Microsoft Word Fuad-magistr-yenii doc



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə10/31
tarix17.09.2018
ölçüsü1,06 Mb.
#68736
1   ...   6   7   8   9   10   11   12   13   ...   31

 

28 


ortalaması  olmaqla,  səhm  qiymətlərinin  ehtimal  olunan  gələcək  mənfəətliliyi  əks 

etdirdiyi üçün, səhm indeksləri gələcək iqtisadi şərtlərin göstəricisi kimi daim izlənilir. 

Ə

n  məşhur  səhm  indeksləri  “Dow  Jones  Sənaye  ndeksidir”  (Dow  Jones  Industrial 



Average),  “Standard  &  Poor's”  şirkətinin  500  indeksidir  və  başqalarıdır.  Bu  indeks 

barəsində növbəti suallarda daha geniş məlumat veriləcəkdir.  

 

1.3

   Azərbaycanda  qiymətli  kağızlar  bazarı,  iqtisadiyyatın  davamlı  inkişafında 

onun rolu. 

Azərbaycan  fond  bazarı  formalaşan,  inkişaf  edən  bazardır  və  tarixi  prizmadan 

baxdıqda öz inkişafının müxtəlif mərhələlərində fərqli məqsədlərin realizasiyasına  

hədəflənmişdir.  Bütövlükdə,  Azərbaycanda  fond  bazarının  yaranması  əksər  post 

sosialist  ölkələrində  olduğu  kimi  özəlləşdirmə  proseslərinin  başlanması  ilə  üst-üstə 

düşür. 


80-ci  illərin  sonu,  90-cı  illərin  əvvəllərində  Şərqi  Avropa  və  keçmiş  Sovet 

məkanında  baş  verən  siyasi  tranformasiyalar  planlı  iqtisadiyyatdan  bazar 

iqtisadiyyatına  keçidi  şərtləndirdi.  Bu  keçid  özəl  mülkiyyət  və  azad  sahibkarlıq 

prinsiplərinə  əsaslanan  yeni  hüquqi  münasibətlər  sisteminin  yaradılmasını  da  tələb 

edirdi  ki,  bu  hüquqların  təminatı  vasitələrindən  biri  də  məhz  qiymətli  kağızlar  idi. 

Təsadüfi  deyil  ki,  oxşar  siyasi-iqtisadi  tarixə  malik  digər  ölkələrdə  olduğu  kimi 

Azərbaycanda da yeni iqtisadi modelin hüquqi əsasını formalaşdıran ilk qanunvericilik 

aktlarının sırasında hələ 1992-ci ildə qəbul edilmiş “Qiymətli kağızlar və fond birjaları 

haqqında” Azərbaycan Respublikasının Qanunu da var idi. 

Lakin  90-cı  illərin  əvvəllərində  ölkədə  mövcud  olan  hərbi,  siyasi  və  sosial-

iqtisadi şərait fundamental iqtisadi islahatların həyata keçirilməsi, o cümlədən maliyyə 

və fond bazarlarının fəaliyyəti üçün zəruri mühiti təmin etmirdi. Yalnız 1994-cü ildə 

ulu öndər Heydər Əliyevin xalqın iradəsi ilə hakimiyyətə qayıdışından sonra qısa bir 

müddətdə hərbi, siyasi sabitlik təmin edildi və bu əsasda da radikal iqtisadi islahatlara 

başlanıldı.  1995-ci  ildə  özəlləşdirmənin  birinci  mərhələsinə  start  verilməsi  ilə 

səhmlərin  buraxılışı  və  tədavülünə  dair  ilkin  hüquqi  münasibətlər,  habelə  Auksion 

Mərkəzi,  “Mülk”  Milli  Depozit  Mərkəzi  kimi  özəlləşdirmə  prosesləri  üçün  zəruri 

infrastrukturu  təmin  edən  və  müəyyən  mənada  fond  bazarı  təsisatları  funksiyalarını 




 

29 


daşıyan  institutlar  formalaşdı.  Həmin  dövrdə  1000-dən  çox  səhmdar  cəmiyyəti, 

təxminən  70  min  səhmdardan  ibarət  investor  təbəqəsi  formalaşdı.  Fundamental 

iqtisadi  islahatlar  prosesində  yaranmış  bu  təsisatlar,  təbii  ki,  klassik  fond  bazarı 

institutları  funksiyasını  daşımırdılar.  Bununla  belə,  mülkiyyət  münasibətlərinin 

dinamikliyi bu sahədə dövlət tənzimlənməsinə tələbatı formalaşdırırdı. 

Digər  tərəfdən  uğurlu  iqtisadi  islahatlar  nəticəsində  formalaşmaqda  olan  özəl 

sektorun  maliyyə  xidmətlərinə  çıxışının  genişləndirilməsi  və  uzunmüddətli  sərmayə 

imkanlarının  təmin  edilməsi  bu  dövrdə  həyata  keçirilən  iqtisadi  siyasətin  əsas 

hədəflərindən birini təşkil edirdi. Məhz bununla əlaqədar olaraq, effektiv tənzimlənən 

fond bazarlarının yaradılması və bütövlükdə qiymətli kağızlar bazarında vahid dövlət 

siyasətinin  formalaşdırılması  və  həyata  keçirilməsi  məqsədi  ilə 1998-cu  il  30  dekabr 

tarixində  ölkə  Prezidenti  tərəfindən  “Azərbaycan  Respublikasının  Prezidenti yanında 

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin yaradılması haqqında” Fərman imzalandı. 

Həmin  Fərmanın  imzalanması  ilə  Azərbaycan  qiymətli  kağızlar  bazarının  inkişafının 

növbəti mərhələsi başlandı. 

lk  növbədə,  Fərmana  müvafiq  olaraq  Azərbaycan  Respublikası  Prezidenti 

yanında  Qiymətli  Kağızlar  üzrə  Dövlət  Komitəsi  yaradıldı.  Komitənin  təsis  edilməsi 

ölkədə  mütəşəkkil  fond  bazarlarının  inkişafı  və  tənzimlənməsi  sahəsində  kompleks 

ə

laqələndirilmiş vahid strategiyanın həyata keçirilməsini təmin etdi.  



Qiymətli kağızlar bazarının fəaliyyəti və tənzimlənməsinə dair hüquqi normativ 

baza  təkmilləşdirildi.  Mülki  Məcəlləyə  müvafiq  əlavə  və  dəyişiklər  edilməklə  yeni 

nəsil  baza  qanunvericiliyi  qəbul  edildi.  Mülki  Məcəllə  ilə  müəyyən  edilmiş  hüquqi 

çərçivənin tətbiqi məqsədilə bir sıra qanunaltı normativ sənədlər qəbul edildi. 

Qiymətli  Kağızlar  üzrə  Dövlət  Komitəsinin  təşkilati  dəstəyi  ilə  Qabaqcıl 

maliyyə  institutlarının  təsisçiliyi  və  100%  özəl  sərmayə  əsasında  ölkə  ərazisində 

mütəşəkkil  fond  bazarının  formalaşdırılmasını  təmin  etmək  məqsədi  ilə  2000-ci  ilin 

fevral ayının 15-də Bakı Fond Birjası (BFB) yaradılmışdır. Birjanın təsisçiləri bir neçə 

iri  bank  və  maliyyə  strukturlarıdır.  Bunların  sırasında  stanbul  Fond  Birjası  da  var. 

BFB-nin  əsas  funksiyaları  Azərbaycan  Respublikasının  qanunvericiliyində  nəzərdə 

tutulmuş bütün növ qiymətli kağızlar üzrə alqı-satqının təşkil olunmasından ibarətdir. 

Bundan  əlavə,  BFB  öz  üzvlərinə  depozitar  xidmətləri,  həmçinin  dövlət  qiymətli 




 

30 


kağızları  daxil  olmaqla  qiymətli  kağızların  bütün  saxlayıcıları  üçün  reyestrin 

aparılması  xidmətlərini  göstərmək  imkanındadır.  Alqı-satqı  iştirakçılarının  qiymətli 

kağızlarının və pul vəsaitlərinin hərəkəti “ödənişə qarşı təchizat” (ÖQT) prinsipi üzrə 

həyata keçirilir. 

“Azərbaycan  Respublikasında  1995-1998-ci  illərdə  dövlət  mülkiyyətinin 

özəlləşdirilməsinin  Dövlət  Proqramı”na  əsasən  depozit  sisteminin  əsas  məqsədi 

qiymətli  kağızların  müəyyən  olunmuş  qaydada  saxlanılmasını,  nağd  və  nağdsız 

dövriyyəsinin təmin edilməsini, səhmdarların reyestrinin aparılmasını, qiymətli kağız 

mülkiyyətçilərinin və alqı-satqı müqavilələrinin qeydiyyatını, eləcə də digər depozitar 

xidmətlərini  həyata  keçirilməsi  məqsədi  ilə  Milli  Depozit  Mərkəzi  yenidən  təşkil 

edildi,  müasir  fond  bazarı  vasitəçiləri  -  broker  və  diler  institutları  formalaşmağa 

başladı. 

Bazara  bir  sıra  müxtəlif  maliyyə  alətləri  çıxarıldı  və  həm  özəl,  həm  də  dövlət 

sektorunun kapital bazarlarından maliyyələşməsi üçün müvafiq şərait yaradıldı.  

Bu  gün  ölkə  iqtisadiyyatının  şaxələndirilməsi,  regional  inkişaf,  özəl  sektorun 

dəstəklənməsi  və  əhalinin  məşğulluq  səviyyəsinin  yüksəldilməsi  sahəsində  cənab 

Prezident  lham Əliyevin bilavasitə rəhbərliyi altında həyata keçirilən həyata keçirilən 

uğurlu  iqtisadi  islahatlar  nəticəsində  ölkə  iqtisadiyyatı  2005-ci  ildən  yeni  inkişaf 

mərhələsinə qədəm qoydu. 2005-2011-ci illər ərzində ÜDM 4 dəfə, o cümlədən qeyri-

neft ÜDM 3.9 dəfə, əsas kapitala investisiyalar 2.2 dəfə, əhalinin nominal pul gəlirləri 

4.6 dəfə artmış, strateji valyuta ehtiyatları 41 milyardı keçmişdir. Bütün bunlar ölkənin 

rəqabət qabiliyyətliyinin və investisiya cəlbediciliyinin yüksəlməsinə zəmin yaratdı. 

Bu  dövrdə  iqtisadiyyatın  bütün  sahələrində  olduğu  kimi  qiymətli  kağızlar 

bazarında  da  dinamik  artım  müşahidə  edildi.  Bazara  gəlirlilik  və  müddətinə  görə 

müxtəlif  alətlər  çıxarıldı,  mövcud  alətlərin  ticarətinin  həcmi  əhəmiyyətli  dərəcədə 

artdı.  nvestorların  bazardakı  aktivliyi  yüksəldi  və  xarici  investorlar  Azərbaycan 

maliyyə  alətlərinə  sərmayə  qoymağa  başladılar.  Maliyyə  sektoru  ilə  yanaşı,  ilk  dəfə 

olaraq  qeyri  maliyyə  sektorunu  təmsil  edən  müəssisələr  yerli  fond  bazarı  vasitəsilə 

maliyyələşməyə  başladılar.  2005-2011-ci  illər  ərzində  bütövlükdə  Bakı  Fond 

Birjasının ticarət dövriyyəsi 6.4 dəfə, o cümlədən dövlət istiqrazları ilə ticarətin həcmi 




Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə