Microsoft Word gelecek dunya duzeni I kitab doc



Yüklə 4,51 Mb.
Pdf görüntüsü
səhifə10/189
tarix26.09.2017
ölçüsü4,51 Mb.
#1925
1   ...   6   7   8   9   10   11   12   13   ...   189

 

27

düzəlişin (İlk on düzəliş birlikdə Hüquqlar haqqında Qanun adı 



ilə 

məlumdur) 

dördüncü 

hissəsində 

yazılır: 

“Xalqın 


şəxsiyyətinin,  mənzilinin,  kağızlarının  və  mülkiyyətinin 

səbəbsiz  axtarılması  və  həbs  edilməsindən  mühafizə  haqqında 

hüququ  pozulmamalıdır  və  güman  edilən  hadisənin  baş 

verməsi  haqqında  and  və  təsdiq  olmasa,  heç  bir  order 

verilməməlidir.  Orderdə  axtarılmalı  olan  yer,  həbs  olunmalı 

şəxs və ya əmlak dəqiq şəkildə göstərilməlidir”.

1

  

 

1789-cu il, 26 avqust tarixli “İnsan və vətəndaş hüquqları 



Bəyannaməsi”nin  ayrı-ayrı  maddələrində  yazılır:  “  Qanun 

yalnız  ictimai  təhlükə  törədən  əməlləri  qadağan  edə  bilər. 

Qanunla  qadağan  olunmayan  bütün  əməllərə  icazə  verilir;  heç 

kəs  qanunda  əksini  tapmayan  işlərin  məcburi  olaraq  yerinə 

yetirilməsinə  məcbur  edilə  bilməz.  Heç  kəsi  öz  baxışlarına 

görə,  hətta  dini  baxışlarına  görə  də,  əgər  bu  baxışlar  ictimai 

qaydaları pozmursa, sıxmaq (təzyiq göstərmək) olmaz.”

2

 



 

BMT  Nizamnaməsinin  preambulasında  qeyd  edilir:  Biz, 

birləşmiş dövlətlərin xalqları, qətiyyətlik hissi oyadaraq,  

gələcək nəsilləri, iki dəfə bizim həyatımıza sözlə ifadə edilə 

bilməyən  dərəcədə  kədər  gətirən  müharibə  bəlalarından  azad 

etmək, və  

əsas  insan  hüquqlarına,  ləyaqətə  və  insan  şəxsiyyətinə 

dəyərlərə,  qadın  və  kişilərin  bərabərliyinə  və  böyük  və  kiçik 

xalqların bərabərliyinə inamı yenidən təsdiq etmək, və  

müqavilələrdən  və  digər  beynəlxalq  hüquq  mənbələrindən 

irəli  gələn  öhdəliklərə  hörmət  və  ədalətin  müşahidəsini  təmin 

edən şəraiti yaratmaq, və 

                                                 

1

 Amerika Birləşmiş Ştatlarının Konstitusiyası. Azərbaycan dilində tərcümə 



olunmuş variantı. 

2

 Декларация прав человека и гражданина. От 26 августа 1789 г. 



Конституции зарубежных государств: Великобритания, Франция, 

Германия, Италия, Европейский Союз, США, Япония, Индия: 

учеб.пособие / [сост. сб., пер., авт.введ. и вступ. ст. В.В. Маклаков].- 5-

е изд., перераб. и доп. –М.: Волтерс Клувер, 2006.-608c.-ISBN5-466-

00138-4(в пер). стр. 80-82. 



 

28

geniş  azadlıq  vasitəsilə  sosial  tərəqqi  uğrunda  və  həyat 



şəraitini yaxşılaşdırmaq üçün birgə fəaliyyət göstərmək,  

Və bu məqsədlərlə 

dözümlülük  göstərmək  və  dünyada  dost  dostla  mehriban 

qonşular kimi bir yerdə yaşamaq, və 

beynəlxalq  sülhün  və  təhlükəsizliyin  qorunub  saxlanılması 

üçün qüvvələrimizi birləşdirmək, və 

ümumi  maraqlarda  olduğu  kimi,  hərbi  qüvvənin  tətbiqinin 

əvvəlcədən həyata keçirilməməsini, prinsiplər qəbul edərək və 

metodlar müəyyən edərək, təmin etmək, və 

bütün  xalqların  sosial  və  iqtisadi  tərəqqisini  həyata 

keçirmək üçün beynəlxalq aparatdan istifadə etmək məqsədilə, 

bu  məqsədlərə  nail  olmaq  üçün  öz  gücümüzü  birləşdirmək 

qərarına gəldik. 

Buna  müvafiq  olaraq,  bizim  bəlli  hökumətlərimizin  lazımi 

formada  səlahiyyət  verdikləri  və  San-Fransisko  şəhərində 

toplaşmış  nümayənədləri  “Birləşmiş  Millətlər”  adı  altında 

təşkilat  yaradacağını  nəzərdə  tutan  hal-hazırki  Birləşmiş 

Millətlər 

Təşkilatının 

Nizamnaməsini 

qəbul 


etməyə 

razılaşdılar.

1

 

 

Həmçinin  “BMT  Nizamnaməsinə  müvafiq  olaraq 



dövlətlər  arasında  əməkdaşlığa  və  dostluq  münasibətlərinə 

aid 

olan 

beynəlxalq 

hüquq 

prinsipləri 

haqqında 

Deklarasiya”  da  qeyd  edilir  ki,  hər  bir  dövlət  özünün 

beynəlxalq  münasibətlərində  güc  hədəsindən  kənarda  qalmağı 

(çəkinməyi)  öhdəlik  kimi  götürür,  yaxud  da  gücdən  ərazi 

toxunulmazlığına  qarşı  və  ya  da  istənilən  bir  dövlətin  siyasi 

müstəqilliyinə  qarşı  istifadə  etməkdən  çəkinir.  Eyni  zamanda 

BMT-nin  məqsədləri  ilə  üst-üstə  düşməyən  istənilən  üsulun 

                                                 

1

 Устав Организации Объединенных Нации. Действующее 



международное право. В трех томах. Том первый. Составители проф. 

Ю.М. Колосов и проф. Э.С. Кривчикова. Москва. Издательство 

Московского независимого института международного права. 1996. 

səh.. 7. 




 

29

istifadəsindən  çəkinir.  Güclə  hədələmək  və  yaxud  da  gücün 



tətbiqi  beynəlxalq  hüququn  və  BMT  Nizamnaməsinin 

pozulması  kimi  qəbul  edilir.  Güc  heç  zaman  beynəlxalq 

məsələlərin  həllində  tətbiq  edilə  bilməz.  Təcavüzkar müharibə 

beynəlxalq  hüquqda  öhdəlik  yaradan  sülhə  qarşı  cinayətdir. 

Hər bir dövlət hər hansısa bir təcavüzkar hərəkətdən çəkinməyi 

öhdəlik  kimi  götürür,  hansı  ki,  bu  təcavüz  öz  müqəddəratını 

təyin  edən,  azadlıq  və  müstəqilliyini  müəyyən  edən  xalqların 

məhv  edilməsinə  yönəlir.  Hər  bir  dövlət  özünün  digər 

dövlətlərlə  olan  beynəlxalq  mübahisələrini  sülh  yolu  ilə  həll 

edir,  ona  görə  ki,  beynəlxalq  sülh  və  təhlükəsizliyə,  ədalətə 

qarşı hədələr olmamalıdır.

1

 



 

“Əsas  hüquqlar  haqqında  Avropa  Birliyi  Xartiyası”nın 

preambulasında  qeyd  edilir:  “Avropa  xalqları  öz  aralarında 

daha  sıx  ittifaq  təsis  edərək,  ümumi  dəyərlərə  söykənən  sülh 

gələcəyini təmin etmək qərarına gəldilər.  

Özünün  əxlaqi  və  mənəvi  ləyaqətini  dərk  edərək,  İttifaq 

(Birlik) insanlıq ləyaqəti, azadlıq, bərabərlik və həmrəylik kimi 

ayrılmaz  və  universal  dəyərlər  əsasında  yaradılır;  İttifaq 

demokratiya və hüquqi dövlət prinsiplərinin özülündə dayanır. 

İttifaq  üçün  insan  şəxsiyyəti  elə  bir  özəkdir  ki,  hansı  ki,  bu 

özəkdə  onun  fəaliyyəti  öz  əksini  tapır;  bunun  üçün  İttifaq  öz 

vətəndaşlığını  təsis  edir  və  azadlıq,  təhlükəsizlik  və  ədalətlilik 

məkanının formalaşdırır. İttifaq Avropa xalqlarının mədəniyyət 

və  ənənə  rəngarəngliyini  qoruyaraq  (  rəngarəngliyə  əməl 

edərək),  bu  ümumi  dəyərlərin,  həmçinin  üzv  dövlətlərin 

özlərinin  varlığını  və  onların  ictimai  hakimiyyətlərinin  milli, 

regional  və  yerli  səviyyədə  fəaliyyət  göstərən  mövcud 

                                                 

1

 Декларация о принципах международного права, касающихся 



дружественных отношений и сотрудничества между государствами в 

соответствии с Уставом Организации Объединенных Нации. 24 

октября 1970 г. Действующее международное право. В трех томах. 

Том первый. Составители проф. Ю.М. Колосов и проф. Э.С. 

Кривчикова. Москва. Издательство Московского независимого 

института международного права. 1996. səh.. 65-69. 




Yüklə 4,51 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə