Microsoft Word Fuad-magistr-yenii doc



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə31/31
tarix17.09.2018
ölçüsü1,06 Mb.
#68736
1   ...   23   24   25   26   27   28   29   30   31

 

88 


24.  Л.В.Алексеевич “Рынок ценных бумаг” Москва 2011 

25. 


www.e-qanun.az 

26. 


www.president.az/articles/2182

 

27. 



www.scs.gov.az 

28. 


www.cbar.az 

29. 


www.mdm.az 

30. 


www.bfb.az 

31. 


www.sehm.az 

32. 


www.finance.google.com 

33. 


www.bloomberg.com 

           

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Azərbaycan Dövlət  qtisad Universitetinin  

“Bank işi” kafedrasının magistrantı  


 

89 


Həsənzadə Fuad Maqsud oğlunun “Qiymətli kağızların reytinq qiymətləndirmə 

modeli” mövzusunda yazdığı magistr dissertasiya işinin 

 

R E F E R A T I 

 

Mövzunun aktuallığı

 Hər bir ölkə iqtisadiyyatının müasir inkişaf problemlərindən 

biri də borc öhdəlikləri bazarının formalaşması və inkişafıdır. Buna yüksək səviyyədə 

inkişaf  etmiş  qiymətli  kağızlar  bazarının  formalaşdırılması  ilə  nail  olmaq  olar. 

Qiymətli kağızlar bazarının inkişafı, onun əsas tərkib alətləri olan qiymətli kağızların 

qiymətlərinin  formalaşmasının  təkmilləşdirilməsi  ölkə  iqtisadiyyatının  mühüm  tərkib 

hissəsi olmaqla bu sisteminin inkişafı və davamlı iqtisadi artımın təmin olunmasında 

mühüm 


rol 

oynamaqdadır. 

Qiymətli 

kağızlar 

bazarı 

iqtisadiyyatın 



maliyyələşdirilməsinin  dövlət  büdcəsi  və  bank  sistemi  ilə  yanaşı  ən  mühüm 

vasitələrindəndir.  Bu  bazar  kapitalın  səfərbər  edilməsini  həvəsləndirməklə  maliyyə 

resurslarının  iqtisadiyyatın  müxtəlif  sahələri  və  sferaları  arasında,  perspektivli  və 

rentabelli şəkildə, dinamik inkişaf edən istehsalların xeyrinə yenidən bölgüsünü təmin 

edir.  Məhz  bu  səbəblərə  görə  müasir  dövrün  tələblərinə  uyğun  olaraq  mövzunun 

araşdırılması mövzunun aktuallığı sübut edən əsas faktorlardandır. 



Tədqiqatın əsas məqsədi və vəzifələri:  Müasir  dövrdə  qiymətli  kağızlar  bazarının 

iqtisadiyyat üçün mühüm əhəmiyyət kəsb etməsinə və dövlətin bu sahədə irimiqyaslı 

islahatlar  aparmasına  baxmayaraq,  ölkəmizdə  bu  barədə  hələ  də  informasiya  qıtlığı 

mövcuddur.  Bunları  nəzərə  alaraq  buraxılış  işinin  yazılmasında  əsas  məqsəd  bu 

sahənin  mahiyyəti  və  əsas  cəhətlərinin  öyrənilməsi  və  təhlil  olunması,  onun  inkişaf 

istiqamətlərinin  müəyyən  edilməsi  və  respublikamızda  qiymətli  kağızlar  bazarının 

formalaşması  xüsusiyyətlərinin  tədqiqi,  iqtisadiyyatda  rolunun  açıqlamasından 

ibarətdir.  

Həmçinin,  Qiymətli  kağızlar  bazarında  qiymətlərin  əmələgəlməsində  bazar 

iqtisadiyyatının  əsas  prinsiplərinin  nəzərə  alınması, xarici  ölkələrin  qiymətli  kağızlar 

bazarında qiymətlərin formalaşması mexanizmlərinin mövcud obyektiv şəraitə uyğun 

olaraq ölkə iqtisadiyyatına tətbiqi imkanları və qiymətli kağızların gələcək qiymətlərin 

dinamikasının  müəyyənləşdirilməsi  üçün  beynəlxalq  təcrübədən  istifadə  olunması 



 

90 


dissertasiya  işinin əsas  məqsədi hesab olunur. Bu  məqsədlə dissertasiya işi  aşağıdakı 

vəzifələri yerinə yetirir. 

-  Qiymətli kağızlar bazarının iqtisadi sistemində rolunu öyrənir; 

-  Qiymətli  kağızlar  bazarının  əsas  atributları  və  tərkib  hissələri  haqqında  ətraflı 

məlumatları əks etdirir; 

-  Qiymətli kağızlar bazarında qiymətlərin dəyişilmə meyllərini öyrənir; 

-  Qiymətli  kağızlar  bazarında  qiymətlərin  proqnozlaşdırma  metodları  və 

beynəlxalq təcrübədən istifadə olunması imkanlarını araşdırır. 



Tədqiqatın obyekti və predmeti:  Tədqiqatın  obyekti  qiymətli  kağızlar  bazarında 

qiymətlərin  dinamikasının  və  dəyişilmə  meyllərinin  müəyyən  edilməsi,  dünya  üzrə 

səhm  bazarında  qiymətlərin  izlənilməsi  üzrə  texniki  təhlillərin  aparılması  zamanı 

dünya  təcrübəsindən  istifadə  üzrə  metod,  vasitə  və  qaydalar  təşkil  edir.  Tədqiqatın 

predmeti  qiymətli  kağızlar  bazarının  iqtisadiyyatda  yeri  və  rolunun  tədqiqi  və 

tənzimlənilməsi  istiqamətləri,  qiymətli  kağızların  qiymətlərin  formalaşması 

metodlarının  təkmilləşdirilməsi,  və  qiymətlərin  gələcəkdə  dəyişilmə  meyllərinin 

araşdırılmasıdır. 



Tədqiqatın informasiya bazası və işlənmə metodları: Tədqiqatın informasiya bazası 

qeyd  olunan  istiqamət  üzrə  Azərbaycan,  eləcə  də  ingilis  və  rus  iqtisadçılarının 

ə

sərlərindən, qiymətli kağızlar bazarı, qiymətin əmələgəlməsi və eləcə də birja ticarəti 



haqqında  müvafiq  qaydaları  özündə  əks  etdirən  beynəlxalq  təcrübə  və  dövlətdaxili 

normativ  hüquqi  aktlardan,  qərar,  qayda  və  mövzu  ilə  bağlı  mövcud  internet 

mənbələrindən  ibarətdir.  Tədqiqat  üzərində  işləyərkən  müqayisəli  texniki  təhlil  və 

analitik hesablama metodlarından geniş istifadə edilmişdir. 



Tədqiqatın  elmi  yeniliyi:  Tədqiqatın  elmi  yeniliyi  ondan  ibarətdir  ki,  qiymətli 

kağızlar  bazarında  qiymətlərin  əmələgəlməsi  üzrə  Azərbaycan  Respublikasının 

mövcud  təcrübəsinin  qeyd  olunan  sahə  üzrə  mövcud  olan  beynəlxalq  təcrübə 

kontekstində təhlil edilir və milli təcrübənin qabaqcıl beynəlxalq standartlar əsasında 

təkmilləşdirilməsinin zəruriliyi və yolları göstərilir 

Tədqiqatın praktiki əhəmiyyəti: Dissertasiya işində istifadə olunan metod, təhlil və 

qaydaların  Azərbaycan  qiymətli  kağızlar  bazarı  üçün  yeni  olsa  da,  xarici  ölkələrin 

təcrübəsində  geniş  tətbiq  olunur.  Məhz  bu  səbəbdən  tədqiqat  beynəlxalq  təcrübənin 



 

91 


milli  iqtisadiyyata  tətbiq  üçün  mühüm  praktiki  əhəmiyyət  kəsb  edir.  Digər  tərəfdən 

tədqiqat  işində  istifadə  olunan  təhlil  metodları  Azərbaycanın  qiymətli  kağızlar 

bazarının  bütün  iştirakçılarının  bu  sahədə  bilik  bacarıq  və  təcrübələrinin 

təkmilləşdirilməsinə imkan yaradır. 

Magistr  işi  giriş,  üç  fəsil  və  bu  mövzuya  dair  nəticə  və  təkliflərlə  birlikdə  

səhifədən ibarətdir. 

 

Giriş  hissəsində  mövzunun  aktuallığı  əsaslandırılır,  tədqiqatın  məqsədi  və 



vəzifələri, obyekti və predmeti, informasiya bazası və işlənmə metodları, elmi yeniliyi 

və praktiki əhəmiyyəti göstərilir. 

 Birinci fəsildə qiymətli kağızlar bazarı, onun mahiyyəti, zəruriliyi, iqtisadiyyatda 

yeri  və  rolu,  funksiyaları,  quruluşu,  iştirakçıları,  fond  birjalarının  xüsusiyyətləri  və 

eləcədə, müasir şəraitdə ölkəmizdə qiymətli kağızlar bazarının vəziyyəti, onun inkişaf 

istiqamətləri, respublikamızda bazarın formalaşması və inkişafı barədə geniş məlumat 

verilir.  kinci  fəsil  Azərbaycanda    qiymətli  kağızlar  bazarının  qiymətləndirilməsi  və 

onun  müasir  vəziyyəti  təhlil  olunur,  xüsusilə  Azərbaycan  Respublikasında  qiymətli 

kağızlar    tənzimlənilməsinin  müasir  vəziyyəti  barədə  geniş  məlumat  verilir.  Üçüncü 

fəsildə qiymətli kağızların reytinq qiymətləndirmə modelinin tədqiqi öyrənilir. Burada 

həmçinin  dissrtasiyanın  əsas  hesab  edilən  qiymətli  kağızlar  xətti  və  B-əmsalı 

konsepsiyası,  qiymətli  kağızların  reytinqinin  təyini  və  qiymətləndirilməsi  və 

proqnozlaşdırılması haqqında əyani misallar vasitəsilə geniş məlumat verilərək tədqiq 

edilir. 


 

Dissertasiya  işinin  yekununda  təhlil  nəticəsində  əldə  olunmuş  bir  sıra  fikirlər, 

nəticələr, təkliflər və təhlilin ərsəyə gəlməsində istifadə olunan ədəbiyyatın siyahısı və 

dissertasiya işində istifadə olunan əlavə göstərilmişdir. 

Bazar  iqtisadiyyatı  şəraitində  əmək  bölgüsünün  dərinləşməsi,  özəl  bölmənin 

inkişafı, maliyyə-kredit sahəsinin də inkişafını və təkmilləşdirilməsini tələb edirdi ki, 

bu da öz növbəsində maliyyə sektorunun bütövlükdə inkişafını şərtləndirirdi. Belə ki, 

yığım  və  investisiyanın  müxtəlif  şəxslər  tərəfindən  həyata  keçirildiyi  bir  dövrdə 

yığımların  investisiyaya  çevrilməsini  təmin  edən  mexanizmin  yaranması  aktual 

məsələyə  çevrilmişdi.  Maliyyə  bazarı  və  onun  tərkib  elementləri  bu  mexanizm 




 

92 


vəzifəsini  yerinə  yetirməklə  iqtisadi  fəaliyyətin  subyektləri  arasında  kapital 

resurslarının  effektiv  şəkildə  yenidən  bölüşdürülməsini  təmin  edirdi.  Maliyyə 

alətlərindən istifadənin genişlənməsinin əsas səbəbi kimi sözügedən sistem üzrə yeni 

borc  alətlərin  meydana  gəlməsi  kimi  qiymətləndirilir  ki,  bunlardan  biri  də  qiymətli 

kağızlar hesab olunur. Həmçinin, bir-birindən təcrid olunmuş kapitalların inteqrasiyası 

üçün  təşkilatı  zəminin  yaranması  maliyyə-kredit  qurumlarının  çoxsaylı və  çoxcəhətli 

formalarının  meydana  gəlməsini  labüd  edirdi.  Bu  istiqamətdə  ölkə  iqtisadiyyatının 

maliyyə  sektorunu  təşkil  edən  qurumlar  tərəfindən  borc  kapitalının  yaradılması 

istiqamətində  bir  sıra  addımlar  atılmışdır  ki,  bunlardan  biri  də  qiymətli  kağızların 

tədavülə  buraxılması  yolu  ilə  maliyyə  kapitalının  formalaşmasına  nail  olmaq  hesab 

olunurdu.  Maliyyə  kapitalı  anlayışı  ilə  ifadə  edilən  bu  münasibətlərin  maddi 

daşıyıcıları  kimi  səhm  və  istiqrazlar  eləcədə  onlardan  törəmə  kimi  digər  qiymətli 

kağızlar, bu qiymətli kağızların hərəkəti maliyyə kapitalının hərəkətini, onların məcmu 

məzənnəsi isə maliyyə kapitalının həcmini ifadə edirdi. 

Bütövlükdə  qiymətli  kağızlar  bazarı  qiymətli  kağızların  emissiyası,  buraxılması, 

tədavülü,  ödənilməsi,  sahibliyi,  saxlanılması,  onlarla  əqdlərin  bağlanması,  digər 

ə

məliyyatların  aparılması  üzrə  subyektlər  arasında  olan  hüquqi  və  iqtisadi 



münasibətlərin  məcmusu  özündə  əks  etdirir.  Bazarın  məqsədi  sərbəst  maliyyə 

resurslarını  səfərbər  etmək  və  onların  bazarın  iştirakçılarının  qiymətli  kağızlarla 

keçirdiyi müxtəlif əməliyyatlar vasitəsilə yenidən bölgüsünü təmin etməkdən ibarətdir. 

Bu bazarın mövcudluğu bütün bazar iqtisadiyyatlı ölkələr üçün mühüm əhəmiyyət kəsb 

edir. Qiymətli kağızlar bazarı əmtəə və pul tədavülünə fəal surətdə xidmət edir. Digər 

tərəfdən  qiymətli  kağızların  buraxılması  və  bazarda  yerləşdirilməsi  sərbəst  pul 

vəsaitlərinin  səfərbər  edilməsi  və  sosial-iqtisadi  inkişafa  istiqamətləndirilməsinin 

səmərəli yoludur. Bunun nəticəsində müvəqqəti sərbəst pul vəsaitlərinin dövriyyə sürəti 

güclənir, ölkədə investisiya üçün əlverişli şərait yaranır ki, bu da iqtisadi artıma səbəb 

olur. Bu bazarın formalaşması üçün ilkin şərt qiymətli kağızlar buraxan kifayət qədər 

emitentlərin, 

investorların, 

qiymətli 

kağızların 

hərəkət 

və 


infrastrukturunu 

reqlamentləşdirən inkişaf etmiş normativ-qanunverici bazanın, qiymətli kağızlarla aparılan 

ə

məliyyatlara nəzarətin təşkilinin olmasıdır. 



 


 

93 


 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



 

94 


Azərbaycan Dövlət  qtisad Universitetinin “Bank işi” kafedrasının magistrantı 

Həsənzadə Fuad Maqsud oğlunun “Qiymətli kağızların reytinq qiymətləndirmə 

modeli” mövzusunda yazdığı Magistr Dissertasiya işinə 

 

Ə Y 

 

Müasir  bazar  iqtisadiyyatının  ən  mühüm  tərkib  hissəsi  hesab  olunan  maliyyə 



sisteminin 3 əsas komponentindən biri də qiymətli kağızlar bazarıdır.  Hər bir ölkədə 

iqtisadi  siyasətin  həyata  keçirilməsi  xüsusilə  də  maliyyə  və  repo  əməliyyatlarının 

aparılması  məhz  qiymətli  kağızlar  vasitəsi  ilə  reallaşır.  Məhz  bu  səbəbdən  qiymətli 

kağızların qiymətlərinin formalaşması iqtisadi sistemdə mühüm əhəmiyyət kəsb edir. 

Məlum  olduğu  kimi  uğurlu  iqtisadi  islahatlar  nəticəsində  formalaşmaqda  olan 

özəl  sektorun  maliyyə  xidmətlərinə  çıxışının  genişləndirilməsi  və  uzunmüddətli 

sərmayə imkanlarının təmin edilməsi bu dövrdə həyata keçirilən iqtisadi siyasətin əsas 

hədəflərindən  birini  təşkil  edir.  Məhz  bununla  əlaqədar  olaraq,  effektiv  tənzimlənən 

fond bazarlarının yaradılması və bütövlükdə qiymətli kağızlar bazarında vahid dövlət 

siyasətinin  formalaşdırılması  və  həyata  keçirilməsi  ölkədə  mütəşəkkil  fond 

bazarlarının  inkişafı  və  tənzimlənməsi  sahəsində  kompleks  əlaqələndirilmiş  vahid 

strategiyanın həyata keçirilməsini təmin edir. Bu baxımdan magistrant tərəfindən belə 

bir mövzunun seçilib onun təhlili öz axıcılığı ilə səciyyələnir. 

Magistr  dissertasiya  işi  giriş,  üç  fəsil,  nəticə  və  təkliflərdən  və  istifadə  olunan 

ə

dəbiyyat mənbələrindən və əlavədən ibarətdir.  şin birinci fəslində magistrant əsasən 



qiymətli  kağızlar  bazarı,  onun  mahiyyəti,  zəruriliyi,  iqtisadiyyatda  yeri  və  rolu, 

funksiyaları, quruluşu, iştirakçıları, fond birjalarının xüsusiyyətləri və eləcədə, müasir 

şə

raitdə  ölkəmizdə  qiymətli  kağızlar  bazarının  vəziyyəti,  onun  inkişaf  istiqamətləri, 



respublikamızda bazarın formalaşması və inkişafını ətraflı izah etmişdir.  

ş

in 



ikinci 

fəslində 

Azərbaycanda 

qiymətli 

kağızlar 

bazarının 

qiymətləndirilməsi,  qiymətli  kağızların    dinamikası,  bazarın  tənzimlənməsinin 

zəruriliyi, tənzimlənmənin formaları və xüsusiyyətləri barədə geniş məlumat verilir.  




 

95 


Magistr  dissertasiya  işinin  sonuncu  fəslində  isə    qiymətli  kağızların  reytinq 

qiymətləndirmə  modelinin  tədqiqini  görsədir,  həmçinin  dissrtasiyanın  əsas  hesab 

edilən qiymətli kağızlar xətti və B-əmsalı konsepsiyası, qiymətli kağızların reytinqinin 

təyini və qiymətləndirilməsi və proqnozlaşdırılması haqqında əyani misallar vasitəsilə 

geniş məlumat verilərək tədqiq edir  və geniş məlumatlar verir. 

Dissertasiya  işinin  yekununda  təhlil  nəticəsində  əldə  olunmuş  bir  sıra  fikirlər, 

nəticələr,  təkliflər  və  təhlilin  ərsəyə  gəlməsində  istifadə  olunan  ədəbiyyatın  siyahısı 

göstərilmişdir. 

Qeyd olunanları nəzərə alaraq magistr dissertasiya işinin müdafiəyə buraxılması 

məqsədəuyğundur.  

 

 

Elmi rəhbər: 



qtisad üzrə fəlsəfə doktoru:                                   b\m. G.Ş.Ağabəyova 

 

 

 

 

 

 

 

 

 

 

 


 

96 


Azərbaycan Dövlət  qtisad Universitetinin “Bank işi” kafedrasının magistrantı 

Həsənzadə Fuad Maqsud oğlunun “Qiymətli kağızların reytinq qiymətləndirmə 

modeli” mövzusunda yazdığı Magistr Dissertasiya işinə 

 

Ə Y 

 

Qiymətli  kağızlar  bazarı  qiymətli  kağızların  emissiyası,  buraxılması,  tədavülü, 

ödənilməsi,  sahibliyi,  saxlanılması,  onlarla  əqdlərin  bağlanması,  digər  əməliyyatların 

aparılması  üzrə  subyektlər  arasında  olan  hüquqi  və  iqtisadi  münasibətlərin  məcmusu 

özündə  əks  etdirir.  Bazarın  məqsədi  sərbəst  maliyyə  resurslarını  səfərbər  etmək  və 

onların  bazarın  iştirakçılarının  qiymətli  kağızlarla  keçirdiyi  müxtəlif  əməliyyatlar 

vasitəsilə yenidən bölgüsünü təmin etməkdən ibarətdir. Bu bazarın mövcudluğu bütün 

bazar iqtisadiyyatlı ölkələr üçün mühüm əhəmiyyət kəsb edir. Qiymətli kağızlar bazarı 

ə

mtəə  və  pul  tədavülünə  fəal  surətdə  xidmət  edir.  Digər  tərəfdən  qiymətli  kağızların 



buraxılması  və  bazarda  yerləşdirilməsi  sərbəst  pul  vəsaitlərinin  səfərbər  edilməsi  və 

sosial-iqtisadi  inkişafa  istiqamətləndirilməsinin  səmərəli  yoludur.  Bunun  nəticəsində 

müvəqqəti  sərbəst  pul  vəsaitlərinin  dövriyyə  sürəti  güclənir,  ölkədə  investisiya  üçün 

ə

lverişli  şərait  yaranır  ki,  bu  da  iqtisadi  artıma  səbəb  olur.  Bu  bazarın  formalaşması 



üçün  ilkin  şərt  qiymətli  kağızlar  buraxan  kifayət  qədər  emitentlərin,  investorların, 

qiymətli  kağızların  hərəkət  və  infrastrukturunu  reqlamentləşdirən  inkişaf  etmiş 

normativ-qanunverici  bazanın,  qiymətli  kağızlarla  aparılan  əməliyyatlara  nəzarətin 

təşkilinin olmasıdır.Bu baxımdan magistr dissertasiyasının mövzusu – qiymətli kağızlar 

bazarının  formalaşması,  bazarın  tənzimlənilməsi,  bazarın  əsas  alətləri  olan  səhm  və 

istiqazların  qiymətlərinin 

formalaşması  və  bu 

qiymətlərin  dinamikasının 

proqnozlaşdırılma  metodlarının  təkmilləşdirməsinəzəri  və  praktiki  baxımından  həmişə 

aktualdır. 

Magistr dissertasiya işi, giriş üç fəsil, nəticə təkliflərdən,istifadə olunan ədəbiyyat 

siyahısından  ibarətdir. 




 

97 


ş

in  birinci  fəsli  qiymətli  kağızlar  bazarı  və  onun  formalaşmasının  nəzəri-

metodoloji əsaslarından, davamlı iqtisadi inkişafda qiymtli kağızlar bazarının rolu və 

mövqeyi və qiymətli kağızlar bazarının mühüm atributu olan səhmlərin qiymətlərinin 

formalaşmasından bəhs edilir. 

kinci  fəsildə  magistrant  Azərbaycanda  qiymətli  kağızlar  bazarının 

qiymətləndirilməsi    xüsusilə  Azərbaycan  Respublikasında  qiymətli  kağızlar 

tənzimlənməsinin müasir vəziyyəti barədə geniş məlumat verir. 

Üçüncü  fəsildə  qiymətli  kağızlar  bazarında  qiymətlərin  formalaşması 

mexanizminin  təkmilləşdirilməsi  yolları  və  beynəlxalq  təcrübədən  istifadə,  qiymətli 

kağızlar,  xüsusilə  fond  birjalarında  səhmlərin  qiymətlərinin  proqnozlaşdırılması 

strategiyaları  qrafik  formasında  fundamental  və  texniki  təhlil  vasitəsi  ilə  təhlil 

olunmuş və təkmilləşdırılməsi istiqamətləri göstərilmişdir. 

Yuxarıda  qeyd  olunanları  nəzərə  alaraq  magistr  Həsənzadə  Fuad  Maqsud 

oğlunun  “Qiymətli  kağızların  reytinq  qiymətləndirmə  modeli”  mövzusunda  yazdığı 

dissertasiya işinin müdafiəyə buraxılması məqsədə uyğundur. 

 

Rəyçi: 

“Maliyyə” 

kafedrasının müəllimi   

            i.ü.f\d.b\m. Qurbanova T.T    

 

 



 

 

 



 

 



 

98 


 

 

 



 

 

 



 

 

 




99 

 

 



99 

 

 



 

 

 



 

Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə