Microsoft Word gelecek dunya duzeni I kitab doc



Yüklə 4,51 Mb.
Pdf görüntüsü
səhifə185/189
tarix26.09.2017
ölçüsü4,51 Mb.
#1925
1   ...   181   182   183   184   185   186   187   188   189

 

524


bir misal olaraq, hesab etmək olar ki, neft və qaz ehtiyatlarına 

və  sənayesinə,  taxıl,  düyü,  çay,  şəkər  çuğunduru  istehsalına 

sahib  olan  dövlətlər  bu  məhsulların  beynəlxalq  bazarlarında 

əsas  təminedici  rolu  oynayırlar.  Bu  məhsulara  ehtiyacı  olan 

dövlətlərlə 

alqı-satqı 

əməliyyatları 

həyata 


keçirirlər. 

Ümumiyyətlə, o dövlətin nizamlama prosesləri daha güclü olur 

ki,  həmin  dövlət  beynəlxalq  münasibətlər  üçün  açıq  olur  və 

hakimiyyət  daxili  siyasətlə  xarici  siyasət  arasında  uzlaşma 

yarada  bilir.  Açıq  dövlətlər  həm  bol  məhsullara  malik  olurlar, 

həm də rəngarəng inkişaf xüsusiyyətlərini özlərinə cəlb edirlər. 

Dövlət  hakimiyyəti  bir  növ  öz  daxili  siyasətini  xarici  siyasətə 

doğru  dartır  və  xarici  siyasətin  səmərəli  olması  məqsədini 

güdür  ki,  dövlətini  daxili  cəhətdən  gücləndirsin.  Daxili 

cəhətdən  yüksək  səviyyədə  təminat-tarazlaşdırılmış  vəziyyət 

idarəetmənin  rəvanlığını  əmələ  gətirir  və  hakimiyyətlə 

vətəndaşlar  arasında  tarazlı  münasibətləri  formalaşdırır  ki,  bu 

da  özlüyündə  sabitliyi  və  inkişafı  meydana  gətirir.  İki  siyasət 

sahəsi-istiqaməti  arasında  səmərəli  uzlaşdırma  dövlətin  həm 

daxildə,  həm  də  beynəlxalq  əlaqələrdə  möhkəmliyinin  əsas 

şərtinə çevrilir.  

Nizamlama  prosesləri  müəyyən  coğrafi  məkanlarda 

geosiyasi  mənzərəni  formalaşdırır.  Geosiyasi  mənzərə  elə 

geosiyasi sistemin əks olunmasıdır, büruzə formasıdır, fonudur, 

mənzərəsidir,  mücərrəd  görünüşüdür.  Ümumdünya  siyasət 



mənzərəsi  ayrı-ayrı  məkanlarda  mövcud  olan  geosiyasi 

mühitdən  formalaşır.  Bu  tərkib  strukturları  da  olduqca  zəngin 

əsaslara  malik  olur.  Ümumdünya  siyasət  mənzərəsi  ayrı-ayrı 

məkanlarda  fəaliyyət  göstərən  və  strukturların  mərkəzi 

elementləri  (subyektləri)  hesab  edilən  ünsürlərin  cəmindən 

ibarət olan birləşmədir, vahiddir.  

Mövzuda qeyd edildi ki, dünya düzəni və onun tərkibi olan 

beynəlxalq münasibətlər düzəni əsas etibarilə gücə əsaslanır ki, 

bu  da  reallığı  əks  etdirir.  Güc  özündə  ideal  prinsipləri  də  əsas 

götürür və öz hərəkətlərini qarşısında və ətrafında mövcud olan 




 

525


subyektlərin  maraqlarını  nəzərə  alaraq  məhdudlaşdırır.  Dünya 

düzənində  mövcud  olan  siyasi  proseslər  həm  reallığa,  həm  də 

ideallığa  əsaslanır.  Çünki  ideallıq  elə  nəzəri  bir  məsələdir, 

özündə humanizmi əks etdirən qaydalardır. Buna görə də əməl 

olunması baxımından çətindir.  

 

Mövzuda ümumi olaraq aşağıdakı qənatlərə gəlindi: 

 

-dövlətlər  daxilində  düzən  mövcuddur  və  bu  düzən  də 



hakimiyyət  tərəfindən  həyata  keçirilir.  Hakimiyyət  özü  güc 

tərəfi  hesab  edilir.  Digər  güc  tərəfi  də  vətəndaşlar  və  onlar 

arasında olan birliklərdir. Hakimiyyət tənzimləmə funksiyasını 

yerinə  yetirməklə  həm  özünü  təsdiq  etmiş  olur,  həm  də 

subyektlər  arasında  hüquqi  münasibətləri  tənzimləyir,  qeyri-

hüquqi münasibətlərin formalaşması üçün isə şərait yaradır; 



-beynəlxalq  münasibətlərə  qoşulmaqla  dövlətlər  bir 

tərəfdən  böyük  imkanlar  əldə  edirlər,  digər  tərəfdən  də 

beynəlxalq  qaydalara  və  beynəlxalq  güclərə  görə  öz 

hərəkətlərini  məhdudlaşdırırlar.  Məsələn,  kiçik  dövlətlər 

böyük  dövlətlərdən  ehtiyat  etdikləri  üçün  öz  hərəkətlərini 

məhdudlaşdırırlar. (Qeyd: belə bir prinsipdən çıxış etmək olar: 

böyük  dövlətlər  ətrafında,  qonşuluğunda  yerləşən  kiçik 

dövlətlər  həmin  böyük  dövlətlərlə  əlaqələrə  girərkən, 

münasibətlər qurarkən mütləq şəkildə böyük dövlətin strateji və 

taktiki 

sahələrədə 

formula 

kəsb 

edən 

xarakterik 

xüsusiyyətlərini, 

hərəkərlərinin 

məzmununu 

nəzərə 

almalıdırlar.  Yəni  bu,  o  mənanı  verir  ki,  böyük  dövlət  özünün 

maraqları  naminə  öz  sərhədlərində  və  ətrafında yerləşən kiçik 

dövlətlərə  hansı  məqsəd  və  niyyətlə  baxa  bilər.  Böyük 

dövlətlərə  xas  olan  genişlənmə  xüsusiyyətləri  mütləq  qaydada 

nəzərə  alınmalıdır.  Kiçik  və  böyük  dövlətlər  arasındakı 

münasibətlərdə  siyasi  tənzimləmə  məsələləri  daha  çox  “siyasi 

heliosentrizm”-realizm  prinsipləri  ilə  müəyyən  olunur.  Böyük 

dövlətlər  bir  qayda  olaraq  öz  sərhədlərindəki  dövlətlərə  təsir 



 

526


göstərirlər:  bu,  inkişaf  və  müdafiə  strategiyasının  tərkibidir. 

Eyni zamanda böyük dövlətlər arasında rəqabət və ümumilikdə 

geosiyasət  məkanıdır).  Onlar  tərəfə  də  meyil  göstərirlər  və 

böyük  dövlətlərə  sığınırlar.  Hərbi-siyasi  və  iqtisadi  ittifaqların 

(NATO, Avropa İttifaqı və s.) və ittifaq dövlətlərinin (məsələn, 

Rusiya-Belorus  ittifaqı)  mövcudluğunu  buna  misal  çəkmək 

olar.  İttifaqların  və  ittifaq  dövlətlərinin  yaranması  idarəetməni 

və dünya düzənini formalaşdırır. Dünya düzəni də elə dünyanın 

sabit  şəkildə  inkişafını  zəruri  edir.  Düzən  olmadan  inkişaf  və 

sabitlik,  xalqlar  və  dövlətlərarası  rəvan  münasibətlər  və 

əlaqələr  də  ola  bilməz.  Düzən  və  düzən  qaydalarının  özü  elə 

sistemliliyi  yaradır,  onun  mexanizmisini,  hərəkət  şəbəkələrini 

müəyyən edir; 

-hər  bir  regionda,  coğrafi-siyasi  məkanlarda  və  məkan 

birləşmələrində  düzəni  formalaşdıran  mərkəzi  subyektlər 

(dövlətlər)  mövcud  olur.  Bu  subyektlər  arasında  baş  verən 

rəqabət  və  əməkdaşlıqdan  regionların  geosiyasi  mənzərələri 

meydana  gəlir.  Geosiyasi  vəziyyətlər  düzən  siyasətinin 

xarakterindən formalaşır; 



-qlobal  miqyasda  düzən  başlıca  olaraq  qlobal  güclərə 

malik  olan  dövlətlərin  hərəkətləri  ilə  formalaşır.  Böyük 

dövlətlər  öz  ətraflarında  təsir  sferaları  formalaşdırırlar  və 

bundan  da  siyasi  rəngarənglik,  eyni  zamanda  ziddiyyətlərdən 

ibarət  qarışıqlıq  (həm  də  dolğunluq)  meydana  gəlir.  Qlobal 

miqyasda mövcud olan dünya düzəni öz tərkibi baxımdan daha 

da mürəkkəb və bundan irəli gələrək rəngarəng olur



-dünya  siyasi,  iqtisadi  və  mədəni  baxımdan  məkanlara 

ayrılıb.  Məkanlar  arasında  fərqlər  mövcuddur.  Dünyanın 

ümumi  olaraq  inkişafında,  eləcə  də  iqtisadi  və  mədəni-siyasi 

cəhətdən  inkişaf  etmiş  hissəsinin  inkişafı  da  məhz,  həm 

rəqabətdən,  həm  də  kəskin  ziddiyyətlərdən  meydana  gəlir. 

Məsələn,  inkişaf  etmiş  Qərb  cəmiyyətləri birgə  şəkildə inkişaf 

etməmiş  və  fərqli  mədəniyyətə  malik  olan  regionlardan 

qorunurlar.  Onlar  öz  içərilərinə  təkmil  sistemlərə  zərbəvurucu 



Yüklə 4,51 Mb.

Dostları ilə paylaş:
1   ...   181   182   183   184   185   186   187   188   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə