Microsoft Word fm idar?Etm? M?Diniyy?Ti 2013. doc



Yüklə 5,43 Mb.
Pdf görüntüsü
səhifə9/315
tarix29.09.2017
ölçüsü5,43 Mb.
#2407
1   ...   5   6   7   8   9   10   11   12   ...   315

Fuad Məmmədov

 

 

20



MİNNƏTDARLIQLAR 

 

Akademiklər - Aleksandr Zapesotskiyə, Maqsud Əliyevə, Asəf Nadirova, 

Ziyad Səmədzadəyə, Urxan Ələkbərova, AMEA-nın müxbir üzvləri - Nizami 

Cəfərova, Rəna Məmmədovaya, professorlar - Olqa Astafyevaya, Nəriman 

Həsənzadəyə, tarix elmləri doktoru Musa Quliyevə, tarix sahəsində  fəlsəfə 

doktorları, dosentlər - Firdovsiyyə Əhmədovaya və Tahir Behbudova, iqtisa-

diyyat sahəsində fəlsəfə doktoru, dosent Eldar Azadova, Ailə, Qadın və Uşaq 

problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovaya, Milli Məc-

lis deputatları - Elmira Axundova və professor Asim Mollazadəyə, general 

Vladimir Timoşenkoya, siyasətçilər, diplomatlar, incəsənət xadimləri - Toşi-

kazo Mutoya, Serik Primbetova, Hüseynağa Sadıqova, Ağaəli  İbrahimova, 

politoloq - Svetlana Bayramovaya, sahibkar - Nazim Abdullayevə  mənim 

əməyimə verdikləri yüksək qiymətə görə səmimi təşəkkürümü bildirirəm.  

Monoqrafiyanın yüksək kulturoloji ruhunu, bütün ideyaları və xüsusiy-

yətlərini qoruyub saxlamaqla, Azərbaycan dilinə  tərcüməsi və redaktəsi 

xüsusunda çox səbr, diqqət və məsuliyyət tələb edən təqdirəlayiq əməyinə 

görə istedadlı kulturoloq, “Simurq” Beynəlxalq kulturoloji jurnalının tərcü-

məçisi və redaktoru Şəlalə Kəsəmənliyə xüsusi minnətdarlığımı bildirirəm.

 

 Kitabın üz qabığının bədii tərtibatına görə dizayner Emin Talışxanova, 



nəşriyyatın rəhbəri Qeys Əbilova, səhifəbağlayan Elvir Əbilova və digər iş-

çilərə yüksək əmək mədəniyyətinə görə ürəkdən minnətdarlığıмı bildirirəm.  

Həmçinin, hazırkı  nəşrin işıq üzü görməsinə bu və ya digər dərəcədə 

yardım edən bütün kolleqalarıma - Azərbaycan Respublikasının Prezidenti 

yanında Dövlət İdarəçilik Akademiyası “Tarix” kafedrasının əməkdaşlarına 

təşəkkür edirəm. 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


İdarəetmə mədəniyyəti 

 

21



KİTAB HAQQINDA RƏYLƏR 

     


“...Özünün çoxillik tədqiqatları  və fundamental əsərləri ilə Rusiyada 

və digər ölkələrdə yaxşı tanınan, kulturologiyanın inkişafına ciddi töhfə 

verən və Azərbaycan elmində bu istiqamətin əsasını qoyan professor Fuad 

Teyyub oğlu Məmmədovun xidmətlərini qeyd etməyə bilmərəm. Xüsusilə 

onun, elmi anlamda məzmunlu universal kulturoloji biliklər toplusu olan 

və Azərbaycan kulturologiya elminə şərəf gətirən “İdarəetmə mədəniyyə-

ti. Xarici ölkələrin təcrübəsi” monoqrafiyasının adını  çəkmək istərdim. 

İdarəetmə problemlərinə, idarəçilik proseslərinin sistemləşdirilməsi və 

təsvirinin yeni formasına orijinal kulturoloji yanaşma, Şərq və Qərb ölkə-

lərində dövlət idarəçiliyi tarixi, nəzəriyyəsi və praktikasına kulturoloq ba-

xışı sayəsində, monoqrafiya xüsusi elmi və praktik dəyər kəsb edir. Pro-

fessor tərəfindən işlənib hazırlanmış “kulturologiya piramidası” universal 

metodu idarəetmə elminin təkmilləşdirilməsi üçün paradiqma kimi çox 

böyük əhəmiyyətə malikdir, müxtəlif effektiv idarəetmə səviyyələrinin in-

novativ modellərinin yaradılması üçün yeni imkanlar açır”.  

A.S.Zapesotski, 

kulturoloq, Sankt-Peterburq Həmkarlar İttifaqları 

 Humanitar Universitetinin rektoru, professor, RTA Rəyasət heyətinin üzvü, 

kulturologiya elmləri doktoru, Rusiyanın əməkdar elm xadimi, akademik 

 

“F.T.Məmmədovun “İdarəetmə mədəniyyəti. Xarici ölkələrin təcrübə-

si” monoqrafiyası Azərbaycan Respublikası dövlət quruculuğunun müxtə-

lif sahələri üçün aparıcı demokratik ölkələrdə yayılmış idarəetmə  mədə-

niyyətinə qoyulan müasir tələblərə cavab verən yüksək ixtisaslı kadrların 

– politoloqlar, hüquqşünaslar, diplomatlar, idarəçilərin, istehsalat mene-

cerlərinin kultoroloji hazırlığındakı tələbatlarla yaradılmışdır. O, 90-cı il-

lərin sonunda Azərbaycanın rəhbərliyi tərəfindən irəli sürülən, qərb ölkə-

lərinin təcrübəsi əsasında milli dövlət idarəciliyi sisteminin modernləşdi-

rilməsi strateji vəzifəsinin reallaşdırılmasına konkret töhfədir.  

Monoqrafiyada qərb ölkələri inzibati-dövlət idarəçiliyinin proqressiv 

təcrübəsi, demokratik dövlətçilik mədəniyyəti hərtərəfli tədqiq edilmiş və 

yaradıcı şəkildə yenidən işlənmiş, müasir idarəçilik strategiyaları və tex-

nologiyaları, elmi idarəetmə prinsipləri və təşkilati mədəniyyət tipləri, in-

novativ fəaliyyət, hüquqi və informasiya təminatı, dövlət idrəçiliyinin təş-

kili, qiymətləndirilməsi və  təkmilləşdirilməsi məsələləri açıqlanmışdır. 

Burada, idarəetmə elmində ABŞ-ın, Almaniyanın, Birləşmiş Krallığın və 

Fransanın nəzəri məktəbləri və istiqamətlərinin nailiyyətləri, unitar və fe-

deral dövlətlərdə dövlət qulluğu mədəniyyətinin xüsusiyyətləri  əks olun-



Fuad Məmmədov

 

 

22



muşdur. Bununla yanaşı əsərdə Şərq və Qərb ölkələrinin qədim, orta əsr-

lər və yeni dövrdə dövlət idarəçiliyi tarixinə ciddi yer ayrılmış, Yaponiya-

nın, Çinin və Tayvanın dövlət və iqtisadi idarəçilik təcrübəsinə, rus alim-

lərinin nəzəri nailiyyətlərinə kulturoloji nəzər yetirmişdir.  

Dərs vəsaitinin müsbət cəhətlərindən biri, insanın həyat fəaliyyətinin 

inkişaf qanunları, texnologiyaları və imkanları haqqında, XXI əsrin aparı-

cı elmi paradiqması olan kulturologiyanın  əsaslarının  şərh edilməsidir. 

Tələbələrin interaktiv təliminin və məmurların ixtisasının artırılması üçün 

professor Fuad Məmmədov tərəfindən işlənib hazırlanmış, metodoloji in-

novasiya kimi kulturologiyada ilk dəfə olaraq, Lütfi Zadənin qeyri-səlis 

məntiq nəzəriyyəsinin onun tərəfindən istifadə edildiyi innovativ metodo-

logiya və sistemli kulturoloji tədqiqatlar mühüm metodoloji əhəmiyyətə 

malikdir. Onun tərəfindən işlənib hazırlanmış “kulturologiya piramidası” 

universal metodu, mədəniyyətin elmi tərifi”, “mədəni insan”, “mədəni in-

kişaf amilləri”, “mədəniyyət, sosial sistem kimi”, “mədəniyyətin effektiv-

liyi”, “idarəetmə effektivliyi”, “sosial-mədəni tərəqqi effektivliyi”, “insan 

kapitalı, inkişaf etməkdə olan sistem kimi” anlayışların məzmun-məna 

genişləndirilməsi və Azərbaycan sosial-humanitar elmində milli kulturo-

logiyanın müstəqil istiqamətinin əsasını qoymuş digər formullar və kate-

qoriyalar böyük əhəmiyyətə malikdir.  

Kitabın məzmunu dövlət idarəçiliyi sisteminin təkmilləşdirilməsi, si-

yasətçi və məmur kadrların hazırlığı və yenidən hazırlığı üçün yüksək el-

mi, tədris və praktik dəyərə malik materialların zənginliyi və şərhinin sis-

tematikliyi ilə diqqəti cəlb edir”. 



O.N.Astafyeva,  

kulturoloq, “Vətəndaş cəmiyyəti və sosial kommunikasiyalar”  

Elmi-Təhsil Mərkəzinin direktoru, Rusiya Federasiyası  

Prezidenti yanında Rusiya Xalq təsərrüfatı və Dövlət qulluğu  

  Аkademiyasının YUNESKO kafedrasının professoru,  



fəlsəfə elmləri doktoru, professor  

 

“Görkəmli kulturoloq-alim, tarix elmləri doktoru, dünya mədəniyyəti 

və sivilizasiyasının tarixi və  nəzəriyyəsi, həmçinin milli və beynəlxalq 

idarəetmə mədəniyyəti problemlərini əhatə edən tədqiqatları ilə Azərbay-

can elmində yeni elmi istiqamətin – beynəlxalq aləmdə tanınan milli kul-

turologiyanın əsasını qoymuş, elmdə öz üslubu, yaradıcılıq dəsti-xətti ilə 

seçilən hörmətli professor Fuad Məmmədovun “İdarəetmə  mədəniyyəti. 

Xarici ölkələrin təcrübəsi” fundamental monoqrafiya xarakterli dərs vəsa-

iti də, birinci növbədə, Azərbaycanda kulturoloji məlumatın, yəni dünya 

mədəniyyəti tarixinin əsaslı öyrənilməsinə, ali məktəblərdə  tədrisinə,  əs-

lində gəncliyin hərtərəfli inkişafı kimi vacib məsələlərə həsr olunmuşdur.  



Yüklə 5,43 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   315




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə