Microsoft Word gelecek dunya duzeni I kitab doc



Yüklə 4,51 Mb.
Pdf görüntüsü
səhifə11/189
tarix26.09.2017
ölçüsü4,51 Mb.
#1925
1   ...   7   8   9   10   11   12   13   14   ...   189

 

30

təşkilatlarının  inkişafını  və  qorunmasını  təmin  edir.  İttifaq 



bərabərhüquqlu  və  uzun  müddətli  inkişaf  siyasətini  həyata 

keçirməyə  cəhd  göstərir  və  şəxslərin  azad  hərəkətlərini, 

mülkiyyətləri,  xidmət  və  kapitalları,  həmçinin  peşəkar 

fəaliyyətin  həyata  keçirilməsindəki  azadlığı  təmin  edir....” 

Həmin  sənədin  birinci  başlığında  göstərilir  ki,  insan  ləyaqəti 

toxunulmazdır. Buna hörmət edilməli və qorunmalıdır. Hər bir 

şəxsin yaşamaq haqqı vardır. Heç kəs ölüm hökmünə məhkum 

edilə  bilməz,  ya  da  edam  edilə  bilməz.  Hər  bir  şəxs  məxsusi 

olaraq  fiziki  və  mənəvi  bütövlük  hüququna  malikdir.  Heç  kəs 

qul kimi və yaxud da asılı vəziyyətdə saxlanıla bilməz. Heç kəs 

məcburi və ya da icbari əməyə cəlb edilə bilməz. İnsan ticarəti 

qadağandır.  İkinci  başlıqda  isə  yazılır  ki,  hər  bir  şəxs  azad  və 

təhlükəsiz  yaşamaq  hüququna  malikdir.  Hər  bir  kəs  ona 

məxsus  olan  öz  şəxsi  və  ailə  həyatına  hörmət  olunması 

hüququna  malikdir.  Bundan  əlavə,  xartiyada  azadlıq, 

bərabərlik,  həmrəylik,  vətəndaşlıq,  hüquqların  müdafiəsi  kimi 

hüquqlar da öz əksini tapıb.

1

 



 

İ

stər  dövlətlər  daxilində,  istərsə  də  beynəlxalq 

münasibətlərdə  humanizm  əsaslı  siyasi  düzənləmənin  əsas 

istiqamətlərinin  bəzilərini  aşağıdakılar  kimi  müəyyən 

etmək olar: 

-insanların 

baza 

hüquqlarının 

təmin 

edilməsinə 

yönəlmiş fəaliyyət; 

-insanların  şəxsi  azadlıqlarını,  o  cümlədən  vicdan 

azadlıqlarını təmin edən fəaliyyət; 

-insanların  fikir  azadlıqlarının  təmin  olunmasını 

şə

rtləndirən fəaliyyət; 

                                                 

1

 Хартия Европейского союза об основных правах. Конституции 



зарубежных государств: Великобритания, Франция, Германия, Италия, 

Европейский Союз, США, Япония, Индия: учеб.пособие / [сост. сб., 

пер., авт.введ. и вступ. ст. В.В. Маклаков].- 5-е изд., перераб. и доп. –

М.: Волтерс Клувер, 2006.-608c.-ISBN5-466-00138-4(в пер). səh., 323-

333.  



 

31

-insanların 



təbii 

hüquqlarının 

(anadan 

gəlmə 

hüquqlarının) təmin edilməsinə istiqamətlənmiş fəaliyyət; 

-insanların  sosial-rifah  hallarının  yaxşılaşdırılmasını 

təmin edən fəaliyyət; 

-insanlar  arasında  hüquq  baxımından  cinsi  bərabərliyin 

(gender bərabərliyinin) təmin olunmasını şərtləndirən fəaliyyət; 

-irqi və dini ayrı-seçkiliyə qarşı yönəldilmiş fəaliyyət; 

-bütün 

xalqların 

bərabər 

hüquqlarının 

təmin 

edilməsinə yönəldilmiş fəaliyyət; 

-beynəlxalq  münasibətlər  sferasında  bütün  dövlətlərin 

maraqlarını  nəzərə  alan  siyasi  sistemlərin  qurulmasına 

istiqamətlənmiş fəaliyyət; 

-dövlətlərə 

və 

xalqlara 

qarşı 

liberal 

baxışlı 

münasibətlərin formalaşmasını şərtləndirən fəaliyyət; 

-bütün  dünya  insanlarının  ümumdünya  məkanı  üzrə 

maraqlarını  təmin  edən  fəaliyyət  və  s.  Ümumiyyətlə  isə 

fəaliyyət və tənzimləmə istiqamətlərini çox göstərmək olar. 

Bütün istiqmətlərdə ədalətli idarəetmə məzmunu olmalıdır.  

Yuxarıda  qeyd  olunan  fəaliyyət  istiqamətləri  müəyyən 

edilərkən  vasitənin  və  obyektin,  eləcə  də  subyektin  gücü  və 

potensialı  nəzərə  alınmalıdır  və  qarşılıqlı  əlaqələr  və 

münasibətlər  məsələsində  bütün  tərkib  komponentlər  ortaq 

mövqeyə  gətirilməlidir.  Nəticədə  bütün  obyektlər  üzrə 

balanslaşdırılmış  siyasət  meydana  gələ  bilər.  Sabitlikdən  və 

dinamik  və  tarazlı  inkişafdan  sülh  vəziyyətləri  meydana  gələ 

bilər.  

 Siyasət və insanlar. Bütün sivil insanların (geniş anlamda 

xalqların)  həyatı  birbaşa  və  dolayı  yollarla,  ümumi  və  xüsusi, 

həmçinin fərdi məxsusluqda və konkret hallarda, fərdi qaydada 

siyasətə-  dövlət  qurumlarının  ayrı-ayrı  sahələrdə  mövcud olan 

fəaliyyətinə, 

ictimai-siyasi 

qurumların 

fəaliyyət 

xüsusiyyətlərinə, istiqamətlərinə və məzmununa bağlıdır.  



Hələ  orta  əsrlərin  dahi  Azərbaycan  filosofu  Nəsirəddin 

Tusi  qədim  yunan  alimləri  Platon  və  Aristotelin  siyasətlə 


 

32

bağlı fikirlərindən bəhrələnərək hesab edirdi ki, ictimai əməyi 



təşkil etmək, istehsal prosesində özbaşınalıq və hərc-mərcliyə 

yol verməmək üçün müəyyən tədbirlər görməyə ehtiyac doğur 

ki, belə tədbirlər də siyasət adlanır. O, siyasətin dörd növünü 

göstərir:  “ölkə”,  “qələbə”,  “kəramət”  və  “cəmaət”  siyasəti 

“Ölkə siyasəti” siyasətlər siyasəti adlandırılır

1

.

 

 

 Çünki  məlumdur  ki,  insanlar  fərdi  və  kollektiv 

münasibətlərdə,  əlaqələr  şəraitində  bioloji-sosial  (həm  də 

siyasi-ictimai)  varlıqlar  olaraq  (Aristotelə  görə,  hətta  heç  bir 



köməyə  ehtiyacı  olmayan  adamlar  belə,  heç  bir  mülahizə 

etmədən  birgə  yaşamağa  can  atırlar),  qanunlarla  idarə  oluna-

oluna  müəyyən  məkanlar  üzərində  yerləşən  ictimai  quruluş 



forması  olan  dövlətlərdə  və  cəmiyyətlərdə  yaşayırlar.  Bu 

quruluş formasında mövcud olan münasibətlərdə və əlaqələrdə 

özlərinin  sosial-rifah  hallarını  təmin  edirlər.  İnsanlar  ali 

varlıqlar  kimi  öz  mövcudluqlarını  qorumaq  istiqamətində 

daima 

mübarizə 



aparırlar. 

İdeallar 

insanların 

həyata 


ammallarını  təşkil  edir.  İnsan  ancaq  öz  miqyası,  zövqü, 

düşüncəsi  ilə  müqayisə  olunacaq  bir  dünyanın  ayrılmaz 

parçasıdır.  İnsanın  dəyərləndirmə  sistemi  onun  həyatından, 

ehtiyaclarından,  vərdişlərindən,  habelə  dünyagörüşündən, 

əqidəsindən, idellarından asılıdır.

2

 



 

Aristotel  hesab  edirdi  ki,  kim  varsa,  mövcuddursa, 

dövlət  də  ona  aiddir.  Bu  baxımdan  da  insan  siyasi 

varlıqdır.  O,  qədim  yunan  şairi  Homerə  istinadən  qeyd 

edirdi  ki,  əsilsiz-nəsilsiz,  tayfasız,  qanunsuz,  yurdsuz-

yuvasız  yaşıyan  insanlar  təcrid  olunmuşlardır. Ailə ictimai 

quruluş  kimi  dövlətin  tərkib  hissəsidir.  Dövlət  hər  bir 

                                                 

1

 Nəsirəddin Tusi. Əxlaqı-Nasiri. Farscadan tərcümə edəni R.Sultanov. 



“Kişe mehr nəşriyyatı”, 2002; səh. 36. 

2

 S.X. Fəlsəfi etüdlər. İnsanla varlığın uyarlığı prinsipi. Uyarsızlıq-yoxluq. 



Azərbaycan Fəlsəfə və sosial-siyasi elmlər Assosiasiyası. Fəlsəfə və sosial-

siyasi elmlər. Elmi-nəzəri jurnal. 1(19), Bakı; Azərbaycan Universiteti, 

2008; ss. 157-162., səh. 158.  



Yüklə 4,51 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə