Microsoft Word Fuad-magistr-yenii doc



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə27/31
tarix17.09.2018
ölçüsü1,06 Mb.
#68736
1   ...   23   24   25   26   27   28   29   30   31

 

76 


bütün 

korrelyasiya 

ə

laqələri 



hesablanan 

keçmiş 


müddətlə 

müqayisədə 

proqnozlaşdırılan  dövrdə  qiymətgətirən  metodlarının  keçirdiyi  dəyişmələri  nəzərə 

almır.  Buna  görə  iqtisadi-riyazi  metodların  tətbqi  ciddi  məntiqi  təhlilə  və  ekspert 

qiymətləndirməyə uyğun olaraq aparılan zəruri dəyişikliklərlə müşaiyyət olunmalıdır. 

Faktiki  olaraq  bu  metodların  istifadəsi  ekstrapolyasiya  metodsuz  da  çətindir. 

Modelləşdirmə  zamanı  о,  birincisi,  reqresiya  tənlliklərinin  əmsallarının  və 

paramentlərinin  hesablanması  və  ikincisi,  ekzozen  (qeyri-iqtisadi)  dəyişənlərin 

müəyyən edilməsi üçün zəruridir. 

Digər  tərəfdən,  ekstrapolyasiya  üzü  də    müasir  şəraitdə    iqtisadi-riyazi 

modelləşdirmə  olmadan  qeyri-səmərəlidir.  Çünki  elmi  ekstrapolyasiya  proqnoza 

müəyyən düzəlişlərin daxil edilməsini nəzərdə tutur. Həmin düzəlişlər keçmiş dövrlə 

müqayisədə  proqnozlaşdırılan  dövrdə  iqtisadi  şərtlərin  dəyişməsi  mümkünlüyünü 

nəzərə  alırlar.  Belə  məlum  olur  ki,  bu  dəyişikliklərin  kəmiyyət  giymətləndirilməsi 

riyazi modelləşdirmənini  köməyi ilə daha dəqiq şəkildə aparıla bilər. 

Buradan 


nəticə 

çıxartmaq 

olar 

ki, 


ekstropolyasiyanın 

ekspert 


qiymətləndirməsinin  və  iqtisadi-riyazi  modelləşmənin  müxtəlif  cür  vəhdəti 

proqnozlaşdırmanın  optimal metodudur.  

Yuxarıda  qeyd  olunan  istənilən  metodlardan  biri  vasitəsilə  gurulan  proqnozun 

düzgünlüyü,  hər  şeydən  əvvəl  təhlilin  möhkəmliyindən,  yəni  keçmişdə  qiymət 

dinamikasının  meylləri  və  sürətlərinin  nə  qədər  dərin  və  ciddi  təhlil  edilməsindən 

asılıdır.  Bundan  başqa,  qiymət  ölçüsünün  dəqiqliyi  və  obyektivliyi  aydındır  ki, 

proqnoz  dövrü  ölçüsündə  həm  proqnoz  qarşısında  qoyulan  vəzifələrlə  və  həm  də 

bazarın xüsisiyyəti ilə müəyyən olunur. Məsələn, birja əmtələrini qiymətin proqnozu, 

adətən, qısa müddətə hazırlanır. Belə ki,  bu əmtələrin qiymətləri həddindən artıq tez-

tez və kəskin baş verən tərəddüdlərə məruz qalır. 

Qiymətli  kağızlar  bazarı  üçün  spesifik  xüsusiyyətlərin  çoxluğu  qiymətlərin 

səviyyəsiyəsinə müxtəlif istiqamətdə təsir göstərir. Belə ki, qiymətli kağız növlərinin 

mənsub olduğu şirkətlər və ölkələrin siyasi durumu, iqtisadi inkişaf səviyyəsi, Mərkəzi 

Bankların  qərarları  və  bir  sıra  digər  faktorların  təsiri  ilə  qiymətlər  daim  dəyişir.  Bu 

faktorların qiymət dəyişikliklərinə təsiri və bunun nəticəsində yarana biləcək gələcək 

inkişaf  dinamikasının  əvvəlcədən  müəyyənləşdirilməsi  və  sərmayə  idarəçiliyində 




 

77 


risklərin minimuma endirilməsi məqsədi ilə mütəmadi olaraq birja analizləri aparılır. 

Ölkələrin iqtisadi, siyasi və maliyyə durumlarını doğru analiz edərək, keçmiş qiymət 

dəyişikliklərini  doğru  şəkildə  incələyərək  qiymətlərin  gələcək  dəyişiklik 

istiqamətlərini öncədən proqnozlaşdırmaq mümkündür. 

Birja  analizinin  iki  növü  vardır:  fundamental  analiz  və  texniki  analiz. 

Fundamental  analiz  iqtisadiyyatın  inkişafının  cari  tendensiyasını  (siyasi  və 

makroiqtisadi  faktorlar),  ölkənin  investisiya  şəraitinin  qiymətləndirilməsini  və 

investisiyanın effektivliyini öyrənir. 

Başqa  sözlə,  fundamental  analiz  siyasi,  iqtisadi  və  maliyyə-kredit  siyasəti 

baxımından  birjalardakı  mövcud  durumun  qiymətləndirilməsidir.  Mərkəzi  bankların 

faiz  dərəcələri,  hökumətin  həyata  keçirdiyi  iqtisadi  siyasət,  ölkənin  siyasi  həyatında 

baş verən dəyişikliklər və müxtəlif maliyyə xəbərləri, hesabatlar, təbii fəlakətlər, şaiyə 

və  ümidlər  –  bütün  bunlar  fundamental  analizin  başlıca  araşdırma  obyektləridir.  Bu 

faktorlar  uzunmüddətli  perspektivdə  qiymətli  kağızların  dinamikasını  müəyyən  edir. 

Məhz  bu  səbəbdən  də,  uzunmüddətli  investisiyalar  həyata  keçirən  korporativ 

investorlar bu tip öz proqnozlarında təhlilə böyük diqqət yetirərək fundamental analiz 

sayəsində  qiymətlərə  təsir  edə  biləcək  fundamental  faktorların  təsirini  araşdıraraq 

gələcək tendensiyaların istiqamətini müəyyənləşdirirlər. 

Qiymətli  kağızlar  bazarının  fundamental  analizi  ən  mürəkkəb  analiz 

üsullarından  sayılır.  Çünki,  eyni  faktorlar  müxtəlif  vəziyyətlərdə  Qiymətli  kağızlar 

bazarına müxtəlif cür təsir göstərirlər. Ən mühüm xəbərlər bəzən əhəmiyyətsiz də ola 

bilər.  


Ümumiyyətlə  qiymətli  kağızlar  bazarında  fundamental  analiz  əsas  4  faktor 

qrupunu əhatə edir: 

• 

qtisadi 


• 

Siyasi 


• 

Ş

ayiələr və ümidlər 



• 

Fors-major hallar 

lk baxışda sadə görünsə də uğurlu fundamental analiz üçün birja iştirakçısı bu 

sahədə  bilik  və  təcrübəyə  malik  olmalıdır.  Fundamental  analizdə  treyderin 

müvəffəqiyyəti  onun  maliyyə  bazarlarının  qanunauyğunluqlarını  anlamasından,  ilk 



 

78 


baxışda  heç  bir  əlaqəsi  olmayan  hadisələri  müqayisə  etmək  bacarığından  asılıdır. 

Doğru  fundamental  analiz  birja  iştirakçısına  dünya  maliyyə  bazarlarındakı  ümumi 

mənzərəni daha aydın canlandırır. 

Digər  bir  metod  texniki  analiz  hesab  olunur.  Texniki  analiz  qiymətli  kağızlar 

bazarında  keçmiş  qiymət  dəyişikliyi  məlumatlarına  əsaslanan  riyazi  hesablamalar 

sayəsində gələcək dəyişikliklərin hədəflərini müəyyənləşdirməyə imkan verir. Belə ki, 

Fundamental analiz əsas bazar trendin meydana çıxardılmasına imkan yaratsada, lakin 

bazara  daxil  olma  və  çıxışın  optimal  vaxtının  müəyyən  edilməsi  üçün  texniki  analiz 

lazımdır. 

Texniki  analiz  riyazi  hesablamalara  əsaslanaraq  qiymətlərin  gələcək  hərəkət 

istiqamətinin proqnozlaşdırılmasıdır. Çox vaxt bu analiz qrafik üsulla həyata keçirilir. 

Qrafiklər qiymətlərin real zaman anında hərəkət istiqamətini (trendləri) əks etdirirlər. 

Maliyyə  bazarlarında  kiçik  və  orta  investorların  böyük  əksəriyyəti  texniki  analizə 

üstünlük verirlər. Texniki analiz üçün qiymətlər ilkin məlumat sayılır: ən böyük və ən 

kiçik  qiymət,  müəyyən  müddət  ərzində  açılış  və  bağlanış  qiyməti,  əməliyyatların 

həcmi  mühüm  əhəmiyyət  kəsb  edir.  Bir  sözlə  qiymətlər  bazara  təsir  edən  bütün 

faktorları nəzərə alır. 

Ümumiyyətlə texniki analiz 3 əsas aksiomaya əsaslanır: 

 

Qiymətlər  bütün  faktorları  nəzərə  alır.  Bu  fikir  texniki  analiz  üçün  əsas 



sayılır.  Texniki  analitiklər  hesab  edirlər  ki,  aktivin  bazar  dəyərinə  təsir  edə  biləcək 

səbəblər (bu səbəblər iqtisadi, siyasi və psixoloji xarakterli ola bilərlər) həmin aktivin 

qiymətində hər hansı bir yolla öz əksini tapacaqdır. 

 

Qiymətlərin  hərəkəti  tendensiyalarla  baş  verir.  Tendensiya  -  qiymət 



hərəkətinin istiqamətidir. Qiymət qrafiklərinin tərtib edilməsində də başlıca məqsəd bu 

tendensiyaları,  onların  inkişafının  ilkin  mərhələlərində  üzə  çıxartmaq  və  mövcud 

tendensiya istiqamətində ticarət etməkdir. 

 

Tarix  təkrarlanır.  Maliyyə  bazarları,  həmçinin  qiymətli  kağızlar  bazarında 



qiymətlərin texniki  analizi insan  psixologiyasının tədqiqi  ilə  əlaqəlidir.  Məsələn,  son 

100  ildə  seçilib  və  təsnif  edilmiş  qrafiki  qiymət  modelləri  bazardakı  vəziyyətin 

mühüm  psixoloji  xüsusiyyətlərini  əks  etdirirlər.  Və  əgər  keçmişdə  bu  modellər  öz 



Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə