Microsoft Word Fuad-magistr-yenii doc



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə8/31
tarix17.09.2018
ölçüsü1,06 Mb.
#68736
1   ...   4   5   6   7   8   9   10   11   ...   31

 

22 


Maliyyə  vəsaitlərini  artırmaq  məqsədilə  səhmlərin  satılması  səhm 

maliyyələşdiriməsi,  istiqrazların  satılması  yolu  ilə  əldə  olunan  vəsait  isə  borc 

maliyyələşdirilməsi adlandırılır. Şirkətlər yeni investisiyaları üçün həm səhm həm də 

borc  maliyyələşməsindən  istifadə  etsələr  də,  səhm  və  istiqrazlar  bir-birindən  çox 

fərqlənir.  Şirkətin  səhmlərini  alan  şəxs  həmin  şirkətin  bir  hissəsinə  sahib  olur, 

istiqrazlarını alan şəxs isə şirkətin debitoruna çevrilir. Əgər şirkət çox mənfəətli olarsa, 

səhm sahibləri daha çox pul qazanacaq, istiqraz sahibləri isə yalnız müəyyən olunmuş 

faizlərini alacaqlar. Əgər şirkət maliyyə çətinlikləri ilə üzləşərsə, səhm sahiblərinə hər 

hansı  bir  məbləğ  ödənilməzdən  əvvəl  istiqraz  sahiblərinin  borcları  qaytarılır. 

stiqrazlarla  müqayisədə,  səhmlər  həm  daha  çox  risk,  həm  də  daha  çox  gəlir  əldə 

etmək ehtimalı təklif edir. 

Ş

irkət  öz  səhmlərıni  satdıqdan  sonra,  bu  səhmlər  mütəşəkkil  səhm  birjalarda 



sərbəst alınıb satıla bilər. Bu cür alqı-satqı əməliyyatlarından şirkət heç bir gəlir əldə 

etmir.  Dünyanın  ən  böyük  səhm  birjaları  “Nyu  York  Fond  Birjası”,  “Amerika  Fond 

Birjası”  və  “NASDAQ”  (National  Association  of  Securities  Dealers  Automated 

Quotation System) sayılır. Dünyanın bir çox ölkələrində də səhm birjaları mövcuddur. 

Bu səhm birjalarında yerli şirkətlərin səhmləri alınıb satılır (Bakı Fond Birjası və s.). 

Səhmlərin iki növ qiyməti  olur:  səhmin  nominal qiyməti  və  səhmin  real bazar 

qiyməti.  Səhmlərin  üzərində  yazılan  nominal  qiymət  SC-nin  nizamnamə  kapitalının 

emissiya  olunmuş  səhmlərin  sayına  bölməklə  alınır.  Bazar  qiyməti  isə  səhmin  real 

alış-satış  qiyməti  olub  səhmin  məzənnəsini  əks  etdirir.  Səhmin  məzənnəsinin  onun 

nominalından  çox  olması  “laj”  və  ya  “ajio”,  məzənnənin  isə  real  bazar  qiymətindən 

aşağı olması isə “dizajio” adlanır.  

Səhm  birjalarında  səhmlərin  qiyməti  onları  buraxan  şirkətin  səhmlərinə  olan 

tələb və təklif əsasında müəyyən olunur. Səhmlər şirkətin sahibkarlığını təmsil etdiyi 

üçün,  səhmlərə  olan  tələb  (və  həmçinin  səhmlərin  qiyməti)  alıcıları  şirkətin  gələcək 

mənfəətliliyi  haqqında  düşüncələrini  əks  etdirir.  Əgər  alıcılar  şirkətin  gələcəyi 

barəsində nikbin fikirdə olsalar, şirkətin səhmlərinə olan tələb artıracaq və bununla da 

səhmlərin  qiyməti  qalxacaq.  Bunun  əksinə  olaraq,  alıcılar  şirkətin  gələcəkdə  çox  az 

mənfəət  əldə  edəcəyini  və  ya  hətta  zərərlə  işləyəcəyini  fikirləşsələr,  onda  şirkətin 

səhmlərinin qiyməti aşağı düşəcəkdir. 



 

23 


Səhmlərin qiyməti barədə dəqiq məlumat əldə etmək üçün gündəlik nəşr olunan 

səhm  cədvəllərinə  nəzarət  yetirmək  lazımdır.  Bu  cədvəllərdə  minlərlə  şirkətin 

səhmlərinin ən son alqı-satqı əməliyyatları haqqında məlumat verilir. Bu cədvəllərdə 

adətən aşağıdakı məlumatlar və rəqəmlər göstərilir: 

"52  həftə  yuxarı"  və  "52  həftə  aşağı"  başlığı  altında  verilmiş  sütunda  hər  bir 

xüsusi  səhmin  son  52  həftə  ərzində  müvafiq  olaraq  malik  olduğu  ən  yüksək  və  ən 

aşağı  qiyməti  göstərilir.  Bu  qiymətlər  səhmlərin  indiki  vəziyyətini  son  bir  il  ərzində 

səhmin qiymətinin dinamikası ilə müqayisə etməyə imkan verir.  

Dividentlər  əsasən  sahibkarlara  (səhmdarlara)  ödənilməli  olan  məbləğlərdir. 

Ş

irkət  divident  ödəyirsə,  bu,  divident  sütununda  mütləq  göstərilməlidir.  Səhm 



cədvəllərində  səhmin  bir  payı  üzrə  təyin  edilmiş  illik  dividentlər  əks  olunur. 

Dividentin ödənişi isə adətən rüblük olaraq ödənilir.  

Gəlir  məqsədli  səhmlər  divident  -  gəlir  gətirdiyi  üçün  ən  yüksək  gəlirin  hansı 

səhm  tərəfindən  ödənilə  biləcəyini  müəyyənləşdirməlidir  ki,  bu  da  səhm  üzrə 

dividentlər  formasında  ödənilən  mənfəətin  faiz  dərəcəsi  ilə  göstərilən  gəlirliyini 

tapmaqdır.  Səhmin  dividentdən  qazandığı  gəlirliliyi  tapmaq  digər  divident  ödəyən 

səhmlərdən  fərqli  olaraq  nə  qədər  çox  pul  qazanacağını  müəyyən  etməyin  ən  qısa 

yoludur. Dividentdən əldə edilən gəlirlilik aşağıdakı düstur əsasında hesablanır: 



Dividentin gəlirliliyi = Divident gəliri / Səhm investisiyası 

“Həcm”  (səhmlərin  satış  həcmi)  sütununda  hər  hansı  bir  səhmin  həmin  gün 

hansı miqdarda satıldığı göstərilir. Gün ərzində 100 səhm satılmışdırsa, demək həcm 

göstəricisi  100-ə  bərabərdir.  Adətən  səhmin  satış  həcminin  yüksək  olması  bir  neçə 

faktordan asılıdır ki, bunlarda:  

-  Maliyyə hesabatlarında  mənfəət  ilə  bağlı müsbət  xəbərlərin  olması. Yəni, şirkət 

yaxşı (və ya gözləniləndən daha yaxşı) mənfəət əldə etdiyi haqda məlumat vermişdir. 

-  Yeni  biznes  sövdələşməsi:  Şirkət  yeni  uğurlu  bir  biznes  sövdələşməsi  haqda 

məlumat verir. Məsələn, birgə müəssisənin yaradılması və ya iri bir şirkətin əməkdaş 

kimi cəlb edilməsi. 

-  Yeni məhsul və ya xidmət:  Şirkətin tədqiqat və təkmilləşdirmə  şöbəsi potensial 

cəhətdən mənfəəti hesab edilən yeni bir məhsul təklif edir. 




 

24 


-  Dolayı mənfəət: Şirkət iqtisadiyyatın yeni inkişafından və ya hökumət tərəfindən 

yeni qəbul edilən qanun sayəsində mənfəət əldə edə bilər. 

Ümumiyyətlə,  gəlirlilik  dedikdə,  investisiya  qoyuluşları  müqabilində  əldə 

olunan  gəlir  məbləği  nəzərdə  tutulur.  Fond  cədvəllərində  "gəlir"  dedikdə,  hər  hansı 

xüsusi  bir  dividentin  səhm  qiyməti  ilə  faiz  nisbəti  nəzərdə  tutulur.  Gəlirlilik  gəlir 

məqsədli  investorlar  üçün  çox  vacibdir.  Gəlir  illik  dividentin  səhmin  cari  qiymətinə 

bölünməsi  ilə  hesablanır.  Səhm  üzrə  gəlirlilik  fond  cədvəllərində  gündəlik  olaraq 

dəyişir,  çünki  səhmlərin  qiyməti  hər  gün  müxtəlif  olur.  Gəlir  adətən  səhmi  alındığı 

günə olan məlumatı əks etdirir.  

Qeyd olunmuş gəlir üzrə qiymətli kağızdan əldə olunan gəlir (mədaxil) aşağıdakı 

kimi hesablanır: 

V= N / P*100 

V – mədaxil; N – nominal faiz; P – emissiya məzənnəsidir 

“Qiymət” - Səhm haqqında ən əhəmiyyətli məlumat onun qiymətidir. Qəzetlərdə 

və  səhm  cədvəllərində  çox  vaxt  bir  neçə  qiymət  göstərilir.  “Son  “  və  ya  “bağlanış” 

qiymətləri bir əvvəlki iş günündə səhm bazarı bağlanmamışdan əvvəl ən son aparılan 

ə

məliyyatdakı qiymətdir. Bir çox qəzetlərdə həm də son alqı-satqı gününün (bəzən isə 



son ilin) “yüksək” və “alçaq” qiymətləri də göstərilir. 

Divident  -  Müəssisələr  öz  mənfəətlərinin  bir  hissəsini  öz  səhmdarlarına 

paylayırlar  ki,  bu  məbləğə  də  divident  deyilir.  (Bu  şəkildə  paylanılmayan  mənfəətə 

yığılmış  mənfəət  deyilir  və  əlavə  investisiyalar  üçün  istifadə  olunur).  Çox  vaxt 

qəzetlərdə əvvəlki il ərzində hər bir səhm üçün ödənilən divident miqdarı da göstərilir. 

Bəzi hallarda divident gəlirliliyi, divident məbləğinin səhm qiymətinə olan faiz nisbəti 

də çap olunur. 

“Qiymət-mənfəət  nisbəti”  -  Potensial  səhm  investisiyasının  təhlilində 

qiymət/mənfəət nisbəti böyük əhəmiyyət kəsb edir, belə ki, şirkətin qiymətləndirilməsi 

zamanı  ən  çox  nəzərə  alınan  göstərici  hesab  olunur  və  çox  zaman  bu  haqda  şirkətin 

səhmlərinin  qiymətləri  ilə  birgə  məlumat  verilir.  Qiymət/mənfəət  nisbətinin  əsas 

ə

həmiyyəti  şirkətin  əməliyyatlardan  əldə  etdiyi  xalis  gəlirlərlə  səhmin  qiyməti 



arasında birbaşa əlaqə yaratmasındadır. 


Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə