Microsoft Word gelecek dunya duzeni I kitab doc



Yüklə 4,51 Mb.
Pdf görüntüsü
səhifə14/189
tarix26.09.2017
ölçüsü4,51 Mb.
#1925
1   ...   10   11   12   13   14   15   16   17   ...   189

 

39

edər.  “Məkan  və  əhali”  qarşılıqlı  şərtləndirici  mövcudluğu 



dövlətin  əsas  komponentidir.  Əhali  müəyyən  məkanda  öz 

enerjisini  mübadilə  edir.  Hərəkətlərdən  meydana  gələn 

enerjidən,  eləcə  də  hərəkətlərin  özlərini  formalaşdıran 

enerjidən dövlət  canlı  bir  orqanizm kimi mövcudluğunu təmin 

edir.  Dövlət  strukturları  arasında  olan  enerji  ötürmələrindən 

enerji mənbəyi böyüyür və dövlət güclənir. Dövlət həm də ona 

görə  çox  güclü  olur  ki,  o,  lazımi  anlarda  resurs  vasitələrindən 

tarazlı  qaydada  istifadə  etməni  bacarır  və  enerji  mübadiləsini 

yaradan komponentlərin sayını artırır.  

İqtisadiyyatın  gücü  siyasi  sistemi  güclü  edir  və  sosial 

bərabərliyi,  ictimai  qruplar  arasında  tarazlığı  əmələ  gətirir. 

Dövlət ona aid olan kriteriyaları möhkəmlədir, çatışmazlıqları 

aradan  qaldırır.  Bu  proses  sayəsində  güclənir.  Cəmiyyət 

varlandıqca,  təsərrüfat  subyektlərinin  sayı  artdıqca  dövlət  də 

güclü  olur.  Komponentlər  güclü  olduqda  ümum  sistem  də, 

dövlət adlanan siyasi qurum da güclənir. Zəif dövlətlər həm də 

beynəlxalq  sistemlərdən  təcrid  olunmuşlardır.  İnteqrasiya 

proseslərinin  yüksək  səviyyəsi,  şəraitə  və  tələbata  uyğun 

olaraq, tələblərə cavab verərək inteqrasiya olunmaq ölkədaxili 

resurs çatışmazlığını aradan qaldırır.  

Miqrasiyalar  da  öz  xarakterinə  görə  fərqlənə  bilir: 

məsələn, 

əmək 

miqrasiyasının 

daxilində 

sosial-siyasi 

vəziyyətlərdən,  şəraitdən  yaşamaq  yeri  axtaran  və  buna  görə 

də  öz  ölkəsindən  məcburən  köçməni  zəruri  edən  miqrasiya 

prosesləri;  öz  ölkəsinin  şirkətlərinə  məxsus  kapital  ilə  hərəkət 

edən şəxslərin miqrasiya prosesləri. Adətən böyük kapital daha 

çox  inkişaf  etmiş  ölkələrdən  inkişaf  etməkdə  olan  ölkələrə 

doğru  axır.  Bunun  da  öz  səbəbləri  vardır:  yeni  ucuz  xammal 

mənbəyi, ucuz işçi qüvvəsi, şirkətlərin geoiqtisadi maraqları və 

onun  arxasında  dayanan  dövlətlərin  geosiyasi  maraqları  və  s. 

kapital  axınını  şərtləndirən  amillərdir.  Onu  da  nəzərə  almaq 

lazımdır  ki,  transmilli  korporasiyalar  öz  ölkələrinin  siyasi 

maraqlarını 

məkanlardan-məkanlara, 

ölkələrdən-ölkələrə 



 

40

yayır. 



Transmilli 

korporasiyaların 

fəaliyyəti 

makro 

iqtisadiyyatın  tərkibidir  ki,  bu  da  artıq  dövlət  siyasəti 

səviyyəsindədir.  

 Zəif dövlət öz əhalisini də özündə saxlaya bilməz (məsələn, 

Ermənistan, Afrika dövlətləri,  bir çox Asiya dövlətləri və s. Bu 

ölkələrin  əhalisi  əsasən  qazanc  və  yaxşı  həyat  şəraiti  axtarmaq 

məqsədilə  Rusiya  və  inkişaf  etmiş  Qərb  ölkələrinə,  inkişaf 

etməkdə  olan,  iqtisadi  və  sosial  dirçəliş  dövrünü  yaşayan 

ölkələrə  üz  tuturlar.  Məsələn,  Asiya  ölkələrindən  Azərbaycana 

işləmək  və  yaşamaq  məqsədilə  gələnlərin  sayı  çoxalmaqdadır). 

Sonu  isə  dövlətin  özünün  siyasi  qurum  kimi  yoxluğuna,  siyasi 

böhrana,  milli  və  etnik  böhranlara  gətirib  çıxara  bilər.  İstənilən 

dövlətin  güclü  olması  və  onun  fəaliyyəti  üçün  mütləq  şəkildə 

tərkib  komponentlərinin  yerində  və  lazımı  səviyyədə  olması 

vacibdir.  Zəif  komponentlər  və  onların  qarşılıqlı  şərtləndirici 

fəaliyyəti  zəif  dövlətləri,  güclü  komponentlər  isə  güclü 



dövlətləri  yaradır.  Zəif  dövlətlər  infantil  olurlar  və  böyük  və 

güclü  dövlətlərin  regional  və  qlobal  maraqlarına  zərbə  vuran 

ünsürlərin  ixracı  ilə  məşğul  olurlar.  Güclü  dövlətlər  də  daima 

vətəndaş  cəmiyyətlərinə  xas  olmağı  üstün  tuturlar.  Hüquqi 

islahatlardan  da  güclü  dövlətlər  formalaşır.  Güclü  dövlətlər 

yalnız  liberal  siyasətin  formalaşdığı  cəmiyyətlərə  xas  olan 

dövlətlər hesab olunmalıdır.  

Siyasətin  və  idarəetmənin  xüsusiyyətləri,  o  cümlədən 

məzmunu  mövcud  olur.  Siyasətin  ədalətli  qaydada  yerinə 

yetirilməsi  bir  tərəfdən  lazımi  resurslara  söykənir,  digər 

tərəfdən  də  şəxslərə,  idarə  edən  qrupun  şəxsi  və  fəaliyyət 

xüsusiyyətlərinə  əsaslanır.  Nizamlamanın  əsası  da  bu 

baxımdan  resurslara  və  onlar  üzərində  təsir  göstərən  şəxslərə 

bağlı  olur.  Bu  nöqteyi-nəzərdən  hesab  etmək  olar  ki,  fəzilətli 

siyasət  öz  ölkə  əhalsini  yaxşı  dolandırmaqdan  ibarət  olan  bir 

aktdır, aktlar toplusudur. Fəzilətli siyasət effektli  idarəetməni 

meydana gətirir. Effektli idarəetmədə həm rəhbər şəxs, həm də 

idarəedən  tərəf  ədalətə  tabe  olmalıdır.  Effektli  idarəetmə 




 

41

dedikdə, hökumətin vətəndaşlar üçün böyük önəm təşkil edən, 



vaxtında  və  yerində  gündəmə  gətirilmiş  problemlərin  həllinə 

yönəldilmiş  fəaliyyəti  nəzərdə  tutulur.  Müharibədən,  yaxud 

müharibə  təhlükəsindən,  beynəlxalq  gərginliyin  artmasından, 

ciddi  iqtisadi  çətinliklərdən  və  sairədən  irəli  gələn  böhranlı 

vəziyyətlər zamanı effektivlik xüsusi əhəmiyyət daşıyır.

1

 



 

Siyasətin  obyekt  mənbəyi  elə  insanların  maraq  və 

mənafeləridir  və  hərəkətlərinin  özləridir.  Siyasətin  mənbəyi 

əslində  elə  insanlar  və  onların  maraqlarıdır,  maraqlarının  əks 

olunduğu  sahələrdir.  Siyasət  öz  mənbəyini  (hərəkətlərin 

edildiyi  sahələr  və  obyektlər)  elə  məkanlardan  və  məkanlarda 

mövcud  olan  vasitələrdən,  obyektlərdən  götürür.  Siyasətin 

obyekti  də  insanların  maraq  göstərdikləri  sahələr  və 

sahələrdəki  istiqamətlərdir.  Siyasətin  mənbəyi  müəyyən 

məkanda  mövcud  olan  obyekt  və  subyektlərdir.  Subyektlərin 

obyektlərə sistemli, ardıcıl və rasional əsaslarla təsiri elə təkmil 

və  davamlı,  eləcə  də  sistemli  siyasəti  meydana  gətirir. 

Siyasətdə  obyektlər  arasında  və  subyektlər  arasında  müxtəlif 

məzmun və formada əlaqələr və bundan da vəhdətlik meydana 

gəlir.  Siyasətdə  vəhdətlik  (bütövlük)  var,  həm  də  tərkib 

hissələrdən ibarətdir. Siyasətin obyektləri və subyektləri, eləcə 

də  sahələri  ayrılır  və  təsnifat  obyektinə  çevrilir  və  bu  da 

özlüyündə,  siyasətin  bütöv  məzmununda  tərkib  olaraq  ətraf 

və  mərkəz  anlayışlarını  ortaya  çıxarır.  Bu  da  siyasətdə 

şaxələnmələri  meydana  gətirir.  Siyasət  istiqamətlərdən  ibarət 

olur  ki,  istiqamətlər  də  maraqların  əks  olunduğu  sahələri 

meydana gətirir. Maraqların əks olunduğu sahələr nə qədər çox 

olarsa siyasətin üfiqi və şaquli baxımdan tərkibi (siyasi mühit) 

bir  o  qədər  də  zəngin  olar.  Siyasətin  zənginliyində  hərəkatlar, 

axınlar,  cərəyanlar  və  bunların  məkanlarda  geniş  yayılması 

əsas  şərtə  çevrilir.  İdarəçilik  özü  təsirlər  sayəsində  axınları 

                                                 

1

 Robert A.Dahl. Demokratiya haqqında. Natiq Səfərov və Hikmət 



Hacızadənin tərcüməsi ilə. İqtisadi və Siyasi Araşdırmalar Mərkəzi (FAR 

CENTRE), Bakı-2005, səh.149. 




Yüklə 4,51 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə