Microsoft Word Fuad-magistr-yenii doc



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə21/31
tarix17.09.2018
ölçüsü1,06 Mb.
#68736
1   ...   17   18   19   20   21   22   23   24   ...   31

 

57 


layihəsinin  2012-ci  ilin  ortalarından  etibarən  başlanması  və  2014-cü  ildə 

tamamlanması  planlaşdırılmışdır.  Sözügedən  layihənin  məqsədi  Azərbaycanın 

qiymətli  kağızlar  bazarı  üzrə  qanunvericiliyinin  nəzarət  və  tənzimləmə  çərçivəsinin 

AB-nin  qabaqcıl  standartlarına  uyğunlaşdırılması  və  qiymətli  kağızlar  bazarı 

iştirakçılarının məlumatlılığının artırılmasına dəstək göstərilməsindən ibarətdir. 

 

2012-ci 



il 

ə

rzində 



qiymətli 

kağızlar 

bazarının 

infrastrukturunun 

təkmilləşdirilməsi  və  xidmətlərin  effektivliyinin  artırılması  üzrə  də  bir  sıra  təşəbbüs 

həyata  keçirilmişdir.  Belə  ki,  Azərbaycan  Respublikası  Prezidentinin  “Dövlət 

orqanlarının  elektron  xidmətlərin  göstərməsinin  təşkili  sahəsində  bəzi  tədbirlər 

haqqında”  23  may  2011-ci  il  tarixli  429  nömrəli  Fərmanın  icrasını  təmin  etmək 

məqsədilə  Qiymətli  Kağızlar  üzrə  Dövlət  Komitəsinin  internet  səhifəsində  elektron 

xidmətlər  bölməsi  istifadəyə  verilmişdir.  Bu  xidmət  vasitəsilə  qiymətli  kağızlar 

bazarının  iştirakçıları  məsafədən  öz  platformalarına  daxil  ola  bilər  və  istənilən 

ə

məliyyatı həyata keçirə bilərlər. 



 

Bakı Fond Birjası ilə Milli Depozit Mərkəzi arasında fasiləsiz ticarəti təmin edən 

elektron  əlaqə  sistemi  istismara  verilmişdir.  Nəticə  etibarilə,  birja  əqdlərinin 

operativliyi  yeni  səviyyəyə  qaldırılmış,  Milli  Depozit  Mərkəzində  saxlanmaya  cəlb 

edilən  aktivlər  əhəmiyyətli  dərəcədə  artmış  və  xidmət  sahələri  üçün  artım  potensialı 

yaranmışdır.  Mütəşəkkil  bazarda  ədalətli  qiymətlərin  və  şəffaf  bazarın 

formalaşdırılması  məqsədilə  Bakı  Fond  Birjasında  ticarət-əməliyyat  sistemi 

təkmilləşdirilmiş, 

qiymətli 

kağızlarla 

ə

qdlərin 


ə

dalətli 


bazar 

dəyərinin 

formalaşdırılması üçün zəruri mexanizmlərin tətbiqinə başlanılmışdır. Bakı 

Fond 


Birjası  və  Milli  Depozit  Mərkəzində  idarəetmə  proseslərinin  təkmilləşdirilməsi  ilə 

ə

laqədar  hər  iki  qurumun  idarəetmə  orqanları  qabaqcıl  korporativ  idarəetmə 



standartlarına  uyğun  olaraq  funksionallıq  bölgüsü  prinsipi  ilə  yenidən  təşkil 

edilmişdir. 

Son  illər  Qiymətli  kağızlar  bazarına  dair  normativ-hüquqi  bazanın  qabaqcıl 

beynəlxalq təcrübəyə uyğunlaşdırılması təşəbbüsləri davam etdirilmişdir. Azərbaycan 

Respublikasının  Avropaya  nteqrasiyası  üzrə  Dövlət  Komissiyasının  2009-cu  il  20 

oktyabr  tarixli  qərarı  ilə  təsdiq  edilmiş  “2010-2012-ci  illər  ərzində  Azərbaycan 

qanunvericiliyinin  Avropa  ttifaqı  qanunvericiliyinə  uyğunlaşdırılması  üzrə  Tədbirlər 



 

58 


Planı” ilə əlaqəli tədbirlər icra olunmuşdur. Belə ki, səhmdar cəmiyyətlərində mühüm 

iştirak  payının  əldə  edilməsi,  yenidən  təşkil  edilməsi  zamanı  səhmdarların 

hüquqlarının  müdafiəsi,  təsis  edilməsi  və  kapitallarının  dəyişilməsi,  emissiya 

prospektinin  dərc  edilməsi,  həmçinin  emitentlərin  insayder  siyahılarının  tərtib  və 

təqdim  edilməsi  ilə  əlaqədar  tənzimləyicinin  səlahiyyətlərinin  tətbiqi  üzrə  Avropa 

Parlamentinin  və  Şurasının  Direktivlərinin  müddəalarını  özündə  əks  etdirən 

Azərbaycan  Respublikasının  Mülki  Məcəlləsinə  əlavə  və  dəyişikliklərin  edilməsi 

barədə Qanun layihəsi hazırlanmışdır.  

Maliyyə  şəffaflığı  prinsiplərinin  və  korporativ  idarəetmənin  tətbiqinin  qabaqcıl 

beynəlxalq  korporativ  idarəetmə  prinsiplərinə  uyğunlaşdırılması  məqsədilə 

Azərbaycan  Respublikasının  Mülki  Məcəlləsinin  4-cü  Fəslinin  səhmdar 

cəmiyyətlərinin  tənzimlənməsinə  dair  maddələrinə  əlavə  və  dəyişikliklərin  edilməsi 

haqqında Qanun layihəsi hazırlanmışdır. Həmçinin, korporativ idarəetmənin tətbiqi ilə 

ə

laqədar  səhmdar  cəmiyyətlərinin  məsuliyyətinin  artırılması  və  təsir  tədbirlərinin 



gücləndirilməsi  məqsədilə  nzibati  Xətalar  Məcəlləsinə  də  əlavə  və  dəyişikliklərin 

edilməsi haqqında Qanun layihəsi hazırlanmışdır. 

Kollektiv  investisiya  sxemlərinin  fəaliyyətinin  təşkili  ilə  əlaqədar  “ nvestisiya 

fondları  haqqında”  Azərbaycan  Respublikası  Qanununun  tətbiqini  təmin  etmək 

məqsədilə  Mülki  Məcəlləyə,  nzibati  Xətalar  Məcəlləsinə  və  “Cinayət  yolu  ilə  əldə 

edilmiş  pul  vəsaitlərinin  və  ya  digər  əmlakın  leqallaşdırılmasına  və  terrorçuluğun 

maliyyələşdirilməsinə  qarşı  mübarizə  haqqında”  Azərbaycan  Respublikasının 

Qanununa əlavə və dəyişikliklərin edilməsi haqqında Qanun layihələri hazırlanmış və 

15  noyabr  2011-ci  il  tarixdə  qəbul  edilmişdir.  Həmçinin,  “Səhmdar  investisiya 

fondunun  və  idarəçinin  icra  orqanının  üzvlərinin  attestasiyası”,  “ nvestisiya 

fondlarının  kənar  auditorlarına  dair  tələblər  haqqında”,  “ nvestisiya  fondlarının  və 

idarəçinin hesabatlarına dair tələblər, habelə onların təqdim edilməsi və açıqlanması” 

və “ nvestisiya fondunun kapitalının formalaşdırılmasına, fondun aktivlərinin tərkibi, 

strukturu  və  idarə  olunmasına  tələblər  haqqında”  Qaydalar  təsdiq  edilmiş  və 

Azərbaycan  Respublikasının  hüquqi  aktlarının  dövlət  Reyestrinə  daxil  edilmişdir. 

Qeyd  olunan  sənədlər  hazırlanarkən  Avropa  ttifaqının  müvafiq  sahəni  tənzimləyən 

Direktivlərinin  müddəaları  nəzərə  alınmışdır.  Həmçinin,  Azərbaycan  Respublikası 



 

59 


Prezidentinin  2011-ci  il  26  oktyabr  tarixli  513  nömrəli  Fərmanı  ilə  “Azərbaycan 

Respublikasının  Qiymətli  Kağızlar  üzrə  Dövlət  Komitəsi  haqqında  Əsasnamə”də 

müvafiq  dəyişiklik  edilmiş,  bununla  da  investisiya  fondları  ilə  əlaqədar  tənzimləyici 

orqanın nəzarət səlahiyyətləri müəyyən olunmuşdur.  

2011-ci  il  ərzində  habelə,  “Azərbaycan  Respublikası  ərazisində  Fond  Birjasının 

təşkili, fəaliyyəti və fond birjasının daxili qaydalarına dair” Standartlar və “ nvestisiya 

qiymətli kağızları ilə Repo əməliyyatlarının aparılması” Qaydaları dövlət qeydiyyatına 

alınmışdır.  Yeni  “Depozitar  fəaliyyətinin  həyata  keçirilməsi  Standartları”,  “Adlı 

investisiya qiymətli kağızlarla alqı-satqı əqdlərinin bağlanması Qaydaları" və “Mənzil 

sertifikatlarının  buraxılışı,  tədavülü  və  ödənilməsi  haqqında”  Qaydalar  Azərbaycan 

Respublikasının  hüquqi  aktlarının  dövlət  Reyestrinə  daxil  edilmişdir.  “Azərbaycan 

Respublikasının  emitentlərinin  qiymətli  kağızlarının  Azərbaycan  Respublikasının 

ə

razisindən  kənarda  yerləşdirilməsi  haqqında”  Qaydaların  layihəsi  hazırlanaraq 



dövlətdaxili prosedurlara ötürülmüşdür. 

 

Qiymətli  kağızlar  bazarında  qeyri-qanuni  yolla  əldə  olunmuş  pul  vəsaitlərinin 



leqallaşdırılması və terrorizmin maliyyələşdirilməsinə qarşı preventiv tədbirlərin tətbiq 

olunması  məqsədilə  monitorinq  iştirakçılarının  risk  kateqoriyalarını  əks  edən  matris 

layihəsi hazırlanmış və “Monitorinq iştirakçısının risk profilinin müəyyənləşdirilməsi 

üçün Sorğu Vərəqəsi” hazırlanaraq monitorinq iştirakçılarına göndərilmişdir.  

 

nvestisiya  qiymətli  kağızlarının  buraxılışlarına  beynəlxalq  eyniləşdirmə 



kodlarının  (ISIN  code)  verilməsini  təmin  etmək  məqsədilə  “Qiymətli  kağızların 

beynəlxalq nömrələnmə sisteminin tətbiqi üçün Tədbirlər Planı” təsdiq edilmişdir. 

 

Həmçinin xarici  dövlətlərin qiymətli kağızlar bazarı tənzimləyiciləri ilə əlaqələr 



genişləndirilmişdir.  Bu  çərçivədə,  Türkiyə  Kapital  Bazarları  Şurası,  Polşa  Maliyyə 

Nəzarəti  və  Yunanıstan  Kapital  Bazarları  Komissiyaları  ilə  sıx  əməkdaşlıq  edilmiş, 

qiymətli  kağızlar  bazarının  tənzimlənməsi  səlahiyyətlərinin  yerinə  yetirilməsinə 

qarşılıqlı  dəstəyin  göstərilməsi  məqsədilə  2011-ci  ilin  11  mart  tarixində  Qiymətli 

Kağızlar  üzrə  Dövlət  Komitəsi  ilə  Gürcüstan  Milli  Bankı  arasında  qiymətli  kağızlar 

bazarları  sahəsində  əməkdaşlıq  və  informasiya  mübadiləsi  haqqında  Anlaşma 

Memorandumu  imzalanmışdır.  Bununla  da,  Qiymətli  Kağızlar  üzrə  Dövlət  Komitəsi 

xarici  ölkələrin  qiymətli  kağızlar  bazarı  tənzimləyiciləri  ilə  müqavilə-hüquq  bazası 




Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə