Microsoft Word Fuad-magistr-yenii doc



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə19/31
tarix17.09.2018
ölçüsü1,06 Mb.
#68736
1   ...   15   16   17   18   19   20   21   22   ...   31

 

51 


Kağızlar  üzrə  Dövlət  Komitəsi  (QKDK)  həyata  keçirir.  QKDK  qiymətli  kağızlar 

bazarında vahid dövlət siyasətinin formalaşmasında iştirak edir və bu siyasətin həyata 

keçirilməsini, habelə qiymətli kağızlar bazarının və onun infrastrukturunun inkişafını 

təmin edir.  

Dövlət  tənzimlənməsi  ilk  növbədə  normativ-hüquqi  aktlara  əsaslanır.  Hüquqi 

təminat  qanunvericilik  aktları  fərmanlar,  qərarlar,  sərəncamlar  və  idarəetmə 

orqanlarının  digər  hüquqi  sənədlərini  əhatə  edir.  Normativ  təminata  təlimatlar, 

normativlər,  normalar,  metodik  göstərişlər  və  izahatlar  və  s.  aiddir.  Azərbaycan 

Respublikasında  qiymətli  kağızlar  bazarının  tənzimlənilməsi  üzrə  başlıca  sənədlərə 

“Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin yaradılması 

haqqında”  Azərbaycan  Respublikası  Prezidentinin  Sərəncamı,  “Azərbaycan 

Respublikasının  Qiymətli  Kağızlar  üzrə  Dövlət  Komitəsinin  fəaliyyətinin  təmin 

edilməsi  haqqında”  Azərbaycan  Respublikası  Prezidentinin  Fərmanı,  Azərbaycan 

Respublikasının Mülki Məcəlləsi (4 və 54-ci fəsillər),  nzibati Xətalar Məcəlləsi (206-

220,  221-1  və  326-cı  Maddələri),  “Qiymətli  kağızlar  bazarında  investorların 

hüquqlarının  müdafiəsi  haqqında”,  nvestisiya  fondları  haqqında”,  “Lotereyalar 

haqqında" Azərbaycan Respublikası Qanunu, “Bəzi fəaliyyət növlərinə xüsusi razılıq 

(lisenziya)  verilməsi  qaydalarının  təkmilləşdirilməsi  haqqında”  Azərbaycan 

Respublikası Prezidentinin Fərmanı, “Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq 

xüsusi  razılıq  (lisenziya)  verilməsi  ucun  tələb  olunan  əlavə  sərtlər  barədə”  və 

“Azərbaycan  Respublikası  Mülki  Məcəlləsinin  qəbul  edilməsindən  irəli  gələn  bəzi 

məsələlərin  həll  edilməsi  haqqında"  Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin 

Qərarı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 30 avqust tarixli 158 

nömrəli  qərarı  ilə  təsdiq  edilmiş  "Emitentin  istiqraz  buraxılışının  maksimal  həcminə 

dair  tələblər  haqqında  Qaydalar"ı,  “Çeklər  haqqında  Vahid  Qanun  barədə”  və 

"Köçürmə  və  adi  Veksel  haqqında  Vahid  Qanun  barədə"  Konvensiyaya  qoşulmaq 

haqqında  Azərbaycan  Respublikasının  Qanunu,  Qiymətli  Kağızlar  üzrə  Dövlət 

Komitəsinin normativ aktları və digər qanun çərçivəsində həyata keçirir. 

Mülki  Məcəlləyə  görə  qiymətli  kağızlar  bazarının  dövlət  tənzimlənməsi 

aşağıdakılardan (Maddə 1078-40) ibarətdir: 




 

52 


  qiymətli  kağızlar  bazarının  tənzimlənməsi  üzrə  normativ  hüquqi  aktların  qəbul 

edilməsi  və  onlara  riayət  olunmasına  nəzarətin  həyata  keçirilməsi,  bazarının 

iştirakçılarına tələblərin və onların fəaliyyəti qaydalarının müəyyən edilməsi, qiymətli 

kağızlar  buraxılışlarının  dövlət  qeydiyyatının  aparılması,  qiymətli  kağızlar  bazarında 

peşəkar  fəaliyyətin  həyata  keçirilməsi  üçün  xüsusi  razılığın  (lisenziyanın) 

verilməsindən; 

  qiymətli  kağızlar  bazarında  investorların  və  qiymətli  kağızlar  sahiblərinin 

hüquqlarının  müdafiəsi,  qiymətli  kağızlar  bazarı  iştirakçılarının  fəaliyyətinə  dövlət 

nəzarətinin  həyata  keçirilməsi,  bazarda  qanunvericiliyi  pozan  şəxslərin  məsuliyyətə 

cəlb edilməsi üzrə müvafiq tədbirlərin görülməsindən; 

  qiymətli  kağızlar  bazarının  iştirakçılarının  peşə  səviyyəsinin  artırılması  üzrə 

müvafiq  tədbirlərin  görülməsi,  bazarın  inkişafı  istiqamətlərinin  müəyyən  edilməsi, 

qiymətli kağızlar bazarında sağlam rəqabət mühitinin yaradılmasından; 

  qiymətli  kağızlarla  əqdlərin  bağlanmasına  dair  tələblərin  müəyyən  edilməsi, 

hüquqi və fiziki şəxslərin borc öhdəliklərinin qiymətli kağızlarla rəsmiləşdirilməsi və 

ödənilməsi  qaydalarının  müəyyənləşdirilməsi,  qiymətli  kağızlarla  rəsmiləşdirilmiş 

borc öhdəlikləri bazarının tənzimlənməsinin həyata keçirilməsindən; 

  Azərbaycan Respublikasının qiymətli kağızlar bazarının dünya maliyyə bazarına 

inteqrasiyası  üzrə  tədbirlərin  hazırlanmasında  və  müvafiq  icra  hakimiyyəti  orqanına 

təsdiq  edilmək  üçün  təqdim  edilməsi,  müvafiq  tədbirlərin  həyata  keçirilməsi, 

aktivlərin  öhdəliklərlə  yüklənməsi  və  onlarla  rəsmiləşdirilən  daşınmaz  əmlakın 

ipotekasının qeydiyyatının və uçotunun aparılmasından; 

  qiymətli  kağızlarla  bağlı  müvafiq  dövlət  reyestrlərinin  (qiymətli  kağızların 

buraxılışının  dövlət  reyestri,  veksel  və  çeklərin  dövlət  reyestri,  qiymətli  kağızlarla 

girovun rəsmi reyestri, qiymətli kağızlarla rəsmiləşdirilən əmlakın ipotekasının dövlət 

reyestri və s.) aparılması, bazarda sığortalanmalı olan risklərin sığorta standartlarının 

müəyyən  edilməsi,  qiymətli  kağızlar  bazarında  məlumatların  açıqlanması  üzrə 

qaydaların müəyyən edilməsi və sisteminin təşkilindən; 

  qiymətli  kağızların  (sertifikatların)  blanklarının  çap  edilməsi  və  onların  ölkəyə 

gətirilməsi  və  aparılması  üzrə  fəaliyyətin  tənzimlənməsi,  bazarın  iştirakçılarına 

qanunvericiliklə müəyyən edilmiş qaydada icrası məcburi olan göstərişlərin verilməsi, 



 

53 


bazarın inkişafı məqsədi ilə istifadə edilən fondların qanunvericiliklə müəyyən edilmiş 

qaydada yaradılması və tənzimlənməsindən; 

   bazarda  qiymətlərlə  manipulyalara  yol  verilməməsi  üzrə  tədbirlərin 

görülməsindən. 

 

2.2. Qiymətli kağızlar bazarının tənzimlənməsinin müasir vəziyyətinin təhlili 

 

Qiymətli kağızlar bazarının peşəkar iştirakçılar tərəfindən tənzimlənməsi bazarın 

özünütənzimləmə  sistemini  təşkil  edir.  Respublikamızın  Mülki  Məcəlləsinə  əsasən 

(maddə  992-1.16)  qiymətli  kağızlar  bazarının  peşəkar  iştirakçılarının  özünü 

tənzimləyən  təşkilatı  qiymətli  kağızlar  bazarının  peşəkar  iştirakçılarının  könüllülük, 

qeyri-kommersiya prinsipləri əsasında fəaliyyət göstərən qeyri-hökumət təşkilatı olan 

ictimai  birliyidir.  Bu  tənzimlənməni  müxtəlif  təşkilatlar  həyata  keçirir.  Dünya 

təcrübəsində bu  təşkilatlar assosiasiyalar, ittifaqlar  və bazarın peşəkar iştirakçılarının 

müqavilə  münasibətləri  ilə  bağlı  olan  birliklər  şəklində  yaradılır  (məs.  ABŞ-da 

nvestisiya Dilerləri Assosiasiyası). Bazarın özünü tənzimləməklə fəaliyyət göstərməsi 

onun iştirakçıları üçün peşə və etik normalarının, ticarət əməliyyatı qaydalarının təyin 

edilməsini və onlara riayət olunmasına nəzarət edilməsini nəzərdə tutur. Birliklər həm 

fond  bazarı  iştirakçılarının  maraqlarını  müdafiə  edir,  həm  də  sərt  bazar  davranış 

qaydalarını müəyyən edir, onlara riayət olunmasına səmərəli nəzarəti təmin edir. Belə 

özünütənzimləmənin müsbət cəhətlərindən biri bazarın tənzimlənməsi ilə bağlı dövlət 

xərclərinə  qənaət  edilməsi,  bazarın  idarəedilməsi  aparatının  məhdudlaşdırılmasıdır. 

Digər tərəfdən bazarın iştirakçıları hökumət məmurları ilə müqayisədə bazarın normal 

tənzimlənməsində  daha  maraqlı  olurlar.  Belə  nəzarət  çox  vaxt  məmur  nəzarətindən 

daha ciddi və tələbkar olur.[5/s.75] 

Özünütənzimləmə orqanlarının əsas funksiyaları aşağıdakılardır: 

  bazarda iştirakçıların fəaliyyətinin özünütənzimləməsi; 

  yüksək peşəkar standartların təmin olunması və işçi heyətinin hazırlanması; 

  bazarın infrastrukturunun inkişaf etdirilməsi; 

  birgə  elmi  araşdırmaların  aparılması,  özünün  maraqlarının  kollektiv  təmsil 

olunması və investorların maraqlarının müdafiəsi. 



Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə