Microsoft Word gelecek dunya duzeni I kitab doc



Yüklə 4,51 Mb.
Pdf görüntüsü
səhifə7/189
tarix26.09.2017
ölçüsü4,51 Mb.
#1925
1   2   3   4   5   6   7   8   9   10   ...   189

 

18

Məhəmməd  Erşadın  fikrincə,  bütün  siyasi  partiyaların  öz 



səylərini  müasir  dövrün  ən  ağırlı  problemi  olan  münaqişə 

ocaqlarının söndürülməsinə yönəltmələri çox vacibdir.

1

  

Dünya  xalqları  ümumbəşəri  mədəniyyət  konsepsiyasını 



təşkil  edirlər  və  ümumbəşəri  dəyərləri  əks  etdirən  ideallardan 

faydalanmağa  çalışırlar.  Ümumbəşəri  mədəniyyət  dünyanın 

bütövləşməsi, xalqların birləşməsi məsələsini ortaya qoyur. Belə 

hesab  olunur  ki,  III  minilliyin  başlanğıcında  planetar 



mədəniyyət  konsepsiyasının  formulası  mövcuddur:  milli 

mədəniyyətlərin 

mövcudluğu 

ümumbəşəri 

mədəniyyətin 

formalaşmasına nə tarixən, nə bu gün, nə də gələcəkdə əngəldir. 

Əksinə,  ümumbəşəri  mədəniyyət  milli  mədəniyyətlərdən 

təməllənir;  qloballaşmanı  milli  mədəniyyətlərin  itirilməsi  kimi 

yozmaq  və  onu  həmin  istiqamətə  yönəltmək  yolverilməzdir; 

qloballaşma 

labüddür. 

Ancaq 


onun 

reallaşması 

milli 

mədəniyyətlərin  saxlanılması  və  inkişaf  etdirilməsi  şərtilə 



mümkündür.  Milli  mədəniyyətlərsiz  ümumbəşəri  mədəniyyət 

təsəvvür  edilmədiyi  kimi,  bu  əsaslarda  təşəkkül  tapmayan 

ümumbəşəri  mədəniyyətsiz  də  qloballaşma  ağlasığmazdır, 

mənəvi dayaqlardan məhrum sırf maddi-iqtisadi mövcudluqdur

.

2

 



Məkanlar  üzrə  mübarizələrin  çoxluğu  və  genişiyi  yalnız 

dünya  adlanan  vahid  çərçivə  içərisində  forma  və  məzmun 

dəyişikliyidir. Belə bir fikir də bildirilir ki, dünya vahiddir. Və 

idrakdan  özünə  monist  baxış  tələb  edir.  Dünya  rəngarəngdir. 

Və idrakdan özünə hərtərəfli baxışı gözləyir.

3

  

Bütün  xalqların  mübarizələri  onların  özlərini  müəyyən 

məkanlarda güclü etməklə, həm də birləşdirir. Dünya vahid bir 

                                                 

1

 Bakıda Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının 7-ci Baş 



Assambleyası öz işinə başlayıb.Bakı şəhəri 16 noyabr 2012-ci il. 

http://www.aztv.az/readnews.php?lang=az&id=7741   

2

 Rahid Ulusel. Mədəniyyətlərin ipək yolu. Bakı. “Təhsil” 2003, 188 səh., 



səh. 148, 149.  

3

 Rahid Ulusel (Xəlilov Rahid Süleyman oğlu), U42. Mədəniyyət və 



Texnosivilizasiya. Bakı, “Azərbaycan Milli Ensiklopediyası” NPB, 2003, 

188 s., səh. 144.  




 

19

ailədir, xalqlar onun üzvləridir. Ailə üzvləri arasında müəyyən 



anlarda  fikir  ayrılıqları,  küsmə  halları  olmasına  baxmayaraq, 

yenə  də  ailə  bütövdur.  Böyük  dövlətlər  bir-biriləri  ilə  mədəni, 

iqtisadi,  sivil  əsaslarla  mübarizə  edirlər,  lakin  vahid  dünyanı 

ayırmaq  baxımından  bölmək  imkanlarına  malik  deyillər.  Yer 

kürəsinin  insanları  üçün  yer  üzərində  qəti  surətdə  mədəni, 

iqtisadi,  siyasi  sərhədlər  çəkmək  yalnız  müvəqqəti  xarakter 

kəsb  edə  bilər;  çünki  elə  böyük  xalqların  nümayəndələrinin 

özləri  də  bütün  dünyanı  sərhədlərsiz  fəth  etməkdə  maraqlı 

olurlar. Böyük dövlətlərin hakim dairələrinin nümayəndələri öz 

siyasi qurumlarının struktur böyüklüyündən irəli gələrək böyük 

iddialara  düşürlər  və  fikirləşirlər  ki,  dünyanı  bölərək  özlərinki 

edə bilərlər. Lakin səhvə yol verirlər. Bu məsələdə yalnız iradə 

ağıl  üzərində  zahiri  üstünlüyə  malik  ola  bilir.  Böyük  dövlətlər 

yalnız  dünyada  öz  çəkilərini  artıra  bilərlər.  Lakin  başqaları-

kiçikləri, olmadan onların çəkiləri də heçdir. Çünki dünya irili-

xirdalı  bir  bütövdür,  onun  sakinləri  də,  ayrı-ayrı  məkanları  da 

bütövün tərkibidir. Tərkib komponentlərinin özləri, o cümlədən 

kiçik  komponentlər  yoxdursa,  deməli,  böyük  tərkib  də  ya 

yoxdur, ya da müqayisə edilmək üçün obyekt və subyekt deyil. 

Dünya  böyüklər  və  kiçiklərdən  ibarət  olan  bir  birlikdir,  ona 

görə  də  zəngin  sosial-etnik-mədəni-siyasi  bir  sistemdir. 

Sistemdə  kiçiklər  və  böyüklər  yoxdursa,  deməli,  sistemin  özü 

də  yoxdur.  Sistemdə  kiçik  olmazsa,  böyük  komponentlər 

arasında  əlaqə  ola  bilməz.  Eləcə  də  böyüklər  olmasa,  kiçik 

komponentlər  fəaliyyət  göstərə  bilməzlər.  Fəaliyyətin  və 

sistemin  bazasında  fərq  amili  dayanır.  Fərq  amili  də 

rəngarəngliyi  meydana  gətirir.  Bu  qarşılıqlı  mövcudluqdan 

yaranan  vəhdət  yoxdursa,  inkişaf  da  yoxdur,  nemətlər  də  ola 

bilməz,  insanlar  faydalana  bilməzlər.  Vəhdət  yoxdursa, 

insanlar  da  ola  bilməz.  Çünki  insanlar  ayrı-ayrı  məxluqlar 

olmasına  baxmayaraq,  sosial  birliyə,  ictimai  bütövlüyə 

meyillidirlər.  Birliyin  yaratdığı  enerjidən  faydalanırlar. 

Birliksiz  dünya  “xəstədir”.  Bu  baxımdan  da  dünyanı  ayrı-ayrı 



 

20

maraq dairələrinə parçalamaq əbəs yerə həyata keçirilən iddialı 



bir 

siyasətdir. 

Dünya 

parçalanmamalı, 



sadəcə 

olaraq 


rəngarənglik  əsasında  bəsitlərdən  mürəkkəblər  yaranmalıdır. 

Mövcud  dünya,  indiki  insan  təfəkkürü  yalnız  barışığı,  dinc 

yanaşmanı  istəyir  və  belə  şəraitlərin  yaranmasını  tələb  edir. 

Qlobal  və  regional  müharibələr  həm  də  elə  böyük  xalqların 

özlərinin  məhvi  üçündür.  Kiçik  xalqları  qəbul  etməyən  böyük 

xalqlar dünyada böyük  (burada həm də müdrik) ola bilməzlər. 

Böyük xalqlar dünyanın böyük məsuliyyət tərəfləridirlər. Onlar 

öz  yanlarında  yalnız  kiçik  xalqları  görə  bilərlər.  Bunlarsız 

onların  böyüklüyü  də  yoxdur,  çünki  müqayisə  predmeti  və 

obyekti  yoxdur.  Böyük  dövlətlər  çalışmalıdırlar  ki,  kiçik 

dövlətlərə  və  xalqlara  istismar  obyekti  kimi  baxmasınlar. 

Böyük 


dövlətlər 

elə 


etməlidirlər 

ki, 


öz 

iqtisadi 

potensiallarından  istifadə  etməklə  zəif  və  kiçik  dövlətlərin 

iqtisadiyyatlarını  dirçəltsinlər.  Böyük  dövlət  dedikdə,  bu 

dövlətə dünya siyasəti sistemində yalnız “zorakılıq gücü” kimi 

yanaşmaq tərzi artıq tarixdə qalmalıdır. Böyük dövlət ona görə 

güc  mərkəzi  hesab  olunmalıdır  ki,  bu  dövlət  digər  kiçik 

dövlətlərə  yardım etmək, onlara sosial-siyasi baxımdan kömək 

etmək  iqtidarında  olsun.  Böyük  güc  mərkəzləri  Avrasiyanın, 

eləcə  də  dünyanın  sivil  və  humanitar  mərkəzləri  kimi  mühüm 

rol  oynamalıdırlar.  Böyük  dövlətlər  arasında  rəqabət  isə  əsas 

etibarilə  zəif  dövlətlərin  inkişafına  doğru  yönəldilən  resurslar 

üzərində  həyata  keçirilməlidir.  Böyük  dövlətlərin  humanizmə, 

ümumi  dəyərlərə  xidmət edən  təsir  siyasətləri  genişlənməlidir. 

Onlar  öz  aralarındakı  rəqabətdə  “hansı  tərəfin  daha  çox 

inteqrasiya etdiyi ərazilər vardır” kimi fikir istiqamətlərini əsas 

götürməlidirlər.  Böyük  dövlətlər  yalnız  sülh  və  əməkdaşlıq 

şəraitində  inteqrasiya  proseslərini  gücləndirməkdə  maraqlı 

olmalıdırlar.  Onu  da  qəbul  etmək  lazımdır  ki,  böyük  dövlət 

varsa,  mütləq  qaydada  onun  öz  sərhədlərindən  kənarda 

məkanlar  üzrə  təsir  dairələri  də  olacaqdır.  Böyük  dövlətlərin 

daxili  və  xarici  siyasətləri  onunla  səciyyələnir  ki,  bu  dövlətlər 




Yüklə 4,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə