Microsoft Word Geologiya-3-2011. doc



Yüklə 98,55 Kb.
Pdf görüntüsü
tarix11.04.2018
ölçüsü98,55 Kb.
#37318


 

 

 



50

BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№3      

 

Təbiət  elmləri seriyası   2011 

 

 

 

GEOLOGİYA 

 

 

UOT 553.3/4.078 

 

QARABAĞ FİLİZ RAYONUNUN POLİMETAL VƏ MİS-QIZIL 

KOLÇEDAN YATAQLARININ FORMALAŞMASININ  

GEOLOJİ-PETROLOJİ XÜSUSİYYƏTLƏRİ 

 

V.M. BABAZADƏ, M.N. MƏMMƏDOV, B.H.QƏLƏNDƏROV, 

D.M.ƏHMƏDOV, N.Ə.İMAMVERDİYEV, A.A.XƏLƏFLİ, 

M.İ.MANSUROV, Z.A.VƏLİYEV. T.Ə.MƏMMƏDOVA, 

A.İ.HÜSEYNOV, K.A.DADAŞOVA 

Bakı Dövlət Universiteti 

inasim59@hotmail.com 

 

Məqalədə Qarabağ filiz rayonunun Lok-Qarabağ struktur formasiya zonasında yerləş-



mə xüsusiyyətləri, filiz rayonunun geoloji xüsusiyyətləri, rayonun filiz yataqlarının mineraloji, 

struktur və tekstur əlamətləri göstərilməklə maqmatik süxurların tərkibləri verilir. Mehmana 

qrupu yataqlarının intruziv maqmatizmilə  və  Qızılbulaq mis-qızıl-kolçedan yatağının bayos 

vulkanizmilə əlaqəsi göstərilir. 

  



Açar sözlər: Qarabağ filiz rayonu, maqmatizm, filiz yerləşdirici strukturlar, filizləşmə, 

proqnoz.  

  

Qarabağ filiz rayonu geoloji baxımdan Ağdam və Qarabağ antiklinorilə-



rinin Xocavənd sinklinorisi ilə qovuşduğu sahədə yerləşərək, qərbdən eninə 

Tərtər qırılması ilə təcrid olunmuşdur və cənubi-qərbdən Göyçə-Həkəri zonası 

ilə təmasda yerləşir. Filiz rayonu ərazisində orta yura, üst yura və alt təbaşir 

çöküntüləri yayılmışdır. Həmin çöküntülər Mehmana qranitoid intruzivi ilə 

kəsilmişdir. Filiz zonaları Mehmana-Dəlidağ lineamentinin həlqəvi vulkan 

künbəzlərinin endokontakt zonalarında yerləşmişdir [ 3, 13, 14, 15]. 

Kiçik Qafqazın geoloji-struktur baxımında tərkibinə daxil olan Lok-

Qarabağ struktur formasiyon zonası eninə  Tərtər qırılması ilə  qərb və  şərq 

bloklarına bölünürlər. Şərq blokunun tərkibinə Ağdam, Qarabağ antiklinoriləri 

və Ağdərə, Xocavənd və Azıx sinklinoriləri daxildir. 

Təsvir olunan qırışıqlıq strukturların geoloji qurluşlarında orta-üst yura 

və  təbaşir yaşlı maqmatik və vulkanogen-çökmə  və normal çökmə süxur 




 

 

 



51

kompleksləri iştirak edir. Qeyd olunan strukturların tərkiblərində Mehmana 

sink-qurğuşun, Qızılbulaq mis-qızıl-kolçedanı, Canyataq və Gülyataq mis-kol-

çedanı yataqları, həmçinin bir sıra islandiya şpatı, üzlük daş və s. kimi faydalı 

qazıntı yataq və təzahürləri mövcuddur. 

Mehmana polimetal yatağı eyniadlı intruzivin ərazisində yerləşmişdir. 

Yataq geoloji-struktur baxımdan Qarabağ antiklinorisi ilə Xocavənd sinklino-

risinin qovuşduqları sahədə yerləşir. Yatağın təmas süxurları qismində orta yu-

ra yaşlı vulkanogen-çökmə və vulkanogen fasiyalı süxur kompleksləri iştirak 

edirlər. Bu vulkanitlər öz növbəsində Mehmana antiklinalının tərkibinə daxil 

olurlar. Qeyd etməliyik ki, burada orta yura yarusunun çöküntüləri transqresiv 

olaraq üst təbaşir yaşlı süxur komplekslərini qeyri-uyğun örtürlər. 

Belə bir şəraitdə lokkolit morfologiyalı Mehmana qranitoid intruzivi for-

malaşmışdır. İntruzivin formalaşması iki mərhələdə baş vermişdir. Birinci mər-

hələdə Mehmana qranitoid intruzivi Ağdam antiklinorisinin mərkəzi hissəsində 

yerləşməklə bir neçə çıxışlarla təmsil olunmuşdur. Həmin intruziv komprleksin 

çıxışları bat yaşlı vulkanitlərin arasında yerləşərək, eyni zamanda üst senon yaşlı 

karbonat süxurları ilə transqresiv örtülmüşdür (şəkil 1). 

 

Şək. 1. Mehmana filiz rayonunun geoloji xəritəsi (Babazadə, Ramazanov və b. , 1990). 

1-müasir allüvial, dellüvial çöküntülər; 2-maastrixt. Monolit pelitomorf əhəngdaşları; 3-alb. 

Tufqumdaşları, tufbrekçiyalar, mergellər; 4-titon. Qırıntılı əhəngdaşları; 5- kimmeric. Tufkonqlomerat-

lar, tufbrekçiyalar, tufqumdaşları, tufqravellitlər; 6- oksford. Qırıntılı-qumdaşlı  əhəngdaşları; 7-

kellovoy. Tufqumdaşları, tufqravellitlər; 8-bat. Tufkonqlomeratlar, tufqumdaşları, tufbrekçiyalar, porfi-

ritlər, kvarslı porfiritlər; 9-qranodioritlər, qranodiorit-porfiritlər. Tektonik parçalanmalar: 10-izlənilən 

qırılmalar; 11- güman edilən; 12-kompleks distansiyon məlumatlar (geofiziki, aerokosmiki) üzrə ayrılmış 

parçalanmalar. Anomal sahələr: 13-ÇP üzrə; 14- orta tərkibli gizli intruziv kütlələrə uyğun gələn maqnit 

sahəsinin müsbət anomaliyaları üzrə; 15-törəmə areollar üzrə geokimyəvi anomaliyalar: Cu x 

Mo+Ag+Pb+Zn+Co. Yataq və təzahürlər: 16-mis-porfir (1-Dəmirli, 2-Xaçınçay, 3-Qazanca, 6-Ağdərə); 

17-kompleks filizlər: (4-Gülyataq, 5- Qızılbulaq, 7-Mehmana); 18-mis-kolçedan: (8-Həzindağ). 



 

 

 



52

Mehmana intruzivinin təmas zonasından mərkəzinə doğru tam kristallik 

kvarslı diorit, tonolit, qranodiorit və diorit süxurları bir-birlərini əvəz etməklə 

tədrici keçidlər əmələ gətirirlər. İntruzivin endokontakt zonasında xırda dənəli 

kvarsli diorit və qranodiorit zolaqları yerləşmişdir. 

Kvarslı dioritlərdə  və tonolitlərdə  əsas süxur əmələ  gətirən minerallar 

andezein tərkibli plagioklazdan, hornblendlərdən, biotitdən, kvarsdan, olduqca 

az miqdarda isə pireksonlərdən, qələvi çöl şpatından və s. ibarətdir. 

Plagioklaz dənələri  əksər hallarda zonal xüsusiyyətə malikdirlər. Onun 

mərkəzi hissəsi tərkibcə labrodora (An

52-60

), keçid zolaq andezinə (An 



40-45

), 


haşiyə isə olikoklaza (An

26-31


) uyğun gəlir. Mərkəzi hissə qismən törəmə 

prosesinə məruz qalmışdır ( cədvəl 1). 

Qələvi çöl şpatı plagioklaz dənələrinin aralarını doldurmaqla zəif 

albitləşməyə  məruz qalmışdır və ortoklaz tərkiblidir. Amfibol dənələri uzun-

sov prizmatik forma ilə təmsil olunub, zəif yaşılımtıl rəngə boyanmışdır. Tər-

kibcə horinblendə yaxındır. 

Biotit pulcuqları xarakterik pleoxrozimlə titan oksidilə zəngindir. Nadir 

piroksen dənələri hipersten və avqit tərkiblidir. Aksessor minerallar isə maq-

netitdən, apatitdən və sirkondan ibarətdir. Kvars dalğavari sönməklə,  şəfaf 

olub, plagioklaz dənələrinin aralarını doldururlar. 

Sadalanan süxurlarda təşkil olunan mineralların kimyəvi tərkibləri 1 

saylı  cədvəldə verilmişdir. Həmin cədvəldən göründüyü kimi plagioklazın 

tərkiblərində anortit molekulu 26-31% arasında dəyişir. 

 

Cədvəl 1 



Mehmana intruzivi süxurlarının mineraloji tərkibi  

(plagioklaz (1,2,3,4) hornblend (5,6), biotit (7)) 

   


 

 

 



 

 

 



SiO

2

 58,26 58,30 58,44 58,48 45,44 



46,24 

35,36 


TiO

2

 



0,05 0,05 0,05 0,05 1,67 

1,50 


3,35 

AlO


3

 

24,91 24,67 25,18 25,18 8,90 7,79 13,24 



FeO 

0,85 1,07 0,88 0,65 14,26 

14,80 

18,20 


MnO 

0,01 0,01 0,01 0,01 0,36 

0,47 

0,27 


MgO 

0,10 0,48 0,32 0,10 13,10 

13,82 

13,71 


CaO 

5,84 5,28 6,41 6,41 12,25 

10,90 

1,35 


Na



7,00 7,10 7,10 7,10 0,85 

0,95 


0,12 

K



1,55 1,55 0,63 0,83 0,30 

0,90 

9,92 


2



0,13 0,11 0,08 0,08 0,18 

0,06 

0,08 


F

2

 0,01 0,01 0,02 



0,06 


0,06 

0,28 


H

O  - - - - 



2,41 

2,10 


3,34 

Σ 

98,71 98,57 99,12 98,89 99,91 



99,50 

99,12 


 


 

 

 



53

Kristallokimyəvi formulalar 

Si  2,67 2,65 2,65 2,64 6,73 6,92 

2,75 

Al  1,34 1,32 1,34 1,34 1,55 1,33 



1,21 

Ti 


- - - - 0,18 

0,17 


0,20 

Fe  0,03 0,03 0,02 0,04 1,68 1,67 

1,22 

Mn 


- - - - - 0,05 

0,02 


Mg 0,01 0,01 2 

0,01 0,08 0,27 

1,59 

Ca  0,29 0,26 0,31 0,31 1,91 1,66 



0,10 

Na  0,62 0,63 0,64 0,62 0,24 0,27 

0,02 

K  0,09 0,09 0,04 0,05 0,05 0,17 



0,98 

0H 


- - - - 1,54 

1,47 


1,20 

Fe 


- - - - 0,01 

0,03 



0

2

 



- - - - 0,45 

0,53 


0,77 

 

 



Cədvəl 2 

Mehmana intruzivi süxurlarının kimyəvi tərkibi  

Oksidlər diorit  kvarslı 

diorit 

tonolit Qrano- 



diorit 

Nor-


mativ 

tərkib 


1 2 3 4 

SiO


2

 55,96 60,13 64,75 

65,63 

 

-  - - - 



TiO

2

  0,42 



0,50 

0,43   


ap 


0,3  0,3 0,3 0,3 

AlO


3

  17.83  16,13  15,86  15,35 il 

0,6  0,9 0,8 - 

Fe 


2



3,04 

3,42 


2,69  2,29  mt  4,4  4,9 3,9 3,2 

FeO 


4,30 

2,99 


1,69  1,98  or 

0,4  0,7 0,7 1,4 

MnO 

0,10 


0,07 

0,05 


0,09  ab 

27,8  31,4 35,6 33,0 

MgO 

4,75 


3,45 

2,81 


2,28  an 

31,7  23,9 16,0 17,0 

CaO  7,06 

6,36 


3,51  3,94  wo  1,0  2.8 1,6 0,7 

Na



O 3,30  3,69  4,23  3,88 en  0,7 2,0 -  0,5 

K



O 0,72  1,14  1,13 2,49 fs  0,3 

0,5 


- 0,1 

2



5

  0,15 



0,08 

0,11  0,11  en 

11,1 6.6 7,0 5,2 

Itgi 


2,15 

1,98 


2,23  1,53  fs 

4,6  1,6 0,9 2,1 

Σ 

99,85 


100,0 

99,44  99,90  Q 

10,4  16,2 24,2 21,4 

 

 Cədvəl 3 



Mehmana intruzivinin süxurlarında  

bəzi filiz əmələgətirən elementlərin paylanması 

  1 2 3 4 

Cu  110 129 100 51 

Zn  133 88  114 32 

PL 13 6  10 6 

V 206 


176 

98 58 


Mo 07 04 07 06 

 

İntruziv süxurlarının kimyəvi tərkibinə nəzər salsaq onda asanlıqla görərik 



ki, Kiçik Qafqazın  şimal-şərq yamacının bütün üst yura-alt təbaşir yaşlı 

intruzivləri kimi burada da bütün diferensiatlar titan aksidi ilə kasıbdırlar (cədvəl 

2).  İntruziv kamerada baş verən diferensiasiya prosesi qismən bərpa olunmuş 

şəraitdə baş verdiyinə görə kalsium, maqnezium oksidlərinin dioritlərdən 




 

 

 



54

qranodioritlərə doğru dəyişməsi kəskin  şəkildə baş vermişdir. Bilavasitə buna 

görə  də ikivalentli və üçvalentli dəmir oksidlərinin diferensiyası prosesindəki 

nisbətləri zəif dəyişir. Burada da bir qayda olaraq iri kationlu elementlər son 

diferensiatlarda, yəni qranodioritlərdə toprlanır (K

2

0 =2,49). Bu özünü sadalanan 



süxurların normativ mineraloji tərkibində biruzə verir (or =1,4%). 

İntruzivin süxurlarının möhtəvivari strukturları, elecə də plagioklaz mi-

neralının zonallığı göstərir ki, Mehmana qranitoid intruzivi hipabissal şəraitdə 

formalaşmışdır. Buna görə də süxurların tərkibində dəmir oksidlərinin nisbəti 

bir-birlərinə uyğun dəyişir. İntruziv əhəngli qələvi bazalt maqmasının diferen-

siatıdır. Amma hipabissal yer qabığı şəraitində qismən assimlyasiya prosesinə 

məruz qalmışdır. Buna görə də iri radiuslu litofil elementlərin konsentrasiyası 

son diferensiatlarda üstünlük təşkil edirlər. 

İntruzivin qalıq ərintisi də yüksək hərarətli olduğuna görə təmas süxur-

ları kifayət qədər dəyişdirərək, orada filizli hidrotermal zonaların yaranmasına 

şərait yaratmışdır. Belə bir halda Mehmana intruzivinin endokontakt zona-

sında mis-sink-qurğuşun yatağı  əmələ  gəlmişdir. Onlar Dəmirli, Gülyataq, 

Yeddixırman, Bəy Əhməd təzahür və yataqlarından ibarətdirlər [3,9,13]. 

Qeyd etdiyimiz kimi Mehmana intruzivi iki fazada formalaşmışdır. 

Birinci faza 65 km

2

 sahəni əhatə edən Canyataq-Gülyataq yaşayış məntəqələri 



arasında yerləşir.  İkinci faza isə dayka komplekslərindən ibarətdir. Məxsusi 

Mehmana yatağı  Ə.D.Kərimovun tədqiqatlarına  əsasən eyniadlı intruzivin 

birinci fazası ilə  əlaqədar olub, onlar mis-kolçedan, mis-sink, qurğuşun-sink 

filizləşmələrindən ibarətdir [3,14]. Mehmana mis-polimetal yatağı kifayət 

qalınlığa malik olan hidrotermal dəyişilmiş zonadan ibarət olmaqla enlik 

istiqamətində Mehmana-Dəlidağ lineamentində yerləşir. Bu zonanın geoloji 

qurluşunda intensiv çatlılığa məruz qalmış orta yura yaşlı (bayos-bat) vulkanit-

ləri iştirak edirlər. Onlar intensiv kvarslaşmaya, epedotlaşmaya və dəmirşməyə 

məruz qalmışdır. Filizləşməyə  nəzarət edən bu regional enlik istiqamətli 

qırılmalar bəzən köndələn çatlarla kəsilirlər. Bütün bu dəyişmələr Mehmana 

antiklinalının tağ hissəsində yerləşmişdir. 

Filizli hidrotermlər həmin catları dolduraraq müxtəlif morfologiyalı filiz 

kütlələrinin formalaşmasında iştirak edirlər. Burada köndələn çatlarla Mehma-

na-Dəlidağ lineamenti istiqamətli çatların kəsişdikləri hissələr daha zəngin 

filizləşmə ilə seçilirlər. Morfoloji cəhətdən Mehmana yatağının filiz kütlələri 

damar tiplidir. Əksər hallarda müxtəlif istiqamətli həmin damarlar bir-birlərilə 

kəsişərək şiokverk formalar əmələ gətirirlər. 

Mehmana mis-polimetal filizi yatağının əsas mineralları H.X.Əfəndiye-

və [16] görə qalenitdən, sfaleritdən ibarət olub, piritlə və xalkopiritlə müşayiət 

olunurlar. Bunlarla yanaşı nadir hallarda tennantit, bornit və xalkozinə də rast 

gəlinir. Qeyri-filiz minerallarından damarlarda kalsit, kvars bəzən isə dolomit 

və siderit iştirak edir. Yatağın oksidləşmə zonasında limonit, serrusit, anqlezit, 

malaxit və azuritə rast gəlinir. 



 

 

 



55

Mehmana mis-polimetal yatağının filizlərinin teksturu zolaqvari, brek-

çiyavari və möhtəvi formalıdır. Filizətrafı  dəyişilmələr kvarslaşma, kalsitləş-

mə, serisitləşmə, kaolinləşmə ilə təmsil olunmuşdur. 

Yatağın formalaşmasının erkən anında təmas süxurlarının buynuz daşla-

rına və kvarslaşmaya məruz qalması hesabına kvarsın birinci generasiyası 

əmələ gəlmişdir. İkinci halda ikinci generasiya kvarsı ilə yanaşı qalenit, sfale-

rit və solğun filiz mineralları yaranmışdır. Yataq hidrotermal prosesin orta və 

aşağı temperaturu şəraitində formalaşmışdır. Hematit maqnetit, limonit və azu-

rit qismən aşağı temperaturda kristallaşmışdır [ 6, 11,13 ]. 

Regionun digər filiz yatağı  Qızılbulaq mis-qızıl-kolçedan yatağı hesab 

olunur. Bu yataq Qarabağ, Ağdam antiklinorilərının Xocavənd sinklinorisi ilə 

qovuşduqları sahədə yerləşmişdir. Qızılbulaq yatağı  və filiz sahəsindəki bir 

sıra təzahürlər Drambon və  Qızılbulaq yarımhəlqəvi strukturaları ilə  nəzarət 

olunurlar. Bu strukturlar morfologiyasına görə oval və qovsvari formalıdırlar 

(şəkil 2).  

 

Şək. 2. Qızılbulaq mis-qızıl-kolçedan yatağının yerləşməsinin 

struktur mövqeyi (Babazadə, Məmmədov, 2002). 

 

Drambon yarımhəlqəvi strukturu eninə 2 km-ə yaxın diametrə malikdir. 



O, qırılma zonasının qövsvari hissəsində təzahür etmiş diorit-porfirit və kvars-

diorit intruziv kütlələrinin  ətrafında qövsvari forma əmələ  gətirir. Sonuncu 

Qızılbulaq çökmə kalderasının şimal-şimal-şərq qanadına uyğun gəlir. Həlqəvi 

struktur şimal-qərbdə Tərtər eninə dərinlik qırılması ilə kəsilmişdir. Onun şi-

mal-qərb qurtaracağı  Tərtər çay vadisinin dördüncü dövr çöküntülərilə örtül-

müşdür.  

Məxsusi Qızılbulaq həlqəvi strukturu iki konsentik yerləşmiş  həlqədən 

ibarət olub, xarici görnüşcə ellipsoid formasını xatırladır və 2,5-4 km diametrə 

malikdir. Struktur orta və üst yuranın vulkanogen və vulkanogen-çökmə süxur 

komplekslərinin inkişaf etdiyi sahəyə uğunlaşmışdır. Qızılbulaq həlqəvi struk-




 

 

 



56

turunun  şimal-qərb qurtarcağı, həmçinin Tərtər çayının sağ yamacının dör-

düncü dövr çöküntüləri ilə örtülmüşdür. Strukturun quruluşu müxtəlif maqma-

tik əmələgəlmələrin dəyişilməsi ilə şərtlənən dəqiq əks olumuş konsentirik zo-

nallığa malikdir. Süxurlar kənarlardan mərkəzə doğu ardıcıl olaraq bat və ba-

yoş  əmələgəlmələrilə  əvəz olunurlar. Strukturun mərkəzində  və  cənub-şərq 

qurtaracağında, bütün üst bayos və bat süxur komplekslərini yaran, bayos və 

bat yaşlı orta-əsasi və turş  tərkibli izometrik formalı subvulakanik kütlələrin 

yeddi böyük olmayan çıxışı ayrılmışdır [ 4,5,8].  

Maqnit sahəsində  hər iki həlqəvi strukturun vəziyyəti eynidir. Onların 

daxilində səhtə uyğun gələn lokal müsbət anomaliya qeyd olunur. Qravitasiya 

sahəsində  hər iki həlqəvi struktur ağırlıq qüvvəsinin aşağı qiymətinə uyğun 

gəlir, eyni zamanda hər iki struktura lokal sahələr uyğun gəlir. 

Filiz sahəsinin mərkəzi hissəsində konsentrik həlqəvi struktur daxilində, 

mis və küküd kolçedan filizləşməsini yerləşdirən və nəzarət edən submeridio-

nal və  şimal-qərb istiqamətli filizli qırılmalrın kəsişməsi və ya haçalanması 

müşahidə olunur.  

Bu sruktur qovşaqların vəziyyətini radial pozulmaların istiqamətilə əla-

qələndirmək olar. Müəyyən edilmiş  həlqəvi strukturların metallogeniek əhə-

miyyəti, onların qovşaqlarına endogen filiz konsentrasiyasının uyğunlaşması 

ilə təyin olunur. Hər iki həlqəvi stuktur daxilində yataqdan, təzahürdən mine-

rallaşma mərhələsinə və səpinti oreollarına qədər bu və ya digər filiz təzahür-

ləri iştirak edir. 

Müxtəlif tip endogen filiz konsentrasiyası effuziv, piroklastik və səthə-

yaxın intruziv maqmatirzmin inkişaf zonasında lokallaşmışdır və  məkanca 

həlqəvi vulkano-plufonik stuktur ilə assosiasiya təşkil edir. Qızılbulaq yatağı 

Drombon və Qızılbulaq həlqəvi sukturun kəsişməsinə və Qızılbulaq submeri-

dional (315-15

0

) qırılmasının asılı zalbandına uyğunlaşmışdır. Qızılbulaq həl-



qəvi strukuturunun daxili həlqəsinin episentrində  Qərbi-Qızılbulaq filiz təza-

hürü yerləşmişdir. Bütün bu faktlar endogen filizəmələgəlmənin həlqəvi struk-

tur ilə sıx əlaqədar olmasını birmənalı şəkildə təsdiq edir.  

Filiz obyektləri arasında məkanca həlqəvi strukturlara uyğunlaşmış mis-və 

küküd kolçedanı filiz yatağı (Qızılbulaq) və  təzahürləri daha geniş  təmsil olun-

muşdur. Həlqəvi struktur daxilində, həmçinin polimetal təzahürlərinə  də geniş 

təsadüf olunur. Beləliklə, Qızılbulaq filiz rayonun həlqəvi strukturu üçün filiz 

minerallaşması ilə ümumi “yoluxma” fonunda nəcib metal və polimetal yataq-

larının aparıcı faydalı komponentlərinin konsentrasiyası üsünlük təşkil edir . 

Yuxarıda qeyd olunmuşdur ki, filiz sahəsində əsas hesab olunan mis-qı-

zıl və polimetal filizləşmələri məkanca və genetik olaraq yura vulkanizmi ilə 

bağlıdır, eyni zamanda əksər filiz təzahürləi vulkan-tekonik strukturunun mər-

kəzi və kənar hissələrinə meyillidir. Bu da yura vulkanitlərinin inkişafı daxi-

lində xətti və həlqəvi parçalanma-pozumalarını öyrənməyin və aşkar etməyin 

vacibliyinə əsas verir. 



 

 

 



57

Qızılbulaq yatağının formalaşmasında müxtəlif istiqamətlərlə maili 

düşən və üst bayos əmələgəlmələrin örtük hissəsindən keçən parçalanmalarda 

az rol oynamır. Bu parçalanmalar sərt düşən Qızılbulaq dərinlik qırılmasına 

rast gələrək qapalı biklinal strukturun əmələgəlməsinə səbəb olmuşdur. İnten-

siv fektonik deformasiyaların dəfələrlə təkrarlanması hesabına, filiz kütlələri-

nin əmələgəlməsində ekran rolunu oynayan 0,5 m-dən 5-6 m-ə qədər qalınlı-

ğında milonitləşmə zonası baş vermişdir. Deformasiya planının gec inkişaf 

mərhələsində bu sərt düşən struktur onun morfologiyasını mürəkkəbləşdirən 

qırışıqlıq  əmələgəlmə posesinə  cəlb olunmuşdur. Qırılmanın səthi çökəkliklə 

ayrılan oval qalxma, künbəzvari forma almışdır [5,8]. 

Qarabağ filiz rayonun tektonik baxımından formalaşması eninə və uzu-

nuna dərinlik qırılmalarının uzun müddət çərçivəsində formalaşması ayrı-ayrı 

tektonik blokların əmələ gəlməsinə səbəb olmuşdur. Onlardan filiz əmələ gəti-

rən və yerləşdirən eninə  Tərtər  əyilməsini və Mehmana-Dəlidağ qalxmasını 

göstərmək olar. 

Kosmik  şəkillərin deşifrələnməsi nəticəsində Mehmana intruzivi ilə 

bağlı olmayan mezohəlqəvi strukturu müəyyən olunmuşdur. Filiz rayonu 

məkanca həmin həlqəvari strukturun endokontakt zonalarında yerləşmişdir. 

 Qızılbulaq mis-qızıl-kolçedan yatağı sahəsində orta yura, yəni bayos 

yaşlı bimodal bazalt-riolit formasiyasının effuzivləri və subvulkanitləri geniş 

yayılmışdır. Bu kontrast formasiyanın ayrı-ayrı fasiyaları ilə, xüsusilə də sub-

vulkanik fasiyası ilə  Qızılbulaq mis-qızıl-kolçedan yatağı  əlaqədardır. Erkən 

bayos yarusu vaxtı bazalt-andezi-bazalt kompleksi, üst bayosda isə dasit-riolit 

süxurları  əmələ  gəlmişdir. Beləliklə, formasiyanın bimodallığı erkən bazalt 

maqmasının təmas süxurlarla qarşılıqlı təması nəticəsində hidrotermal dəyişil-

miş zonalar əmələ gəlmişdir. Dasit-riolit kompleksinin subvulkanik fazasının 

təsirindən həmin dəyişilmiş zonalar yenidən prosesə cəlb olunaraq orada mis-

qızıl-kolçedan filizləşməsi yerləşdirilmişdir [1,9] . 

Yataq sahəsində bir-birlərindən aralı üç filiz cismi müəyyən olunmuş-

dur. Birinci filiz cismi mürəkkəb formalı künbəz formalı vulkan qurğusunun 

ətrafında yerləşir. Burada əsasən bayos yaşlı vulkanitlərin jerla (boğaz) 

fasiyası iştirak edir. 

İkinci filiz cismi də yer səthinə  çıxışı olmamaqla yatağın cənub-şərq 

hissəsində yerləşir və künbəzvari strukturda yerləşir. Burada filizləşmə xeyli 

zəngin olmaqla kütləvi  ştokverk möhtəvi - damar morfologiyalıdır. Nəhayət, 

üçüncü filiz cismi yatağın şimal-qərb cinahında yerləşir. Yer səthində linzavari 

çıxışla müşahidə olunur. Təsvir olunan filiz cisimlərinin mineraloji tərkiblərin-

də pirit, xalkopirit, az miqdarda bornit, sfalerit və qalenit iştirak edir. 

Nadir filiz əmələ gətirən minerallar sırasına arsenopirit, pirrotin, pentlan-

dit, nikel və rutil daxildir. Qeyri-filiz minerallarından isə kvars, kalsit, siderit, 

dolomit, anketit və barit müəyyən olunmuşdur. Qızıl sərbəst  şəkildə  və izo-

morf formada təsadüf edilir. Hipogen qızılın əsas konsentrasiyası filizlərdə in-



 

 

 



58

cə dispres şəkildə paylanmışdır. Qızıl  əsasən xalkopiritlə birlikdə, yaxud 

paragenezisdə rast gəlinir. Buna görə də Qızılbulaq yatağında qızılın daşıyıcısı 

və toplayıcısı xalkopirit hesab olunur. Gümüş  qızılla müxtəlif dərəcədə qarı-

şıqlar əmələ gətirir. 

Qızılbulaq yatağının filizlərinin teksturası kütləvidir, bəzən isə damar 

tiplidir. Filizlərin strukturası isə hipidiomorf dənəli sülb madənin faza parça-

lanması və əvəzlənmədir. 

Filizləmələgəlmə prosesi uzunmüddətli olub, aşağıdakı assosiasiyalarla 

təmsil olunmuşlar: 1) kvars-pirit; 2) kvars-pirit-sfalerit-xalkopirit; 3) kvars-kal-

sit. Qızıl filizləşməsi ikinci və üçüncü assosiasiyalarla əlaqədardır. 

Beləliklə, yuxarıdakı  məlumatlara  əsasən Qızılbulaq mis-qızıl-kolçedan 

yatağında filizləşmənin struktur baxımdan künbəzvari strukturun təmas zona-

larında yerləşən həlqəvi qırılmalarla nəzarət olunmasını qeyd etmək olar. Eyni 

zamanda filizləşmə prosesində bayos yaşlı bimodal dasit-riolit kompleksinin 

subvulkanik fasiyası geniş iştirak etmişdir.  

 

ƏDƏBİYYAT 

1.

 



Абдуллаев Р.Н., Мустафаев Г.В., Мустафаев М.А. и др. Мезозойские магматические 

формации Малого Кавказа и связанное с ними эндогенное оруденение. Баку: Элм, 

1988, 160 с. 

2.

 



Антипов В.С., Гальперов Г.В., Турченко С.И. Линеаментная сеть, контролирующая раз-

мещение суперкрупных месторождений России. Докл. РАН, 2002, т. 383, №1, с. 87-89. 

3.

 

Баба-заде В.М., Рамазанов В.Г., Масимов А.А. Рудоконцентрирующие структуры и 



условия  их  формирования.  В  сб.: «Геология  и  месторождений  твердых  полезных 

ископаемых» Баку: АГУ, 1988, с.23-29. 

4.

 

Баба-заде В.М., Мамедов З.И. Особенности структуры Гызылбулагского рудного поля 



// Вестник Бакинского Университета, серия естественных наук, 1998, №4, с. 107-117. 

5.

 



Баба-заде В.М., Мехтиев А.Ш., Пашаев А.М. и др. Тектоническое развитие, геоди-

намическия формирования и закономерности размещения месторождений полезных 

ископаемых Кавказского сегмента Средиземноморского пояса (Азербайджан). Баку: 

Озан, 2009, 146 с. 

6.

 

Гаврилюк  П.С.,  Магриби  А.А.,  Русинов  В.Л.,  Носик  Л.П.  Условия  формирования 



Кызылбулагского  золотоносного  медноколчеданного  месторождения  (Малый  Кав-

каза) // Геология рудных месторождений, 1991, №1, с.56-58. 

7.

 

Еремин Н.И., Дергачев А.Л., Сергеева Нат.Е., Позднякова Н.В. Типы колчеданных 



месторождений  вулканической  ассоциации // Геология  рудных  месторождений. 

2000, т.42, №2, с.177-190. 

8.

 

Мамедов  З.И.  Геолого-структурные  особенности  формирования  и  закономерности 



размещения  медно-золотых  руд  Кызылбулагского  месторождения.  Автореф.  дисс. 

на соиск. ученой степени канд. геол-минер. наук. Баку, 2005, 22 с. 

9.

 

Минерально-сырьевые  ресурсы  Азербайджана  (условия  формирования,  закономер-



ности размещения, научные основы прогнозирования). Баку: Озан, 2005, 808 с. 

10.


 

Митрофанов Г.А.Тектонические закономерности размещения и формирования бла-

городных металлов южного обрамления Сибирской платформы. Авт. дисс. доктора 

г.-м. наук. Новосибирск, 2006, 44 с. 

11.

 

Молошаг В.П., Грабежев А.И., Гуляева Т.Я. Условия образования теллуридов в ру-



дах  колчеданных  и  медно-золото-порфировых  месторождений  Урала // Зап.  ВМО, 

2002, т.131, №5, с.40-54. 




 

 

 



59

12.


 

Коваленкер В.А., Плотинская О.Ю., Прокофьев В.Ю. и др. Минералогия, геохимия и 

генезис  золото-сульфидно-селенидно-теллуридовых  руд  месторождения  Кайрагач 

(Республика Узбекистан). Геология рудных месторождений, 2003, т.45, №3, с.195-227. 

13.

 

Каландаров Б.Г. Полиметаллические рудные формации Малого Кавказа. Авторефе-



рат док. диссер. Баку, 2010, 48с. 

14.


 

Керимов  А.Д.  Петрология  и  рудоносность  Мехманинского  интрузива.АН 

Азерб.ССР 1963, 115 с. 

15.


 

Шихалибейли Э.Ш., Магеррамова Ф.С., Рустамов М.И. Зангезур-Далидаг-Самгори-

Казбек-Ставропольский  транскавказский  север-северо-западный  доальпийский  ли-

неамент и его роль в структуре Кавказа // Матер. юбил. сесс., посв. 50-летию Ин-та 

геологии АН Азерб. ССР, Баку: Элм, 1989, с.57-64.  

16.


 

Эфендиев Г.Х. Гидротермальный рудный комплекс СВ части Малого Кавказа. АН 

Азерб.ССР.1957, 346 с. 

 

ГЕОЛОГО-ПЕТРОЛОГИЧЕСКИЕ ОСОБЕННОСТИ ФОРМИРОВАНИЯ ПО-



ЛИМЕТАЛЛИЧЕСКОГО И МЕДНО-ЗОЛОТО-КОЛЧЕДАННЫХ МЕСТОРОЖ-

ДЕНИЙ ГАРАБАХСКОГО РУДНОГО РАЙОНА 

 

В.М.БАБА-ЗАДЕ, М.Н.МАМЕДОВ, Б.Г.КАЛАНДАРОВ, Д.М.АХМЕДОВ, 

Н.А.ИМАМВЕРДИЕВ, А.А.ХАЛАФЛЫ, М.И.МАНСУРОВ, З.А.ВЕЛИЕВ, 

Т.А.МАМЕДОВА, А.И.ГУСЕЙНОВ, К.А.ДАДАШЕВА 

 

РЕЗЮМЕ 

 

В  статье  рассмотрены  особенности  размещения  Лок-Гарабахской  структурно- 

формационной  зоны  Гарабахского рудного района,  а  также  даны составы магматичес-

ких пород с указанием минералогических, структурно-текстурных признаков месторож-

дений рудного района. Показана связь Мехманинской группы месторождений с интру-

зивным магматизмом и Гызылбулагского медно-золото-колчеданного месторождения - 

с байосским вулканизмом. 

 

Ключевые  слова:  Гарабахский  рудный  район,  магматизм,  рудовмещающие 

структуры, оруденение, прогнозирование. 

 

GEOLOGICAL AND PETROLOGICAL FEATURES OF THE FORMATION OF 

POLYMETALLIC AND COPPER-GOLD-PYRITE  

DEPOSITS OF KARABAKH ORE REGION 

 

V.M.BABA-ZADEH, M.N.MAMMADOV, B.H.GALANDAROV, D.M.AHMADOV,  

N.A.IMAMVERDIYEV, A.A KHALAFLY, M.I MANSUROV, Z.A.VALIYEV, 

T.A.MAMMADOVA, A.I.HUSEYNOV, K.A.DADASHOVA 

 

SUMMARY 

 

The paper considers the features of placing Lok-Garabakh structural formational zone 



of Garabakh ore district, as well as compositions of igneous rocks showing mineralogical, 

structural-textural features of deposits of the ore district. The relationship with a group of 

fields of Mehmana with intrusive magmatism and Gyzylbulags copper-gold-pyrite deposit 

with bayos volcanism is shown. 



 

Key words: Garabakh ore district, magmatism, stir in the ore structure, mineralization, 

forecasting. 



 

Redaksiyaya daxil oldu: 02.11.2011-ci il 



Çapa imzalandı: 02.11.2011-ci il 

Yüklə 98,55 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə