Microsoft Word gelecek dunya duzeni I kitab doc



Yüklə 4,51 Mb.
Pdf görüntüsü
səhifə9/189
tarix26.09.2017
ölçüsü4,51 Mb.
#1925
1   ...   5   6   7   8   9   10   11   12   ...   189

 

24

dözümsüzlüyün  qarşısını  almaq  üçün  kütləvi  informasiya 



vasitələrində  lazımınca  işıqlandırılmasının  vacibliyinə  xüsusi 

diqqət yetirilir; dünyanın müxtəlif regionlarında getdikcə artan 

qarşıdurma  meyilləri  ilə  yanaşı,  əməkdaşlığa  və  qarşılıqlı 

anlaşmaya  zəmin  yaradan  hazırki  proseslərin  universitetlərdə, 

elmlər akademiyalarında və ayrı-ayrı fondlarda elmi fəaliyyətin 

diqqət  mərkəzində  dayanmalı  olduğu  düşünülür;  elmin  sürətli 

inkişafının yeni elmi paradiqmanın təşəkkülünə yol açdığını və 

onun  təhsildə  öz  əksini  tapmasının  zəruri  olduğu  düşünülür; 

konvergent  texnologiyaların  gələcək  üçün  rolu  və  əhəmiyyəti 

vurğulanılır;  nano-,  bio-,  info-  və  koqnitiv  texnologiyaların 

inkişafına  və  onlardan  lazımınca  istifadəyə  böyük  diqqət 

yetirilməsi  vacib  sayılır;  tarixdə  analoqu  olmayan  fenomen 

kimi  informasiyanın  formalaşması  və  yayılması  prosesində 

yeni  texnologiyaların  və  sosial  şəbəkələrin  rolunun  artması 

etiraf edilir və s.

1

  

Gələcəkdə  dövlətlərin  funksiyalarında  yeni  tendensiyalar 



müşahidə  ediləcəkdir.  Bu,  daha  çox  sərbəst  cəmiyyət 

hakimiyyətinin  (sosiokratiyanın)  formalaşması  ilə  əlaqəli 

olacaqdır.  Sosiokratiyalarda  cəmiyyətlər  öz  üzərlərində 

hakimiyyəti  təmin  edə  biləcəklər  və  eləcə  də  dövlətlərinə 

verdikləri  sifarişlərlə  bağlı  mühüm  əhəmiyyət  kəsb  edə 

biləcəkdir. Dövlətlər öz cəmiyyətlərinə bağlı olacaqlar və onlar 

üçün tənzimedici bir quruma çevriləcəklər. Bu dövrdə dövlətin 

cəmiyyətlər  üzərində  nəzarəti  daha  çox  cəmiyyətin  dövlətlər 

üzərində  nəzarəti  ilə  əvəz  edilə  biləcəkdir.  İnsan  amili 

sosiokratiyanın  baza  ideoloji  amili  olacaqdır.  Bu  baxımdan  da 

gələcəkdə  kiçik  dövlətlərin  dövlət  rəhbərlərinin  böyük 

dövlətlərin  dövlət  rəhbərlərinin  maraqlarına  cavab  verməsi 

məsələləri  tədricən  arxa  plana  keçə  biləcəkdir.  Hal-hazırda 



əksər kiçik dövlətlərdə böyük dövlətlərin dəstəyi ilə hakimiyyətə 

gəlmiş  qrup  və  şəxs  öz  xalqını  da  həmin  böyük  dövlətin 

maraqlarına  doğru  sürükləyir.  Bundan  da  böyük  xalqın 

                                                 

1

 Bakı Beynəlxalq Forumun Bəyannaməsi. 2012-ci il 4-5 oktyabr. 



http://www.bakuform.org/deklaraciya  


 

25

hakimiyyəti  daha  da  böyüyür.  Nəticədə  beynəlxalq  aləmdə 



münasibətlərdə  böyük  xalq  hakmiyyəti  məsələsi  ortaya  çıxır. 

XXII əsrdə kiçik dövlətlərin hakimiyyətləri böyük dövlətlərdən 

az  miqdarda  asılı  ola  biləcəklər.  Böyük  dövlətlərin 

hakimiyyətlərinin  kiçik  dövlətlərin  hakimiyyətlərini  idarə 

etmək  prinsipləri  tədricən  zəifləyə  biləcəkdir.  Gələcək  liberal 

dünyada 


böyük 

dövlət 


rəhbərləri 

kiçik 


dövlətlərin 

rəhbərlərindən  müəyyən  bac-xəraclar  tələb  edə  bilməyəcəklər, 

yaxud  da  şəxsi  qaydada  kiçik  ölkə  iqtisadiyyatında  təsiredici 

ünsürə  çevrilə  bilməyəcəklər.  Kiçik  ölkələrin  rəhbərləri  ilə 

böyük  dövlətlərin  rəhbərləri  arasındakı  münasibətlərdə  “kiçik 

ölkələrdə  böyük  ölkə  rəhbərlərinin  paylara  malik  olması” 

prinsipləri  tədricən  ləğv  oluna  biləcəkdir.  (Bu  gün  bir  çox 



ölkələrdə  oliqarx  dövlət  rəhbərləri  mövcuddur  ki,  onların  da 

da başqa ölkələrdə, transmilli korporasiyalarda öz payları var. 

“Prezident-biznesmen” 

vəzifələri 

formalaşmışdır. 

Böyük 

ölkələrdə  bu  vəzifəni  tutan  şəxslər  də  hətta  elə  bir  siyasət 

həyata  keçirirlər  ki,  kiçik  ölkələrdə  böyük  ölkə  rəhbərlərinin 

dəstəyini  qazanmış  dövlət  hakimiyyəti  xalqın  hüquqlarını 

özlərinə satmaqla məşğul olur. “Təbii hüquqların marketinqi” 

həyata  keçirilir).  Gələcək  zamanda  isə  kiçik  ölkələrdə  dövlət 

rəhbərləri  böyük  ölkələr  tərəfindən  yox,  xalqın  dəstəyi  ilə 

müəyyən  edilə  və  seçilə  biləcəkdir.  Bu  baxımdan  da  böyük 

dövlətdən  qorxu  naminə  kiçik  ölkələrin  rəhbərlərinin  öz 

hakimiyyətlərini  saxlaması  üçün  cəmiyyət  üzərində  təzyiqləri 

minimuma  enəcəkdir  və  cəmiyyətlərdə  hərbi  üsul  idarələri, 

avtoritar  rejimlər  formalaşa  bilməyəcəkdir.  Böyük  güc 

mərkəzlərində  baş  verəcək  total  demokratizasiya  prosesləri 

regionlarda,  kiçik  dövlətlərdə  də  siyasi  dalğalar  əmələ 

gətirəcəkdir.  Məsələn,  Rusiyada,  Hindistanda,  İndoneziyada, 

Pakistanda,  Latın  Amerikasında

1

 bu  gün  korrupsiya  rejimləri 



mövcuddur.  Məsələn,  Nigeriya  bu  baxımdan  daha  da  ön 

yerlərdən  birini  tutur.  Lakin  güman  etmək  olar  ki,  orta 

                                                 

1

 Збигнев Бжезинский. Выбор. Глобальное господство или гдобальное 



лидерство(Zbigniew Brzezinski. The Choice: Global Domination or Global 

Leadership) /Пер.с англ. –М.: Междунар. Отношения, 2004.-288 с., səh. 75. 




 

26

müddətli  gələcəkdə  Rusiyada  (Rusiya  hakimiyyətində,  məmur 



aparatlarında,  hüquq-mühafizə  orqanlarında  şəbəkələşmiş 

korrupsiya  halları  mövcuddur.  Rusiya  Müdafiə  Nazirliyində 

böyük  məbləğdə  korrupsiya  faktlarına  görə  ölkənin  müdafiə 

naziri  Anatoli  Serdyukov  2012-ci  ilin  noyabr  ayının  6-da 

vəzifəsindən  azad  edildi.  ABŞ  politoloqu  Zbiqnev  Bjezinskiyə 

görə,  korrupsiya  halları  daha  çox  inkişaf  etməkdə  olan 

ölkələrdə,  xüsusilə  “neft iqtisadiyyatına” malik olan ölkələrdə 

geniş  şəkildə  mövcud  olur  )

1

 

korrupsiyanın  azaldılması  və 

şəffaflığın  təmin  edilməsi  onun  təsir  dairəsində  olan  kiçik 

dövlətlərdə də böyük rezonans doğuracaqdır və şəffaf vətəndaş 

cəmiyyətlərinin formalaşması dalğaları geniş yayılacaqdır. 

Hal-hazırda  dövlət 

maraqlarının  təmin  edilməsində 

realizmin  geniş  yayılmasına  baxmayaraq,  insan  hüquqlarının 

qorunmasına  və  inkişafına  dair  mühüm  siyasət  həyata 

keçirilməkdədir.  Xüsusilə  II  Dünya  müharibəsinin  və  “soyuq 

müharibə”  dövrünün  fəsadlarından  əldə  edilən  dərsverici 

nəticələr  liberal  siyasətin  genişlənməsini  zəruri  etməkdədir. 

Humanizmə  dair  fundamental  və  nəzəri  ideyalar  normalara 

çevrilib və əməl olunması vacib olan qaydalar kimi əhəmiyyət 

kəsb edir.  

Humanist  əsaslı  siyasətin  forma  və  istiqamətləri,  mənaları 

dövlətlərin  daxili  qanunvericiliklərində  və  xarci  siyasət 

aktlarında,  eləcə  də  beynəlxalq  münasibətləri  tənzim  edən 

sənədlərdə  öz  əksini  tapmışıdr.  Bu  baxımdan,  ABŞ 

Konstitusiyasının  girişində  qeyd  edilir:  “Biz,  Birləşmiş 

Ştatların  xalqı,  daha  təkmil  bir  birlik  yaratmaq,  ədalət  təsis 

etmək,  ölkə  daxilində  əmin-amanlğa  zəmanət  vermək,  ümumi 

müdafiə  təmin  etmək,  eyni  zamanda  özümüz  və  gələcək 

nəslimiz  üçün  azadlıq  səadəti  təmin  etmək  naminə  Amerika 

Birləşmiş  Ştatları  üçün  bu  Konstitusiyanı  təntənə  ilə  elan  edir 

və qəbul edirik.” Bu konstitusiyaya 1791-ci ildə edilmiş ilk on 

                                                 

1

 Збигнев Бжезинский. Выбор. Глобальное господство или гдобальное 



лидерство(Zbigniew Brzezinski. The Choice: Global Domination or Global 

Leadership) /Пер.с англ. –М.: Междунар. Отношения, 2004.-288 с., səh. 75 




Yüklə 4,51 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə