Microsoft Word Fuad-magistr-yenii doc



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə28/31
tarix17.09.2018
ölçüsü1,06 Mb.
#68736
1   ...   23   24   25   26   27   28   29   30   31

 

79 


təsdiqini  tapmışsa,  demək  gələcəkdə  də  onların  formalaşacağını  güman  etmək  olar. 

Çünki tendensiyalar illər boyu dəyişməyən psixologiyaya əsaslanırlar. 

Texniki  analizdə  əsas  vasitələr  indikatorlar  sayılır.  ndikatorlar  –  qiymət 

dəyişikliklərinin  statistik  məlumatlar  əsasında  aparılmış  riyazi  hesablamalarının 

nəticəsidir.  ndikatorlar  dəyər,  həcm  qiymətlərindən  və  ya  başqa  indikatorların 

nəticələrinə  əsasən  müəyyən  düsturlar  vasitəsilə  hesablanırlar.  ndikatorlar  öz 

növbəsində trend və ossilyator indikatorlarına bölünürlər. Bu indikator növlərinin hər 

biri müəyyən bazarların analizinə yönəlmişdir. 

Texniki analiz metodların 3 əsas növü vardır: qrafik, filtirləmə və dövrlər. 

Qiymətli  kağızlar  bazarında  qiymətlərin  proqnozlaşdırılmasında  qrafik  analiz 

metodu  mühüm  əhəmiyyət  kəsb  edir.  Qrafik  analiz  bazarın  hazırkı  vəziyyətini  və 

mövcud durumun sonrakı inkişafını müəyyənləşdirən müxtəlif qrafik, fiqur və xətlərin 

tərtibidir.  Qrafik  analiz  müxtəlif  modellərin  tədqiqini  əhatə  edir.  Bu  modellərin 

formalaşmasından sonra bazar çox vaxt özünü stabil aparır. 

Filtirləmə  və  ya  riyazi  uyğunlaşdırma  vasitəsi  ilə  həyata  keçirilən  metodlar.  Bu 

metodlar  son 25  ildə  kompüter  texnikasının  inkişafı ilə  birgə  sürətlə  inkişaf  etmişdir 

və orta hərəkət və vaxtaşırı təkrarlana dəyişiklikləri özündə əks etdirir. 

Tsikllar  (dövrlər)  nəzəriyyəsi.  Bu  nəzəriyyə  daha  çox  nəzəri  səviyyədə  inkişaf 

etmişdir.    Tsilklik  nəzəriyyə  metodu  təkcə  qiymətlərin  dövrü  dəyişkənliyi  ilə  deyil, 

eyni  zamanda  bütün  təbii  hadisələrin  qiymətlərə  təsirini  öyrənir.  Ümumiyyətlə, 

qiymətli kağızlar bazarında qiymətlərin proqnozlaşdırılması  demək olar ki, bu texniki 

metodlar çərçivəsində aparılır. 

Bu  yuxarıda  sadalanan  prosesləri  əyani  şəkildə  təsəvvür  etmək  üçün  ayrı-ayrı 

səhm indeksləri üzrə müxtəlif zaman kəsiyi üzrə qiymətlərin proqnozlaşdırılması üzrə 

strategiyaları  misallara  nəzər  yetirək.  Qeyd  edək  ki,  bu  proqnozlaşdırmalar  əsasən 

qısamüddətli dövrlər üçün məs, bir həftə üçün nəzərdə tutulur.   



Artım...  Dow  Jones  indeksi  üzrə  cari  ilin  2-ci  həftəsi  ərzində  ciddi  eniş  nəticəsində 

qiymət  həftəlik  minimum  səviyyəsinə  -  $1.3034  düşmüşdür.  Həftənin  ərzində 

sessiyada  qiymətlərin  eniş  istiqamətli  hərəkəti  nəticəsində  güclü  psixoloji  hədd  olan 

$1.3000  həddinədək  enmiş,  lakin  qiymətlər  bu  həddi  keçə  bilməyərək  artım  üzrə 

istiqamətlənmişdir.  Növbəti  həftə  üçün  proqnoz  olaraq  qiymətin  $1.3133  həddi 



 

80 


üzərinə  qalxması  ilə  $1.3235  həddinədək  artımın  ola  biləcəyi  ehtimal  edilirdi. 

Alternativ  variant  kimi  isə  qiymətlərin  $1.3104  həddi  altında  möhkəmlənməsi  ilə 

$1.3008 həddinədək enişin olacağı ehtimal edilir. Beləliklə qısamüddətli proqnoz üçün 

hədəflər:  Artım  –  $1.3174;  $1.3200;  $1.3235;  Eniş  -  $1.3070  ;  $1.3052;  $1.3030; 

$1.3008;  Əhəmiyyətli  səviyyələr  kimi  isə  $1.3133;  $1.3104  qiymətləndirilirdi. 

Proqnozlaşdırmanın nəticəsinin dəqiqliyini  müəyyənləşdirmək məqsədi ilə  analitiklər 

tərəfindən  indeks  izlənilmiş  və  müəyyən  olunmuşdur  ki,  qiymətlərin  artımı 

proqnozlaşdırılan göstərici səviyyəsində baş vermişdir.    



Qrafik  3.2.  Dow  Jones  indeksi  üzrə  artım  istiqamətli  proqnozlaşdırma 

strategiyası 

 

Eniş meyilləri... Dow Jones indeksi üzrə cari ilin aprel ayının 2-ci həftəsinin qrafikinə 

nəzər  saldıqda  qiymətlərin  eniş  istiqamətli  hərəkətinin  olduğu  müşahidə  edilir. 

Qiymətlərin  ümumi  tendensiyanın  təsiri  altında  müəyyən  şərtlərin  ödənilməsi  ilə 

enişin  davam  edəcəyi  ehtimal  edilir.  Bu  zaman  alternativ  variantın  da  nəzərdən 

qaçırılmaması tövsiyyə olunur. Qiymətlərin dinamikası üzrə proqnoz olaraq qiymətin 

$1.7939  həddi  altına  düşməsi  ilə  $1.7870  həddinədək  eniş  istiqamətli  hərəkətin  ola 

biləcəyi,  alternativ  variant  kimi  isə  qiymət  tərəfindən  $1.7974  həddinin  yuxarıya 

doğru  kəsilməsi  ilə  $1.8100  həddinədək  artımın  olacağı  ehtimal  edilirdi.  Beləliklə 

qiymətlərin dəyişilmə hədəfləri : Artım – $1.8021; $1.8057; $1.8100; Eniş - $1.7905; 

$1.7870;  Əhəmiyyətli  səviyyələr  :  $1.7939;  $1.7974  qiymətləndirilir.  Qiymətlərin 

izlənilməsi  nəticəsində  müəyyən  olundu  ki,  indeks  üzrə  eniş  meyllərinin  işartıları 

sözügedən indeksin səviyyəsinin aşağı düşməsinə səbəb oldu. 



 

81 


 

 

Qrafik 3.3. Dow Jones indeksi üzrə eniş meylləri proqnozlaşdırma strategiyası 

 

Dəstək...  Dow  Jones indeksi 2013-cu ilin noyabr  ayının  sonuncu  həftəsi daha  əvvəlki 

proqnozların  əksinə  trend  xəttini  (qırmızı  əyri  xətt)  keçə  bilməyərək  yenidən  yüksəliş 

istiqamətli hərəkətə başladı. Bu zaman analitiklər qiymətlərin proqnozu kimi qiymətin 

Alligator  üzərinə  çıxması  nəticəsində  $1.5984  həddinədək  yüksəlişin  olacağı  və  bu 

həddin  də  keçilməsi  ilə  artımın  $1.6064  səviyyəsinədək  davam  edəcəyi 

proqnozlaşdırılırdı.  Alternativ  variant  kimi  isə  Trendin  Alligator  üzərinə  qalxa 

bilməməsi  yenidən  trend  xəttinin  test  edilməsilə  nəticələnə  bilər  ki,  trend  xəttinin 

kəsilməsi  nəticəsində  $1.5748,  $1.5649  və  $1.551  səviyyələrinədək  enişin  olacağı 

istisna edilmirdi. Hədəflər kimi: Artım: $1.5984 və $1.6064 Eniş: $1.5748, $1.5649 və 

$1.551 Əhəmiyyətli səviyyələr: Eniş: Trend xətti qiymətləndirilirdi. Təhlillərin nəticəsi 

qiymətlərin yenidən yüksəlməsini və Alleqatorun üzərinə çıxması ilə nəticələndi. 

Qrafik  3.4.  Dow  Jones  indeksi  üzrə  qiymətlərin  artımı  proqnozlaşdırma 

strategiyası 



Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə