Microsoft Word gelecek dunya duzeni I kitab doc


və  qaydaları,  hazırlıqlar  aşağıdan  yuxarılara  doğru  yox



Yüklə 4,51 Mb.
Pdf görüntüsü
səhifə182/189
tarix26.09.2017
ölçüsü4,51 Mb.
#1925
1   ...   178   179   180   181   182   183   184   185   ...   189

 

516


və  qaydaları,  hazırlıqlar  aşağıdan  yuxarılara  doğru  yox, 

daha  çox  yuxarıdan-piramidanın  başından,  cəmiyyətə 

təqdim edilir.  

Yuxarıda  qeyd  edilənləri  nəzərə  alaraq,  hesab  etmək 

olar  ki,  ABŞ  SSRİ-ni  dağıtmaqla  və  “özünə  yaxşı  hesab 

etdiyi  varlığı”  ortaya  çıxarmaqla,  əslində,  özünü  gələcəkdə 

(ehtimal  ki,  XXII  əsrdə)  dünya  rəhbəri,  dünya  nəzarətçisi 

kimi  zəiflətmiş  oldu.  Burada  dünya  nəzarətçisi  dedikdə, 

daha  çox  liberalizmin  yayılmasını  təmin  edən  əsas  tərəf 

nəzərə  alınmalıdır.  ABŞ  özünə  yaxşı  olanını  seçməklə, 

ə

slində  Rusiyanın  gələcəyinə  yaxşı  olanını  müəyyən  etdi. 

ABŞ-ın 

Rusiyanın 

“siyasi 

tərbiyəsinə, 

ə

xlaqına” 

istiqamətlənmiş  siyasəti  əslində  Rusiyanın  gələcəkdə 

təkararən  və  həm  də  möhkəm  şəkildə  böyüməsinə 

yönəlibdir.  

 

SSRİ-nin  dağılmasının  ABŞ  üçün  mənfi  nəticəsinin  və 

XXI  əsr  Rusiyası  üçün  müsbət  tərəflərinin  nələrdən  ibarət 

olmasının aşağıdakı əsaslarını qeyd etmək olar: 

 

-Rusiya SSRİ-nin və sosialist blokunun saxlanması üçün 

kifayət  qədər  maddi,  siyasi  və  digər  etnik-  mədəni 

çətinliklərlə  üzləşirdi.  SSRİ-dən  sonra,  xüsusilə  2000-ci 

illərdə,  Rusiya  daxilən  güclənməyə  başlayıb  və  xarici 

siyasətini  də  gücləndirib.  Vaxtilə  onun  tərkibində  olmuş 

Baltikyanı  ölkələri  və  Şərqi  Avropanın  əksər  keçmiş 

sosialist 

ölkələrini 

çıxmaq 

şə

rtilə, 

digər 

ittifaq 

respublikalarının  NATO-ya  tam  hüquqlu  üzv  kimi  qəbul 

olmasının  qarşısını  ala  bilibdir  ki,  bunu  da  Rusiyanın 

postsovet  dövründən  sonra  əsas  nailiyyəti  hesab  etmək 

olar; 

-Ərəb  dünyasında  (Suriyada)  və  Latın  Amerikasında 

(Venesuelada,  Nikaraquada,  Kubada  və  s.),  Şimali 

Koreyada  Rusiya  müəyyən  qədər  siyasi-hərbi  təsirini 


 

517


saxlaya  bilibdir  ki,  bu  amillər  də  zəifləməkdə  olan 

Rusiyanın  postsovet  dövründən  sonra  nailiyyətləri  hesab 

edilə bilər; 

-Rusiyadan  ayırlmış  və  müstəqil  subyektlərə  çevrilmiş 

ittifaq respublikaları ayrı-ayrılıqda dünya iqtisadi və siyasi 

sistemlərinə  inteqrasiya  olunublar.  Bu  da  onların  tam 

şə

kildə  Rusiyadan  asılı  olmayan  formada  inkişaflarına 

səbəb olubdur; 

-Rusiya  tam  güclənənə  qədər  bu  respublikalar  da 

güclənə  biləcəklər  və  güclü  müstəqil  subyektlər  olaraq 

Rusiyanın  təsir  sferasına  daxil  olacaqlar.  Burada  incə 

məqam  ondan  ibarətdir  ki,  Rusiya  bu  respublikaları 

özündən  bu  və  ya  digər  səviyyədə asılı etsə də, hal-hazırda 

onlar müstəqil dövlətlər kimi inkişaf edirlər. Rusiya onların 

inkişafına  görə  əziyyət  çəkmir  və  məsuliyyətə  və  öhdəliyə 

bir  o  qədər  də  malik  deyil.  Gələcəkdə  də  onlardan  ibarət 

olan  iqtisadi,  siyasi  və  hərbi  birliklər,  ittifaqlar  yarada 

biləcəkdir.  Rusiya  indikinə  nisbətən  güclənəcək  müstəqil 

dövlətləri öz ətrafına toplayacaqdır; 

-Rusiya  və  ittifaq  dövlətləri  SSRİ  zamanında  (ABŞ-la 

müqayisədə)  iqtisadi  baxımdan  inkişaf  etməmiş  idilər. 

SSRİ-nin  özünün  də  imkanlarının  çox  olmamasının  bu 

dövlətin  ABŞ-la  müqayisədə  geosiyasi  gücünü  zəif  edirdi. 

SSRİ-nin  dağılması  və  ümumməkanın  ümumdünyaya, 

kapitalist  məkanlarına  iqtisadi  inteqrasiyası  və  iqtisadi-

sosial  (ictimai)  quruluşlarının  dəyişməsi  (kapitalizmə 

uyğunlaşdırılması)  keçmiş  SSRİ  məkanını  inkişaf  etdirən 

ə

sas  kriteriyalara  çevrildi.  Bu  baxımdan  da  hesab  etmək 

olar  ki,  Rusiya  XXI  əsrdə  güc  mərkəzi  olaraq  keçmiş 

geosiyasi  məkanda  SSRİ  dövründə  olduğundan  da  güclü 

formada,  yeni  əsasda,  yeni  məzmunda  böyük  bir  dünya 

düzəni  mərkəzinə,  mərkəzi  güc  elementinə  çevriləcəkdir, 

hansı  ki,  belə  güman  etmək  olar  ki,  regional  güclər  hesab 

edilən Türkiyə və İran da həmin mərkəzə qoşula biləcəkdir.  


 

518


Türkiyə  və  İranın,  eləcə  də,  Şərqi  Avropa  xalqlarının 

(slavyanların), 

Mərkəzi 

Asiya 

və 

Cənubi 

Qafqaz 

dövlətlərinin  və  xalqlarının  Türk-Slavyan  ittifaqlarında 

birləşmələri  zərurəti  həm  də  uyğunluq  prinsiplərinə  görə 

meydana  gələcəkdir.  Asiya  qitəsinin  (Şərq  dünyasının) 

özünəməxsus  bir  uyğunluğu  vardır  və  insanların  oxşar 

xarakterik  cəhətləri  mövcuddur.  Asiya  adət-ənənələri  və 

mühafizəkarlığı,  cəmiyyətlərdə  olan  böyüklərə  hörmət 

prinsipi,  ağsaqqallıq  institutu  (buna  etno-geomədəni  və 

etno-geososial  analyış  da  demək  olar)  da  məhz  uyğunluq 

prinsipinin  əsaslarını  təşkil  edir,  uyğunluğu  ortaya çıxarır. 

Sözügedən  dövlətlərin  cəmiyyətlərində  inkişaf  və  sosial-

siyasi  psixologiya  öz  səviyyəsinə  görə  daha  çox  şimala 

uyğun  gəlir.  Bir  də  ki,  Rusiyanın  mərkəzi  hissələrinin, 

Asiya tərəfinin, o cümlədən Uzaq Şərq bölgəsinin sərvətlər 

zənginliyi və istismar zərurəti kasıb Asiyanın gələcəkdə üzü 

ş

imala doğru “köç etməsi”nə zərurəti ortaya çıxaracaqdır.  

Asiya  qitəsində  mövcud  olan  şərqlilik  psixologiyası  da 

məhz  rus-slavyan  psixologiyasına  bir  qədər  yaxındır.  Rus-

türk  psixologiyası  həm  də  Şərq  psixologiyasının  tərkibidir. 

Hər  ikisinin  birliyində  bir  qarışıq  olaraq  Şərq  ənənələri 

mövcuddur.  Təbii  ki, fərqlər  də mövcuddur. Fərq odur ki, 

ruslar-slavyanlar 

türklərə 

nisbətən 

daha 

çox 

avropalılardır.  Qərblilər,  aparıcı  və  böyük  xalqlar, 

məsələn,  alman  və  fransızlar,  ingilislər  uyğunsuzluğa  görə 

Rusiyanı,  Türkiyəni,  İranı  özlərinə,  öz  mədəniyyətlərinə 

çox  da  yaxın  buraxmayacaqlar.  Bu  da  nəticədə  Rusiyanın 

xeyrinə 

olacaqdır, 

Avrasiyanın 

böyük 

geosiyasi 

inteqrasiyasında həmin dövlətləri öz tərəfinə çəkəcəkdir.  

  

 

 

 

 


Yüklə 4,51 Mb.

Dostları ilə paylaş:
1   ...   178   179   180   181   182   183   184   185   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə