Microsoft Word Fuad-magistr-yenii doc



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə14/31
tarix17.09.2018
ölçüsü1,06 Mb.
#68736
1   ...   10   11   12   13   14   15   16   17   ...   31

 

38 


uğramaq  deyil.  Əksinə,  bazarda  stabilliyin  və  ya  fond  indekslərindəki  tərəddüdlərin 

hansısa bir qanunauyğunluğa tabe olmasıdır.  

Qiymətli  kağızların  bazarında  qiymətlərin  səviyyəsinə  təsir  göstərən  əsas 

faktorlar siyasi və hüquqi çərçivədə qəbul olunan qərar və qanunlardır. Bunlar adətən 

aşağıdakı kimi qruplaşdırılır: 

 

Cədvəl 2.1. Mümkün qanunvericiliyin qiymətli kağızlar bazarına təsiri



6

 

Mümkün qanunvericilik 

Təsirlə

Vergilər 

Ümumiyyətlə,  yüksək vergilər son nəticədə səhm investisiyasına  mənfi 

təsir göstərir. Gəlir vergisi və kapital qazancı üzrə vergilər və digər vergi 

növləri  səhm  və  istiqrazlar  üzrə  gəlirlərin  azalması  və  onların 

qiymətlərinin aşağı düşməsinə səbəb olur 

Qanunlar 

Qiymətlərə  nəzarət  dedikdə  məhsul,  xidmət  və  ya  istehlak  mallarının 

qiymətini  müəyyən  edən  qanunlar  nəzərdə  tutulur.  Qiymətlər  üzərində 

nəzarət tarix boyu davamlı olaraq tətbiq edilir. 

Tənzimləmələr 

Qəbul  edilmiş  praktikaya  əsasən  daha  çox  və  daha  sərt  tənzimləmələr 

səhmlərə mənfi təsir göstərir. 

Dövlət xərcləri və dövlət 

borcu 

Dövlət təşkilatlarının xərcləri artarsa və ya ehtiyatlardan  səmərəsiz 



istifadə edilərsə,  cəmiyyət böyük  məsrəflərə  məruz qala bilər  ki, bu da 

öz növbəsində iqtisadiyyatın və qiymətli kağızlar bazarının zəifləməsinə 

gətirib çıxara bilər. 

Dövriyyədə olan pul 

vəsaitinin məbləği 

Dövriyyədə  olan  pul  vəsaitinin  məbləğinin  artması  və  ya  azalması 

inflyasiya və ya deflyasiya mühitinin yaranması ilə nəticələnir ki, bu da 

öz  növbəsində  iqtisadiyyata,  xüsusi  bir  sənaye  sahəsinə  və  ya  səhm 

investisiyasına mənfi və ya müsbət təsir edə bilər. 

Faiz dərəcələri 

Ə

sas  tənzimləyici  qurumların  yürütdükləri  siyasət  burada  həlledici  rol 



oynayır.  Belə  ki,  faiz  dərəcələrinin  artması  və  ya  azalması  ümumi 

iqtisadiyyata  və  qiymətli  kağızlar  bazarına  dinamik  təsir  göstərir.  Faiz 

dərəcələri  yüksəldikdə,  şirkətlər  üçün  kredit  daha  baha  başa  gəlir. 

Ə

ksinə,  faiz  dərəcələri  azaldıqda,  şirkətlər  krediti  daha  ucuz  əldə  edə 



bilir və bu da öz növbəsində mənfəət üçün faydalı hesab olunur. 

Dövlət tərəfindən 

göstərilən yardımlar 

Bu,  dövlətin  vergilərdən  və  ya  borclanma  nəticəsində  əldə  edilən 

pullardan  istifadə  etməklə  çətin  vəziyyətdə  olan  müəssisələrə  yardım 

göstərməsidir (dövlətin  bazara birbaşa  müdaxiləsi).  Bu zaman vəsaitlər 

sağlam  özəl  sektordan  çətin  vəziyyətdə  olan  müəssisələrə 

yönləndirildiyindən, bu proses mənfi təsirə malikdir. 

Ş

irkətlərin  qiymətli  kağızlarına  bir  başa  təsir  gösərən  əsas  faktorlardan  biri 



investisiya  reytinqi  üzrə  statusun  saxlanılmasıdır.  Qeyd  edək  ki,  Dünya  üzrə 

investisiya reytinqinin  təyin  olunması  3  əsas  şirkət  “Standart  and  Poors”,  “Fitch”  və 

“Moody’s”  tərəfindən  həyata  keçirilir.  Sözügedən  beynəlxalq  kredit  agentlikləri 

ölkələrin  və  eləcədə  ayrı-ayrı  şirkətlərin  iqtisadi  gücünü  təhlil  edir,  səhm  və 

istiqrazlarını  borc  ödəmə  qabiliyyətlərinə  görə  dərəcələrə  ayıraraq  kredit  reytinqləri 

üzrə  sıralayır.  Bu  kredit  reytinqləri  neqativ,  neytral  və  pozitiv  proqnozlu  3  səyiyyəli 

                                                            

6

 



Paul Mladjenoviç, “Fond Birjasında investisiyalar”, Bakı 2014

 


 

39 


olur  (A,  AA,  AAA).  stiqrazlarının  dəyər  şkalasının  yuxarı  olması  şirkətlərin  öz 

öhdəliklərini

 

yerinə  yetirmək  ehtimalının  yüksək  olmasına  işarə  edir.  Məhz  bu  da 



investorları  yüksək  reytinqli  qiymətli  kağızların  alınmasını  həvəsləndirir.  Bu  da  öz 

növbəsində  həmin  şirkətin  qiymətli  kağızlarının  qiymətinin  yüksəlməsi  və  gəlirlik 

faizlərin isə aşağı olmasına səbəb olur. Misal üçün qeyd edək ki, 03 avqust 2011-ci il 

tarixində  S&P  reytinq  agentliyi  1941-ci  ildən  bəri  ilk  dəfə  olaraq  ABŞ-ın  “AAA” 

səviyyəsində olan suveren kredit reytinqini aşağı endirməyə qərar vermişdir. Ölkənin 

kredit  reytinqi  “AAA”  səviyyəsində  bir  pillə  aşağı  salınaraq  “neqativ”  proqnozlu 

“AA+”  səviyyəsinə  endirilmişdir.  Bu  qərar  bütün  ABŞ  şirkətlərinin  istiqazlarının 

gəlirlik  dərəcəsinin  azalması  və  eyni  zamanda  həmin  şirkətlərin  səhmlərinin 

qiymətlərinin azalmasına səbəb olmuşdur.  

Digər bir misal, 2011-ci ilin sonu 2012-ci ilin əvvəllərində dünya borc böhranı 

nəticəsində  Yunanıstanın  dövlət  borcu  elə  bir  səviyyəyə  yüksəlmişdir  ki,  bu  da 

beynəlxalq  investisiya  şirkətləri  tərəfindən  araşdırılaraq  onun  kredit  reytinqini  defolt 

səviyyəsində  müəyyənləşdirmişdir.  Kredit  reytinqinin  dəyişməsi  Yunanıstanın  dövlət 

istiqrazlarının  gəlirliklərinin  çox  aşağı  düşməsi  ilə  nəticənmişdir  ki,  bu  da  digər 

tərəfdən  Yunanıstana  investisiya  yatıran  şirkətlərin  səhmlərinin  dəyərinin  aşağı 

düşməsinə səbəb olmuşdur. 

Yuxarıda  qeyd  olunan  faktorların  qiymətli  kağızların  qiymətinə  təsirini 

müəyyənləşdirmək üçün müxtəlif analiz metodlarından istifadə olunur. Ən sadə analiz 

üsulu  qrafik  analiz  metodudur.  Qiymət  qrafiklərinin  3  əsas  növü  vardır.  Bunlar  xətti 

qrafiklər,  parça  modeli  və  yapon  şamları  qrafikidir.  Lakin,  bütün  qiymət  qrafikləri 

üçün ümumi xüsusiyyət şaquli istiqamətdə qiymət dəyişikliklərinin, üfüqi istiqamətdə 

isə zamanın əks olunmasıdır. 

Xətti  qrafiklər  yalnız  müəyyən  zaman  dilimindəki  bağlanış  qiymətləri 

ardıcıllığını  göstərir.  Xətti  qrafiklərdən  daha  çox  qısa  zaman  periodlarında  qiymət 

dəyişikliklərinin analiz edilməsi üçün istifadə olunur. 

Qrafik 2.1. Xətti qrafik 

 

 



 

 



Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə