Microsoft Word Fuad-magistr-yenii doc



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə3/31
tarix17.09.2018
ölçüsü1,06 Mb.
#68736
1   2   3   4   5   6   7   8   9   ...   31

 

mənfi amillərə daha hissiyyatlıdır. Odur ki, qiymətli kağızlara investisiya qoyuluşları 



daha riskli sayılır. 

 Qiymətli kağızlar risk səviyyələrinə görə risksiz, az riskli və riskli kimi 3 qrupa 

bölünür. Qeyd edək ki, qiymətli kağızların gəlirliyi artdıqca onların risk səviyyələri də 

artır. Qiymətli kağızlara verilmiş zəmanətin dəyəri çoxaldıqca onların risk səviyyələri 

azalır. Bu asılılıqları qrafikdə aşağıdakı kimi əks etdirmək olar: 

Qrafik 1.1 Qiymətli kağızların gəlirlikləri ilə risk dərəcələri arasında əlaqə 

Risk 

 

                                          4           3                 2                       1 



                                                    

 

                                                                



 

 

 



Gəlir 

1-dövlət qiymətli kağızları; 2-şirkətlərin istiqrazları; 3-səhmlər; 4-törəmə qiymətli kağızlar. 

Başqa sözlə, bu göstərilən qrafikə uyğun olaraq deyə bilərik ki, qiymətli kağızlar 

bazarında ən aşağı gəlirlilik dövlət qiymətli kağızlarına, nisbətən çox müvafiq olaraq 

müxtəlif  şirkətlərin  buraxdıqları  istiqrazların  və  səhmlərin  gəlirlikləri  və  nəhayət  ən 

yüksək gəlirlilik törəmə qiymətli kağızların gəlirlikləridir. 

Qrafik.1. 2.  Qiymətli  kağızların  risk dərəcələri ilə ödəmə müddəti arasında 

ə

laqə 



Risk 

  

    1   2    3   4     



 

 

 



     

                                                  

 

 

 

          

Zəmanət dəyəri

 

1-dövlət qiymətli kağızları; 2-şirkətlərin istiqrazları; 3-səhmlər; 4-törəmə qiymətli kağızlar. 

Qiymətli  kağızların  tədavül  etməsi  və  likividliyi  aydın  şəkildə  onu  göstərir  ki, 

qiymətli  kağızlar  xüsusi  əmtəədir  və  buna  görə  də  öz  bazarına  malikdir.  Bu  bazarın 



 

özünəməxsus təşkili, iştirakçılar heyəti, iş qaydaları, fəaliyyət qaydaları və tənzimləyiciləri 



mövcuddur. Qiymətli kağızlar bazarı maliyyə bazarının səmərəli fəaliyyət göstərən başlıca 

elementlərindən  biri  olmaqla  iqtisadiyyatın  ayrı-ayrı  sahələrinə  maliyyə  vəsaitlərinin 

operativ şəkildə axınını təmin edən və investisiyaları aktivləşdirən bir sahədir.  

Qiymətli  kağızların  müddətindən  asılı  olaraq  maliyyə  bazarı  qısamüddətli  qiymətli 

kağızların  iştirak  etdiyi  pul  və  uzunmüddətli  qiymətli  kağızların  iştirak  etdiyi  kapital 

bazarına bölünür. Yəni, dolayısı ilə qiymətli kağızlar bazarı həm pul, həm də kapital bazarı 

kimi  fəaliyyət  göstərir.  Aşağıdakı  şəkildə  qiymətli  kağızlar  bazarının  maliyyə  bazarında 

yeri göstərilib:   

Şə

kil 1.1. Qiymətli kağızlar bazarının maliyyə sistemində yeri

1

 



    

Pul bazarı      

           Kapital bazarı 

Qiymətli kağızlar bazarı 

 

 

Bütövlükdə  qiymətli  kağızlar  bazarı  qiymətli  kağızların  emissiyası,  buraxılması, 



tədavülü,  ödənilməsi,  sahibliyi,  saxlanılması,  onlarla  əqdlərin  bağlanması,  digər 

ə

məliyyatların  aparılması  üzrə  subyektlər  arasında  olan  hüquqi  və  iqtisadi 



münasibətlərin  məcmusu  özündə  əks  etdirir.  Bazarın  məqsədi  sərbəst  maliyyə 

resurslarını  səfərbər  etmək  və  onların  bazarın  iştirakçılarının  qiymətli  kağızlarla 

keçirdiyi müxtəlif əməliyyatlar vasitəsilə yenidən bölgüsünü təmin  etməkdən  ibarətdir. 

Bu bazarın mövcudluğu bütün bazar iqtisadiyyatlı ölkələr üçün mühüm əhəmiyyət kəsb 

edir. Qiymətli kağızlar bazarı əmtəə və pul tədavülünə fəal surətdə xidmət edir.   Digər 

tərəfdən  qiymətli  kağızların  buraxılması  və  bazarda  yerləşdirilməsi  sərbəst  pul 

vəsaitlərinin  səfərbər  edilməsi  və  sosial-iqtisadi  inkişafa  istiqamətləndirilməsinin 

səmərəli yoludur.  Bunun nəticəsində müvəqqəti sərbəst pul vəsaitlərinin dövriyyə sürəti 

güclənir, ölkədə investisiya üçün əlverişli şərait  yaranır ki, bu da  iqtisadi  artıma  səbəb 

olur.  Bu  bazarın  formalaşması  üçün  ilkin  şərt  qiymətli  kağızlar  buraxan  kifayət   

                                                            

1

 



N. Qreqori Mənkyu, Ekonomiksin Əsasları, Bakı 2007 səhifə - 560 


 

qədər  emitentlərin,  investorların,  qiymətli  kağızların  hərəkət  və  infrastrukturunu 



reqlamentləşdirən inkişaf etmiş normativ-qanunverici bazanın, qiymətli kağızlarla aparılan 

ə

məliyyatlara nəzarətin təşkilinin olmasıdır. 



Müvəqqəti sərbəst pul vəsaitlərinin cəlb edilməsi zamanı bazardakı vasitəçilər də bu 

prosesi sürətləndirirlər. Lakin bəzən vasitəçilərə müraciət kapitalın cəlb olunması ilə bağlı 

xərcləri artırır. Əgər borc alanın borc verənə birbaşa müraciəti imkanı varsa bu, cəlb olunan 

resursların dəyərini aşağı salır. Buna maliyyə bazarının sekyuritizasiyası şərait yaradır. Bu 

zaman  az  likvidli  aktivlər  qiymətli  kağızlara  transformasiya  olunur.  Qiymətli  kağızlar 

maliyyə  vəsaitlərinin  ucuz  və  tez  cəlb  olunmasını  təmin  edir.  Məsələn,  müəssisənin 

maliyyə vəsaitlərinə ehtiyacı var. Bu zaman o, banka kredit almaq məqsədilə müraciət edə 

bilər, ya da istiqraz buraxa bilər. Birinci halda bank vasitəçi kimi çıxış edir və öz xidmətinə 

görə haqq alır.  kinci halda isə  müəssisə istiqrazları birbaşa investora satır və bu da cəlb 

olunma xərclərini azaldır. 

Digər  tərəfdən,  qiymətli  kağızlar  bazarının  iqtisadiyyatdakı  rolu  bir  sıra  faktorlarla 

bağlıdır.  Birincisi,  dediyimiz  kimi  bu  bazar  cəlb  olunan  resursların  ucuz  başa  gəlməsinə 

şə

rait  yaradır.  kincisi,  qiymətli  kağızlar  dövr  etməyən  aktivlərin  dövr  edən  maliyyə 



aktivlərinə transformasiyası imkanını təmin edir. Buna misal olaraq ipoteka girovnamələri 

və təminatlandırılmış istiqraz buraxılışını göstərmək olar: 

Şə

kil 1.2. Qiymətli kağızların dövriyyəsi

 

  

 



 

Hüquqi şəxslər: 

    Şəxslər :  

Borc alanlar 

    istiqrazların 

 

                                                                       



 

alıcıları

 

  

 



      əmlak təminatı müqaviləsi əsasında bankın hüquqi şəxslərə ipoteka ssudalarını verməsi 

 

borcalanın banka girovnamə verməsi 



 

girovnamə təminatı ilə bank tərəfindən istiqrazların buraxılması və satışı 

Bu sxemdə bank hüquqi şəxslərə mənzil tikintisi üçün əmlak girovuna əsaslanan 

müqavilə  üzrə  kredit  verir.  Beləliklə  bank  maliyyə  aktivlərinə  sahib  olur,  ancaq  bu 

müqavilələr  əgər  bankda  yatırsa,  onda  aktivlər  işlənir.  Son  illər  banklar  bu 

 

  



Bank 

ipoteka 


istiqrazlarının   

emissiyası 




Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə