Microsoft Word Fuad-magistr-yenii doc



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə2/31
tarix17.09.2018
ölçüsü1,06 Mb.
#68736
1   2   3   4   5   6   7   8   9   ...   31

 

-  Qiymətli  kağızlar  bazarının  əsas  atributları  və  tərkib  hissələri  haqqında  ətraflı 



məlumatları əks etdirir; 

-  Qiymətli kağızlar bazarında qiymətlərin dəyişilmə meyllərini öyrənir; 

-  Qiymətli kağızlar bazarı xətti və B-əmsalı konsepsiyası 

-  Qiymətli kağızların reytinqinin təyini və qiymətləndirilməsi tədqiq olunur 

-  Qiymətli  kağızlar  bazarında  qiymətlərin  proqnozlaşdırma  metodları  və 

beynəlxalq təcrübədən istifadə olunması imkanlarını araşdırır. 



Tədqiqatın obyekti və predmeti:  Tədqiqatın  obyekti  qiymətli  kağızlar  bazarında 

qiymətlərin  dinamikasının  və  dəyişilmə  meyllərinin  müəyyən  edilməsi,  dünya  üzrə 

səhm  bazarında  qiymətlərin  işlənilməsi  üzrə  texniki  təhlillərin  aparılması  zamanı 

dünya  təcrübəsindən  istifadə  üzrə  metod  və  modellər  vasitə  və  qaydalar  təşkil  edir. 

Tədqiqatın predmeti qiymətli kağızlar bazarının iqtisadiyyatda yeri və rolunun tədqiqi 

və tənzimlənilməsi istiqamətləri, qiymətli kağızların qiymətlərin formalaşması  metod 

və  modellərin  təkmilləşdirilməsi,  eyni  zamanda  qiymətlərin  gələcəkdə  dəyişilmə 

meyllərinin araşdırılmasıdır. 



Tədqiqatın informasiya bazası və işlənmə metodları: Tədqiqatın informasiya bazası 

qeyd  olunan  istiqamət  üzrə  Azərbaycan,  eləcə  də  ingilis  və  rus  iqtisadçılarının 

ə

sərlərindən, qiymətli kağızlar bazarı, qiymətin əmələgəlməsi və eləcə də birja ticarəti 



haqqında  müvafiq  qaydaları  özündə  əks  etdirən  beynəlxalq  təcrübə  və  dövlətdaxili 

normativ  hüquqi  aktlardan,  qərar,  qayda  və  mövzu  ilə  bağlı  mövcud  internet 

mənbələrindən  ibarətdir.  Tədqiqat  üzərində  işləyərkən  müqayisəli  texniki  təhlil  və 

analitik hesablama metodlarından geniş istifadə edilmişdir. 



Tədqiqatın  elmi  yeniliyi:  Tədqiqatın  elmi  yeniliyi  ondan  ibarətdir  ki,  qiymətli 

kağızların reytinq qiymətləndirmə modeli  üzrə Azərbaycan Respublikasının mövcud 

təcrübəsinin  qeyd  olunan  sahə  üzrə  mövcud  olan  beynəlxalq  təcrübə  kontekstində 

təhlil  edilir  və  milli  təcrübənin  qabaqcıl  beynəlxalq  standartlar  əsasında 

təkmilləşdirilməsinin zəruriliyi və yolları göstərilir 

Tədqiqatın praktiki əhəmiyyəti: Dissertasiya işində istifadə olunan metod, təhlil və 

qaydaların  Azərbaycan  qiymətli  kağızlar  bazarı  üçün  yeni  olsa  da,  xarici  ölkələrin 

təcrübəsində  geniş  tətbiq  olunur.  Məhz  bu  səbəbdən  tədqiqat  beynəlxalq  təcrübənin 

milli  iqtisadiyyata  tətbiq  üçün  mühüm  praktiki  əhəmiyyət  kəsb  edir.  Digər  tərəfdən 




 

tədqiqat  işində  istifadə  olunan  təhlil  metodlar  və  modelləri  Azərbaycanın  qiymətli 



kağızlar  bazarının  bütün  iştirakçılarının  bu  sahədə  bilik  bacarıq  və  təcrübələrinin 

təkmilləşdirilməsinə imkan yaradır. 

Magistr  işi  giriş,  üç  fəsil  və  bu  mövzuya  dair  nəticə  və  təkliflərlə  birlikdə    88 

səhifədən ibarətdir. 

 

Giriş  hissəsində  mövzunun  aktuallığı  əsaslandırılır,  tədqiqatın  məqsədi  və 



vəzifələri, obyekti və predmeti, informasiya bazası və işlənmə metodları, elmi yeniliyi 

və praktiki əhəmiyyəti göstərilir. 

 Birinci fəsildə qiymətli kağızlar bazarı, onun mahiyyəti, zəruriliyi, iqtisadiyyatda 

yeri  və  rolu,  funksiyaları,  quruluşu,  iştirakçıları,  fond  birjalarının  xüsusiyyətləri  və 

eləcədə, müasir şəraitdə ölkəmizdə qiymətli kağızlar bazarının vəziyyəti, onun inkişaf 

istiqamətləri, respublikamızda bazarın formalaşması və inkişafı barədə geniş məlumat 

verilir.  kinci fəsil Azərbaycanda qiymətli kağızlar bazarın qiymətləndirilməsi və onun 

müasir  vəziyyəti  təhlil  olunur.  Burada    qiymətli  kağızların    dinamikası,  bazarın 

tənzimlənməsinin  zəruriliyi,  tənzimlənmənin  formaları  və  xüsusiyyətləri,    qiymətli 

kağızların qiymətləndirilməsi  xüsusilə Azərbaycan Respublikasında qiymətli kağızlar 

bazarının  tənzimlənilməsinin  müasir  vəziyyəti  barədə  geniş  məlumat  verilir.  Üçüncü 

fəsildə  isə  qiymətli  kağızların  reytinq  qiymətləndirmə  modelinin  tədqiqi  öyrənilir. 

Burada həmçinin dissrtasiyanın əsas hesab edilən qiymətli kağızlar xətti və B-əmsalı 

konsepsiyası,  qiymətli  kağızların  reytinqinin  təyini  və  qiymətləndirilməsi  və 

proqnozlaşdırılması haqqında əyani misallar vasitəsilə geniş məlumat verilərək tədqiq 

edilir.. 

Dissertasiya  işinin  yekununda  təhlil  nəticəsində  əldə  olunmuş  bir  sıra  fikirlər, 

nəticələr,  təkliflər  və  təhlilin  ərsəyə  gəlməsində  istifadə  olunan  ədəbiyyatın  siyahısı 

göstərilmişdir. 

 

 



 

 

 



 


 



Fəsil 1. Qiymətli kağızlar  və onun formalaşmasının nəzəri-metodoloji əsasları



1.1

  Qiymətli kağızların  yaranması, onun iqtisadi inkişafda yeri və əhəmiyyəti. 

Bazar  iqtisadiyyatı  şəraitində  əmək  bölgüsünün  dərinləşməsi,  özəl  bölmənin 

inkişafı, maliyyə-kredit sahəsinin də inkişafını və təkmilləşdirilməsini tələb edirdi ki, 

bu da öz növbəsində maliyyə sektorunun bütövlükdə inkişafını şərtləndirirdi. Belə ki, 

yığım  və  investisiyanın  müxtəlif  şəxslər  tərəfindən  həyata  keçirildiyi  bir  dövrdə 

yığımların  investisiyaya  çevrilməsini  təmin  edən  mexanizmin  yaranması  aktual 

məsələyə  çevrilmişdi.  Maliyyə  bazarı  və  onun  tərkib  elementləri  bu  mexanizm 

vəzifəsini  yerinə  yetirməklə  iqtisadi  fəaliyyətin  subyektləri  arasında  kapital 

resurslarının  effektiv  şəkildə  yenidən  bölüşdürülməsini  təmin  edirdi.  Maliyyə 

alətlərindən istifadənin genişlənməsinin əsas səbəbi kimi sözügedən sistem üzrə yeni 

borc  alətlərin  meydana  gəlməsi  kimi  qiymətləndirilir  ki,  bunlardan  biri  də  qiymətli 

kağızlar hesab olunur. Həmçinin, bir-birindən təcrid olunmuş kapitalların inteqrasiyası 

üçün  təşkilatı  zəminin  yaranması  maliyyə-kredit  qurumlarının  çoxsaylı və  çoxcəhətli 

formalarının  meydana  gəlməsini  labüd  edirdi.  Bu  istiqamətdə  ölkə  iqtisadiyyatının 

maliyyə  sektorunu  təşkil  edən  qurumlar  tərəfindən  borc  kapitalının  yaradılması 

istiqamətində  bir  sıra  addımlar  atılmışdır  ki,  bunlardan  biri  də  qiymətli  kağızların 

tədavülə  buraxılması  yolu  ilə  maliyyə  kapitalının  formalaşmasına  nail  olmaq  hesab 

olunurdu.  Maliyyə  kapitalı  anlayışı  ilə  ifadə  edilən  bu  münasibətlərin  maddi 

daşıyıcıları  kimi  səhm  və  istiqrazlar  eləcədə  onlardan  törəmə  kimi  digər  qiymətli 

kağızlar, bu qiymətli kağızların hərəkəti maliyyə kapitalının hərəkətini, onların məcmu 

məzənnəsi isə maliyyə kapitalının həcmini ifadə edirdi. 

  qtisadi  sistemin  mühüm  tərkib  hissəsi  hesab  olunan  qiymətli  kağızların  bütün 

növləri  müvafiq  xassələrə  malikdirlər  ki,  bunlara  da  əsasən  tədavül  etmək,  likvidlik, 

risklilik və s. aid edilir. Qiymətli kağızın tədavül etməsi onun bazarda alınıb-satılmaq, 

həmçinin  digər  əmtəələrin  tədavülünü  asanlaşdıran  müstəqil  tədiyyə  aləti  kimi  çıxış 

etmək qabiliyyəti başa düşülür. Likvidlik qiymətli kağızın sahibi üçün böyük itkilərsiz, 

bazar qiymətinin cüzi dəyişməsi və az satış xərcləri ilə alınıb-satılmaq qabiliyyətidir. 

Risk isə qiymətli kağızlara qoyulan və qiymətli kağızlarla edilən investisiyalarla bağlı 

olan  və  onlara  xas  olan,  bazar  konyunkturasının  dəyişməsi  nəticəsində  itki  vermək 

ehtimalıdır.  Məlum  olduğu  kimi  maliyyə  və  pul  sistemi  real  istehsalla  müqayisə  də 




Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə