Microsoft Word gelecek dunya duzeni I kitab doc



Yüklə 4,51 Mb.
Pdf görüntüsü
səhifə187/189
tarix26.09.2017
ölçüsü4,51 Mb.
#1925
1   ...   181   182   183   184   185   186   187   188   189

 

530


-Hindistan  və  Pakistan  kimi  ölkələr  isə  çoxtərəfli  siyasət 

həyata  keçirəcəklər.  Onlar  həm  ingilis  dünyası,  həm  də  Çin, 

Slavyan  və  Türk  dünyası  ilə  yaxınlaşımaq  məcburiyyətində 

qalacaqlar; 

-XXI əsrin dünya düzənini formalaşdıran güc mərkəzlərinin 

təsir  məkanları  arasında  “çatlar”  rolunu  oynaya  biləcək 

məkanlar-dövlətlər  mövcud  olacaqlar.  Bu  dövlətlər  daha  çox 

gərginliyin hökm sürəcəyi Avropa məkanında- heç bir dünyası 

olmayan xalqların dövlətləri, olacaqlar;  

-Avropa İttifaqı mövcud formasını itirə biləcəkdir. Belə ki, 

buna  həm  Rusiyanın  slavyanları  geri  çəkmək  siyasəti,  həm  də 

Fransa  və  Almaniyanın  slavyanları  özlərindən  uzaqlaşdırmaq 

siyasətləri  səbəb  olacaqdır.  Almaniya  və  Fransa  Avropa 

nəhəngləri kimi öz statuslarını qoruyub saxlamağa çalışacaqlar, 

eləcə  də  slavyan  dünyası  ilə  ingilis  dünyası  arasında 

birləşdirici,  barışıdırcı  rol  oynayacaqlar.  Bundan  da  istifadə 

edərək  özlərinin  regionda  təsir  gücü  kimi  statuslarını 

saxlayacaqlar; 

-NATO  hərbi-siyasi  İttifaqı  öz  mövcudluğunu  qoruyub 

saxlayacaqdır və Rusiyanın rəhbərliyi ilə (əsasən slavyanlardan 

və  türklərdən  ibarət)  bu  ittifaqa  alternativ  olan  yeni  bir  hərbi-

siyasi qurum yaradılacaqdır; 

-dünya  müharibələrinin  müxtəlif  strateji  müddətlərdə  ayrı-

ayrı məkanlarda baş vermə risqləri ortaya çıxacaqdır və s. 

Bu  mövzu  dünya  düzəninin  ümumi  nəzəri  əsaslarını  əks 

etdirir.  Onu  da  nəzərə  almaq  lazımdır  ki,  ümumdünya 

düzənində  hər  bir  güc  mərkəzinin,  böyük  dövlətin  öz  yeri 

mövcud  olur  və  öz  təsir  obyektləri  və  sferası  formalaşır.  Bu 

baxımdan da gələcək tədqiqatda əsasən hər bir güc mərkəzinin 

və  güc  mərkəzləri  birliyinin  ümumdünya  siyasət  mənzərəsinin 

formalaşmasındakı  yerini  araşdırmaq,  təhlil  etmək,  faktları, 

məlumatları tədqiqata cəlb etmək məqsədəuyğun olar. 

Proqnozlaşdırmada  böyük  dövlətin  təbii  və  maddi 

reurslarının,  istehsalat  xammalının  zənginliyi  (məsələn, 



 

531


Rusiya,  ABŞ,  Kanada  və  s.);  əhalinin  çoxluğu  və  əmək 

sevərliliyi  (zəhmətə  bağlılığı)  –məsələn,  Çin  əhalisi  həm 

çoxdur,  həm  də  əməklə,  -əl  əməyi  ilə  ciddi  və  əhatəli  şəkildə 

məşğul  olurlar  ki,  bu  da  ölkənin  strategiyasını  gücləndirir; 

coğrafi-siyasi  mövqenin  əlverişliliyi-Rusiya-Şərqi  Avropa  və 

Türk  dünyasının  əlverişli  coğrafi  mövqeyi  mövcuddur; 

okeanlarda  nüfuzları-məsələn,  ingilis  dünyası  okeanlarda 

böyük təsirlərə malikdir; böyük  iqtisadiyyata malik olmaları-

məsələn, ingilis dünyası buna sahibdir. ABŞ dünyada ən böyük 

idxal-neft  idxalı  və  ixrac  edən  ölkədir;  dünyada  böyük  ticarət 

ölkəsidir;  dünyanın  tranzit  yolları  üzərində  böyük  üstünlüyə 

malikdir;  hərbi  bazaların  geosiyasi  məkanlar  üzrə  geniş 



yayılması-məsələn, 

ingilis 


dünyası 

bu 


məsələdə 

çox 


qabaqdadır. 

Bu 


imkanlar 

böyük 


dövlətlər 

arasında 

paylanmışdır  və  böyük  dövlətlərin  strateji  maraqlarının 

genişlənməsinə xidmət edir.  



 

Qeyd:  mövzuda  bəzi  fikirlərin  təkrarlanması  hallarına 

rast  gəlinir.  Burada  başlıca  məqsəd-  dünya  düzəninin 

formalaşmasında  hadisələri  təhlil  edərkən,  baza  siyasət 

proseslərini  oxucuya  daha  dərindən  çatdırmaqdan  və 

yaddaşlarda  yaxşı  qalmasına  nail  olmaqdan  ibarət 

olmuşdur.  

 

 

 

 

 

 

 

 

 


 

532


İ

STİFADƏ OLUNMUŞ MƏNBƏ VƏ ƏDƏBİYYAT: 

 

Azərbaycan dilində:  

 

Akçuraoğlu  Yusuf.  Türkçülüyün  tarixi.  Bakı,  Qanun, 

2010,  272  səh.,  Türkiyə  türkcəsindən  uyğunlaşdıranı  və  ön 

sözün müəllifi: Aybəniz Kəngərli, filologiya elmləri doktoru

 

Amerika Birləşmiş Ştatlarının Konstitusiyası. Azərbaycan 

dilində tərcümə olunmuş variantı; 

 

Aristotel.  “Siyasət.  Böyük  etika”.  Tərcümə  edəni:  Fikrət 

Təbibi, Bakı, XXI-Yeni Nəşrlər Evi, 2006, 432 səh.; 

 

Aristotel.  “Nikomax  etikası”  (Tərcümə  edəni  F.  Təbibi), 

Bakı, Qanun, 2007, 340 səh.; 

 

Azərbaycan 

Respublikası 

Elmlər 

Akademiyasında 

ziyalılarla  görüşdə  çıxış.  21  sentyabr  1993-cü  il.  Əliyev 

Heydər. Ə56. Müstəqilliyimiz əbədidir. I CİLD.-B.: Azərnəşr, 

1997,  612  səh.,  Buraxılışa  məsul:  Ramiz  Mehdiyev,  Hidayət 

Orucov; 

 

Azərbaycan 

Respublikası 

Prezidentinin 

andiçmə 

mərasimində nitq. 10 oktyabr 1993-cü il. Əliyev Heydər. Ə56. 

Müstəqilliyimiz  əbədidir.  I  CİLD.-B.:  Azərnəşr,  1997,  612 

səh., Buraxılışa məsul: Ramiz Mehdiyev, Hidayət Orucov

 

Azərbaycanın humanitar təşəbbüsləri beynəlxalq aləmdə 

böyük rəğbətlə qarşılanır. 

http://www.xalqqazeti.com/az/interview/azarbaycanin-

humanitar-teshebbusleri-beynelxalq-alemde-boyuk-reghbetle-

qarshilanir; 

 

Azərbaycan  Respublikası  Dövlət  Torpaq  və  Xəritəçəkmə 

Komitəsi.  Dünyanın  Siyasi  Xəritəsi.  Bakı  Kartoqrafiya 

Fabrikində 2001-ci ildə tərtib olunmuş və 2012-ci ildə yenidən 

nəşrə hazırlanmış xəritə; 


Yüklə 4,51 Mb.

Dostları ilə paylaş:
1   ...   181   182   183   184   185   186   187   188   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə