Microsoft Word Fuad-magistr-yenii doc



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə4/31
tarix17.09.2018
ölçüsü1,06 Mb.
#68736
1   2   3   4   5   6   7   8   9   ...   31

 

10 


müqavilələri  girovnamələrə  daxil  edir  və  onları  təminat  kimi  göstərməklə  etibarlı 

qiymətli  kağızlar  hesab  edilən  ipoteka  istiqrazlarını  buraxır.  Etibarlı  olduqlarından 

bank  onlara  görə  aşağı  faiz  ödəyir.  Bu,  bank  üçün  sərfəlidir,  çünki,  bank  onların 

satışından ucuz maliyyə resursları əldə edir. 

Üçüncüsü,  qiymətli  kağızlar  maliyyə  vəsaitlərinin  yerləşdirilməsində 

investorların rahatlığını təmin edir: investor illik 12%-lə vəsaitləri 1 il müddətinə bank 

depozitində yerləşdirir. Əgər investor 6 aydan sonra vəsaitlərini geri almaq istəyirsə, 

onda bankla olan  əməliyyat qoyuluşu  haqqında  müqaviləni pozmaq məcburiyyətində 

qalır. Bank yığılmış faizləri ya ödəmir, ya da tələbolunanadək qoyuluşlar səviyyəsinə 

salır.  Beləliklə  investor  öz  pullarını  maliyyə  itkiləri  ilə  (inflyasiya  faizi  dərəcəsində) 

geri  alır.  Əgər  investor  vəsaitlərini  istiqrazların  alınmasına  qoymuşdursa,  onda  ona 

istiqrazın  bağlanma  müddətini  göstərmədən  vəsaitlərini  geri  almaq  asanlaşır.  Bunun 

üçün o, istiqrazları ikinci bazarda sata bilər. Bu zaman alıcı satıcıya yalnız istiqrazın 

dəyərini yox, eyni zamanda sahiblik dövründə yığılmış faizləri də ödəyir. 

Qiymətli  kağızların  iqtisadiyyatın  mühüm  tərkib  hissəsinin  olmasının  əsas 

səbəblərindən  biri  də  onların  əmlak  hüququnu  təsdiq  edən  sənəd  olmasıdır.  Onları 

digər maliyyə vasitələrindən fərqləndirən əsas xüsusiyyətlər aşağıdakılardır: 

- qiymətli kağız kapital üzərində mülkiyyət hüququnu təsdiq edir (səhm); 

- qiymətli  kağızlar  investorlarla  emitentlər  arasında  borc  münasibətlərini  əks 

etdirir (veksel, istiqraz, depozit sertifikatı); 

- qiymətli kağızlar sahibinə emitentlərdən müəyyən gəlir almaq hüququ verir; 

- adi  səhmlər  səhmdarlara  Səhmdar  Cəmiyyətlərinin  (SC)  idarə  edilməsində 

iştirak etmək hüququ verir. Eyni zamanda onun sahibinin səsvermə hüququ var və SC 

ləğv edilərsə mülkiyyətin müəyyən hissəsini almaq hüququ var; 

- qiymətli kağızlar sərbəst alınıb-satıla və hətta girov qoyula bilər. 

Qiymətli kağızlar, həmçinin sərbəst pul vəsaitlərinin mərkəzləşməsi alətlərindən 

biridir. Qiymətli kağızların buraxılış formasına uyğun olaraq onlar emissiya və qeyri-

emissiya  qiymətli  kağızlarına  bölünür.  Emissiya  qiymətli  kağızları  buraxılışla 

yerləşdirilən  və  qiymətli  kağızların  əldə  edilməsi  vaxtından  asılı  olmayaraq  bir 

buraxılış  daxilində  hüquqların  həyata  keçirilməsinin  həcmi  və  müddəti  eyni  olan 

qiymətli kağızlardır. Bunlara əsas qiymətli kağızlar olan səhm və istiqrazlar aid edilir. 



 

11 


Qeyri-emissiya  qiymətli  kağızları  buraxılışla  yerləşdirilməyən  və  qiymətli  kağızlar 

üzrə hüquqların keçməsi həcmi və müddəti müxtəlif olan qiymətli kağızlardır. Bunlara 

veksel, çek, depozit sertifikatları, opsion və s. bütövlükdə köməkçi və törəmə qiymətli 

kağızlar aiddir. 

Bir  qayda  olaraq  emissiya  qiymətli  kağızları  çox  sayda  və  iri  seriyalarla 

buraxılsada,  qeyri-emissiya  qiymətli  kağızları  kiçik  dəstlərlə  müxtəlif  vaxtlarda 

buraxılır. Dünya təcrübəsindən məlum olduğu kimi qiymətli kağız növlərinin çoxluğu 

təsnifat  meyarlarının,  göstəricilərinin  də  çoxsaylı  olmasını  müəyyən  edir  ki,  bu  da 

qiymətli  kağızları  buraxılma  məqsədi  və  xarakterinə  görə  müxtəlif  qaydada 

təsnifləşdirilməsinə  səbəb  olur.  Yəni,  qiymətli  kağızlar  haqında  müxtəlif  mənbələrdə 

müxtəlif meyarlar əsasında mövcud olan növlərlə müqayisə də daha da çox növlərə və 

yarımnövlərə ayırmaq olar. Məsələn, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 

54-cü  fəslinə  uyğun  olaraq  Azərbaycan  Respublikasında  iqtisadi  dövriyyədə  olan 

qiymətli kağızlar əsasən üç qrupa bölünür:  

•  əsas qiymətli kağızlar (səhm və istiqrazlar); 

•  köməkçi qiymətli kağızılar (çek, veksel, girov kağızları və s.); 

•  törəmə qiymətli kağızları (opsion, fyuçers, svop, varrant və s.). 

Rusiya praktikasında isə qiymətli kağızları iki böyük sinfə bölünür: 

-  Birinci dərəcəli - əsas qiymətli kağızlar 

kinci dərəcəli – törəmə qiymətli kağızlar 



 Rusiyada  əsas  qiymətli  kağızların  əsasını  hansısa  bir  aktivə,  əmtəəyə,  pula, 

kapitala, əmlaka və digər növ rüsumlara əsaslanan mülkiyyət hüququnun olması təşkil 

edir.  Burada,  əsas  qiymətli  kağızların  özləri  də  iki  qrupa,  ilkin  və  ikinci  dərəcəli 

qiymətli  kağızlara  bölünür.  lkin qiymətli kağızlara səhmlər,  istiqrazlar,  veksellər  aid 

edilir.  kinci dərəcəli qiymətli kağızlara isə ilkin qiymətli kağızların əsasında buraxılan 

kağızlar  aid  edilir.  Bunlara  qiymətli  kağızların  varrantı,  depozit  qəbzləri  və  s.  aid 

edilir. 

Törəmə  qiymətli  kağızlar  isə  hər  hansı  qiymətli  əşyanın,  əmtəənin  (taxıl,  neft, 

qızıl və s.) qiymətli kağız növüdür. Bu kağızlara Fyüçers kontraktları (əmtəə, valyuta, 

faiz, indeks və s.) və opsionlar aid edilir. 




 

12 


 Aşağıdakı  cədvəldə  qiymətli  kağızların  bəzi  xüsusiyyətlərinə  görə  daha  geniş 

təsnifatı verilmişdir:  

 

 

 



 

 

 



 

Üzən faiz dərəcəli 

Qəti müəyyən olunmuş faiz dərəcəli 

Faiz dərəcələrinin növünə görə 

Aşagı riskli qiymətli kağızlar 

Yüksək riskli qiymətli kağızlar 

Risk səviyyəsi 

lkin bazarın qiymətli kağızlar 

kinci bazarın qiymətli kağızları 

Yerləşdirmə ardıcıllığına görə 

Dövlət qiymətli kağızları 

 

Qeyri-dövlət qiymətli kağızları 



(korporativ, özəl) 

 

Mülkiyyət Forması 



Nağd (sənədli) qiymətli kağızlar 

Nağdsız (sənədsiz) qiymətli kağızlar 

Mövcudiyyət forması 

Emissiya qiymətli kağızları 

Qeyri-emissiya qiymətli kağızlar 

Buraxılış forması 

Milli qiymətli kağızlar 

Xarici qiymətli kağızlar 

Milli mənsubiyyəti 



Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə