Microsoft Word Fuad-magistr-yenii doc



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə30/31
tarix17.09.2018
ölçüsü1,06 Mb.
#68736
1   ...   23   24   25   26   27   28   29   30   31

 

85 


Qiymətli  kağızlar  bazarında  qiymətlərin  yuxarıda  qeyd  olunan  dəyişiklərini 

izləmək  və  qeyd  etmək  üçün  səhm  indekslərindən  istifadə  olunur.  Səhm  indeksləri 

müxtəlif  beynəlxalq  birjalarında  qiymətlərin  son  satış  –  bağlanış  qiymətlərini  əks 

etdirir. Bu indekslərin qiymətlərinin formalaşmasında bazarın fundamental elementləri 

–  tələb  və  təklif  ilə  yanaşı  digər  amillər  də  mühüm  rol  oynayır.  Bu  amillər  iqtisadi, 

siyasi,  psixoloji  faktorlar,  şayiə  və  ümidlər,  fors-major  hallarıdır.  Digər  tərəfdən  də 

obyektiv  səbəblər  xaricində  digər  faktorlarda  vardır  ki,  qiymətli  kağızlar  bazarında 

qiymətlərin  səviyyəsinə  təsir  göstərir.  Bu  təsirlərin  qarşısının  alınması  və  bazarlara 

nəzarət olması üçün xüsusi qurumlar mövcuddur ki, həmin qurumlar sözügedən bazara 

dair ümumi normativ hüquqi bazanı və qaydaları müəyyən edir və Qiymətli kağızlar 

bazarının  tənzimlənməsini  göstərilən  çərçivədə  həyata  keçirilir.  Azərbaycan 

Respublikasında  bu  siyasətin  həyata  keçirilməsi  və  nəzarət  Azərbaycan 

Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən təmin olunur. 

Qiymətli kağızlar bazarına dair araşdırmada müəyyən olunan məsələrdən biri də 

müxtəlif  növ  qiymətli  kağızların  qiymətlərinin  formalaşmasıdır.  Belə  ki,  qiymətli 

kağızların  xüsusiyyətlərinin  müxtəlif  olması  onların  qiymətlərinin  formalaşma 

mexanizmlərinin müxtəlifliyinə səbəb olur. Bu istiqamətdə səhmlərin qiymətləri üzrə 

bir  səhmə  düşən  gəlirin  artırılması  və  səhm  Splitinin  tətbiqi  səhmlərin  nominal 

qiymətlərinin yüksəldilməsinə səbəb olur.  

Qiymətli  kağızlar  bazarı  üçün  mühüm  aspektlərdən  biri  də  qiymətli  kağızların 

qiymətlərinin gələcəkdə dəyişilmə meylləridir. Bunu müəyyən etmək üçün qiymətlərin 

proqnozlaşdırılması  həyata  keçirilir.  Proqnozlaşdırma  üç  istiqamətdə  müxtəlif 

strategiyalar  vasitəsi  ilə  həyata  keçirilir.  Bu  metodlar  ekstrapolyasiya,  ekspert 

qiymətləndirmə,  riyazi-hesablama  üsullarıdır  ki,  bunlardan  birgə  istifadə  etdikdə 

qiymətlərin dinamikası haqqında əsaslandırılmış fikir yürütmək mümkün olur.  

Qiymətlərin  dəyişilməsinin  müxtəlif  aspektlərinə  uyğun  olaraq  qiymətlərin 

proqnozlaşdırılması  zamanı  müxtəlif  proqnozlaşdırma  strategiyalarından  istifadə 

olunur. Bu strategiyaların hər biri qiymətlərin gələcəkdə hansı formada dəyişilə bilmə 

imkanlarını özündə əks etdirir. 

 Fikrimcə  ölkəmizdə  qiymətli  kağızlar  bazarının  inkişafını  daha  sürətləndirmək 

üçün aşağıdakı tədbirlər kömək edə bilər: 



 

86 


1.  Müvafiq qurumlarla birlikdə qiymətli kağızlar bazarında vergitutma məsələlərinin 

təkmilləşdirilməsi,  dünya  təcrübəsində  istifadə  olunan  və  investisiyaların  artımı 

üçün əlverişli mühitin yaradılması baxımından tətbiq edilməsi zəruri hesab olunan 

vergi güzəştlərinin hazırlanmasının həyata keçirilməsi. 

2.  Respublikamıza  xarici  kapitalın  cəlb  olunması,  neft  və  qeyri-neft  sektorunun 

inkişafı,  dövlət  əhəmiyyətli  iri  layihələrin  maliyyələşdirilməsi  üçün 

avroistiqrazların  buraxılması,  eləcə  də  respublikamızda  dövlət  və  qeyri-dövlət 

qiymətli  kağızlarının  dünyanın  ən  inkişaf  etmiş  fond  bazarlarına  çıxışının  təmin 

olunması. 

3.  Korporativ idarəetmə sahəsində xarici təcrübədən daha geniş istifadə edilməsi. 

4.  Fond  birjasında  təhlillərin  aparılması  sahəsində  peşəkar  iştirakçıların  bilik  və 

bacarıqlarının artırılması istiqamətində təlimlərin təşkili. 

5.  nfrastruktur  layihələrinin  həyata  keçirilməsində  qiymətli  kağızlardan 

maliyyələşdirilmədən istifadə. 

    Qeyd  edilən  tədbirlərin  həyata  keçirilməsi  ölkəmizdə  daha  da  inkişaf  etmiş  və 

təkmilləşmiş qiymətli kağızlar bazarının yaranmasına və iqtisadiyyatın artım tempinin 

sürətlənməsinə şərait yaradar.  

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

ST FADƏ OLUNAN ƏDƏB YYAT S YAHISI 




 

87 


1.  Azərbaycan Respublikasının Mülki Məcəlləsi, Qanun, Bakı 2011 

2.  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu ildə Fəaliyyəti haqqında 

hesabatı  Bakı 2011 

3.  “Azərbaycanın Statistik Göstəriciləri”  Bakı 2011 

4.  “Müstəqil Azərbaycan 20 il” Bakı 2011 

5.  “Azərbaycan Rəqəmlərdə” Bakı 2012  

6.  Kərimov A.E., Babayev A.A “Qiymətli kağızlar bazarı”, Elm, Bakı, 2003. 376 s.  

7.  Əfəndiyev E. "Qiymətli kağızlar (normativ sənədlər toplusu)", Qanun, Bakı 2000, 

388s 

8.  “Maliyyə Bazarlari Terminlərinin  zahli Lüğəti” Nurlar, Bakı 2010, 272s 



9.  “Kapital Bazarları və Biznes  mkanları” Nurlar, Bakı 2011, 261s 

10.  Paul Mladjenoviç, “Fond Birjasında investisiyalar”, Bakı 2011 

11.  N.  Qreqori  Mənkyu,  Ekonomiksin  Əsasları,,  “CBS  Polygraphic  Production”, 

Bakı 2007 

12.  Qiymətin əmələ gəlməsi (dərslik), Bakı, 2000. 

13.  V.V.Çudakоv. “Qiymətlər və qiymətəmələgəlmə”. Bakı – 2010. 

14.  Abbasov A. Qiymətli kağızlar və onlarla əməliyyatlar. B.: “ qtisad Universiteti”, 

2007. – 222 səh. 

15.  Məmmədov Z.F. Pul, kredit, banklar, qiymətli kağızlar və valyuta, Bakı – 2005 

16.  Abbasov A. “Qiymətli kağızlar bazarının formalaşması və inkişaf perspektivləri” 

Bakı, 2005. 

17.  badov.S.A. “Ümumi iqtisadiyyat” Bakı 2008, 252s 

18.  Hacıyev  R.S.  “Qiymətli  kağızlar  bazarı  və  onun  investisiya  prosesində  rolu” 

Disertasiya işi 08.00.10 

19.  О.В.Ломтатидзе, М.И.Львова, А.В.Болотин “Базовый курс по рынку ценных 

бумаг


” КНОРУС, 2010. - 448 с. 

20.  С.Тертышный “Рынок ценных бумаг и методы его анализа” Питер 2004, 219 с 

21.  С.Коттл,  Р.Мюррей,  Ф.Блок  “Анализ  ценных  бумаг  Грэма  и  Додда” 

Москва


 2000, 714 с 

22.  Ш.В.Филиппович “Моделирование рынка ценных бумаг” Москва 2009, 

23.  В.А.Галанова, А.И.Басова “Рынок ценных бумаг” Москва 2006 



Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə