Microsoft Word Fuad-magistr-yenii doc



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə20/31
tarix17.09.2018
ölçüsü1,06 Mb.
#68736
1   ...   16   17   18   19   20   21   22   23   ...   31

 

54 


Bu gün bütövlükdə qiymətli kağızlar bazarının tənzimləməsinin əsas hədəfi orta 

müddətli perspektivdə müasir, optimal tənzimlənən və effektiv fəaliyyət göstərən fond 

bazarlarının 

formalaşdırılmasıdır. 

Bu 

məqsədlə, 



hüquqi-normativ 

bazanın 


təkmilləşdirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması; inteqrasiya edilmiş və 

tam  avtomatlaşdırılmış  fond  bazarı  infrastrukturunun  formalaşdırılması;  tələb  və 

təklifin stimullaşdırılması vasitəsilə kapital bazarı alətlərinin və xidmətlərin çeşidinin 

genişləndirilməsi;  ictimaiyyətin,  yerli  və  xarici  investorların  Azərbaycan  qiymətli 

kağızlar  bazarı  haqqında  məlumatlandırılması  və  maarifləndirilməsi;  və  nəhayət 

müasir,  qabaqlayıcı  və  effektiv  tənzimləyici  rejimin  tətbiq  edilməsi  istiqamətlərində 

fəaliyyət nəzərdə tutulur. Hazırda, strategiyanın əlaqələndirilmiş və kompleks tədbirlər 

planının  tamamlanması  və  onun  icrası  üçün  geniş  beynəlxalq  texniki  yardımın  cəlb 

edilməsi prosesləri davam etməkdədir.[6/s.201] 

Son illər bu istiqamətdə çoxşaxəli tədbirlər davam etdirilir, nəzarət mexanizmləri 

təkmilləşdirilmişdir.  Belə  ki,  2012-ci  il  ərzində  lisenziya  sahiblərinin  müraciətləri 

ə

sasında  2  şirkətin  broker,  diler  və  qiymətli  kağızların  idarə  olunması  fəaliyyətləri 



üzrə  lisenziyaları  dayandırılmışdır.  Bu  dövrdə,  broker  fəaliyyəti  üzrə  lisenziya 

müddətinin bitməsi  ilə  əlaqədar 1  lisenziya  yenilənmiş, broker fəaliyyəti üzrə 1 yeni 

lisenziya  və  peşəkar  fəaliyyət  ilə  məşğul  olan  şəxslərə  24  ixtisas  şəhadətnaməsi 

verilmişdir. Hazırda peşəkar fəaliyyətlə məşğul olmaq üçün 33 lisenziya qüvvədədir. 

2012-ci  il  ərzində  aparılmış  yoxlamalar  nəticəsində  2  iştirakçıya  fəaliyyətində  aşkar 

olunmuş  çatışmazlıqların  aradan  qaldırılması  ilə  əlaqədar  göstərişlər  verilmiş,  1 

iştirakçıya  qarşı  isə  fəaliyyətində  aşkar  edilmiş  qanun  pozuntularına  görə  inzibati 

məsuliyyətə  cəlb  etmə  proseduruna  başlanılmışdır.  Həmçinin,  qiymətli  kağızlar 

bazarında peşəkar fəaliyyətin yoxlanılmasına dair yeni metodoloji baza hazırlanmış və 

2011-ci ilin sentyabr ayından etibarən tətbiqinə başlanılmışdır. 

Son  illər  səhmdarların  hüquqlarının  müdafiəsi,  habelə  səhmdarlar  arasında 

münasibətlərin tənzimlənməsi təmin edilmişdir. Belə ki, təkcə 2012-ci il ərzində 454 

səhmdar cəmiyyəti ilə bağlı səhmdarların hüquqlarının pozulması barədə 286 şikayət 

ə

rizəsi  və  45  müraciət  qəbul  edilərək  təhlil  edilmişdir.  Araşdırmalar  nəticəsində 



fəaliyyətində  qanun  pozuntuları  aşkar  edilmiş  səhmdar  cəmiyyətlərinin  184-nə  qarşı 


 

55 


inzibati  cərimələr  tətbiq  edilmiş,  154-nə  isə  pozuntularının  aradan  qaldırılması 

haqqında məcburi göstərişlər göndərilmişdir.  

Bundan  əlavə,  səhmdar  cəmiyyətləri  tərəfindən  2012-cu  ilin  nəticələrinə  görə 

qanunvericiliyə  uyğun  olaraq  Qiymətli  Kağızlar  üzrə  Dövlət  Komitəsinə  564  illik 

hesabat  təqdim  edilmişdir.  llik  hesabatın  təqdim  edilməməsi  və  ya  düzgün  tərtib 

edilməməsi  səbəbindən  346  səhmdar  cəmiyyətinə  qarşı  inzibati  cərimə  tətbiq 

edilmişdir.  

 

 



Eyni  zamanda  ölkə  ərazisində  lotereya  və  idman-mərc  oyunlarının 

tənzimlənməsi  də  təkmilləşdirilmişdir.  Azərbaycan  Respublikası  ərazisində  lotereya 

təşkilatçılarının və idman mərc oyunlarının operatorunun hesabatlarının qəbulunun və 

təhlilinin  reqlamentləşdirilməsi  məqsədilə  “Lotereya  təşkilatçılarının  hesabatlarının 

qəbulu  və  təhlili  Metodologiyası”  və  “ dman  mərc  oyunlarının  operatorunun 

hesabatının qəbulu və təhlili Metodologiyası” hazırlanaraq təsdiq edilmişdir. 

Bununla yanaşı təkcə 2011-ci il ərzində “Azərlotereya” ASC tərəfindən 12 uduşlu 

oyun, digər şirkətlər tərəfindən isə 48 stimullaşdırıcı oyun keçirilməklə cəmi 60 lotereya 

oyunu  təşkil  olunmuş  və  stimullaşdırıcı  lotereya  fəaliyyəti  ilə  əlaqədar  lotereya 

haqqında  qanunvericiliyi  pozduqlarına  görə  8  təşkilatçıya  inzibati  cərimə  tətbiq 

edilmişdir.  

Son illər qiymətli kağızlar bazarında institusional quruculuq və inkişaf tədbirləri 

də davam etdirilmişdir.  

Azərbaycan  Respublikasında  qiymətli  kağızlar  bazarının  qabaqcıl  beynəlxalq 

təcrübəyə  uyğunlaşdırılması  məqsədilə  Azərbaycan  Respublikası  Prezidentinin  16 

may  2011-ci  il  tarixli  Sərəncamı  ilə  “2011-2020-ci  illərdə  Azərbaycan 

Respublikasında  qiymətli  kağızlar  bazarının  inkişafı”  Dövlət  Proqramı  təsdiq 

olunmuşdur.  Həmin  Dövlət  Proqramında  bazar  arxitekturasının  təkmilləşdirilməsi, 

qiymətli  kağızlarla  ticarət,  klirinq-hesablaşma  proseslərinin  sadələşdirilməsi  və 

optimallaşdırılması,  birbaşa  emal  prinsipi  əsasında  inteqrasiya  olunmuş  elektron 

ticarət  platformasının  yaradılması  və  bütövlükdə  qiymətli  kağızlar  bazarının 

institusional  inkişafı  məsələləri  üzrə  6  istiqamətdə  tədbirlərin  həyata  keçirilməsini 

nəzərdə tutur: 

1.

 Qiymətli kağızlar bazarının institusional inkişafı 



 

56 


2.

 Maliyyə  vasitəçiliyi  və  kollektiv  investisiya  sxemlərinin  fəaliyyətinin  təşkili  və 

təşviqi 

3.

 Qiymətli kağızlar bazarında tələb və təklifin dəstəklənməsi 

4.

 Maliyyə  şəffaflığı  prinsiplərinin  və  korporativ  idarəetmənin  tətbiqinin 

genişləndirilməsi 

5.

 Qiymətli kağızlar bazarına dair normativ hüquqi bazanın təkmilləşdirilməsi 

6.

 Qiymətli kağızlar bazarına dair məlumatlılığın və peşəkar hazırlığın yüksəldilməsi 

Qeyd olunan Dövlət Proqramının icrası 10 dövlət qurumuna həvalə olunmuş və 

ə

laqələndirilməsi  Qiymətli  Kağızlar  üzrə  Dövlət  Komitəsinə  tapşırılmışdır.  Dövlət 



Proqramının  səmərəli  icrasını  təmin  etmək  və  aidiyyəti  dövlət  orqanlarının  bu 

istiqamətdə  fəaliyyətini  əlaqələndirmək  məqsədilə  Qiymətli  Kağızlar  üzrə  Dövlət 

Komitəsi,  Mərkəzi  Bank,  Maliyyə,  qtisadi  nkişaf,  Vergilər,  Ədliyyə,  Rabitə  və 

nformasiya  Texnologiyaları,  Təhsil  nazirlikləri,  Əmlak  Məsələləri  Dövlət  Komitəsi, 

Auditorlar  Palatası  nümayəndələrindən  ibarət  Əlaqələndirmə  Qrupu  yaradılmış  və 

mütəmadi olaraq koordinasiya görüşləri keçirilmişdir. Həmçinin, Dövlət Proqramının 

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində icrasının təmin olunması məqsədilə 2011-

2012-ci illəri əhatə edən Tədbirlər Planı hazırlanmış və icrasına başlanılmışdır. 

Dövlət  Proqramında  nəzərdə  tutulmuş  tədbirlərin  ilk  5  il  müddətində  icrası 

zamanı  qabaqcıl  beynəlxalq  təcrübədən  istifadə  etmək,  zəruri  texniki,  təşkilati, 

məlumat dəstəyini təmin etmək məqsədilə Dünya Bankı ilə birgə Kapital Bazarlarının 

Müasirləşdirilməsi Layihəsi razılaşdırılmış və layihənin maliyyələşdirilməsinin təmin 

edilməsi  məqsədilə  2011-ci  ilin  22  sentyabr  tarixində  Bakı  şəhərində  Azərbaycan 

Respublikası  ilə  Beynəlxalq  Yenidənqurma  və  nkişaf  Bankı  arasında  Kredit  Sazişi 

imzalanmışdır.  Həmin  Saziş  Azərbaycan  Respublikasının  Nazirlər  Kabinetinin  307s 

nömrəli,  11  oktyabr  2011-ci  il  tarixli  Sərəncamı  ilə  təsdiq  olunmuşdur.  Layihənin 

icrasının  səmərəliliyini  təmin  etmək  məqsədilə  Qiymətli  Kağızlar  üzrə  Dövlət 

Komitəsidə zəruri layihə idarəetmə və nəzarət mexanizmləri formalaşdırılmışdır. 

Paralel  olaraq,  Avropa  Birliyinin  Avropa  Qonşuluq  və  Tərəfdaşlıq  Aləti  olan 

Tvinninq  layihəsinin  cəlb  olunması  üzrə  işlər  həyata  keçirilmişdir.  Belə  ki, 

“Azərbaycan Respublikasının qiymətli kağızlar bazarı üzrə qanunvericiliyinin Avropa 

Birliyinin  qanunvericiliyinə  uyğunlaşdırılması  və  institusional  inkişaf”  Tvinninq 




Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə