Microsoft Word gelecek dunya duzeni I kitab doc


çoxtərəfli  beynəlxalq  aktdır.  BMT  Baş  Assambleyası



Yüklə 4,51 Mb.
Pdf görüntüsü
səhifə5/189
tarix26.09.2017
ölçüsü4,51 Mb.
#1925
1   2   3   4   5   6   7   8   9   ...   189

 

12

çoxtərəfli  beynəlxalq  aktdır.  BMT  Baş  Assambleyası 



tərəfindən 1968-ci ilin 12 iyununda bəyənilib və imzalanmaq 

üçün  1968-ci  ilin  iyul  ayının  1-də  Moskva,  Vaşinqton  və 

Londonda  açıq  elan  edilib.  1970-ci  ilin  mart  ayının  5-dən-

depozitar dövlətlərin ratifikasiyasından sonra, qüvvəyə minib

-Nüvə zərərinə görə vətəndaş məsuliyyəti haqqında Vyana 

Konvensiyası-21 may 1963-cü ildə imzalanıb;  

-Nüvə  materiallarının  fiziki  mühafizəsi  Konvensiyası-26 

oktyabr 1979-cu ildə Vyanada hazırlanıb.  

-Nüvə fəlakətinin qarşısının alınması Bəyannaməsi-1981-

ci ilin dekabr ayının 9-da BMT Baş Assambleyası tərəfindən 

qəbul olunub; 

-Nüvə  qəzası  ilə  bağlı  operativ  məlumatların  verilməsi 

haqqında 

Konvensiya-1986-cı 

ilin 

26 

sentyabrında 

hazırlanıb;  

-Nüvə təhlükəsizliyi ilə bağlı Konvensiya-17 iyun 1994-cü 

ildə  Vyanada  hazırlanıb.  Atom  Enerjisi  üzrə  Beynəlxalq 

Agentliyin Baş direktoru depozitar olub; 

-Hərtərəfli  nüvə  sınaqlarını  qadağan  edən  Müqavilə-

BMT  Baş  Assambleyası  tərəfindən  1996-cı  ilin  10 

sentyabrında qəbul edilib və 1996-cı ilin 24 sentyabrından isə 

imzalanmaq üçün açıq elan edilib

-Təkmilləşdirilmiş  yanacaqdan  istifadə  təhlükəsizliyi 

haqqında 

və 

radioaktiv 

tullantılardan 

istifadənin 

təhlükəsizliyi  haqqında  birləşdirilmiş  Konvensiya  -1997-ci 

ildə  Vyanada  qəbul  olunub.  Depozitari  tərəf  Atom  Enerjisi 

üzrə Beynəlxalq Agentliyin Baş direktorudur.  

 

Eyni  zamanda  raket  texnologiyaları  ilə  bağlı  da  xeyli 

sayda beynəlxalq sənədlər qəbul olunubdur: 

 

-Raket  əleyhinə  müdafiə  sisteminin  məhdudlaşdırılması 



haqqında  Müqavilə  (rus  dilində  PRO  Müqaviləsi  adlanır-


 

13

strateji  silahlara  aid  ilk  ABŞ-SSRİ  müqaviləsidir.  -26  may 



1972-ci ildə imzalanıb; 

-Strateji 

hücum 

silahlarının 

məhdudlaşdırılması 

sahəsində  bir  çox  tədbirlər  haqqında  müvəqqəti  Saziş  (rus 

dilində-OSV-1  razılaşması  adlanır)  -26  may  1972-ci  ildə 

imzalanıb  (bu  sahədə  ilk  sənədə  aid  edilir).  Birinci  və  ikinci 

sənədlər eyni zamanda imzalanıb; 

-Strateji 

hücum 

silahlarının 

məhdudlaşdırılması 

haqqında  Müqavilə  (  “OSV-2  Müqaviləsi)-1979-cu  ilin  iyun 

ayında imzalanıb;  

-Yaxın və orta mənzilli raketlərin ləğv edilməsi haqqında 

Müqavilə  (“RSMD  Müqaviləsi”)-8  dekabr  1987-ci  ildə 

imzalanıb; 

-Strateji 

hücum 

silahlarının 

ixtisarı 

və 

məhdudlaşdırılması 

haqqında 

Müqavilə 

(“SNV-1 

Müqaviləsi”)-1991-ci ilin 31 iyulunda imzalanıb; 

-Strateji  hücum  silahlarının  gələcəkdə  (sonrakı  dövr 

üçün)  məhdudlaşdırılması  haqqında  Müqavilə  (“SNV-2 

Müqaviləsi”)-1993-cü ildə imzalanıb; 

-Strateji  hücum  silahlarının  ixtisarı  haqqında  Müqavilə 

(“SNP Müqaviləsi”)-2002-ci ildə imzalanıb; 

-Strateji 

hücum 

silahlarının 

məhdudlaşdırılması 

haqqında  Müqavilə  (“SNV-3  Müqaviləsi”,  ingiliscədən,  baş 

hərflərin  birləşməsindən  START  adlanır)-2010-cu  ilin  aprel 

ayının 8-də imzalanıb. 

Psixoloji  kriteriya  olan  qorxu  amilinə  görə  dünyanın 

mövcud 

formasını 



dağıtmaq 

və 


bölmək 

dövlətlərin 

imkanlarından  xaricidr.  Müasir  qloballaşan  texnologiya  dünya 

sakinlərini  tez  bir  anda  bir  məkandan  digər  məkana  aparır. 

Bunun  qarşısını  almaq  isə  qeyri-mümkündür.  Dünya  sakinləri 

özlərini  daha  çox  vahid  dünyanın  varlıq  elementi  və  subyekti 

kimi qəbul edirlər və özlərini böyüdərək öz məkanlarından, öz 

ölkələrindən  xaricə  çıxarırlar,  dünya  məkanında  özlərini 

tapmağa  çalışırlar.  Humanizm  əsaslı  dünya  siyasətinin  ən 



 

14

başlıca məqsədi insanlara yüksək səviyyədə xidmət etməkdən 



ibarətdir.  2000-ci  ilin  sentyabr  ayının  8-də  Birləşmiş  Millətlər 

Təşkilatının  qəbul  etdiyi  və  Baş  Assambleya  tərəfindən  55/2 

saylı  qətnamə  ilə  təsdiq  olunan  “Minilliyin  Bəyannaməsi”ndə 

insanlıq  dəyərləri  əsas  götürülürdü.  XXI  əsrin  fundamental 

dəyərləri içərisində azadlıq, bərabərlik, həmrəylik, dözümlülük, 

təbiətə hörmət, qlobal iqtisadi və sosial inkişafın idarəolunması 

ilə  bağlı  öhdəliklər  kimi  məsələlər  yer  almışdır.  Bu  sənədə 

əsasən, beynəlxalq ictimaiyyət hesab edir ki, müasir mərhələdə 

elə  etməlidir  ki,  qloballaşdırma  bütün  xalqlar  üçün  pozitiv 

əhəmiyyət  kəsb  etsin.  Konkret  məqsədlər  içərisində  sülh, 

təhlükəsizlik  və  silahsızlaşdırma;  inkişaf  məsələləri  və 

yoxsulluğun  kökünün  kəsilməsi;  ətraf  mühitin  mühafizəsi; 

insan  hüquqları,  demokratiya  və  yaxşı  idarəçilik  və  s.  mühüm 

yer  tuturdu.  Ümumiyyətlə,  insanlara  yüksək  xidmət  də  sosial 

bazalı 

siyasətin 



yüksək 

səviyyədə 

icrasına 

əsaslanır. 

Azərbaycan xalqının Milli Lideri Heydər Əliyev məhz dövlətin 

başlıca  vəzifəsini  vətəndaşlara  yüksək  səviyyədə  xidmətdə 

görürdü.  Bu  baxımdan  o,  qeyd  edirdi  ki,  biz  müstəqillik 

şəraitində  həyatımızın  bütün  sahələrini  vətəndaşlarımızın 

tələbatına  uyğun  olaraq  inkişaf  etdirməli,  qurub-yaratmalıyıq.

1

 



Həmçinin  Heydər  Əliyev  hesab  edirdi  ki,  demokratik 

cəmiyyətlərdə  insan  hüquqlarının  qorunması  dövlətin  əsas 

vəzifələrindən biridir.

2

 



 

 Azərbaycan  prezidenti  İlham  Əliyev  Bakıdakı  İkinici 

Beynəlxalq  Humanitar  Forumda  siyasətdə  mərkəz  kimi 

insanlıq  amilinə  toxunmuşdur.  O  qeyd  edirdi:  “...Sosial  ədalət 

                                                 

1

 Azərbaycan Respublikası Elmlər Akademiyasında ziyalılarla görüşdə 



çıxış. 21 sentyabr 1993-cü il. Əliyev Heydər. Ə56. Müstəqilliyimiz 

əbədidir. I CİLD.-B.: Azərnəşr, 1997, 612 səh., Buraxılışa məsul: Ramiz 

Mehdiyev, Hidayət Orucov, səh. 149. 

2

 Azərbaycan Respublikası Prezidentinin andiçmə mərasimində nitq. 10 



oktyabr 1993-cü il. Əliyev Heydər. Ə56. Müstəqilliyimiz əbədidir. I CİLD.-

B.: Azərnəşr, 1997, 612 səh., Buraxılışa məsul: Ramiz Mehdiyev, Hidayət 

Orucov, səh. 205. 



Yüklə 4,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə