Microsoft Word Fransa Prezidentine Mektub docx



Yüklə 9,87 Kb.

tarix23.02.2018
ölçüsü9,87 Kb.

background image
Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ)

Fransa prezidenti Fransua Ollanda məktubu

Palais de L'Élysée

55 Rue du Faubourg Saint-Honoré

75008 Paris, Fransa

13 mart 2017

Hörmətli prezident Fransua Olland,

Sizin Azərbaycan prezidenti İlham Əliyevlə görüşə hazırlaşdığınız bir vaxtda, biz sizin diqqətinizə bir neçə məqamı

çatdırmaq  və  sizdən  sizin  hökumətinizin  də  228  il  bundan  öncə,  1789-cu  il  tarixli  İnsan  və  Vətəndaş  Hüquqları

Bəyannaməsi ilə təməlinin yaradılmasında mühüm rol oynadığı əsas insan hüquqlarının müdafiəsinə qalxmağınızı

xahiş  etmək  istərdik.  Bu  Bəyannamə  bu  gün  də  Fransada  yüksək  dəyərləndirilir  və  qeyd  olunan  vaxtdan  bəri  siz

insan hüquqlarına sədaqətinizi daha da inkişaf etdirmiş və gücləndirmişsiniz. İnsan Hüquqları Bəyannaməsinin 11-ci

maddəsi jurnalistlərin hüquqlarını dəstəkləmək məqsədi ilə 1881-ci il tarixli mətbuat haqqında qanunda daha da

genişləndirilib.

Reportyorların  Azadlıq  və  Təhlükəsizlik  İnstitutu  (RATİ)  məsuliyyətli  jurnalistika  və  ifadə  azadlığının  təşviqi  ilə

məşğul  olan  bir  təşkilatdır.  Görünür  ki,  Əliyev  rejimi  yalnız  xaricdən  gələn  siyasi  və  maliyyə  təzyiqlərinə  reaksiya

verir.  Martın  3-də  RATİ  sədri,  aparıcı  blogger  Mehman  Hüseynovun  saxta  ittihamla  iki  il  müddətə  azadlıqdan

məhrum edilməsi Azərbaycanın tərəfdaşlarına rəsmi Bakının apardığı repressiyaya sərt reaksiya göstərməsi üçün

son çağırış olmalıdır. Avropa Birliyi hesab edir ki, Mehman Hüseynovun məhkum edilməsi “həm ifadə azadlığı, həm

də ədalət mühakiməsinin təmin olunması baxımından ciddi suallar doğurur”.

Azadlıqdan  məhrum  olunmuş,  hazırda  isə  mühacirətdə  olan  Leyla  Yunusa  dəstək  verdiyiniz  vaxtdan  sizə  bəlli

olduğu  kimi,  bu  rejim  siyasi  tənqidçiləri  ya  mühacirətə  ya  da  dəmir  barmaqlıqlar  arxasına  göndərir.  Azərbaycan

xalqının rejimi siyasi və maliyyə təzyiqləri ilə məsul tuta biləcək sizin kimi liderlərin dəstəyinə ehtiyacı var. Fransa

insan  hüquqlarına  dəstək  baxımından  zəngin  tarixə  malikdir  və  biz  sizi  Azərbaycan  hakimiyyətini  və  hökumətini

150-ə yaxın siyasi məhbusu reketlik və xuliqanlıq kimi gülünc ittihamlarla həbs etdiyinə görə qınamağa çağırırıq.

Son həbslərdən bir çoxu siyasi tənqidçilərin haker hücumuna məruz qalmasından dərhal sonraya təsadüf edir ki, bu

da ifadə azadlığının rejim tərəfindən daha bir pozuntusunun göstəricisidir.

Avropa Şurasının qurucularından biri kimi, Fransa öz öhdəliklərini yerinə yetirməyən üzv dövlətlərə qarşı daha sərt

xətt  götürməlidir.  Azərbaycan  kimi  üzv  dövlətlərin  kobud  hüquq  pozuntularına  və  Avropa  Şurasının  qaydaları  və

müqavilələrinə əməl etməməsinə göz yumularsa, təşkilat bununla öz hörmət və nüfuzunu itirər.

Biz sizin ikinci müddətə prezident seçkilərinə qatılmamaq qərarınıza dərin hörmətimizi bildirmək istərdik. Siz xalqın

iradəsini  nəzərə  alaraq,  onların  mənafeyi  üçün  səylə  çalışmaq  arzunuza  baxmayaraq,  ən  yaxşı  fikrin  xalqın  fikri

olduğunu qət etdiniz. Siyasətdə bu cür fədakarlıq Azərbaycanda görülməyib. Biz müstəqillik qazanandan bəri eyni

insanlar hakimiyyətdə olublar və həmin adamlar hakimiyyətdə qalmaq üçün konstitusiya və seçkiləri manipulyasiya

edirlər.

Bu vacib məsələyə diqqətinizə görə sizə təşəkkür  edirəm.  Biz inanırıq ki, bu cür kritik vəziyyətdə sizin prinsipial

mövqeyinizə güvənə bilərik.

Hörmətlə,

Emin Hüseynov



Baş icraçı direktor və həmtəsisçi





Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə