Microsoft Word gelecek dunya duzeni I kitab doc



Yüklə 4,51 Mb.
Pdf görüntüsü
səhifə8/189
tarix26.09.2017
ölçüsü4,51 Mb.
#1925
1   ...   4   5   6   7   8   9   10   11   ...   189

 

21

daima  öz  sərhədlərini  möhkəmləndirmək  və  maraqlarını 



sərhədlərədən çox kənara çıxarmaq uğrunda mübarizə aparırlar. 

Böyük  dövlətlər  çalışmalıdırlar  ki,  öz  aralarındakı  rəqabət 

mübarizəsində  həmin  məkanları  “soyuq  və  ya  da  qaynar 

cəbhələr xətlərinə” çevirməsinlər, həmin məkanlara barışdırıcı 

və  isti  münasibətlər  məkanları  kimi  baxsınlar.  Böyük  dövlət 

ona  görə  böyük  olmalıdır  ki,  öz  resurslarından,  elmi-texnoloji 

vasitələrindən 

istifadə 

etməklə, 

zəif 

dövlətlərin 



zəif 

vəziyyətlərindən,  kasıbçılqlarından  çıxmaları  üçün  onların 



tərkib  komponentllərini  zənginləşdirsinlər.  Əks  təqdirdə,  bu 

zəif  dövlətlərin  “istehsal  və  ixrac  edə  biləcəkləri”  mənfi 

ünsürlər  böyük  dövlətlər  üçün  problem  olaraq  qalacaqdır. 

Kiçik,  kasıb  və  zəif  dövlətlərin  əhalisi  bu  dünya  üçün  müsbət 

mənada  nələrisə  təqdim  edə  bilməyəcək.  Dünyanın  böyük 

işlərindən də kənarda qalacaq. Tarix sübut edir ki, heç bir zəif 

dövlət  insanları  böyük  işlərə  sövq  edə  bilməmişdir.  Tarix 

səhifəsinə  düşməyə  layiq  olan  bütün  əlamətdar  işlər  yalnız 

güclü  dövlət  hakimiyyətinin  məhsuludur.  Dövlət  zəif  olduqda 

onun  vətəndaşları  nəinki  böyük  işlər  görə  bilməmiş,  özləri  də 

ac və miskin  həyat  sürmüş,  ehtiyac və rəzalət girdabında  əzab 

çəkmiş,  yaxud  əsarət  və  köləliyə  məhkum olmuşlar.

1

 Dünyada 



bütövləşmək, bərabərləşmək və gücləri birləşdirmək, dünyanın 

mövcudluğunu  qorumaq  və  ümumdünyanı  inkişaf  etdirmək 

məqsədilə uyğunlaşdırma prosesləri həyata keçirilməlidir. Zəif 

inkişaf 


etmiş 

dövlətlərin 

əhalisi 

də 


uyğunlaşdırılma 

prinsiplərinə  müvafiq  olaraq  ümumdünya  resurslarından 

istifadə  etməlidir.  Deyilənlərə  əsasən,  hesab  etmək  olar  ki, 

yaxın,  orta  və  uzaq  müddətli  gələcək  zaman  trayektoriyasında 

dünya 

siyasəti 



gücləndikcə, 

xalqlararası, 

dövlətlərarası 

mübarziə  artdıqca,  dünyanın  humanist  məzmunlu  siyasəti  da 

genişlənəcəkdir.  Böyük  güc  mərkəzlərinin  gücləri  başlıca 

olaraq insanlığa xidmətə yönələcəkdir. Dünya siyasətində iradə 

                                                 

1

 Qalib Əhmədov. Dövlət və rəhbər. “Sumqayıt” nəşriyyatı, Bakı -1998, 



səh.368. 


 

22

daha  çox  ağıla  tabe  olacaqdır.  Bu,  məcburi  bir  prosesdir. 



Dünya  sərvətləri,  təbii  nemətləri  yalnız  insanlığın  inkişafına 

xidmət  edəcəkdir.  İnsanlığa  xidmət  etməyən  fəaliyyət  mütləq 

qaydada  həmin  fəaliyyət  göstərənin  özünə  doğru  yönələrək, 

ona  zərbə  olacaqdır.  Bu  baxımdan  da  böyük  dövlətlər  dərk 

edəcəklər ki, ətraf dövlətlərə satellit (“əlaltı”) və forpost statusu 

ilə yanaşmaq düzgün deyil və anti-humanist məzmunludur. 



 

Onu  da  nəzərə  almaq  lazımdır  ki,  həm  də  hadisələrin 

gedişatı onu göstərir ki, gələcək dünya düzənində güclü və zəif 

dövlətlər  yenə  də  mövcud  olacaqlar.  Güclü  dövlətlər  zəif 

dövlətlərə  daha  az  əsaslarla  istismar  obyekti  kimi  baxacaqlar. 

Dünya  dövlətləri  arasında  “böyük  qardaş-kiçik  qardaş” 

münasibətlərinin  yaranması  zərurətə  çevriləcəkdir.  Böyük  və 

kiçik  dövlətlərin  siyasəti  cəmi  halda  ümumdünya  rifahının 

yüksəlməsinə  yönələcəkdir.  Gələcək  dünya  düzənində  elmi 

tədqiqatlarda  irenologiya  (yunanca:  ire-sülh  və  logos-söz) 

geniş  yayılacaqdır.  (İrenologiya-geosiyasi  fikrin  liberal  dünya 

nizamı  problemlərinin  tədqiqi  ilə  məşğul  olan  elmi-idealist 

istiqamətdir). Bununla yanaşı, pasifizm (sülh uğrunda ictimai-

siyasi  proseslər)  dalğaları  da  geniş  yayılacaqdır.  İnkişaf 

etməmiş  cəmiyyətlərdə  sufrajistlər  hərəkatları  (qadınların 



ictimai-siyasi  azadlıqları  uğrunda  mübarizələri)  dalğaları 

meydana  gələcəkdir.  XXII  əsrdə  dünya  dövlətləri  öz 

cəmiyyətlərinin  idarə  edilməsində  çoxlu  sayda  çətinliklərdən 

azad  olacaqlar.  Cəmiyyətlərin  özləri  yüksək  səviyyəyə  qalxa 

biləcəkdir.  Ümumdünya  şüurunda  informasiya  texnologiyaları 

köklü 


dəyişikliklər 

yaradacaq 

və 

cəmiyyətlər-insanlar 



dövlətlərindən  daha  yüksək  mövqe  tutacaqlar.  Cəmiyyətlər 

dövlətlərə böyük təsirlər göstərəcəklər və dövlətə əsas etibarilə 



ictimai  sifarişi  yerinə  yetirən  vasitə  və  subyekt  kimi 

baxacaqlar. 

XXI  əsrin  ikinci  yarısı  və  XXII  əsr  boyu  böyük  və  kiçik 

dövlətlər  arasında  münasibətlərdə  səmimi  hallar  daha  çox 

büruzə  verəcəkdir.  Elə  indidən  insanlar  arasında  gələcəkdə 



 

23

qarşıya  çıxa  biləcək  təhdidlərin  aradan  qaldırılması  və  yeni 



inteqrasiya 

yollarının 

axtarılması 

problemləri 

ortaya 

çıxmaqdadır.  Mövcud  zamanla  gələcək  arasında  humanizm 



əsaslı  inteqrativ  körpünün  yaradılması  bəşəriyyəti  düşündürür.

 

Bəzi  problemlər  kimi  bu  kmi  məsələlər  müəyyən  edilir

beynəlxalq  ictimaiyyət  etiraf  edir  ki,  təbiətlə  ahəngdar  və 

harmonik  şəkildə  yaşamağa  hazırlığın  və  bacarığın  olmaması 

səbəbindən  planetar  miqyaslı  təhdidlərlə  üz-üzə  dayanıbdır; 

mövcud  ictimaiyyət  nümayəndələri,  dövlətlər  və  xalqlar 

gələcək  münasibətlərdə  qloballaşan  müasir  dünyada  dəyərlər 

sisteminin  dəyişməsinin,  sosial  və  mədəni  proseslərin 

sürətlənməsinin, həyatın bütün sahələrində stereotiplərin alt-üst 

olmasının  əvvəlki  tarixi  dövrlərdə  cəmiyyətin  şüurunda 

təşəkkül 

tapmış 


sosial 

təsəvvürlərdə 

əsaslı 

şəkildə 


dəyişikliklərə  yol  açdığını  müəyyən  edirlər;  bu  gün 

qloballaşma prosesinin genişlənərək və dərinləşərək alimlər və 

siyasətçilər qarşısında bəşəriyyətin heç zaman üzləşmədiyi yeni 

problemlər  qoyduğunu  və  yeni  humanitar  gündəliyin 

formalaşdırılmasını  tələb  edən  çoxsaylı  çağırışlar  mövcuddur; 

mədəniyyətlərarası  və  sivilizasiyalararası  dialoqun  bütün 

cəhdlərinə 

baxmayaraq, 

sivilizasiyaların 

münaqişəsi 

təhlükəsinin  kifayət  qədər  aktuallığı  müəyyən  olunur; 

multikulturalizm: 

nailiyyətlər 

və 


problemlər; 

dünyanı 


dəyişdirən  müasir  texnologiyalar;  elmlərin  konvergensiyası; 

biotexnologiyalar  və  etikanın  problemləri;  inkişafın  iqtisadi 

modellərinin humanitar aspektləri; sosial jurnalistika və yüksək 

texnologiyalar;  postmodernist  mədəniyyətdə  ənənəvi  dəyərlər 

sistemləri və s.

1

 



İkinci Bakı Beynəlxalq Humanitar Forumunun 

Bəyannaməsinə  əsasən  yeni  çağırışlar  da  təsbit  edilmişdir. 



İ

stiqamətlər 

olaraq 

bu 

kimi 

məsələlər 

müəyyən 

olunmuşdur:  multikulturalizm  problemlərinin  fəlsəfi  və  etik 

aspektlərinin  bundan  sonra  tədqiqinin  ksenofobiya,  irqçilik  və 

                                                 

1

 Bax. 2011-ci ilin Bakı Beynəlxalq Humanitar Forumunun Bəyannaməsi. 



http://www.bakuforum.org/az/deklaraciya/first_declaration/  


Yüklə 4,51 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə