Microsoft Word Fuad-magistr-yenii doc



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə6/31
tarix17.09.2018
ölçüsü1,06 Mb.
#68736
1   2   3   4   5   6   7   8   9   ...   31

 

16 


bank  tərəfindən  onun  depozitində  bu  məbləğ  olmasa  belə,  müştəriyə  ödənilən 

çeklərdir. 

Tərtib  edildiyi  ölkədə  ödənilməli  olan  çek  bir  ay  müddətində  ödənişə  təqdim 

olunmalıdır. Verildiyi ölkədə deyil, başqa ölkədə ödənilməli olan çek, verilmə yeri ilə 

ödəniş  yeri  eyni  qitədədirsə,  iki  ay  müddətində,  müxtəlif  qitələrdədirsə,  üç  ay 

müddətində  ödənişə  təqdim  edilməlidir.  Həm  də  Müstəqil  Dövlətlər  Birliyinin  üzvü 

olan  bir  dövlətin ərazisində  verilən  və  Müstəqil  Dövlətlər  Birliyinin  üzvü olan  digər 

dövlətin  ərazisində  ödənilməli  olan  çeklər  eyni  qitədə  verilən  və  ödənilməli  olan 

çeklər  sayılır.  Yuxarıda  göstərilən  müddətlərin  axımı  çekdə  onun  verilmə  günü  kimi 

göstərilən gündən başlanır. 

 Konosament  –  yükün  daşınması  üçün  onun  yüklənməsi,  daşınması  və  alınması 

hüququnu  təsdiq  edən  beynəlxalq  standart  sənəd  formasıdır.  Konosament  yük 

daşıyıcısının  daşıma  müqaviləsinin  şərtləri  ilə  təsdiqlənmiş,  yükün  ünvanına 

çatdırılması  haqqında  şərtsiz  öhdəliyidir.  Adlı  konosament  yükün,  üzərində  adı 

göstərilmiş şəxsə məxsus olduğunu bildirdiyi və digər şəxsə ötürülə bilmədiyi halda, 

orderli  konosament  yükü  göndərənin  və  ya  qəbul  edənin  əmri  ilə  indossoment 

vasitəsilə,  təqdimatlı  konosament  isə  adi  yolla  təqdim  etmək  vasitəsilə  üçüncü  şəxsə 

ötürülür.  

Xətti  (sadə),  çarter  (çarter  reysləri  edildikdə),  sahilyanı  (yükün  sahildə  qəbul 

olunmasını  təsdiqləyən),  göyərtə  (yük  gəminin  göyərtəsində  qəbul  edildikdə)  və  s. 

konosament növləri də məlumdur. 

Bunlardan  başqa  Törəmə  qiymətli  kağız  növləri  də  var.  Onlar  alqı-satqı 

müqavilələrini tərənnüm edirlər. Törəmə qiymətli kağızlar sahibinə ilkin fond qiymətli 

kağızların alqı və ya satqısına olan hüququnu təsdiqləyən qiymətli kağızlardır. Törəmə 

qiymətli  kağızların  tədavül  məqsədi  əsas  fond  qiymətli  kağızların  məzənnəsinin 

dəyişməsindən mənfəət əldə etməkdir. Bu kağızlar 1970-ci illərdən maliyyə mühitində 

özlərinə  yer  tapmağa  başlamışlar.  Bunlara  opsion  əqdləri,  fyüçers  əqdləri,  forvard 

ə

qdləri, svoplar, həmçinin varrantlar və depozitari qəbzləri də aid edilir. 



Opsion - latın sözü olub seçim mənasını verir. Opsion müqavilə forması olmaqla 

qiymətli  kağızların  alqı-satqı  proseslərini  yerinə  yetirmək  hüququnu  tərənnüm  edir. 

Lakin bu əməliyyatı yerinə yetirməmək də olar. Bu əməliyyat öhdəlik formasında olur. 



 

17 


Opsion  əməliyyatlarının  2  növü  mövcuddur:  “koll”  (alqı)  və  “put”  (satqı)  opsion 

ə

məliyyatları. 



“Koll” opsion müqavilədə göstərilmiş müddət ərzində müəyyən miqdar qiymətli 

kağızları,  bu  müqaviləni  başa  çatdırmaq  öhdəliyi  olmadan,  razılaşdırılmış  qiymətə 

opsionu  yazan  şəxsdən  almaq,  “Put”  opsion  müqaviləsi  isə  opsionu  yazan  şəxsə 

satmaq  hüququ verir.  Beləliklə,  opsion  alıcısı  qiymətli  kağızları  almaq və  ya  satmaq 

hüququndan  istifadə edə  də bilər,  etməyə də bilər. Lakin  opsion  satıcısı  müqavilənin 

şə

rtlərinə əsasən istənilən halda sövdələşməni yerinə yetirməlidir.  



Opsionun qiyməti kimi opsion alıcısının satıcıya ödədiyi mükafat çıxış edir.  

Opsionun bir sıra üstün cəhətləri vardır. Məsələn, opsion alıcısının qeyri məhdud 

həcmdə mənfəət almaq imkanı olduğu halda, itkiləri ödənilən mükafatla məhdudlaşır. 

Həmçinin, opsion əməliyyatları yüksək rentabelliyə malikdirlər. Yəni, kiçik məbləğdə 

mükafat ödəməklə ondan dəfələrlə artıq həcmdə mənfəət əldə etmək imkanı vardır. 

Fyüçers müqavilələrində iki iştirakçı öz üzərinə müqavilədə göstərilən müddətdə 

ə

mtəənin  müqavilənin  bağlandığı  ana  olan  qiymətlə  müvafiq  olaraq  alınması  və 



satılması üzrə öhdəlik qəbul edir. 

Fyüçers  müqaviləsi  bağlandığı  an  heç  nə  alınmır  heç  nə  satılmır.  Sadəcə 

müqavilə  bağlandıqda  hər  iki  tərəf  öz  üzərinə  aktivin  alınması  və  satılmasına  dair 

öhdəlik qəbul edir. “Fyüçers kontraktının alqısı” anlayışı kontraktın icra anı çatdıqda 

ilkin birja  aktivini, kontraktın  əks tərəfindən  qəbul  etmək və onun dəyərini, kontrakt 

bağlanan  andakı  məzənnə  ilə  ödəmək  öhdəliyi  mənasını  verir.  “Fyüçers  kontraktının 

satqısı”  dedikdə,  kontraktın  icra  anı  çatdıqda,  ilkin  birja  aktivini,  kontraktın  əks 

tərəfinə çatdırılması və bunun müqabilində kontraktın satış qiymətinə əsasən müvafiq 

pul vəsaitlərinin alınması başa düşülür. 

Hər  bir  fyüçers  kontraktının  ömrü  məhdudur.  Onunla  ticarətin  son  günü  və  bu 

günün hansı anınadək ticarətin aparılacağı əvvəlcədən məlumdur. 

Fyüçers  kontraktlarının  icrası  və  bütün  hesablaşmalar  fond  birjası  və  ona 

hesablaşma  orqanı  kimi  xidmət  edən  hesablaşma  (klirinq)  palatası  tərəfindən 

zəmanətləndirilir.  Hər  bir  fyüçers  kontraktı  üzrə  sığorta  fondu  yaradılır.  Bir  qayda 

olaraq  bu  kontraktlarla  əməliyyat  keçirməkdən  ötrü  investorlar  müqavilə  əmtəəsinin 

dəyərinin  müəyyən  həcmində  (8-15%)  pul  girovu  qoyur.  Bu  vəsaitlər  müqavilə 




 

18 


tərəflərinin  götürdüyü  öhdəliklərin  maliyyə  zəmanəti  kimi  çıxış  edir.  Fyüçers 

kontraktlarının tarixi sələfi kimi Forvard kontraktları hesab olunur. 

Svop – müəyyən edilmiş şərtlərlə gələcəkdə ödəmələrin mübadiləsi haqqında iki 

tərəf arasında bağlanılan razılaşmadır. Svop üzrə mübadilə obyekti kimi dəyişməz və 

dəyişən  faiz  dərəcəli  borc  öhdəlikləri  (faiz  svopları),  valyuta  vəsaitləri  və  valyuta 

faizləri (valyuta svopları), həcmi müəyyən əmtəənin qiymətindən asılı olan dəyişməz 

və dəyişən ödəmələr (əmtəə svopu) çıxış edə bilər. 20-ci əsrin 80-ci illərində dinamik 

fəaliyyət  göstərən  beynəlxalq  svop  bazarı  formalaşmışdır.  Faiz  svop  əməliyyatlərı 

xüsusilə  böyük  vüsət  almış,  artıq  90-cı  illərin  əvvəllərində  onun  həcmi  3  trilyon 

dollardan çox olmuşdur ki, bu da valyuta svopları bazarının dövriyyəsindən təxminən 

3  dəfə  artıqdır.  Müasir  dövrdə  svop  dilerlərinin  beynəlxalq  assosiasiyası  da 

yaradılmışdır. 

Varrant – ingilis sözü olub (warrant) vəkalət, ixtiyar, səlahiyyət deməkdir. Varrant 

anlayışı iki məna verir. Birincisi, sertifikat olmaqla bu sertifikatı saxlayana müəyyən 

müddət  ərzində  və  ya  müddətsiz  razılaşdırılmış  qiymətə  qiymətli  kağızlar  almaq 

hüququnu  verən  sənəddir.  Yəni,  varrant  əsas  qiymətli  kağızların  buraxılışı  ilə  birgə 

yaranmaqla  sahibinə  təyin  edilmiş  qiymətlə  müəyyən  müddət  ərzində  qiymətli  kağız 

almaq hüququ verir.  

  kincisi isə, anbar şəhadətnaməsi olmaqla müəyyən malın saxlamaq üçün qəbul 

edilməsini  təsdiqləyən  sənəddir.  Yəni,  varrant  əmtəələri  saxlamaqdan  ötrü  anbara 

təhvil verildikdə tərtib olunan girov şəhadətnaməsi kimi də çıxış edə bilər.  

Qeyd  olunanları  nəzərə  alaraq  qeyd  etmək  olar  ki,  müasir  bazar  iqtisadiyyatı 

şə

raitində  normal  iqtisadi  münasibətlərin  bərqərar  olmasında  qiymətli  kağızlar 



bazarının mühüm yeri vardır və bu bazar iqtisadiyyatının tələblərinə cavab verməklə, 

sözügedən sistemlə harmoniya təşkil edir. 



 

1.2

  Qiymətli  kağızlar  bazarında  səhmlərin  qiymətlərinin  formalaşma 

xüsusiyyətləri. 

Ümumi iqtisadi nəzəriyyə kursundan məlumdur ki, maliyyə sistemi üç hissədən 

ibarətdir:  bank  sistemi,  sığorta  bazarı  və  qiymətli  kağızlar  bazarı.  Qiymətli  kağızlar 

bazarında  istər  həmin  alətlərlə  aparılan  əməliyyatların  həcmi,  istərsə  də  iqtisadi 




Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə