Microsoft Word geologiya-1-2011. doc



Yüklə 73,37 Kb.
Pdf görüntüsü
tarix01.02.2018
ölçüsü73,37 Kb.
#23396


 

 

152



BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№1                                Təbiət elmləri seriyası                                 2011 

 

 

 

 

 

UOT 624.131.1 

ŞƏMKİRÇAY-GƏNCƏÇAY ARASI SAHƏNİN YERALTI SULARININ 

BALANSI VƏ İSTİFADƏ PERSPEKTİVLİYİ 

 

E.A.MƏMMƏDOVA 

Bakı Dövlət Universiteti 

m.esmiralda@yahoo.com 

 

Tədqiqatlar göstərir ki, Şəmkirçay-Gəncəçay arası sahədə içmək və su təchizatı üçün 

tam yararlı olan şirin suların böyük ehtiyatı mövcuddur və bu sulardan su təchizatında 

(Gəncə, Daşkəsən və Şəmkir şəhərlərində) geniş istifadə etmək olar. 

 

Açar sözlər: hidrogeoloji şərait, geoloji quruluş, yeraltı sular, balans

 

Gəncə-Qazax düzənliyinin  əsas çay sistemləri Gəncəçay və ona həm-



sərhəd olan qərbə doğru Qoşqarçay və  şərqə doğru Kürəkçay, o cümlədən 

Ağstafaçay, Tovuzçay, Zəyəmçay, Cəgirçay, Şəmkirçay hesab edilir.  

Bu çaylar ətraf yaşayış  məntəqələrinin suya olan təlabatının ödənilmə-

sində xüsusi əhəmiyyət kəsb edir. Onların uzunluğu az olub, su bəndləri kiçik 

ərazini əhatə edir. Gəncəçayın uzunluğu 93 km, su bəndinin sahəsi 752 km

2



Qoşqarçayın uzunluğu 76 km, su bəndinin sahəsi 798 km

2

, Şəmkirçayın uzun-



luğu 85 km, su bəndinin sahəsi 1166 km

2

  təşkil edir. Kürəkçay bu göstəri-



cilərinə görə Gəncəçay və Qoşqarçaydan kiçikdir. Dağ çayları axının orta və 

yuxarı hissələrində böyük meylliyə malikdir. 

Çayların gətirmə konusları öz ölçülərinə  və relyefin morfologiyasına 

görə müxtəlifdir. Gətirmə konuslarının başlanğıcında konuslararası depres-

siyalarla ayrıldığı halda, kənarlarda, bəzən isə mərkəz hissədə onlar birləşərək 

düzənlik əmələ gətirir. 

Ümumiyyətlə, Gəncə-Qazax düzənliyi Kiçik Qafqazın  şimal-şərqində 

formalaşan yerüstü axımın yayıldığı ərazidir. Burada çay şəbəkələrinin sıxlığı 

dağlıq hissədə 1 km/km

2

-dən 0,2 km/km



2

-ə qədər dəyişir. Dağətəyi düzənlikdə 

hidroqrafik şəbəkə qeyri-bərabər paylanmışdır. Qoşqarçaydan qərbdə şəbəkə-

nin sıxlığı 0,3-0,2 km/ km

2

, ondan şərqdə isə 0,2-0,05 km/ km



-ə çatır. Yer-

üstü axım 1 l/san /km

2

 -dən az olur. Lakin Küryanı zonada yeraltı suların paz-



laşması  və suvarma sularının artması  nəticəsində yerüstü axımın miqdarı 5 


 

 

153



m

3

/san/ km



2

 -ə qədər çatır. 

1 saylı  cədvəldə çayların morfometrik səciyyəsi, 2 saylı  cədvəldə isə 

onların suyunyn minerallaşması, kimyəvi tərkibi və bulanlıqlığı verilir. 

 

Cədvəl 1 



Çayların morfometrik səciyyəsi 

 

Mütləq 



yüksəklik 

Çayın adı 

Hidroməntəqənin 

adı 


Çayın 

uzunluğu, 

Çayın 


suyığıcı 

sahəsi, km

2

 

Hövzənin orta 



mütləq 

yüksəkliyi,m 

Mənbə-

də 


Mən-

səbdə 


Ağstafaçay 

Tovuzçay 

Zəyəmçay 

Cəgirçay 

Şəmkirçay 

Gəncəçay 

Qoşqarçay 

 

Qırmızı körpü 



Yuxarı öküzlü 

Yanıxlı 


Cəgir 

Borsum 


Zurnabad 

Sarıtana 

 

121 


76 

90 


58 

85 


98 

76 


2509 

903 


942 

326 


1166 

752 


798 

1720 


1142 

850 


1620 

1634 


2800 

1840 


2680 

2200 


2920 

2814 


203 

156 


140 

120 


93 

70 


83 

 

Cədvəl 2 



Çayların hidrokimyəvi səciyyəsi 

Çayın adı 

Suyun minerallaşma 

dərəcəsi, q/l 

Suyun kimyəvi 

tərkibi 


Suyun bulanlıqlığı 

Ağstafaçay 

Tovuzçay 

Zəyəmçay 

Cəgriçay 

Şəmkirçay 

Qoşqarçay 

Gəncəçay 

Kürəkçay 

Gerançay 

0,26 – 0,37 

0,4 – 0,5 

0,3 – 0,4 

0,3 – 0,54 

0,2 – 0,37 

0,2 – 0,38 

0,15 – 0,3 

0,16 – 0,45 

0,44 

HCO


3

-Ca 


HCO

3

-Na 



HCO

3

-Ca 



HCO

3

-Ca 



HCO

3

-Ca  



HCO

3

-Ca 



HCO

3

-Ca  



HCO

3

-Ca  



HCO

3

-Ca 



100 – 200 

200 – 400 

 150 

350 


450 

310 


63 

210 


19 

 

Cədvəldən göründüyü kimi, Kiçik Qafqazın dağətəyindən axan çayların 



uzunluğu az, suyığıcı hövzəsinin sahəsi nisbətən kiçikdir. Bütün çaylar 

başlanğıcında və ortada dağ çayı xarakteri daşıyır ki, burada vadilərin mailliyi 

böyük, suyun axım sürəti yüksəkdir. Düzənliyə keçdikcə çay dərələrinin 

mailliyi azalır, vadiləri genişlənir, axımın sürəti isə  zəifləyir. Bu səbəbdən 

çayların rejimi, əsasən dağlıq hissədə iqlim şəraiti ilə əlaqədar olur. 

Çay axınlarının formalaşmasında yeraltı sular da iştirak edir. Yeraltı 

sularla qidalanma: atmosfer çöküntülərindən, ərazinin geoloji quruluşundan və 

hidrogeoloji şəraitindən, sulu süxurların tərkibindən asılıdır [1].  

Qeyd etmək lazımdır ki, suyığıcı hissəsi alçaq olan çayların axımının 30 

% -ni, yüksək olan çayların axımının 40-55% -ni yeraltı sular təşkil edir. 

3 saylı cədvəldə çayların orta illik sərfi, 4 saylı cədvəldə isə çayların illik 

sərfinin aylar üzrə paylanması verilmişdir. 




 

 

154



 

Cədvəl 3 



Çay axımının orta illik sərfi 

 

Qidalanma mənbəyi, % 



Çayın adı Müşahidə nöqtəsi 

Çayın 


orta illik 

sərfi, m


3

/s 


Qar suları 

Yağış 


suları 

Yeraltı sular 

Zəyəmçay 

Cəgirçay 

Şəmkirçay 

Gəncəçay 

Qoşqarçay 

 

Yanıxlı 



Cəgir 

Borsum 


Zurnabad 

Sarıtana 

 

5,05 


0,57 

8,38 


4,06 

0,76 


28 

15 


34 

36 


23 

27 


45 

12 


18 

32 


45 

40 


54 

36 


45 

 

Cədvəl 4 



Çayların illik sərfinin aylar üzrə paylanması 

 

Aylar üzrə sərf, m



Çayın adı 

I  II III IV V VI VII 

VIII IX X XI 

XII 

Gəncəçay 



Qoşqarçay 

1,39 


0,28 

1,53 


0,38 

2,32 


0,80 

6,50 


2,06 

9,31 


1,74 

9,46 


1,71 

5,39 


0,81 

3,41 


0,48 

2,63 


0,40 

2,76 


0,42 

2,2 


0,3 

1,3 


0,3 

 

Bundan  əlavə, qeyd etmək lazımdır ki, suvarma sistemləri də qrunt 



sularının qidalanma mənbəyi hesab edilir. 

Məlumdur ki, tədqiq olunan rayon gilli qumlar və gillərlə növbələşən 

qayma-çaydaşlarının növbələşməsindən ibarətdir. Kobuddənəli materiallar 

çayların gətirmə konuslarının kənar hissələrinə doğru fasial olaraq dəyişir və 

burada qumlar, gilli qumlar və gillər üstünlük təşkil edir. Kobuddənəli mate-

riallar gilli qum və qumlu gilli süxurlarla növbələşərək, çöküntülər daxilində 

çayların gətirmə konusunu əmələ gətirir. Qumdaşlarına və qayma çaydaşlı çö-

küntülərə sulu horizontlar uyğunlaşmışdır: üst hissəyə qrunt suları, alt hissəyə 

təzyiqli sular. Bu suların  əsas qida mənbələri atmosfer çöküntüləri, yerüstü 

sular, bulaqlar, leysan suları və s. hesab edilir.

  

Öyrənilən  ərazidə kontinental qatın  əksər hissəsində çayların gətirmə 



konusunda yeraltı sular az minerallaşma dərəcəsi ilə xarakterizə olunur (1,2 

q/l-ə qədər). Bu sular Şəmkirçay-Gəncəçay arası sahənin sağ zolağında inkişaf 

tapmışdır. Burada duz konsentrasiyasının qanunauyğun dəyişməsi müşahidə 

olunur (yəni sularda minerallaşma dərəcəsi artır) [2]. 

Minerallaşma dərəcəsi 1 q/l-dən yuxarı olan yeraltı suların sərhədi  şi-

malda dəmiryol xəttindən, Gəncə  şəhərinin  şimal və  şimal-şərq hissəsindən 

keçir. Minerallaşma dərəcəsi 1 q/l-dən yuxarı olan yeraltı sular, həmçinin əra-

zinin cənub-şərq hissəsində dəyişməzdir və fərqlidir. Burada suların mineral-

laşmasına görə fərqlənən Kürəkçayın xüsusi rolu vardır. 

Çayların gətirmə konusu çöküntülərinin yeraltı sularının kimyəvi tərkibi 

hidrokarbonatlı-sulfatlı-kalsiumlu tipdir. Şimala doğru getdikcə sulfatlılıq ar-



 

 

155



tır, artıq şimal və şimal-şərq hissədə çöküntülərdə xlorid tərkibli sular müşa-

hidə olunur. 

Kimyəvi tərkibinə və minerallaşma dərəcəsinə görə təzyiqsiz və təzyiqli 

sulu laylar keyfiyyətcə  «İçməli su» təlabatına tam cavab verir. Suların mi-

nerallaşma dərəcəsi 0,4-1,0 q/l, tərkibi hidrokarbonatlı-kalsiumludur. Onların 

tərkibində mikroelementlərin və  zərərli kimyəvi maddələrin miqdarı içməli 

sular üçün buraxıla bilən konsentrasiya həddini aşmır. Uzunmüddətli istismara 

baxmayaraq, yeraltı suların keyfiyyəti dəyişmir. 

Kəşfiyyat quyularının məlumatlarına  əsasən, burada bir qrunt- və iki 

təzyiqli sulu horizont ayrılır. 

Qrunt sularının qidalanma mənbələri əsasən çay suları, atmosfer çökün-

tüləri və irriqasiya sularından ibarətdir. Onların yatım dərinliyi gətirmə konus-

larının başlanğıcı olan dağətəyi zonada 90-100 m-ə çatır. Dağətəyi zonadan 

düzənliyə və həm də Kür çayına doğru getdikcə qrunt sularının yatım dərinliyi 

azalır ki, buna da səbəb həmin istiqamətdə çaqıl-çınqılların azalması, qumlu 

və gilli materialların artmasıdır. Kür çayına yaxın sahələrdə qrunt sularının 

yatım dərinliyi 3 m-ə çatır. Hidrorelyefin mailliyi qrunt sularının axımı is-

tiqamətində 0,029-dan 0,010-a, süxurların süzülmə əmsalı 0,5-dən 15,0 m/sut -

ya qədər dəyişir [3]. 

Süzülmə  əmsalının  ən böyük orta asılılıq qiyməti 7,0-8,0 m/sut olur. 

Qazılmış quyuların sərfi 6,5-18,0 l/sut təşkil edir. Adətən quyuların vahid sərfi 

0,5-4,7 l/san, sulu layların sukeçiriciliyi 470-600 m

2

/ sut təşkil edir. 



Dağətəyi zonadan düzənliyə doğru kəsilişdə iri dənəli materiallar qumlu 

gil, gillərlə növbələşir və həmin istiqamətdə yeraltı sular təzyiqli xarakter daşı-

mağa başlayır. Çayların  əmələ  gətirdiyi konusların aşağı hissələrində konti-

nental çöküntülərdə iki təzyiqli horizont ayrılır. 

Birinci təzyiqli horizont bütün ərazi üzrə yayılmaqla, 18,5-46,1 m 

dərinlikdə rast gəlinir. Litoloji tərkibcə  həmin horizont çaqıl-çınqıllardan və 

onların qumlu gillər, gilli qumlar və gillərlə dolmasından ibarətdir. Sulu 

horizontların qalınlığı 60-80 m arasında dəyişir. Sulu horizontun qidalanması 

yerüstü sular, atmosfer çöküntüləri, irriqasiya sularından infiltrasiya və yeraltı 

axımla qonşu sahələrdən gələn sular hesabına baş verir. Horizontun boşalması 

yeraltı axımla Kür çayına və üstdə yatan təzyiqsiz sulu horizontlara doğru 

müşahidə olunur. Pyezometrik səviyyə yer səthindən 15-25 m aşağıda yerləşir. 

Yeraltı axım dağətəyi zonadan Kür çayı istiqamətində olub, mailliyi 0,03-

0,01-ə çatır. Birinci təzyiqli sulu horizonta qazılmış quyularda sərf 5,5-14,7 

l/san-yə qədərdir. Həmin quyuların vahid sərfi isə 0,66-2,9 l/san-yə çatır. 

Birinci təzyiqli sulu horizontla təzyiqsiz sulu horizontun birgə  işlədiyi 

zaman quyunun sərfi 1,8 l/san, vahid sərfi isə 0,65-3,6 l/san-yə çatır. Sulu 

horizontun filtrasiya xüsusiyyətləri nisbətən sabitdir və süxurların süzülmə 

əmsalı 5,2-11,6 m/sut-ya qədər dəyişir. Birinci təzyiqli sulu horizontun 

sukeçiriciliyi 477-875 m

2

/sut-ya qədər dəyişir. Bu horizontun suları rayonun 




 

 

156



bütün ərazisi üzrə yayılmışdır və onların minerallaşma dərəcəsi 0,4-1,0 q/l ara-

sında dəyişir. Kimyəvi tərkibinə görə yeraltı sular hidrokarbonatlı-kalsiumlu, 

hidrokarbonatlı-natriumludur. Suların ümumi codluğu 3,36-10,27 mq/ekv/l-ə 

qədər dəyişir. Hidrogen göstəricisinin qiyməti isə 6,85-7,6 -dir. 

Aparılan spektral analizlər göstərir ki, suların tərkibində mümkün olan 

kimyəvi elementlər normanı aşmır. 

İkinci təzyiqli sulu horizont rayonun bütün ərazisində  aşkar edilmişdir 

və 170-283 m dərinlikdə açılmışdır. Rayonun bəzi hissələrində bu təzyiqli 

horizont 120-175 m dərinlikdə yerləşmiş və birinci sulu horizontdan qalınlığı 

10-25 m olan gil layları, bəzən də qumlu-gil layları ilə ayrılır. Sulu horizontun 

maksimal dərinliyi tədqiqat rayonunun şimal-qərbində müşahidə olunur. 

Litoloji tərkibinə görə ikinci təzyiqli sulu horizont əsasən iri dənəli 

qumlardan, çaqıl-çınqıllardan təşkil tapmışdır. Hoirizontun maksimal qalınlığı 

65 m, bəzən isə daha çox olur. Süxurların süzülmə əmsalı 2,5-23,5 m/sut, bəzi 

hallarda isə 27,5 m/sut-ya çatır.  İkinci təzyiqli sulu horizontun sukeçiricilik 

əmsalı 250-337 m

2

/sut-ya qədər dəyişir. 



Bu horizontun əsas qidalanma mənbəyi atmosfer çöküntülərindən, yer-

üstü sulardan və irriqasiya sularından (suvarma suları) infiltrasiyadır. Pye-

zometrik səviyyənin orta asılılıq qiyməti gətirmə konusunun başlanğıcında 

olur və  şimala - Kür çayına doğru təzyiqin artması ilə pyezometrik səviyyə 

hamarlaşır və maillik 0,025-0,002 -ə çatır. 

İkinci sulu horizontun suyunun minerallaşma dərəcəsi 0,4-1,0 q/l-ə çatır, 

kimyəvi tərkibi  əsasən hidrokarbonatlı, hidrokarbonatlı-sulfatlıdır. Suların 

tərkibində olan mikrokomponentlərin mümkün miqdarı normadan artıq de-

yildir və içməli suya qarşı olan təlabata cavab verir.  

Şəmkirçay-Gəncəçay arası sahənin yeraltı sularının balansının öyrənil-

məsi onların resursunu hesablamağa imkan verir. Yeraltı suların balansının 

gəlir hissəsi atmosfer çöküntülərinin, yerüstü suların, suvarma sularının infil-

trasiyasından, kondensasiya sularından və yeraltı axımla sahəyə daxil olan 

sulardan ibarətdir. 

Ərazidə atmosfer çöküntülərinin miqdarı  həm ilin mövsümləri və  həm 

də sahə üzrə qeyri-bərabər paylanır ki, bu da onların yer altına süzülmə xarak-

terinin müxtəlifliyinə  səbəb olur. Yer səthinə düşən atmosfer çöküntülərinin 

bir hissəsi yenidən buxarlanır, bir hissəsi yerüstü axınla çaylara, göllərə və di-

gər yerüstü su hövzələrinə axır, qalan hissəsi isə yer altına süzülərək, qrunt 

suyu horizontuna daxil olur. Tədqiqatlar göstərir ki, yer səthinə düşən atmos-

fer çöküntülərinin 24% -i yeraltı suların qidalanmasına sərf olunur və tədqiqat 

aparılan sahədən (300 km

2

) yer altına infiltrasiya olunan suyun həcmi 0,74 m



3

-

ə  bərabərdir (sahəyə düşən atmosfer çöküntülərinin illik miqdarı 323 mm-ə 



bərabərdir) [3].  

Çaylardan infiltrasiya olunan suyun miqdarı A.N.Kostyakov düsturu ilə 

hesablanır. Şəmkirçay və Gəncəçaydan infiltrasiya olan suyun miqdarı uyğun 



 

 

157



olaraq, 1,11 və 0,11 m

3

/san -yə  bərabərdir, yəni tədqiqat rayonu üçün 0,1 + 



1,12 = 1,22 m

3

/san-dir. 



Şəmkirçay-Gəncəçay arası sahədə torpaqların suvarılmasına verilən 

sulardan itki yeraltı su balansının  əsas elementlərindən biridir. Azərbaycan 

Respublikası Su Təsərrüfatı  və Meliorasiya Komitəsinin məlumatlarına görə, 

sahənin (107 km

2

) suvarılmasına 1,54 m



3

/san su verilir. Bu suların 40% -i yer 

altına infiltrasiya olunaraq, qrunt sularını qidalandırır. 

Şəmkirçay-Gəncəçay arası sahədə kondensasiyanın miqdarı 120 mm-ə 

bərabərdir ki, onun da 35 % -i (0,4 m

3

/san) yeraltı suların qidalanmasına sərf 



olunur. 

Yeraltı axımla sahəyə  gələn suyun miqdarı Darsi düsturu ilə hesab-

lanmışdır və 0,25 m

3

/san təşkil edir. 



Beləliklə, balansın gəlir hissəsi 3,21 m

3

/san təşkil edir.  



Yeraltı suların balansının çıxar elementləri bulaqların sərfindən, trans-

pirasiya və buxarlanmaya sərf olunan suyun miqdarından və  nəhayət, yeraltı 

axımla sahədən çıxan suyun miqdarından ibarətdir. 

Hazırda yeraltı suların istismar sərfi Ekologiya və  Təbii Sərvətlər 

Nazirliyinin məlumatlarına görə 1,94 m

3

/san-yə bərabərdir. 



Buxarlanma və transpirasiyaya sərf olunan suyun miqdarı qrunt sularının 

yatım dərinliyindən və bitkilərin növündən asılıdır. A.M.Pənahovun tədqi-

qatlarına görə, buxarlanmaya və transpirasiyaya sərf olunan suyun miqdarı 

320 mm-ə  bərabərdir. Nəzərə alsaq ki, qrunt sularının yatım dərinliyi 4 m-ə 

qədər olan sahə 53 km

2

 -dir, onda həmin sahədə buxarlanmanın miqdarı 0,52 



m

3

/san təşkil edir. 



Öyrənilən sahədən yeraltı axımla çıxan suyun miqdarı Darsi düsturu (Q 

= kIF) ilə hesablanır. Aparılmış hesablamaların nəticəsinə görə, rayondan yer-

altı axımla çıxan suyun miqdarı 0,75 m

3

/san-yə bərabərdir. Beləliklə, balansın 



çıxar hissəsi 3,21 m

3

/san təşkil edir [4]. 



Yeraltı suların balansı tədqiqat rayonunun sululuğunu bir daha sübut edir 

və rayonun yeraltı sularından  əlavə olaraq istismar üçün istifadəsinin 

mümkünlüyünü göstərir. 

Beləliklə, Şəmkirçay-Gəncəçay arası sahədə içmək və su təchizatı üçün 

tam yararlı olan şirin suların böyük ehtiyatı mövcuddur və bu sulardan su təc-

hizatında (Gəncə, Daşkəsən və Şəmkir şəhərlərində) geniş istifadə etmək olar. 



 

ƏDƏBİYYAT 

1. Əliyev F.Ş. Azərbaycan Respublikasının yeraltı suları, ehtiyatlarından istifadə və geoekoloji 

problemləri. Bakı: Çaşıoğlu, 2000, 325 s. 

2. Əliyeva G.O. Gəncə-Qazax düzənliynin hidrogeoekoloji şəraiti / Ak. M.M.Əliyevin anadan 

olmasının 100 illik yubileyinə  həsr olunmuş «Azərbaycanın faydalı qazıntıları» mövzu-

sunda Respublika Elmi Konfransının materialları. Bakı: Bakı Universiteti, 2008, s. 45. 

3. Məmmədova E.A., Əliyeva G.O. Gəncəçayın gətirmə konusu sahəsinin hidrogeoloji şəraiti / 

Azərbaycanın ümummilli lideri H.Əliyevin anadan olmasının 85 illik yubileyinə həsr olun-

muş «Azərbaycanın faydalı qazıntıları» mövzusunda Respublika Elmi Konfransının ma-



 

 

158



terialları. Bakı: Bakı Universiteti, 2008, s. 21. 

4. Məmmədova E.A. Su təchizatı və meliorativ hidrogeologiya. Bakı: Kür, 2003, 220 s. 



 

БАЛАНС ПОДЗЕМНЫХ ВОД ТЕРРИТОРИИ МЕЖДУРЕЧЬЯ ШАМКИРЧАЙ-

ГЯНДЖАЧАЙ И ПЕРСПЕКТИВНОСТЬ ИХ ИСПОЛЬЗОВАНИЯ  

 

Э.А.МАМЕДОВА 

 

РЕЗЮМЕ 

 

Исследования показывают, что на территории существуют большие запасы прес-



ных подземных вод, пригодных для водоснабжения и питьевых нужд человека. Эти во-

ды  можно  широко  использовать  в  целях  водоснабжения  (в  гг.  Гянджа,  Дашкесан  и 

Шамкир).  

 

Ключевые слова: гидрогеологическое условие, геологическое строение, подзем-

ные воды, баланс  



 

 

THE BALANCE AND

 

USAGE PERSPECTIVES OF THE UNDERGROUND 



WATERS OF THE AREA BETWEEN SHAMKİRCHAY-GANJACHAY RIVERS 

 

E.A.MAMMADOVA 



 

SUMMARY 

 

The investigations show that, there is a big stock of complete fit fresh water in the 

area between Shamkirchay-Ganjachay rivers and this water is possible for wide use of the 

water supply (in Ganja, Dashkasan and Shamkir cities). 



 

Keywords: hydrogeological condition, geological system, underground water, balance  

 

Redaksiyaya daxil oldu: 10.03.2011-ci il 



Çapa imzalandı: 27.05.2011-ci il. 

 

 

 

 

 

 



 

 

Yüklə 73,37 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə