Microsoft Word Geo 7 mv-az-capa doc



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə1/47
tarix23.01.2018
ölçüsü3,69 Kb.
#22032
növüDərs
  1   2   3   4   5   6   7   8   9   ...   47



 
2
 KİTABIN İÇİNDƏKİLƏR 
 
DƏRSLİK KOMPLEKTİ HAQQINDA.................................................................. 3 
COĞRAFİYA FƏNN KURİKULUMU HAQQINDA............................................ 7 
FƏNN ÜZRƏ MƏZMUN STANDARTLARININ  REALLAŞMA CƏDVƏLİ .... 9 
FƏNLƏRARASI İNTEQRASİYA CƏDVƏLİ....................................................... 11 
İLLİK PLANLAŞDIRMA NÜMUNƏSİ ................................................................ 13 
COĞRAFİYA DƏRSLƏRİNDƏ MÜASİR TƏLİM TEXNOLOGİYALARI ........ 14 
MÜASİR QİYMƏTLƏNDİRMƏ ........................................................................... 16 
 
MÖVZULAR ÜZRƏ TƏLİM MATERİALLARI İLƏ  
İŞ TEXNOLOGİYASININ ŞƏRHİ 
 
1. YER HAQQINDA BİLİKLƏRİN İNKİŞAFI ........................................................... 20 
  
KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRMƏ
......................................................... 31 
2. YER KÜRƏSİNİN KARTOQRAFİK TƏSVİRİ....................................................... 33 
KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRMƏ
......................................................... 43 
3. YER GÜNƏŞ SİSTEMİNDƏ.................................................................................... 45 
KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRMƏ
......................................................... 55 
4. YER SƏTHİNİN RELYEFİ ...................................................................................... 57 
KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRMƏ
......................................................... 69 
5. YERİN HAVA TƏBƏQƏSİ...................................................................................... 71 
KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRMƏ
......................................................... 85 
6. YER KÜRƏSİNDƏ SUYUN PAYLANMASI ......................................................... 87 
KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRMƏ
......................................................... 99 
7. YERİN CANLI TƏBƏQƏSİ ..................................................................................... 101 
KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRMƏ
......................................................... 112 
8. DÜNYA DÖVLƏTLƏRİNİN MÜXTƏLİFLİYİ ...................................................... 114 
KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRMƏ
......................................................... 125 
9. İQTİSADİYYAT VƏ COĞRAFİYA ......................................................................... 127 
KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRMƏ
................................................................ 137
 
GÜNDƏLİK PLANLAŞDIRMAYA DAİR NÜMUNƏLƏR ................................. 139 
MƏNBƏLƏR ............................................................................................. 144 
 
Ümumi təhsil pilləsinin dövlət standartları və proqramları (kurikulumları) əsasında hazırlanmışdır.  
Coğrafiya  – 7. Müəllim üçün metodik vəsait. 
Y.Qəribov, N.Seyfullayeva, Y.Şabanova, Ş.Hümbətova, T.İsmayılova. Bakı, “Bakınəşr” – 2014, 144 səh. 
ISBN 978-9952-430-13-4 (2) 
© Azərbaycan Respublikası Təhsil Nazirliyi, 2014 
Müəlliflik hüquqları qorunur. Xüsusi icazə olmadan bu nəşri və yaxud onun hər hansı hissəsini 
yenidən çap etdirmək, surətini çıxarmaq, elektron informasiya vasitələri ilə yaymaq qanuna ziddir. 
Dil redaktoru:  S.Hüseynov  
Korrektor: K.Cəfərli 
Format: 70x 100
1
/
16
. Ofset kağızı  №1. Fiziki çap vərəqi 9. 
Ç 
Çapa imzalanmışdır:  06.08.2014.  Tiraj: 6 900, pulsuz.
 
Çap üçün deyil


 
3
1. DƏRSLİK KOMPLEKTİ HAQQINDA 
 
VII sinif üçün “Coğrafiya” dərslik komplekti Azərbaycan Respublikası Təhsil Na-
zirliyinin təsdiq etdiyi “Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün coğ-
rafiya fənni üzrə təhsil  proqramı (kurikulumu)” əsasında hazırlanmışdır. 
Coğrafiya fənni üzrə VII sinif dərsliyi təbiət-cəmiyyət münasibətləri baxımından 
şagirdlərdə məntiqi, tənqidi, yaradıcı təfəkkürün, sadədən mürəkkəbə doğru inkişafın, 
fənnin tədrisində yeni texnologiya və kommunikasiya vasitələrinin tətbiq olunması 
bacarıqlarının inkişafını ön plana çəkmişdir. Dərslik şagirdlərdə tədqiqatçılıq bacarığı, 
fikirlərini ümumiləşdirərək təqdimatlar etmək, proqnoz vermək, referatlar hazırlamaq, 
təbiətdə və cəmiyyətdə baş verən hadisə və prosesləri təhlil edib qiymətləndirmək ba-
carığı formalaşdıracaq, müasir Azərbaycan  şagirdinə tolerantlıq, ekoloji mədəniyyət, 
iqtisadi göstəricilərdən istifadə edə bilmək, nəticə çıxarma, layihələr irəli sürmə baca-
rıqları verəcəkdir. 
Dərsliklərin komplekt şəkildə  nəşr olunması  təhsil prosesində müəllim-şagird 
fəaliyyətinin tam təsəvvür olunmasını  və üzvi şəkildə  əlaqələndirilməsini təmin edir, 
müəllimin planlaşdırmadan qiymətləndirməyə qədər bütün fəaliyyətini istiqamətləndi-
rir, təlim prosesində şagirdlərin müstəqilliyinin və tətbiq bacarıqlarının genişlənməsinə 
imkan yaradır. Bu baxımdan  şagirdlər məlumatlar  əldə etmək üçün axtarışlara cəlb 
olunur, onlara fəal təlim şəraiti yaradılır. Şagirdlərin fərdi marağı nəzərə alınmaqla zə-
ruri həyati bacarıqların formalaşdırılmasına, məntiqi, tənqidi və yaradıcı təfəkkürün in-
kişaf etdirilməsinə imkan yaradır, təlimə marağı artırır. 
Dərslik komplektində Coğrafiya fənni üzrə  təhsil proqramında (kurikulumunda) 
nəzərdə tutulmuş bütün məzmun standartları reallaşdırılmış, faktların dəqiqliyi, əyani-
liyin, müasirliyin, qrammatik qaydaların gözlənilməsi ön plana çəkilmişdir. Təlim ma-
teriallarında sadədən mürəkkəbə, məntiqi və xronoloji ardıcıllıq nəzərə alınmışdır. 
Dərslikdə öz əksini tapmış  təlim materiallarının yaş  səviyyəsinə uyğun, sadə dildə, 
lakonik olmasına çalışılmışdır. Dərslikdən növbəti illərdə  də istifadə ediləcəyindən 
verilmiş tapşırıqları şagirdlərin dəftərlərində işləməsi nəzərdə tutulur.    
Dərsliyin əvvəlində tədris prosesinin metodoloji mərhələlərinə uyğun olaraq təlim 
blokları haqqında məlumat verilmişdir.  
 
2. DƏRSLİK KOMPLEKTİNİN STRUKTURU 
 
Dərslik 9 tədris vahidindən ibarətdir: 
1. Yer haqqında biliklərin inkişafı  
2. Yer kürəsinin kartoqrafik təsviri 
3. Yer Günəş sistemində 
4. Yer səthinin relyefi 
5. Yerin hava təbəqəsi  
6. Yer kürəsində suyun paylanması  
7. Yerin canlı təbəqəsi 
8. Dünya dövlətlərinin müxtəlifliyi 
9. İqtisadiyyat və coğrafiya 
 
Çap üçün deyil


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə