Microsoft Word gelecek dunya duzeni I kitab doc



Yüklə 4,51 Mb.
Pdf görüntüsü
səhifə13/189
tarix26.09.2017
ölçüsü4,51 Mb.
#1925
1   ...   9   10   11   12   13   14   15   16   ...   189

 

36

tarazlıq vəziyyətləri formalaşır. Tarazlı cəmiyyətlər ədalətli və 

xeyirxah  cəmiyyətlər  hesab  edilməlidir.  Belə  cəmiyyətlərin 

yaradılması 

da 

maddi 


vəziyyətin 

yüksəkliyindən 

və 

maariflənmənin  yüksək  dərəcəsindən,  hüquqları  geniş  şəkildə 



dərk  etmədən  asılıdır.  Cəmiyyət  kasıb  və  zəif  olduqda,  siyasi 

və  ictimai  institutların  fəaliyyətində  boşluqlar  meydana 

gəldikdə tarazlıq dövlət tərəfə, dövlətin xeyrinə olaraq pozulur 

və  Frensis  Fukuyamanın  hesab  etdiyi  kimi,  “güclü  dövlətlər” 

formalaşır. Yaxşı tənzimləmə, ədalətin və düzgünlüyün özüdür 

ki,  bu  əsas  da  güclü  dövlətin  formalaşmasını  meydana  gətirir. 

Belə bir  prinsipdən  çıxış  etmək  olar: Yaxşı  cəmiyyətləri  olan 

dövlətlər 

güclü 

dövlətlərdir, 

güclü 

dövlətləri 

olan 

cəmiyyətlər  sosial-rifah  baxımından  yüksək  səviyyədə 

təmin  olunmuşlardır.  Hər  iki  tərəf  arasında  dinamik  əsaslı 

dialektik  fəaliyyət  mövcud  olur.  Dövlətin  ali  məqsədi  elə 

insanların  xoşbəxt  həyatlarını  təmin  etməkdən  ibarətdir. 

Burada  dövlət  mövcudluğa  və  müdafiə  olunmağa  əsaslanan 

siyasəti  həyata  keçirir.  Yaxşı  cəmiyyəti  qurmaq  üçün  ədalətli 

idarəetmə  və  vasitələrdən,  predmetlərdən  və  əşyalardan 

nöqsanlarsız  istifadə  etmək  labüddür.  İdarəçilik  və  ölkəni 

dolandırmaq  haqqında  rəhbərlər  tərəfindən  həyata  keçirilən 

siyasətin  növləri  haqqında  N.Tusi  yazır:  birinci  –fazilə 

(fəzilətli,  yəni  hikmətli,  şücaətli,  iffətli  və  ədalətli)  siyasət, 

buna  “imamət”  (imamlıq  və  onun  şərtləri)  də  deyilir.  Bunun 

məqsədi  xalqı  kamilləşdirmək,  nəticəsi  isə  səadətə  çatdırmaq 

olar;  ikincisi-naqis  (nöqsanlı)  siyasət,  buna  “zorakılıq”  da 

deyilir.  Bunun  məqsədi  xalqı  qul  halına  salmaq,  nəticəsi  isə 

bədbəxtlik  və  məzəmmət  olar.

1

 Aristotel  də  dövlət  idarəçiliyi 



ilə bağlı yazır ki, haçan ki, ya bir nəfər, ya bir para adam, ya da 

çoxluq  ictimai  mənafeyi  əldə  rəhbər  tutaraq  idarə  edirsə,  təbii 

ki,  həmin  dövlət  quruluşu  formaları  düzgün  sayılır.  Lakin 

hansılar ki,  ya bir nəfərin, ya bir para adamın, ya da çoxluğun 

                                                 

1

 Nəsirəddin Tusi. Əxlaqı-Nasiri. Farscadan tərcümə edəni R.Sultanov. 



“Kişe mehr nəşriyyatı”, 2002; səh.291. 


 

37

mənafeyini  nəzərdə  tutursa,  bu  qəbul  edilən  deyil.



1

 Deməli, 

burada  Aristotel  yalnız  hamının  mənafeyini  təmin  etməyi 



nəzərdə tutan dövlət idarəetmə formaları və dövlət quruluşunu 

üstün  tutur.  Azərbaycan  xalqının  Umummilii  Lideri  Heydər 

Əliyev  dövlət  quruculuğu  və  idarəetmənın  əsasları  ilə  bağlı 

belə  qənaətə  gəlir  ki,  dövlət  təcrübəli  və  səriştəli  rəhbərlərin 

düzgün  və  səmərəli  fəaliyyətindən  irəli  gələrək,  sabit  şəraitdə 

dinamikcəsinə  inkişaf  edir.  O,  demokratiyanı  başlıca  olaraq 

insan  hüquqlarının  təmin  olunmasına  yönəlmiş  dövlət 

vəzifələrində görür. Burada dövlət rəhbərlərinin demokratiyanı 

düzgün dərk etmələrinin vacibliyini önə çəkir. Bu dərketmə isə 

əslində  nizamlı,  ədalətli  və  düzgün  idarəçiliyin  qəbul 

olunmasıdır.  Bu  baxımdan,  Heydər  Əliyevin  fikrincə, 

demokratiya  xaos  deyil,  özbaşınalıq  və  qanunsuzluq  deyil. 

Demokratiyanı  xaos  kimi  qəbul  edən  dövlət  rəhbərləri  ölkəni 

ağır vəziyyətə salırlar.

2

 

 



Hal-hazırda dünyada mövcud olan demokratik (respublika) 

və  konstitusiyalı  monarxiyaları  hamının  mənafeyinə  cavab 

verən dövlət quruluşları baxımından münasib hesab etmək olar. 

Ona  görə  ki,  bu  quruluşlarda  azlıq  və  ya  çoxluğun  idarəsi 

hamının  mənafeyinə  xidmət  üçündür.  Məhz  belə  quruluşlara 

xas  olan  və  müvafiq  tələblərə  cavab  verən  idarəetmə 

qaydalarında dövlət güclü dövlətə çevrilə bilir. Güclü dövlət də 

güclü cəmiyyət-yaxşı cəmiyyət və sabit dinamik inkişafa malik 

olan dövlətdir.  

Yuxarıda  qeyd  edilən  şəkildə-sintezlərdə  əks  olunmuş 

məzmunda,  birbaşa  bağlılıq  insanlar  arasında  olan  rəsmi 

münasibətlərin  dövlət  tərəfindən  birbaşa  tənzimlənməsi  ilə 

                                                 

1

 Aristotel. “Siyasət. Böyük etika”. Tərcümə edəni: Fikrət Təbibi, Bakı, 



XXI-Yeni Nəşrlər Evi, 2006, 432 səh., səh. 97. 

2

 Azərbaycan Respublikası Elmlər Akademiyasında ziyalılarla görüşdə 



çıxış. 21 sentyabr 1993-cü il. Əliyev Heydər. Ə56. Müstəqilliyimiz 

əbədidir. I CİLD.-B.: Azərnəşr, 1997, 612 səh., Buraxılışa məsul: Ramiz 

Mehdiyev, Hidayət Orucov, səh. 152. 



 

38

əlaqədardır.  Dolayı  bağlılıq  isə  dövlət  tərəfindən  onlar  üçün, 



insanların  ailə-məişət  və  digər  sosial  münasibətləri  üçün 

ə

lverişli  şəraitlərin  yaradılması  ilə  əlaqədardır.  Əlverişli 

şəraitlər də istifadə olunan elementlərin kəmiyyət və keyfiyyət 

məsələsinə,  eləcə  də  elementlərdən  istifadə  edən  subyektlərin 

şəxsi  qabiliyyət  və  istedadlarına  bağlıdır.  Bununla  yanaşı, 

dövlətin  müşahidələri  də,  pozulmuş  hüquqların  bərpası 

funksiyası  da  birbaşa  və  dolayı  bağlılığı  şərtləndirir.  Siyasət 

hər  an  qarışıq  məzmunda,  rəngarəng  formada  tənzim  edilən 

hərəkərlər  bağlılığından  (dialektikasından)  formalaşan  bir 

mənzərədir.  Tənzimləmə  qarşılıqlı  asılılıq  yaradır.  Bu 

baxımdan  da  siyasət  müxtəlif  insanlar-müxtəlif  təbəqələr 

arasında  bu  və  digər  formada  meydana  gələn  asılılıq 

sistemindən  ibarət  olan  mücərrəd  yanaşmadır,  fəaliyyətdir. 

Tənzimləmə  ona  görə  asılılıq  meydana  gətirir  ki,  burada  bir 

hadisə digərini müəyyən anlarda və şəraitlərdə şərtləndirir, ona 

təkan  verir,  başlanğıc  rolunu  oynayır.  Ədalətli  tənzimləmə 

varsa,  güc  də  var.  Güc  varsa,  ədalətli  tənzimləmə  də 

meydana gələcəkdir.  

Dövlətlərdə və cəmiyyətlərdə baş verən və hüquq normaları 

ilə  tənzimlənən  hərəkətlər  siyasətə  aid  edilir.  Siyasət  zamanı 

hərəkətlərin  istiqamətləndirilməsi  və  fəaliyyətin  idarəolunması 

prosesləri  yaşanır  və  hadisələr  ardıcıl  olaraq  törədilir.  Bundan 

kənarda siyasətin baza mahiyyətini dərk etmək mümkün olmaz. 



Siyasət  (fəzilətli  siyasət)  özü  müsbət  aktdır,  aktlar  cəmi  və 

prosesidir.  Rəzilət  (avamlıq,  ağciyərlik,  çılğınlıq,  zülmkarlıq-



bu,  N.Tusinin  şərhidir)  əsaslı  siyasət  güclü  dövləti  yarada 

bilməz  və  zəif  dövlətlər  də  həm  öz  regionları,  həm  də  qlobal 

regionlar  üçün  təhlükəli  olan  qrupları  (miqrasiya  qruplarını, 

terror  qruplarını)  formalaşdıra  bilər.  Bu  baxışlar  yapon  əsilli 

ABŞ  politoloqu  Frensiz  Fukuyamanın  yanaşmasına  uyğundur, 

onun güclü və zəif dövlətləri xarakterizə etməsi fikirləri ilə üst-

üstə  düşür.  Zəif  dövlət  dağınıq  olar-  iqtisadi  sistemin  qeyri-

mütəşəkkilliyindən  əhalisi  çatışmaz,  əhali  öz  məkanlarını  tərk 




Yüklə 4,51 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə