Microsoft Word Fuad-magistr-yenii doc



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə29/31
tarix17.09.2018
ölçüsü1,06 Mb.
#68736
1   ...   23   24   25   26   27   28   29   30   31

 

82 


 

 

Qrafik  3.5.  DJ  Stoxx  600  indeksi  üzrə  qiymətlərin  enişi  istiqamətli 



proqnozlaşdırma strategiyası 

 

Eniş baş tutdu… Texniki təhlil nəticəsində aparılmış hesablama nəticəsində 2009-cu 

ilin  fevral  ayının 18-də  Standard  and Poor's  maliyyə  indeksinin  qiymətinin  artımının 

orta  səviyyəsi  $81.07  həddində  müəyyənləşdirilmişdir.  Analitiklərin  gözləntilərinə 

görə  qiymət  $81.07  səviyyəsi  üzərinə  yüksələ  bilməyərək  yenidən  eniş  istiqamətli 

hərəkətinə  davam  edərək  $80.10  həddinə  yaxınlaşacağı  gözlənilirdi.  Trend  bu 

səviyyədən  dəstək  alaraq  artım  istiqamətli  hərəkətə  cəhd  edə  bilərdi.  Lakin  $81.07 

həddi yuxarı doğru keçilmədiyi müddətdə korreksiyanın davam edəcəyi gözlənilirdi və 

qiymətin $80.10  səviyyəsinin aşağı  istiqamətində kəsilərsə $79.14 həddinədək  enişin 

olacağı  ehtimalı  yüksək  qiymətləndirilirdi.  Alternativ  variant  kimi  isə  növbəti  artım 

həmləsi ilə qiymətin  $81.07 səviyyəsi keçərsə korreksiya sonlanaraq yeni artım trendi 

başlama  ehtimalının  ola  biləcəyi  proqnozlaşdırılırdı.  Hədəflər  kimi:  Artım:  $84.16 




 

83 


Eniş:  $79.14  Əhəmiyyətli  səviyyələr:  $81.07  və  $80.10  qiymətləndirilirdi.  Lakin 

Avrozonada  cərəyan  edən  borc  probleminin  təsirləri  nəticəsində  qiymətlərin  eniş 

tendensiyası  davam  edərək  qiymətlər  proqnozlaşdırılan  səviyyədən  də  daha  aşağı 

səviyyəyə qədər azaldı. 

 

Qrafik  3.6.  Standard  and  Poor's  maliyyə  indeksi  üzrə  eniş  istiqamətli 

proqnozlaşdırma strategiyası 

 

Ciddi  eniş...  Standard  and  Poor's  500  indeksi  üzrə  2008-ci  ilin  sentyabr  ayının  4-cü 

həftəsinin,  yəni  ümumdünya  maliyyə  böhranın  baş  verdiyi  zaman  kəsiyinə  aid 

qrafikinə nəzər saldıqda müəyyən etmiş olarıq ki, sentyabr ayının 3-cü həftəsinin son 

günü ticarət  sessiyasında  qiymətlərin  ciddi  enişinin  olduğu  müşahidə edilir.  Maliyyə 

böhranını uzun müddətli olacağını nəzərə alaraq Qiymətlərin enişinin davam edəcəyi 

ehtimal edilirdi. Alternativ olaraq artım istiqamətli müəyyən hərəkətin ola biləcəyi də 

istisna  edilmirdi.  Məhz  bu  səbəbdən  Proqnoz  olaraq  qiymətin  $0.9138  həddi  altında 

möhkəmlənməsi ilə $0.9061 həddinədək enişin ola biləcəyi ehtimal edilirdi. Alternativ 

variant  olaraq  qiymətin  $0.9169  həddini  yuxarıya  doğru  kəsməsi  ilə  $0.9225 

həddinədək artımın olacağı ehtimal olunurdu. Qiymət dinamikası üzrə hədəflər: Artım 

–  $0.9180;  $0.9193;  $0.9205;  $0.9225;  Eniş  -  $0.9120;  $0.9103;  $0.9090;  $0.9061; 

Ə

həmiyyətli səviyyələr : $0.9138; $0.9169 kimi qiymətləndirilirdi. Hadisələrin gedişi 



proqnozların nəticələrinin düzgün olması ilə nəticələndi. Belə ki, qısa müddət ərzində 

Standard and Poor's 500 indeksi 12 faiz azalaraq $0.9058 səviyyəsinədək enmişdir. 

 

 



 

84 


 

                                                    



NƏT CƏ VƏ TƏKL FLƏ

 

Qiymətli kağızların reytinq qymətləndirmə modelinin tətbiqi ilə əlaqədar aparılan 

təhlilləri  ümumiləşdirərək  belə  nəticəyə  gəlmək  olar  ki,  müasir  şəraitdə  kapital 

yığımının  səviyyəsini,  onun  artımını  və  ölkə  daxilində  ayrı-ayrı  sahələr  arasında 

bölüşdürülməsini  əks  etdirən  qiymətli  kağızlar  bazarı  hər  bir  ölkə  iqtisadiyyatının 

mühüm  tərkib  hissəsidir.  Belə  ki,  maliyyə  bazarının  tərkib  hissəsi  kimi  qiymətli 

kağızlar  bazarı  maliyyə  resurslarının  hərəkətini  təşkil  etmək,  onların  düzgün 

istiqamətləndirilməsini  təmin  etmək,  dövlətin  maliyyə  və  pul-kredit  siyasətinin  əsas 

aləti kimi çıxış etmək və s. baxımından iqtisadiyyatın inkişafinda mühüm rol oynayır. 

Xüsusilə  də  bazar  iqtisadiyyatı  sistemli  ölkələr  üçün  bu  bazarın  inkişafı  müstəsna 

ə

həmiyyət kəsb edir.  



qtisadiyyatda mövcud olan digər bazar növləri kimi qiymətli kağızlar bazarının 

özünün  iştirakçıları,  alətləri,  tənzimləmə  formaları  və  istiqamətləri  mövcuddur. 

Qiymətli  kağızlar  bazarında  fəaliyyət  göstərən  qiymətli  kağızların  sayı,  forma  və 

prinsip  müxtəlifliyi  onlara  aparılan  əməliyyatların  sayının  və  formalarının  çox 

olmasına  səbəb  olur.  Qiymətli  kağızlar  bazarında  aparılan  əməliyyatların  böyük 

ə

ksəriyyəti  istiqraz  və  səhmlər  payına  düşür.  Çünki,  maliyyə  vəsaitlərini  artırmaq 



məqsədilə şirkətlər ya səhmlərin satılması ya da istiqrazların buraxılması yolu ilə əldə 

edirlər.  Məhz  bu  səbəbdən  bu  iki  növ  qiymətli  kağız  investisiya  qiymətli  kağızlar 

adlanır  və  onların  reytinqinin  təyini  və  qiymətləndirilməsi  mühüm  əhəmiyyət  kəsb 

edir. 


Səhmlərin  qiymətlərinin  formalaşması  səhmləri  buraxan  şirkətlərin  ümumi 

maliyyə-iqtisadi  durumu  ilə  qarşılıqlı  əlaqəlidir.  Belə  ki,  əgər  müəssisənin  maliyyə 

sistemi  qənaətbəxş  hesab  olunursa,  investorlar  həmin  müəssisənin  səhmdarı  olmağa 

can atırlar ki, bu da həmin səhmə olan tələbin həcmin artmasına və səhmin qiymətinin 

yüksəlməsinə səbəb olur. Və yaxud da əksinə, maliyyə vəziyyəti pis olan müəssisənin 

səhmlərini  almaq  istəyənlərin  sayının  az  olması  həmin  səhmlərə  olan  tələbin 

azalmasına səbəb olur ki, bu da qiymətin azalması ilə nəticələnir. 



Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə