Microsoft Word gelecek dunya duzeni I kitab doc



Yüklə 4,51 Mb.
Pdf görüntüsü
səhifə16/189
tarix26.09.2017
ölçüsü4,51 Mb.
#1925
1   ...   12   13   14   15   16   17   18   19   ...   189

 

45

insanların sosial müdafiəsinin daşıyıcısıdır, qarantıdır. Dövlətin 



müdaxilə  etmə  ölçüsü,  hüdudu,  formaları  müxtəlifdir  və 

bilavasitə iqtisadi sistemdən asılıdır.

1

 

Bütün  hüquqlar  balanslı  qaydada  yalnız  nizamlı,  bu 



baxımdan  da  sabit  şəkildə  inkişaf  edən  cəmiyyətlərdə  təmin 

edilə və qoruna bilər. Müqayisədə Qərbi Avropa cəmiyyətlərini 

üstün  hesab  etmək  olar.  Hüquqları  təmin  edən  və  hüquqları 

təmin olunan tərəflərin qarşılıqlı tarazlıq əlaqələri yalnız təkmil 

sistemlərdə,  təkmil  mexanizmlərə  malik  olan  strukturlarda 

formalaşa  bilər.  Tərəflərin  qarşılıqlı  taraz  münasibətlərinin 

özləri  də  məhz  liberal  məzmunlu  sistemləri  formalaşdırırlar. 

Hüquqları  təmin  edən  və  qoruyan  mərkəzlər  ictimai-siyasi 

sistemlərdə,  o  cümlədən  təkmil  dövlət  quruluşlarında  səmərəli 

fəaliyyət  göstərə  bilərlər.  Hüquqların  bərabər  şəkildə 

mövcudluğunu  əks  etdirən  cəmiyyətlərdə  (bərabərliyin  hiss 

olunduğu sosial mühitlərdə) ədalət hökm sürə bilər ki, bundan 

da  xoşbəxtlik  və  firavanlıq  yaranar.  Təkmil  sistemlərin 

formalaşması üçün mütləq şəkildə mənbələr (burada tələbat və 



ehtiyacları ödəyən material və maddi vasitələr, həmçinin, əmək 

resursları,  insan  potensialı,  elmi-texnoloji  potensial,  işçi 

qüvvəsi,  peşə  sahiblərinin  mövcudluğu  və  s.)  olmalıdır  və 

resursların  rasional  əsaslarla  idarəolunması  prosesləri 

yerinə  yetirilməlidir.  Müasir  şəraitdə  iqtisadiyyatın  dövlət 

tənzimlənməsi  sahəsində  dövlət  müxtəlif  vəzifələri  yerinə 

yetirir.  Vəzifələr  bunlardır:  iqtisadi  artımı  stimullaşdırmaq; 

məşğulluğu 

tənzimləmək; 

sahə 

və 


regional 

struktur 

irəliləyişlərini  maraqlandırmaq;  ixracı  dəstəkləmək;  prioritet 

sahələri müəyyənləşdirmək.

2

 

 

Təkmil  sosial-siyasi  və  ictimai  sistemlərdə  eləcə  də 



idarəedənlərin (qabiliyyətli, savadlı, idarəçilik təcrübəsi olan, 

                                                 

1

 H.B.Allahverdiyev, K.S. Qafarov, Ə.M.Əhmədov. İqtisadiyyatın dövlət 



tənzimlənməsi. Ali məktəblər üçün dərslik. “Nasir” nəşriyyatı, Bakı-2002., 

səh. 5. 


2

 Yenə orada, səh. 66.  




 

46

idarəetmə  məktəblərini  keçən,  ictimai-siyasi  institutlarda 



formalaşan  və  şəxsi  mənəvi  keyfiyyətlərə  malik  olan)  olması 

vacibdir.  Bu  şəxslərdə  idarəçilik,  eləcə  də  siyasəti  müəyyən 

etmək  bacarığı  öz  əksini  tapmalıdır.  Akademik  Ramiz 

Mehdiyevin fikrincə, milli dövlətçilik yalnız elə bir cəmiyyətdə 

sabit  və  möhkəm  ola  bilər  ki,  orada  icmanı  milli  dövlət 

quruculuğu  səviyyəsinə  qaldıraraq,  bu  icmanı  millətə,  onun 

nailiyyətlərini  isə  tarixi  qələbələrə  çevirməyə  qadir  güclü  və 

istedadlı  lider  olsun.

1

 

Dövlətin  dövlət  olması  üçün  cəmiyyətin 



öz  başçısında  təcəssüm  edən  kamil  ağlı,  hazırlığı,  səriştə, 

bacarıq  və  hökmü  olmalıdır.  Əlbəttə,  başçı,  rəhbər  mənsub 

olduğu cəmiyyətdən çıxırsa, həmin cəmiyyətdə müəyyən üstün 

keyfiyyətlər  və  xüsusiyyətlər  olmalıdır  ki,  o,  başçıda  öz 

təcəsüsümünü  tapsın.  Boş  yerdə  və  səbəbsiz  heç  nə  olmur. 

Cəmiyyətin  uğurları  şəxsiyyətlərdə  təzahür  edir.

2

 Dövlət 


rəhbərinin  təfəkkür  tərzi,  nitqi,  modeli,  davranış  və  ədaları 

kütlə  üçün  əyaniləşmiş  dövlət  obrazıdır.  Dövlət  adamının 

xarakteri cəmiyyətin  yaddaşına və əxlaqına dövlətin ruhu kimi 

hopur.


3

  

İdealist filosof olan Sokrat (e.ə. 469-399-cu illərdə yaşayıb) 

demokratiyanın  mövcud  olmasını  ağlabatan  hesab  etmirdi. 

Onun  fikrincə,  demokratiya-  xalq  hakimiyyətinin  xalqa,  yəni 

fiziki  əmək  nəticəsində  mənəvi,  əqli  və  fiziki  cəhətdən  şikəst 

insanlara  verilməsi  ağılsızlıqdır.  Dünyanı  ağıllı  adamlar, 

filosoflar-mənəvi aristokratlar idarə etməlidirlər.

4

 



 

İdarəetmədə  realizmlə  idealizm  (baxışlar,  mövqelər 



olaraq)  bir-birini  tamamlamalıdır  və  mövcud  resurslar  real 

                                                 

1

 Ramiz Mehdiyev. XXI əsrdə milli dövlətçilik: demokratik inkişaf və 



müxalifət. “Dövlət İdarəçiliyi: nəzəriyyə və təcrübə. №1. “Çaşıoğlu” 

nəşriyyatı, 2003. ss.17-83., səh. 18. 

2

 Qalib Əhmədov. Dövlət və rəhbər. “Sumqayıt” nəşriyyatı, Bakı -1998, 



səh.23-24. 

3

 Yenə orada. səh.263.  



4

 Mehdiyev.R.Ə. Fəlsəfə. Dərs vəsaiti. Rusca ikinci nəşrindən tərcümə. 

Bakı, “Şərq-Qərb”, 2010, 360 səh., s. 109.  



 

47

əsaslarla  ideal  formada  paylanmalıdır,  bölünməlidir.  Bunlar 



bir-biriləri  ilə  vəhdət  təşkil  edən  baxışlardır.  Realizmlə 

idealizmin vəhdəti mövcud zamanda yeni liberalizmdir ki, bu 

da  cəmiyyətdə  baş  verən  prosesləri  özü  ilə  daşıyır  və 

proseslərdən  baxışlar,  mövqelər  olaraq  meydana  gəlir.  Tək 

idealizm  və  yaxud  da  tək  realizm  mövcud  ola  bilməz. 

Proseslərə  yanaşmalarda  məhz  iki  ayrı-ayrı  istiqamətdən 

formalaşan dualizmdən (ikili baxışlardan) bütövlük (holizm) 

yaranmalıdır.  Təklik  (burada  həm  də  bəsitlik)  yalnız  tamlığa-

vahid  və  bütöv  enerji  mənbəyinə  xidmət etməlidir və tamlığın 

tərkibini  formalaşdırmalıdır.  Tamlıq  da  tərkibi  formalaşdıran 

təkliyə  xidmət  etməlidir.  Məsələn,  dövlət  və  onun  ayrı-ayrı 

strukturlarının  formalaşması  əslində  dövlətin  vahid  bir  qurum 

kimi mövcudluğuna, bu da özlüyündə vahid və güclü formanın 

yaranmasına  xidmət  edir.  İqtisadiyyatın  ayrı-ayrı  sahələrinin 

təşkil  edilməsi  də  maraqların  şaxəli  qaydada  təmin  edilməsini 

şərtləndirir. 

Təkliklər 

isə 


maraqların 

müxtəlifliyindən 

formalaşır və sahələr üzrə tənzimləmə sayəsində sahələrdə olan 

maraqlar  təmin  edilir.  Yəni,  bütöv əslində öz tərkibinə xidmət 

üçündür.  Bütöv  ona  görə  tərkib  baxımından  təklərə  ayrılır  ki, 

onun  bütün  elementlərinin  (subyektlərinin)  maraqları  təmin 

edilsin. Bu da rəngarənglikdən formalaşır.  

Rəhbərlik  -siyasətin  tərkibidir,  siyasətə  istiqamət  vermək 

üçündür;  tənzimləmə  (düzən)  siyasətin  tərkibidir,  siyasətlə 

tənzim  olunan  proseslərin  nizamlı  düzülüşüdür.  İstənilən 

prosesin  istiqamətləndirilməsi  və  prosesin  yaranması  üçün 

mütləq  şəkildə  hərəkətə  gətirən  və  münasib  istiqamətlərə 

yönəldən  vasitə-qüvvə  olmalıdır.  Bu  qüvvə-subyekt  məhz 

hərəkətlərin şaxələnməsini təmin etməlidir. Rəhbərliyin özü də 

şaxəli  qaydada  asılı  olan  rəhbərlik  sisteminə  əsaslanmalıdır. 

Bu qayda hadisələrin,  aktların  mərkəzlərdən-mərkəzlərə doğru 

trayektorik  qaydada  ardıcıl  şəkildə  törədilməsi üçün  çox vacib 

olmalıdır.  Aktların  trayektoriyalar  üzrə  ardıcıllığını  və 

bağlılığını  yaratmaq  üçün  mütləq  şəkildə  rəhbərlik  sisteminin 




Yüklə 4,51 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə