Microsoft Word gelecek dunya duzeni I kitab doc



Yüklə 4,51 Mb.
Pdf görüntüsü
səhifə184/189
tarix26.09.2017
ölçüsü4,51 Mb.
#1925
1   ...   181   182   183   184   185   186   187   188   189

 

522


inkişaf  etmiş  liberal  məkanlar  mərkəzində,  həmin  dövlətlərin 

əhatəsində totalitar rejimin qurulması və fəaliyyəti mövcud ola 

bilməz.  Məsələn,  Avropanın  mərkəzində  totalitar  rejimin  hal-

hazırda  qurulmsı  və  fəaliyyəti  mümkün  ola  bilməz  və  ümumi 

sistemin 

müdafiə 

qabiliyyəti 

və 

ümumregionun 

işlək 

mexanizminin  mahiyyəti  buna  imkan  verə  bilməz.  Totalitar 

rejimlər  daha  çox  iqtisadi  cəhətdən  geri  qalan  ölkələrdə, 

iqtisadi  cəhətdən  zəif  məkanlarda,  regionlarda  və  onların 

əhatəsində 

yerləşən 

dövlətlərdə 

mövcud 

olur. 

Latın 

Amerikasının, Afrika və Asiyanın bir çox ölkələrini buna misal 

çəkmək  olar.  Qeyd  edildiyi  kimi,  siyasi  sistemlərin  təkmil 

forması,  liberallığa,  həm  də  adət-ənələrə  bağlıdır.  Bu,  əsasən 

etnik  psixologiyanı  və  etnik  psixologiyanın  insan  əməlində 

tətbiqi məsələsini ortaya çıxarır. Məsələn, ənənəvi mühafizəkar 

cəmiyyətlərdə və adət-ənənələrlə yüklənən cəmiyyətlərdə xalqın 

total düşüncə tərzinin geriliyi təkmil və liberal əsaslı idarəetmə 

sistemlərinin formalaşmasına imkan vermir. Qanunlara riayyət 

olunması  prinsiplərinə  (tətbiq  edən  və  əməl  edən  tərəflərdə) 

zəif  əməl  edilir.  Qanunların  tətbiqində  və  icrasında  da  sui-

istifadə halları meydana gəlir: bu, bir tərəfdən icraçının, tətbiq 

edənin  əks  tərəfin  vəziyyətindən  (savdasızlığından,  öz 

hüquqlarını bilməməyindən) istifadə edərək, qeyri-düzgün icra 

fəaliyyətindən  meydana  gəlir,  digər  tərəfdən  də  şəxsi 

maraqlarını  təmin  etmək  istəklərini  yerinə  yetirməklə  bağlı 

olur.  Əməl  edən  tərəf  də  qanuna  əməl  etməkdən  yayınır  və  öz 

məqsədləri üçün sui-istifadə edir.  

Dövlətlər  daxilində  rejimlərin  mahiyyəti,  forması  və 

məzmunu,  eləcə  də  cəmiyyətlərə  xidmət  keyfiyyəti  həm  də 

iqtisadiyyata  bağlı  olur.  İqtisadi  cəhətdən  yüksək  təminat 

liberallığın, yumşaqlığın, humanizmin əsaslarını müəyyən edir. 

Dövlətdaxili  rejimlərin  qurulması  və  fəaliyyəti  həm  də  etikaya 

bağlıdır. 

Siyasi 

şəxslərin, 

xüsusilə 

rəhbərlərin 

şəxsi 

keyfiyyətləri  də  rejimlərin  formalaşmasında  mühüm  rol 

oynayır.  Ədalətli,  müdrik  və  böyük  təcrübələrə  malik  olan 


 

523


rəhbərlər  ədalətli  qanunların  qəbul  olunmasının və  qanunlara 

ədalətlə  icra  olunmasının  tərəfdarları  hesab  edilirlər.  Eyni 

zamanda  qeyd  etmək  olar  ki,  siyasi  rejimlər  həm  də  siyasi 

institutlar və onların fəaliyyətlərinə bağlı olur. Möhkəm əsaslı 

(burada  kövrək  olmayan)  siyasi  institutların,  təkmil  siyasi 

qurumların 

mövcud 

olduğu 

dövlətlərdə, 

cəmiyyətlərdə 

totalitarizmin  formalaşması  və  təşəkkülü  qeyri-mümkün 

varianta  çevrilə  bilir.  Təkmil  siyasi  institutlar  daima 

cəmiyyətin təkmil olması üçün fəaliyyət göstərirlər və cəmiyyəti 

bir  tərəfdən  inkişaf  etdirmək,  digər  tətəfdən  də  dəyərləri  və 

ümumilikdə  cəmiyyəti  qorumaq  funksiyasını  yerinə  yetirirlər. 

Dövlətin  ali  məqsədi  öz cəmiyyətinə,  əhalisinə, xalqına xidmət 

etməkdən ibarətdir. Bu xidmət də nizam və idarəçiliklə, sistem 

yaratmaqla, mexanizm qaydaları tətbiq etməklə yerinə yetirilir. 

Onu  da  nəzərə  almaq  lazımdır  ki,  dövlətin  və  hakimiyyətin 

normal  fəaliyyəti  cəmiyyətdəki  ictimai  və  siyasi  sabitlikdən 

asılı  olur.  Əgər  bu  vəziyyət  olmazsa,  xaos  yaranar  və  sistem 

tamamilə  dağılar.  Cəmiyyətin  özünün  də  normal  quruluşu  və 

təkmil sistemi də dövlətin sabitliyinə xidmət edir. Dövlətin əsas 

möhkəmliyi  onun  daxili  sabitliyindən,  ümumiyyətlə  isə 

sistemdən  asılı  olur.  Dövlətlə  cəmiyyət  arasında  üzvi  vəhdət 

təşkil  edən  və  rəngarənglikdən  ibarət  olan  bütövlüyün 

möhkəmliyi üçün dövlət tərəfindən tənzimedici proseslər həyata 

keçirilməlidir.  

Dünya  düzəni  özündə  həm  dövlətlər  daxilində,  həm  də 

beynəlxalq  arenada  mövcud  olan  nizamlama  proseslərini  əks 

etdirir,  cəmləşdirir.  Bu  iki  istiqamət  ümumi  strukturun  tərkibi 

olmaqla, bir-birindən asılı olur. Yəni dövlətin daxili siyasətinin 

mahiyyəti  və  məzmunu  onun  xarici  siyasətinə  təsir  göstərir. 

Eləcə də xarici siyasət fəaliyyəti öz başlanğıcını daxili siyasətin 

istiqamətlərindən götürür. Məsələn, bir dövlət özündə istehsalı 

edilən  strateji  təyinatlı  məhsulları  digər  dövlət  ərazisində 

istehlak etmək üçün həmin dövlətlə ticarət-iqtisadi və vergi ilə 

bağlı  razılaşmalar  əldə  edir,  müvafiq  sənədlər  imzlayır.  Digər 




Yüklə 4,51 Mb.

Dostları ilə paylaş:
1   ...   181   182   183   184   185   186   187   188   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə