Microsoft Word Fuad-magistr-yenii doc



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə12/31
tarix17.09.2018
ölçüsü1,06 Mb.
#68736
1   ...   8   9   10   11   12   13   14   15   ...   31

 

33 


Dövlət  qiymətli  kağızlar  bazarında  əməliyyatların  4  faizini  Maliyyə  Nazirliyi 

tərəfindən  emissiya  olunan  dövlət  istiqrazları,  10  faizini  Mərkəzi  Bankın  notları,  86 

faizini isə qiymətli kağızlarla repo əməliyyatları təşkil etmişdir. 

2014-ci  ildə  Maliyyə  Nazirliyi  tərəfindən  müddəti,  gəlirliyi  və  ödəniş  şərtlərinə 

görə müxtəlif alətlərin bazara çıxarılması davam etmişdir. Bu zaman bank sektorundakı 

izafi likvidlik nəzərə alınmış, real sektorun maliyyələşməsini stimullaşdıran düşünülmüş 

emissiya siyasəti həyata keçirilmişdir. Nəticədə, 2014-ci il ərzində dövlət istiqrazlarının 

ilkin və təkrar bazarının həcmi 38,5 faiz azalmış, lakin müxtəlif  müddətli istiqrazların 

gəlirlikləri  üzrə  artım  müşahidə  olunmuşdur.  Belə  ki,  1  aylıq  dövlət  istiqrazlarının 

gəlirliyi ilin əvvəlindən sonunadək 1,36 faizdən 1,46 faizə, 3 aylıq dövlət istiqrazlarının 

gəlirliyi 1,61 faizdən 2,5 faizə, 6 aylıq dövlət istiqrazlarının gəlirliyi 2,01 faizdən 2,95 

faizə artmış, 1 illik dövlət istiqrazlarının gəlirliyi 3,5 faiz, 1 illik geriçağrılabilən dövlət 

istiqrazlarının gəlirliyi 3,99  faiz,  2  illik  dövlət  istiqrazlarının gəlirliyi 4,49 faiz,  3 illik 

dövlət istiqrazlarının gəlirliyi isə 4,95 faiz təşkil etmişdir.  

Son illər dövlət qiymətli kağızları ilə əməliyyatların əsas hissəsini təşkil edən repo 

ə

məliyyatları  da  artmışdır.  Belə  ki,  2014-ci  il  ərzində  repo  əməliyyatlarının  sayı  ötən 



ilin  müvafiq  dövrü  ilə  müqayisədə  86  faiz,  əməliyyatların  həcmi  isə  6,9  dəfə  artaraq 

5781  milyon  manat  təşkil  etmişdir.  Repo  əməliyyatlarının  99  faizi  Mərkəzi  Bankın 

notları, 1 faizi isə dövlət istiqrazları vasitəsilə həyata keçirilmişdir. Dövlət istiqrazları ilə 

aparılan repo əməliyyatlarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 67,5 faiz 

artaraq 29,3 milyon manat təşkil etdiyi halda, Mərkəzi Bankın notları ilə aparılan repo 

ə

məliyyatlarının həcmi 7 dəfə artaraq 5752 milyon manat təşkil etmişdir. 



Son  illər  korporativ  qiymətli  kağızlar  bazarının  dinamikasında  da  yüksək  artım 

templəri  müşahidə  edilmiş,  özəl  sektorun  qiymətli  kağızlar  bazarı  vasitəsilə 

maliyyələşmə  təşəbbüsləri  genişlənmişdir.  Belə  ki,  2014-ci  il  ərzində  korporativ 

qiymətli kağızlar bazarında əməliyyatların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 

13  faiz,  əməliyyatların  həcmi  isə  2,7  dəfə  artaraq  2144  milyon  manat  təşkil  etmişdir. 

Korporativ  qiymətli  kağızlarla  əməliyyatların  48  faizini  səhmlər,  52  faizini  isə 

korporativ  istiqrazlar  təşkil  etmişdir.  Bununla  yanaşı,  2014-ci  il  ərzində  korporativ 

qiymətli kağızlar sektorunun ilkin bazarında əməliyyatların həcmi 3 dəfə artaraq 1567 

milyon manat təşkil etmişdir. 



 

34 


Cədvəl 1.3.

 

Korporativ qiymətli kağizlar

5

 

Korporativ  qiymətli  kağızlar  seqmentinin  artım  templəri  əsasən  korporativ  borc 

bazarı  alətlərinin  dinamikası  hesabına  baş  vermişdir.  Belə  ki,  dövr  ərzində  korporativ 

istiqrazların  ilkin  və  təkrar  bazarı  ötən  ilin  müvafiq  dövrü  ilə  müqayisədə  3,7  dəfə 

artaraq  1115  milyon  manat  təşkil  etmişdir.  2014-ci  il  ərzində  borc  alətləri  vasitəsilə 

maliyyələşmə imkanlarına marağın artması da müşahidə olunmuşdur. Belə ki, 2014-ci il 

ə

rzində  korporativ  borc  bazarının  ilkin  bazarında  əməliyyatların  həcmi  4  dəfə  artaraq 



584,7  milyon  manat  təşkil  etmişdir.  Özəl  sektor  təmsilçiləri  tərəfindən  mütəşəkkil 

bazarda buraxılan istiqrazlar ötən ilin müvafiq dövrü ilə 6,5 dəfə artaraq 121,5 milyon 

manat, təkrar bazarı isə 26 dəfə artaraq 66,9 milyon manat təşkil etmişdir.  

2014-ci il ərzində Azərbaycan  poteka Fondunun istiqrazlarının buraxılışı davam 

etmişdir. Dövr ərzində Azərbaycan  poteka Fondunun 80 milyon manatlıq istiqrazları 

emissiya  olunmuş,  77,4  milyon  manatlıq  istiqraz  yerləşdirilmişdir.  Bütövlükdə  isə 

Azərbaycan  poteka Fondunun istiqrazları ilə əməliyyatların həcmi ötən ilin müvafiq 

dövrü ilə müqayisədə 2,2 dəfə artaraq 540,8 milyon manat təşkil etmişdir. 2014-ci il 

                                                            

5

 



www.csc.gov.az

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci ildə Fəaliyyəti haqqında 



hesabatı  Bakı 2014

 

Q YMƏTL  KAĞIZLARIN NÖVLƏR  



2014-ci il 

Yanvar-Dekabr 

2010-cu il 

Yanvar-Dekabr 

Fərq 

(%) 


Məbləğ 

üzrə 


Ə

qdlərin 


sayı 

Məbləğ 


(manat) 

Ə

qdlərin 



sayı 

Məbləğ 


(manat) 

KORPORAT V Q YMƏTL  KAĞIZLAR 

4943 

2 144 350 785 

4370 

805 746 968 

2,7 dəfə 

Səhmlər 


4722 

1 029 274 746 

4143 

502 193 440 



105% 

Səhm (ilkin bazar – BFB-də yerləşdirmə) 

137 

974 388 229 



1835 

425 794 983 

128,8% 

Səhm (ilkin bazar – qapalı yerləşdirmə) 



8 484 039 

18 

31 866 406 



-73,4% 

Səhm (təkrar bazar - BFB) 

3425 

8 353 614 



2065 

15 554 689 

-46,3% 

Səhm (təkrar bazar - birjadankənar) 



1155 

38 048 864 

225 

28 977 362 



31,3% 

Korporativ  stiqrazlar 

221 

1 115 076 038 



227 

303 553 528 

3,7 dəfə 

Korporativ istiqrazlar - manat (ilkin bazar – BFB-də 

yerləşdirilmə) 

92 


179 054 240 

103 


100 287 642 

78,5% 


Korporativ istiqrazlar - manat (qapalı yerləşdirilmiş) 

4 370 000 



30 072 400 

-85,5% 

Korporativ istiqrazlar - ABŞ dolları (ilkin bazar – 



BFB-də yerləşdirilmə) 

19 817 500 





Korporativ istiqrazlar - ABŞ dolları (qapalı 

yerləşdirilmiş) 

381 501 000 





Korporativ istiqrazlar - Avro (ilkin bazar – BFB-də 

yerləşdirilmə) 





1 091 499 

Korporativ istiqrazlar - manat (təkrar bazar - BFB) 



117 

529 202 339 

105 

164 132 563 



3,2 dəfə 

Korporativ istiqrazlar - manat (təkrar bazar - 

birjadankənar) 

6000 



7 505 000 

-99,9% 

Korporativ istiqrazlar - ABŞ dolları(təkrar bazar-BFB) 





464 423 

Korporativ istiqrazlar - Avro(təkrar bazar - BFB) 



1 124 959 






Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə