Microsoft Word gelecek dunya duzeni I kitab doc


insandan üstündür. Dövlət tamdır və buna görə də dövlətlə



Yüklə 4,51 Mb.
Pdf görüntüsü
səhifə12/189
tarix26.09.2017
ölçüsü4,51 Mb.
#1925
1   ...   8   9   10   11   12   13   14   15   ...   189

 

33

insandan üstündür. Dövlət tamdır və buna görə də dövlətlə 



onun 

münasibətləri 

tamla 

hissə 

arasında 

olan 

münasibətlərdir.  O,  özünün  üçüncü  kitabında  qeyd  edirdi 

ki,  dövlət  xadiminin  və  qanunvericinin  bütün  fəaliyyəti 

müstəsna  olaraq  dövlətə  (polis)  yönəlmişdir,  dövlət 

quruluşunu  (politeia)  isə  dövlətin  müəyyən  sakinləri  təşkil 

etmişlər. Vətəndaş (polites) dövlətin tərkib hissəsidir.

1

 

 

Ortaya  çıxan  mövcud  tarixi  sosial-siyasi  şərait  və  zərurət 

tələb  edir  ki,  insanların  təkmil  həyatları  üçün  şəraitlərin  və 

imkanların onların dövlətləri tərəfindən  yaradılması məsələsini 

ortaya  çıxarsın.  Dövlətin  ümumi  və  xüsusi,  eləcə  də  bütöv  və 

təkdən  ibarət  olan  və  məkan  üzrə,  həmçinin  sosial  təbəqələr 

(sosial  stratifikasiyalar)  üzrə  yayılmış  əhatəli  siyasətinin 

başlıca  məqsədi  öz  ərazisi  çərçivəsində  yaşayan  sakinlərinin 

sosial-rifah  hallarını  yüksək  səviyyədə  təmin  etməkdən, 

yaxşılaşdırmaqdan  ibarətdir.  Əhalinin  yüksək  rifahı-  sabit 

cəmiyyət,  sabit  cəmiyyət-güclü  siyasi  fəaliyyəti  olan  dövləti 

meydana  gətirir.  Bu  yanaşma  “Güclü  dövlət,  yüksək  rifah” 

formulasına uyğun gəlir.

2

 



 

 Bununla  yanaşı,  dövlətin  funksional  məqsədlərindən  biri 

də vətəndaşlarının öz sərhədlərindən kənarlarda mülki və siyasi 

maraqlarını müdafiə etməkdən ibarətdir. Dövlət bu istiqamətdə 

xarici  ölkələrdə  diplomatik  nümayəndəliklər-  səfirliklər  və 

konsulluqlar təşkil edir. Ayrı-ayrı ölkələrdə ictimai qurumların-

icma  qruplarının,  o  cümlədən  diaspora  təşkilatlarının 

fəaliyyətini, lobbiçilik fəaliyyətini dəstəkləyir. Dövlətin ümumi 

və  konkret-xüsusi  fəaliyyəti  müxtəlif  məqamlarda  və 

şəraitlərdə  meydana  gələn  maraqların  təmin  edilməsinə 

əsaslanır  ki,  bundan  da  şaxəli  siyasət  istiqamətləri  formalaşır. 

                                                 

1

 Aristotel. “Siyasət. Böyük etika”. Tərcümə edəni: Fikrət Təbibi, Bakı, 



XXI-Yeni Nəşrlər Evi, 2006, 432 səh., səh. 10-11; 83 

2

 Rəbiyyət Aslanova. Müasir dövlət və dövlətşünaslıq elmi (Azərbaycan 



Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü 

işığında). Bakı, Azərnəşər 2011, 440 səh., səh.180-188. 




 

34

Şaxəli 



siyasət 

istiqamətlərindən 

də 

bütövlük-vahidlik, 



sistemlilik meydana gəlir. Siyasətin mahiyyəti və faydası əsas 

etibarilə  ardıcıl  və  vaxtaşırı  qəbul  edilən  və  zaman  axarındakı 

ortaya  çıxan şəraitdən  irəli  gələn tələblərə cavab verən hüquq 

normalarının  qəbulundan,  icrasından  və  normalara  əməl 

etmə  fəaliyyətinin  səviyyəsindən  asılıdır.  Siyasət  həm  dövlət 

(bütöv),  həm  də  vətəndaşlar  (hissə)  arasındakı  əlaqələr  və 

münasibətlərdə dialektik məzmun gerçəkliyidir. Normalar həm 

ümumi,  həm  də  xüsusi  hallarda  maraqları  təmin  etmək  üçün 

hərəkətəgətirici  və  stimulverici  istiqamətlərə  və  vasitələrə 

çevrilir.  Dövlət  öz  siyasət  marağını,  öz  mənafeyini  norma 

yaratmaq  və  icrasını  təmin  etməklə  həyata  keçirir.  Dövlət 

norma  yaratmaqla  və  normalara  əməl  etməklə  həm  də 

vətəndaşlarının  maraqlarını  təmin  edir,  onların  maraqlarının 

zaman və şəraitlə əlaqələndirilməsinin şərtləndirir.  

İnsanlar  ümumi  olaraq  və  hamılıqla  həm  ümumi  əsaslarla, 

həm  də  fərdi  qaydada  normal  şəkildə  həyata  keçirilən  və 

çoxları  üçün  məqbul  hesab  edilən  siyasətdən  faydalanırlar. 

Lakin  zərər  görənlər  də  olur.  (Siyasət,  proseslər  Hegel 



fəlsəfəsinə  müvafiq  olaraq  tezis,  antitezis  və  sintezdən 

meydana  gələn  vəhdətdən  yaranır.  Bu  triadanı  elə  maraq 

təminatı  üçün  həyata  keçən  siyasətin  özü  də  yaradır.  Eyni 

zamanda  müxtəlif  şəraitlərdə  müsbət  və  mənfi  elementlərin 

qarşılaşması,  qarşılaşmadana  meydana  gələn  qovuşması, 

toqquşması, 

kəsişməsi 

və 

bunlardan 

formalaşan 

müxtəliflikdən  və  rəngarənglikdən  də  siyasət  formalaşır.  Bu 

proseslərdə  ortaya  çıxan  gerçəkliklərdən  faydalananlarla 

yanaşı,  zərər  görənlər  də  olur).  Məsələn,  hüquq  normalarının 

məhdudlaşdırıcı,  çərçivələrəsalıcı  xassəsi  insanların  müəyyən 

mənada 

maraqlarını 



və 

hərəkətlərini 

məhdudlaşdırır, 

çərçivələrə salır. Azad fəaliyyətlərini əllərindən alır. İnsanların 

azadlıqları  üçün  yüksək  tələblərə  cavab  verən  normaların 

qəbulu  zəruridir.  Azad  vətəndaşlar  daha  çox  yüksək  dəyərləri, 

idealları  özündə  cəmləşdirən  aliliyə  can  atırlar.  Bu  aliliyi  iki 



 

35

aspektdən  dəyərləndirirlər:  bəzi  insanlar  alilik  deyəndə,  əsas 



etibarilə  maddi  aləmin  yüksəkliyini,  var-dövləti  önə  çəkirlər; 

digər  qrup  isə  mənəvi  kamilləşməni,  əxlaqın  saflaşdırılmasını 

alilik hesab edir və xoşbəxt həyatı onda axtarır.  

Güclü  dövlət  hər  hansı  bir  sosial  institut  tərəfindən 

verilən  əmrlərə  dözməyən  azad  şəxsiyyət  üçün  həmişə 

problemdir.  ABŞ  siyasətşünası  və  futuroloqu  Frensiz 

Fukuyamanın  fikirlərinə  əsasən,  güclü  dövlətlərdə  dövlət 

qarşısında  insanın  aliliyi  ideyası  “güclü dövlət”  anlayışı ilə 

bağlı böyük fəlsəfi mübahisələr doğurur.

1

 

 

Eləcə  də  bir  qrupun  bu  və  ya  da  digər  hərəkəti  başqa 

qruplarda emosiya və qıcıqları yarada bilir, onların mənafeyinə 

zərbə vura  bilir.  Lakin  bu  zərər  ümumi mənafe  və həyat tsikli 

naminə  nəticədə  faydalılığa  səbəb  olur.  Bir  tərəfdən 

məhdudlaşdırma digər tərəfdən genişlik üçün şərait yaradır. Elə 

münasibətlər 

tərəflərinin, 

subyektlərinin, 

münasibət 

daşıyıcılarının çoxluğu və münasibətlər sahələrinin çoxluğu da 

insanların  kompleks  şəkildə  maddi  və  mənəvi  maraqlarına 

xidmət  edən  amillərdir,  mənbələrdir  və  vasitələrdir.  Məhz 

nəticələr  müsbət  və  mənfinin  ziddiyətindən  və  vəhdətindən 

meydana  gəlir.  Siyasətin  faydalılığı  da  müsbət  və  mənfi 

hərəkətlərin  vəhdətindən  tezislər  və  antitezislərin  vəhdətindən 

meydana gələn sintezlərdən formalaşır. 

Dövlət  və  cəmiyyət  o  zaman  güclü  olur  ki,  tənzim  edən 

(subyekt)  və  tənzim  olunan  tərəflər  (subyektlər)  arasında 

maraqların  əks  olunduğu  sahələr  üzrə-  obyektlər  üzrə  faydalı 

əməllər  ortaya  çıxır.  Dövlət  öz  siyasətini  universal  əsaslarla, 

faydalı  nəticələr  verə  biləcək  istiqamətdə  yerinə  yetirərsə, 

nəticələrdən  güclü  dövlət  və  güclü  cəmiyyətlər  meydana  gələ 

bilir.  Güclü  cəmiyyətlər  müsbət  təzahürlərin  nəticələri  kimi 

formalaşır.  Hər  iki  tərəf  arasında  (dövlətlə-vətəndaş  arasında) 

                                                 

1

 Rəbiyyət Aslanova. Müasir dövlət və dövlətşünaslıq elmi (Azərbaycan 



Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü 

işığında). Bakı, Azərnəşər 2011, 440 səh., səh.183 




Yüklə 4,51 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə