q. Markuze, T. Adorno, Q.Rikkert,
Y. Habermas, Y.Lippert, K.Yaspers, B.Malinovski, A. Bоqdanov, C. Bernal, Lütfi Zadə,
həmçinin T. Parsons, H. Hesse, V. Diltey, İ.Saburo, E. Orteqa-Qasseta, İ.Herder, Q.Zemmel,
P. Sorokina, A.Veber, D.Bella, A. Berqson, J.Attali, E.Auerbax, V.Vindelband, R.Merton,
E.Munye, T.Nakane, V.Osvald, T.Şarden və digər görkəmli alimlər, yazıçılar və
maarifçilərin əsərlərinin, həmçinin Frankfurt məktəbi və “Annallar” məktəbi tədqiqatlarının
öyrənilməsi və istifadə edilməsi mühüm əhəmiyyət kəsb edir. İnsanın inkişafı, dövlət
quruculuğu, milli və beynəlxalq idarəetmə üçün kulturologiyanın elmi və praktik dəyərinin
daha dərindən dərk edilməsi üçün: N.Konrad, M.Бaxtin, V.Vernadski, Q.Vernadski,
L.Qumilyov, N.Berdyayev, M.Blok, N.Rerix, V.Muravyov, M.Kaqan, L.Gertman, A.Petrov,
Q.Volkov, D.Lixaçov, Q.Draç, K.Razloqov, V. Stepin, A.Zapesotski, D.Spivak,
O.Astafyeva, M.Yeşiç, S.Artanovski, A.Blok, V.Polikarpova, A.Markova, İ.Levyaş,
Y.Rojdestvenski, A. Kravçenko, V.Polişşuk, L.Mixaylova, V.Rozin, P.Qureviç, Y.Malyuqa,
G.Antipov, A.Koçergin, V.Davidoviç, Y.Jdanov, İ.Zlobin, V.Mejuyev, M.Kim, V. Masson
və digər rus alimlərinin əsərləri mühüm əhəmiyyətə malikdir.