Microsoft Word Fuad-magistr-yenii doc



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə22/31
tarix17.09.2018
ölçüsü1,06 Mb.
#68736
1   ...   18   19   20   21   22   23   24   25   ...   31

 

60 


genişlənərək  sayı  5-ə  (Qazaxıstan,  Ukrayna,  Belarus  və  Türkiyə    Respublikası) 

çatmışdır.  

 

Son  illər  qiymətli  kağızlar  bazarına  dair  məlumatlılığın  artırılması  məqsədilə 



müxtəlif  hədəf  qrupları  üçün  məlumatlandırma  və  maarifləndirmə  tədbirləri  davam 

etdirilmişdir. Bu məqsədlə Qiymətli kağızlar bazarına dair rüblük hesabatlar, həmçinin 

lisenziyası olan peşəkar iştirakçıların sayı, dövlət qeydiyyatından keçmiş korporativ və 

dövlət  qiymətli  kağızlarının  buraxılışları  haqqında  ümumilikdə  264  məlumat 

mütəmadi  olaraq  internet  səhifələrin  və  K V-lərdə  yerləşdirilməklə  ictimaiyyətə 

açıqlanmışdır.  

Bütövlükdə,  son  on  illik  ərzində  qiymətli  kağızlar  bazarının  institusional 

inkişafının  təmin  edilməsi,  qiymətli  kağızlar  bazarının  ticarət  və  əməliyyat 

infrastrukturunun  təkmilləşdirilməsi,  tənzimlənmə  mexanizmlərinin  qabaqcıl 

beynəlxalq 

təcrübəyə 

uyğunlaşdırılması 

və 

bazar 


alətlərinin 

spektrinin 

genişləndirilməsi  sahələrində  mühüm  nəticələr  əldə  edilmişdir.  Bu  isə  bütövlükdə 

növbəti  on  il  ərzində  “2011-2020-ci  illərdə  Azərbaycan  Respublikasında  qiymətli 

kağızlar bazarının inkişafı” Dövlət Proqramında əks etdirilmiş hədəflərin realizasiyası 

üçün əlverişli zəmin formalaşdırmaqdadır. 



                                      

2.3. Qiymətli kağızların qiymətləndirilməsi 

    Qiymətli  kağızlar  müəssisənin  aktivlərinin  mühüm  növlərindən  biridir.  Onların 

mövcudluğu  və  hərəkəti  haqqında  uçot  və  hesabatda  əks  etdirilən  informasiyanın 

etibarlı  olması  bilavasitə  həmin  aktivlərin  qiymətləndirilməsi  metodologiyası  və  me-

todlarından  asılıdır.  Qiymətli  kağızların  uçot  və  hesabatlarda  qiymətləndirilməsi 

metodologiyası, metod və qaydaları müvafiq normativ sənədlərdə və standartlarda öz 

ə

ksini tapır. 



    Qiymətli  kağızların  alqı-satqısı,  girov  qoyulması,  nizamnamə  kapitalına  daxil 

edilməsi və s. əməliyyatlar ölkədə qiymətli kağızlar bazarının inkişafını stimullaşdırır.  

Qiymətli  kağızlar  bazarının  yaranması  və  inkişafı  öz  növbəsində  qiymətli  kağızların 

qiymətləndirməsi zərurətini yaradır. 




 

61 


Qiymətli  kağızlar  əmlak  bazarında  digər  əmlak  növlərindən  bir  sıra  xüsusiyyətlərinə 

görə fərqləndiyindən, onların qiymətləndirilməsinə də fərqli yanaşılmalıdır və burada 

ə

sas məqsəd qiymətli kağızların bazar dəyərini aşkara çıxarmaqdan ibarət olmalıdır.  



    Qiymətli  kağızların  bazar  dəyərinin  müəyyən  olunmasına  aşağıdakı  əməliyyatlar 

zamanı ehtiyac yaranır: 

• 

alqı-satqı əməliyyatları zamanı; 



• 

qiymətli kağızların nizamnamə kapitalına daxil edilməsi zamanı; 

• 

kredit  götürmək  üçün  qiymətli  kağızların  girov  kimi  rəsmiləşdirilməsi 



zamanı; 

• 

müəssisə və onun aktivlərinin bazar dəyərinin qiymətləndirilməsi zamanı; 



• 

müəssisə iflasa uğradıqda, ləğv edildikdə və ya satıldıqda onun aktivlərinin 

qiymətləndirilməsi zamanı. 

     Qiymətləndirmə zamanı qiymətləndirici qiymətli kağızların nominal və bazar dəyərini, 

səhm    kimi  əlamətlərini,  istiqraz  vərəqəsinin  ləğvetmə,  girov,  balans  və  uçot  dəyərlərini 

nəzərə almalıdır.  

    Qiymətləndirici pay  (ekspert  adi və  imtiyazlı), borc  (istiqraz  və veksel)  və törəmə 

(opsion,  fyuçers)  qiymətli  kağızlarının  bazar  dəyərini  aşkar  etmək  üçün  bu  qiymətli 

kağızların xüsusiyyətlərini nəzərə almalıdır. 

Maliyyə  bazarında  ən  çox  yayılmış  qiymətli  kağız  kimi  səhmlər  və  veksellərin 

qiymətləndirilməsi  daha  aktualdır.  Bu  qiymətli  kağızların  qiymətləndirilməsinin 

aparılması  zamanı  zəruri  sənədlərin  toplanması,  qiymətləndirmə  ekspertizasının  vax-

tının  və  dəyərinin  göstərilməsi,  emitentinin  kimliyi  və  onun  hansı  növünün 

qiymətləndirilməsi böyük əhəmiyyət daşıyır.   

     Əgər  qiymətli  kağızın  qiyməti  maliyyə  bazarında  təyin  olunursa,  onun  dəyərinin 

müəyyən olunması və hesabatların rəsmiləşdirilməsi 2-3 gün vaxt tələb edə bilər. Bu 

zaman  qiymətləndirmə  prosesi  nisbətən  asan  başa  gəldiyi  üçün  qiymətləndiricinin 

mükafatı da aşağı olacaqdır. Əgər qiymətli kağızın qiyməti birjada təyin olunmursa və 

yaxud  onun  alqı-satqı  qiymətləri  haqqında  açıq  maliyyə  bazarında  informasiya 

yoxdursa,  bu  halda  qiymətli  kağızın  bazar  dəyərinin  müəyyənləşdirilməsi  maliyyə 

bazarının  cari  konyunkturasının  təhlilinə  əsaslanmaqla  aparılır.  Bundan  əlavə, 

qiymətləndirilən  qiymətli  kağızın  gəlirliliyi,  emitentin  maliyyə  vəziyyətinin 




 

62 


dayanıqlığı və onun etibarlılığı təhlil edilir. Bu zaman qiymətləndirici emitentin möv-

cud  maliyyə-mühasibat  hesabatları  əsasında  maliyyə  vəziyyəti  haqqında  tədqiqat 

aparır,  əlavə  diskont  dərəcəsini  və  mövcud  qiymətli  kağıza  pul  vəsaitlərinin 

qoyulmasının risk dərəcəsini də müəyyən edir. Bu proses qiymətləndirici üçün kifayət 

qədər vaxt və səriştə tələb etdiyi üçün onun mükafatı da çox olur.  

     Digər daşınar və daşınmaz əmlak növlərinə münasibətdə qiymətli kağızların girov 

qoyulması  bir  sıra  üstünlüklərə  malikdir.  Qiymətli  kağızlarla  girovun  digər  girov 

obyektlərinə nisbətən üstünlükləri aşağıdakılardır: 

1) Qiymətli kağızların dəyəri ilə borcun məbləğini tənzimləmək mümkündür. Belə ki, 

girovun  predmeti  kimi  eyni  nominallı  çoxsaylı  səhmlər  çıxış  edir  və  lazım  olduqda 

borcun  məbləğinə  uyğun gələn  səhmlərin sayı qədər  girov  qoyulur.  Digər girovlarda 

isə borcla girovun məbləği arasında fərqi aradan götürmək çətindir. 

2)  Qiymətli  kağızları  girov  qoymaqla  daha  böyük  məbləğdə  kredit  götürmək 

mümkündür.  Qiymətli  kağızları  girov  qoymaq  səhmdar  cəmiyyətin  bütünlüklə 

dəyərini girov qoymaq deməkdir ki, bu da daşınmaz əmlaka, xüsusilə mənzilə nisbətən 

daha böyük məbləğlərin cəlb edilməsinə imkan verir.  

3)  Daşınmaz  əmlakın  qiyməti  tez-tez  dəyişir  və  onun  reallaşdırılmasında  çətinliklər 

olur. Qiymətli kağızlar isə daha likviddir və onu reallaşdırmaq daha asandır.  

4)  Qiymətli  kağızların  konkret  sahibi  mövcuddur  və  onların  girov  qoyulması  və 

satılması  zamanı  ailə  üzvlərinin  razılığı  tələb  olunmur.  Girov  qoyulmuş  mənzillərin 

ödənişə yönəldilməsi zamanı ailənin evdən çıxarılması ciddi problemlərlə nəticələnir.  

5)  Qiymətli  kağızlar  girov  qoyularkən,  girov  dövlət  qeydiyyatından  keçirildikdən 

sonra  müvafiq  depozitlərdə  dondurulur  ki,  bu  da  girov  predmetinin  xarab  olması, 

cırılması, yanması, itirilməsi və digər mümkün təhlükələrdən qorunmasına və girovun 

etibarlı saxlanılmasına imkan verir. 

6) Girov qoyulmuş səhm sahibləri girovun vaxtında azad edilməsində maraqlı olduqları 

üçün,  alınmış  kreditin  təyinatı  üzrə  istifadəsinə  və  səhmdar  cəmiyyətinin  səmərəli 

işləməsinə səy göstərir ki, bu da son nəticədə istehsalın artımına kömək edir.  

7)  Girov  hüququ  qiymətli  kağızları  və  onlarla  əlaqədar  artımı,  yəni  qiymətli  kağıza 

görə ödənilən gəliri (dividendi, faizi, diskontu və s.) də əhatə etdiyinə görə həmin gəlir 




Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə