Microsoft Word Fuad-magistr-yenii doc



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə7/31
tarix17.09.2018
ölçüsü1,06 Mb.
#68736
1   2   3   4   5   6   7   8   9   10   ...   31

 

19 


sistemdə tutduğu mövqeyinə görə səhm və istiqrazlar mühüm rol oynayır. Bu qiymətli 

kağızlar buraxılışlarla yerləşdirilir və onun əldə edilməsi vaxtından asılı olmayaraq bir 

buraxılış  daxilində  hüquqların  həyata  keçirilməsinin  həcmi  və  müddəti  eyni  olması 

onların investisiya qiymətli kağızları növünə aid edilməsinə səbəb olur.  

stiqraz,  onun  sahibinin  onu  buraxmış  şəxsdən  istiqrazda  nəzərdə  tutulan 

müddətdə  istiqrazın  nominal  dəyərini  və  ya  başqa  əmlak  ekvivalentini  almaq 

hüququnu  təsdiqləyən  qiymətli  kağızdır.  Başqa  sözlə  istiqraz  onu  əldə  edən  şəxs 

qarşısında borc götürənin öhdəliklərini göstərən borc sertifikatıdır, yəni borcun nə vaxt 

qaytarılacağını (son ödəmə tarixi) və bu vaxta qədər dövri olaraq ödənilməli olan faiz 

dərəcəsini göstərir. Yəni, hər hansı bir iri şirkət istiqraz buraxır.  stiqrazı alan şəxs öz 

pulunu həmin şirkətə verir və bunun qarşılığında faiz və borc verilən məbləğin (əsas 

məbləğ) geri  qaytarılacağına dair  sənəd alır.  Alıcı istiqrazı  son ödəmə  tarixinə qədər 

özündə  saxlaya  bilər  və  ya  bu  tarixdən  əvvəl  başqa  bir  nəfərə  sata  bilər.  stiqrazlar 

haqqında III Fəsildə daha ətraflı məlumat veriləcəkdir. 

Digər  investisiya  qiymətli  kağızı  səhmlər  sayılır.  Səhm  –  onun  sahibinin 

səhmdar  cəmiyyətin  mənfəətinin  bir  hissəsini  divident  şəklində  almaq,  səhmdar 

cəmiyyətin idarə edilməsində iştirak etmək və o, ləğv edildikdən sonra qalan əmlakın 

bir  hissəsini  əldə  etmək  hüququnu  təsbit  edən  emissiya  qiymətli  kağızıdır.  Məsələn 

ə

gər  şirkət  bir  milyon  səhm  satarsa,  hər  bir  səhm  şirkətin  1/1  000  000  hissəsinin 



sahibkarlığını  təmsil  edir.  Yəni,  səhm  sahibi  səhmdar  cəmiyyətə  müəyyən  miqdarda 

vəsait köçürür və bu vəsaitə uyğun nisbətdə cəmiyyətin əldə etdiyi gəlirin bir hissəsini 

ə

ldə etmək hüququnu əldə etmiş olur. Həmçinin müəssisənin öhdəliklərinə görə də bu 



nisbətə  uyğun  həcmdə  məsuliyyət  daşıyır.  Bundan  başqa  səhmdarın  əlavə  güzəşt 

hüququ da vardır. Bu güzəştləri ona səhmdar cəmiyyət özü verir. Bu zaman səhmdara 

müəsissənin  istehsal  eydiyi  məhsulları  alarkən  və  ya  onun  göstərdiyi  xidmətlərdən 

istifadə edərkən güzəştlər edilir. 

Ümumiyyətlə  səhmlərin  bir  sıra  əlamətlərə  görə  təsnifləşdirilməsi  qəbul 

olunmuşdur. Onların təsnifləşdirilməsi prinsipləri aşağıdakı kimidir: 

Emitentə görə:  

  Korporativ 

  qeyri səhmdar tipli müəsissələrin səhmləri 



 

20 


Gəlirin daxil olma üsuluna görə: 

  Adi  (gəlir  qəti  müəyyən  olunmur,  xalis  gəlirin  ölçüsündən  asılı  olaraq 

müəyyənləşir 

  imtiyazlı  (gəlir  qəti  müəyyən  olunmuş  formada  olur,  xalis  gəlirin 

həcmindən asılı olmur) 

Dönərliyinə görə: 

  dönərli  səhmlər  (konvertə  olunan,  digər  növ  qiymətli  kağızlara  uyğun 

proporsiyalarda dəyişdirilə bilən)  

  qeyri dönərli səhmlər (konvertə olunmayan, digər növ qiymətli kağızlara 

mübadilə olunmayan) 

Dönərli  səhmlər  müxtəlif  istiqrazlara  və  əksinə  dəyişdirilə  bilər.  mtiyazlı 

səhmlər sadə səhmlərə və əksinə mübadilə edə bilər. 

Sahiblik qaydasına görə: 

  Adlı səhmlər (səhmin sertifikatında səhmdarın adı və soyadı göstərilir, bu 

cür səhmlərin alqı-satqı sövdələşmələri emitentdə rəsmiləşdirilməlidir ) 

  Təqdimatlı  səhmlər  (sertifikatda  səhmdarın  adı  göstərilmir  və  bu  cür 

səhmlərin alqı-satqı əməliyyatları emitentdə rəsmiləşdirilir ) 

Səhmlər  malik  olduqları  hüquqlara  görə  də  Adi  və  mtiyazlı  səhmlərə  bölünür.  Adi 

səhmlər  yuxarıda  göstərilən  hüquqlara  malikdirlər.  mtiyazlı  səhmlərin  özləri  də 

təsnifləşdirilir. Belə ki: 

  Toplanmış dividentlərin saxlama xüsusiyyətinə görə: 

  kumulyativ  imtiyazlı  səhmlər  üzrə  həcmi  səhmdar  cəmiyyətin 

nizamnaməsində  göstərilmiş,  lakin  mürəkkəb  maliyyə  vəziyyəti,  yaxud 

da  digər  səbəbdən  hec  ödənilməmiş  dividentlər  toplanır  və  sonradan 

ödənir.  Beynəlxalq  təcrübədə  dividentlərin  toplanması  müddəti  əksər 

hallarda üç ildən artıq olmur. Toplanmış dividentlər arriyalarda cəmlənir 

və adi səhmlər üzrə dividentlər verilənə qədər ödənilməlidir. 

  qeyri-kumulyativ  imtiyazlı  səhmlər  isə  əvvəcədən  ödənilməmiş 

dividentlərin ödənilməsinə təminat verməyən imtiyazlı səhmlərdir. Yəni, 

cari ilin dividentləri ödənilməyibsə növbəti illərdə də ödənilməsi nəzərdə 

tutulmayıb. Bu səhmlər investorları az maraqlandırır. 



 

21 


Emitentin  özündən  asılı  olaraq  buraxılmış  imtiyazlı  səhmləri  almaq  xüsusiyyətinə 

görə: 


  geri çağrılmayan imtiyazlı səhmlər. 

  geri çağrılan imtiyazlı səhmlər.  

Dünya  təcrübəsindən  məlumdur  ki,  imtiyazlı  səhm  buraxılışlarının  əksəriyyəti 

müddətlidir,  yəni  emitent  imtiyazlı  səhmləri  müəyyən  müddət  keçdikdən  sonra  geri 

çağırmaq  hüququnu  əvvəlcədən  şərtləşdirir.  Bu  əməliyyat  ya  açıq  bazarda  ya  da 

birbaşa  səhmdarların  özləri  ilə  həyata  keçirilə  bilər.  Sonuncu  halda  səhmdarlara  geri 

alınan səhmlərin nominalının müəyyən faizini (adətən səhm dəyərinin 1%-i) həcmində 

hesablanmış mükafat ödənilir. Geri almanı təmin etmək məqsədi ilə şirkət gerialınma 

fondu  yarada  bilər  ki,  bunun  da  əsas  səbəbi  şirkətin  imtiyazlı  səhmlərinin  bazar 

qiyməti  onların  yerləşdirmə  (ilkin  satış)  qiyməti  səviyyəsinə  endikdə  hər  il  geri 

çağrılan  səhmlərin  müəyyən  hissəsinin  ödənişini  keçirsin.  Bununla  da  belə  səhm 

sahibləri müdafiə olunur. Səhm məzənnələri yüksəldikdə isə şirkət səhmləri almaya da 

bilər və ya bazar qiymətləri ilə geri alır. Beləliklə, geri alındıqca səhmlərin sayı azalır, 

hər bir səhmə düşən aktivin dəyəri artır. Nəticədə səhmlərin bazar qiyməti qalxır. 

Dividentin ölçüsünün dəyişmə imkanından asılı olaraq: 

  dividenti,  dövlət  qiymətli  kağızlarının  faiz  dərəcələri  və  ya  bank  kreditinin 

faiz dərəcələrinin əsasən dəyişən imtiyazlı səhmlər. 

  dividenti,  dövlət  qiymətli  kağızlarının  gəlirliyindən  və  ya  faiz  dərəcələrinin 

dəyişməsindən asılı olmayan, dəyişməyən imtiyazlı səhmlər. 

Səhmlərin buraxılma və ödənilmə mərhələsindən asılı olaraq : 

  elan edilmiş 

  yerləşdirilmiş  

  tam ödənilmiş səhm növlərini fərqləndirirlər. 

 Elan  edilmiş  səhmlər  şirkətin  artıq  yerləşdirilmiş  müəyyən  tipli  səhmlərinə 

ə

lavə olaraq buraxa bildiyi səhmlərin son miqdarıdır.  



 Yerləşdirilmiş səhmlər səhmdarlar tərəfindən alınmış səhmlərdir. 

 Tam  ödənilmiş  səhmlər  yerləşdirilmiş  və  dəyəri  müvafiq  məbləğ  səhmdar 

cəmiyyətin hesabına daxil edilməklə sahibi tərəfindən 100% ödənilmiş səhmlərdir. 



Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə