Microsoft Word gelecek dunya duzeni I kitab doc


“rimland”la-“inner  or  marginal  crescent”-lə  -“daxili  aypara



Yüklə 4,51 Mb.
Pdf görüntüsü
səhifə22/189
tarix26.09.2017
ölçüsü4,51 Mb.
#1925
1   ...   18   19   20   21   22   23   24   25   ...   189

 

62

“rimland”la-“inner  or  marginal  crescent”-lə  -“daxili  aypara 



ilə”  əhatə  olunur.  “Rimland”ə  Afrikanın  şimal  və  şimal-şərq 

hissəsi, cənub-şərqi Asiya aid olunur. “World Island”- “Outer 

or  insular  crescent”-“Dünya  adası”-“xarici  aypara”a  əsasən 

Avropa,  Asiya  və  Afrika  qitəsi  aid  edilir.  “Tarixin  coğrafi 

oxu” –“ox xətti” mərkəzdə-“heartland”dadır. Makinder hesab 

edir ki, daha çox inkişaf etmiş sivilizasiya məhz “rimland”da-

“daxili  aypara”dadır.  “Xarici  aypara”nın  sivilizasiyası  üçün 

“ticarət”  xarakterli  və  “demokratik  formalı”  siyasət 

mövcuddur.

1

 

 

Burada  güc  mərkəzlərinin  təsir  dairələri  məkanları 



dəyişəcəkdir.  Gələcək  dünya  düzəni  zamanla  davam  edəcək 

indiki  dünya  düzəninin  davamıdır  ki,  burada  trayektorik 

ardıcıllıqla  baş  verəcək  siyasi  proseslər  gələcək  geosiyasi 

mənzərəni 

yaradacaqdır. 

Gələcək 

dünya 

düzəninin 

formalaşmasının  zamanla  əlaqəsi  və  bölgüsü  isə  insanlar 

tərəfindən  müəyyən  edilir.  Şərti  olaraq  vaxt  məsələsi,  zaman 

bölgüsü,  siyasət  trayektoriyası  üzərində  zaman  koordinatları 

riyazi  rəqəmlərlə  müəyyənləşdirilir.  Məsələn,  yaxın,  orta  və 

uzaq müddətli dünya düzəni, yəni bu zaman ardıcılıqlarında və 

intervallarında  olan  dünya  düzəni  şərti  hesablamadan  və  eyni 

zamanda  mütləq  bölmədən  ortaya  çıxır  və  bu  müddət  ərzində 

meydana  gələn  görünüş  (təzahür-mahiyyət və  formadan ibarət 

olan  gerçəklik,  mövcudluq  və  onun  xassələri)  həmin  müddətin 

siyasi xarakteristikasını şərtləndirir.  

Məlumdur  ki,  siyasət  mərkəzlərinin,  xüsusilə  güclü 

mərkəzlərin  güclərinin  qlobal  məkanlar  üzrə  dəyişmələri 

gələcək  geosiyasi  mənzərəni  yaradacaqdır.  Çünki  siyasət 

dəyişkəndir, dəyişkənliyi şərtləndirəndir, maraq və onun tərkibi 

olan  ehtiyac  və  tələbatlar  da  dəyişkəndir:  artan  və  azalandır, 

yeni  tərkibi  özünə  qəbul  edəndir.  Subyektlər  bir  tərəfdən 

                                                 

1

 Александр Дугин Д80 Основы геополитики. Геополитическое 



будущее России. Мыслить Пространством-Изд.4-е, Москва, 

«АРКТОГЕЯ-центр», 2000-928 стр., səh.43-46.   




 

63

itirirlər,  digər  tərəfdən  də  böyük  qazanclar  əldə  edirlər, 



vasitələrə  sahib  olurlar.  Maraq  dəyişkənliyi  üzərində  olan 

siyasət  də  dəyişkəndir.  Siyasətin  dəyişməsi  də  ortaya  çıxan 

maneedici və ya da sürətləndirici amillərdən asılıdır.  

Siyasi  proqnozlar  şəxslər  tərəfindən  hadisələrin  gedişatı 

və  onların  müxtəlif  anlarda,  məqamlarda  nəticələrinin  düzgün 

hesablanmasına  və  nəticələri  görə  bilmək  istedadına  və 

qabiliyyətinə  əsaslanır.  Proqnozlaşdırmanın  əsasında  həm  də 

təcrübə  əsasında  əldə  edilmiş  nəzəri  formulalar  dayanır. 

Məsələn, belə bir məntiqi fikir bildirək: istənilən gücün nüvəsi, 

mərkəzi  enerjiverici  və  enerji  qəbuledici  hissəsi  dağılmasa, 

həmin  güc  yenə  də  fəaliyyət  göstərəcək  və  ətrafını  enerji 

hesabına  genişləndirməyə  başlayacaq.  Konkret  dövlətlərlə 

bağlı  desək,  qeyd  edə  bilərik  ki,  dövlətlər-güclü-nəhəng 

dövlətlər,  varsa,  onların  nüvə  mərkəzləri  fəaliyyət  göstərirsə, 

deməli,  bu  dövlətlər  öz  təsir  dairələrini,  məkanlarını 

böyüdəcəklər  və  daima  mübarizə  şəraitində  olacaqlar  və 

bundan  irəli  gələrək  rəqabətə  girəcəklər.  Onların  rəqabət 

mübarizələrinin  məzmunu  (radikal  və  ya  da  liberal  əsaslı 



olması)  artıq  şəraitdən  və  təsir  predmetindən  asılıdır.  Bu  bir 

formuladır,  məntiqi qaydadır, sübut olunmuş aksiomadır.-

dövlət  gücünə  görə  hərəkətdədir.  Onun gücü daxili və xarici 

fəaliyyətindən formalaşır. Gücünü formalaşdıran elementlər-

komponentlər  var.  Proqnozlar  müəyyən  trayektoriya  üzrə  baş 

verən  və  ardıcıl  olaraq  həyata  keçən,  bir-birini  şərtləndirən, 

biri  digəri  üçün  başlanığıc  rolunu  oynayan,  biri  digərinin 

daxilindən  büruzə  verən,  gerçəklik  olaraq  ortaya  çıxan 

hadisələrin  üzə  çıxmasını  əvvəlcədən  müşahidələrlə,  məntiqi 

prinsiplərlə 

əsaslandıran 

təfəkkür 

aktlarıdır. 

Prqonozlaşdırmada  empirizm  də  mühüm  prinsip  kimi  qəbul 

edilir.  Bütün  sahələrdə  proqnozlaşdırma  zamanı  müəyyən 

faktlar  toplanır,  hadisələrin  baş  verə  biləcək  nəticələri 

hesablanır.  Proqnozlar  vermək,  hadisələrin  gələcək  gedişatını 

dəyərləndirmək  və  nəticələr  çıxarmaq  ümumiyyətlə  müəllif-




 

64

tədqiatçı  üçün  görə  bilmək  məharəti  və  duya  bilmək 



qabiliyyətidir  ki,  bu  qabiliyyət  də  dərin  analitik  təfəkkürün 

məhsuludur.  Proqnozlar  müşahidələrə,  eksperimentlərə  və 

gəlinmiş  qənaətlərə  əsaslanır.  Proqnozlaşdırma  hadisələr  üzrə 

çoxlu  sayda  baza  məlumatlar  əsasında  faktları  toplamaq  və 

hadisələrin  gedişini  bu  baza  istiqamətlərə,  baza  prinsiplərə 

uyğun şəkildə dəyərləndirməkdir. Hadisələrin ardıcıl olaraq baş 

verməsi  zamanı  baza  etibarilə  təkrarlanan  nəticələrin  zaman 

ardıcıllığı  və  zaman  intervalı  ilə  üzə  çıxması  proqnozların 

düzgün  verilməsinə  əsas  verir.  Proqnozlar  verilərkən  baza 

prinsiplər və baza hadisələrin dəyişkən xassələri əsas götürülür. 



Məsələn,  təbii  fəlakətlər  və  dərin  iqtisadi  böhranlardan,  eləcə 

də iqtisadi sistemin fəaliyyətinin zəifləməsindən böyük dövlətin 

tərkibini 

formalaşdıran 

iqtisadiyyat 

(əsas 

struktur 

kompoenentlərindən  biri)  zəifləyə  bilir.  Bu  da  dövlətin  həm 

daxildən,  həm  də  xaricdən  siyasi  fəaliyyətini  zəiflədə  bilir. 

Baza  elementlərin  sistemdə  digər  elementlərlə  qarşılıqlı 

əlaqələrinin  mahiyyəti,  forması  mühüm  prinsiplərə  çevrilir. 

Məsələn,  güclü  dövlətin  ətrafda-sərhədlərindən  kənarda,  gücü 

yayılır. Bu, təbii prosesdir və tarix boyu təkrarlanıb və sübuta 

yetirilib.  Güc  gücün  artmasını  tələb  edib.  Bir  tərəfdən  inkişaf 

etmək,  böyümək  istəkləri,  digər  tərəfdən  də  mövcud  olanı 

qorumaq instinktləri (iradəsi) gücün məkanlar üzrə böyüməsini 

şərtləndirib.  Böyümək  siyasəti  istiqamətində  güclü  dövlətlər 

kiçik  dövlətləri  özlərindən  asılı  ediblər.  Həmçinin  müəyyən 

miqyasda,  kəmiyyətdə  bir-birilərini  “udmaq”  siyasətini 

reallaşdırıblar.  Kiçik  dövlətlər  də  böyük  dövlətlərlə  əlaqələr 

qurmaqda  maraqlı  olublar.  Müdafiə  olunmaq  və  böyük 

dövlətlərin  potensialından  istifadə  etmək,  böyük  dövlətlərə 

sığınmaq  tarixi  ənənəyə  çevrilib.  Müharibələrdə,  böhran  və 

münaqişələrdə,  eləcə  də  sabit  şəraitlərdə  müdafiə  və  inkişaf 

üçün  gücün  birləşdirilməsi  naminə  ittifaqlar  yaratmaq  da 

ənənəyə  çevrilib  və  siyasətin  məntiqini  təşkil  edib.  Böyük 

dövlətlərin  özləri  arasında  məkanlar  və  məkanlarda  yaşayan 



Yüklə 4,51 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə