Microsoft Word gelecek dunya duzeni I kitab doc



Yüklə 4,51 Mb.
Pdf görüntüsü
səhifə186/189
tarix26.09.2017
ölçüsü4,51 Mb.
#1925
1   ...   181   182   183   184   185   186   187   188   189

 

527


elementlərin  (siyasi,  iqtisadi  və  mədəni  “viruslar”ın)  daxil 

olmasının qarşısını kəsirlər. 



XXI  əsrin  ortalarında  və  sonlarında,  hətta  gələn 

ə

srlərdə  də  dünya  geosiyasi  maraqlar  üzrə  bölünmüş 

vəziyyətdə  qalacaqdır.  Çünki  dünya  və  onun  subyektləri 

məhz  insanlardır  ki,  onlar  da  əqil  və  iradə  baxımından  öz 

maraqlarına, ehtiyac və tələbatlarına tabedirlər. İnsanların 

ə

qli  düşüncələri  onları  sosial  varlıqlara  çevirir,  sosial 

varlıqlara  mənsub  olmaq  isə  sosial  ehtiyac  və  tələbatları 

üzə  çıxarır.  İnsanların  əqli  tələbatları  (əqlin  ortaya 

çıxardığı  tələbatlar)  daima  mövcud  olur  və  yeni  inkişaf  və 

şə

raitləri 

meydana 

gətirmək 

üçün 

hərəkətləri 

istiqamətləndirir.  Ehtiyac  və  tələbatdan  irəli  gələn  maraq 

insanların  genetik  yaranışlarındadır  və  təbii  əsaslara 

malikdir. Təbii gerçəkliklər, ortaya çıxan əsaslar insanların 

təfəkkürünə,  şüurlara  təsir  göstərir  və  bundan  da  inkişaf 

meyilləri ortaya çıxır.  

Obyekt  üzərində  təsir  və  təsiretmədə  rəqabət  də 

insanlara  xas  olan  xüsusiyyətdir.  Dünyanın  bölünməsi 

dedikdə,  belə  hesab  etmək  olmaz  ki,  xalqlar  arasında, 

dövlətlər 

arasında 

bölüşdürülmə 

uğrunda 

qlobal 

müharibələr  baş  verəcəkdir  və  bölgülər  konfrontasiyanı 

ortaya  çıxaracaqdır.  Sadəcə  olaraq  idarəetmə  və  maraq 

sahələrində  “böyük  dövlət  və  böyük  xalq  mərkəzliliyi” 

(“siyasi  heliosentrizm”  prinsipi  ilə  nizamlama)  əsas  şərtlərə 

çevriləcəkdir.  Siyasi  proseslər  və  düzən  (nizam)  məsələləri 

də  belə  mərkəzlər  və  onların  hərəkət  xüsusiyyətləri 

ə

sasında  formalaşacaqdır.  Maraqlar  uğrunda  mübarizədə 

reallıqlarla yanaşı, kəskin rəqabətlə bərabər, zəif gücün də 

nəzərə alınması (idealizm) baxışlarda və siyasətdə öz əksini 

tapacaqdır.  

  


 

528


Gələcək  geosiyasətdə  proqnozlara  dair  (XXI  əsrin  ikinci 

yarısının  və  XXII  əsrin  dünya  düzəninin  formalaşmasının 

proqnoz xassələrinə aid) aşağıdakı nəticələrə gəlindi.  

 

Ümumi əsaslar: 

 

-ümumdünyada,  dünya  nizamının  ümumi  əsaslarının 



formalaşmasındakı 

proseslərdə 

birinci 

növbədə 


ingilis 

dünyasının nüfuzu və təsiri qalacaqdır və uzun müddətə davam 

edəcəkdir.  Okeanlarda  və  kontinental  materiklərdə,  qitələrdə 

(Avropa,  Avstraliya  və  Okeaniya,  Şimali  Amerika,  Afrika, 

eləcə də dünyaların tərkibi olan Ərəb dünyasında) onlar böyük 

üstünlüyə malik olacaqlar

-Ərəb  dünyası  ingilis  dünyasının  tərkibində  olacaqdır  və 

ingilislər 

onlardan 

istifadə 

edəcəklər 

(sərvətlərin 

mənimsənilməsi  və  Türk-Slavyan  dünyasına  qarşı  və  cənubi 

Avropaya  qarşı  siyasətdə).  İngilislər  digər  avropalıları 

(məsələn,  almanları  və  fransızları)  da  çox  da  yaxına 

buraxmayacaqlar.  Yaxına  buraxmamaq  dedikdə,  bu  fikirin 

izahında  ingilislərin  siyasətində  elə  ingilismərkəzliliyi  əsas 

götürmək lazımdır; 

-Avropa  ingilis,  alman-fransız,  latın  və  rus-slavyan 

mərkəzli  dairələrə  bölünmüş  vəziyyətdə  qalacaqdır.  Təbii  ki, 

bu  bölgü  şərti  xarakter  kəsb  edəcəkdir.  Dövlətlər  yenə  də 



mülayim-liberal əlaqələr yaradacaqlar; 

-Avropanın  kiçik  xalqları  (dünyaları  olmayan  xalqlar)  isə- 

şimaldakılar  ingilislərlə,  mərkəz  və  cənubdakılar  isə  fransız-

alman ittifaqı və İtaliya ilə birləşmiş vəziyyətdə qalacaqlar;  

-Latın  Amerikası  ölkələri  Avropada  İspaniya,  Portuqaliya 

ilə  (bura  çox  güman  ki,  İtaliyanı  da  əlavə  etmək  olar  ilə 

birləşmək  məcburiyyətində  qalacaqdır.  Latın  Amerikasının 

əsas istinadgah və enerji mənbəyi İspaniya-Portuqaliya (İtaliya 

da daxil ola bilər) birləşməsi olacaqdır; 



 

529


-Afrikanın qərb hissəsi və Atlantik okeanının cənubu Latın 

Amerikası  xalqlarının  və  İspaniya-Portuqaliya  birliyinin 

nəzarətində olacaqdır;  

-Rusiya  başda  olmaqla,  Slavyan  dünyasının  inkişafı  və 

yenidən  birləşməsi  baş  verəcəkdir.  Rusiya  slavyanları  ingilis-

Avropa  birliyindən  geri  alacaq  və  öz  orbitinə  daxil  edəcəkdir. 

Avrasiyanın mərkəzinin aparıcı qüvvəsi rus-slavyan birləşməsi 

olacaqdır; 

-Türk dünyası əsas güc mərkəzi kimi müstəqil şəkildə yox, 

daha çox slavyan dünyası ilə birlikdə inkişaf edə biləcəkdir; 

-Türk dünyası-Slavyan dünyası ittifaqı yarana biləcəkdir və 

digər xalqlar, məsələn, farskökənli xalqlar və onların dövlətləri 

–İran,  Əfqanıstan,  Tacikistan  bu  dünyada  yer  alacaqdır.  Türk 

dünyası  Slavyan  dünyasının  əsas  aparıcı  qüvvələrindən  birinə 

çevriləcəkdir  və  onlarla  qarışıq  vəziyyətdə  özünü  inkişaf 

etdirəcəkdir; 

-Türk  dünyası  Avrasiyada  səmavi  dinlər,  eləcə  də 

buddizmlə  xristianlıq,  xristianlıqla  islamçılıq,  xristianlıqla 

şamanizm, 

şamanizmlə 

buddizm 

arasında 

birləşdirici-

barışdırıcı  rolu  oynayacaqdır.  Türk  dünyası  Avrasiyanın 

müxtəlif mədəniyyətlərini qovuşdurucu qurşağa çevriləcəkdir

-Türk  dünyası  cənubdan,  cənub-şərqdən  gələn  axınlar 

önündə  slavyan  dünyası  üçün  bir  sipər  rolunu  oynayacaqdır. 

Türklərin  Osmanlı  imperiyası  dövrlərində  olan  və  slavyanlara 

məxsus  olan  ərazilərə  yeni  qayıdışları  (türklərin  miqrasiyası 

fonunda)  başlayacaqdır.  Bu,  Slavyan-Türk  dünyaları  ittifaqı 

çərçivəsində  baş  verəcəkdir.  Sonra  onlar  bu  ərazilərdə  siyasi 

nüfuzlar əldə edəcəklər;  

-Çin Cənub-Şərqi Asiya hegemonuna çevriləcəkdir və Sakit 

və Hind okeanlarında ingilis dünyası ilə üzləşəcəkdir; 

-İngilis  dünyası  Yaponiya  və  Koreyadan  istifadə  etməklə, 

Çinin  Sakit  okean  hegemonluğunun  (burada  nüfuzunun  güclü 

olması, təsir dairələrinin genişliyi) qarşısını almağa çalışacadır; 



Yüklə 4,51 Mb.

Dostları ilə paylaş:
1   ...   181   182   183   184   185   186   187   188   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə