159
BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ
№2
Təbiət elmləri seriyası 2011
UOT 910
BAKI ŞƏHƏRİNİN İQLİM ŞƏRAİTİ VƏ ÇİRKLƏNDİRİCİLƏRİN
PAYLANMASINDA ONUN ROLU
Ş.İ.MƏMMƏDOVA
Bakı Dövlət Universiteti
shakar64@mail.ru
Məqalədə Bakı şəhərinin ayrı-ayrı illər üzrə iqlim amilləri təhlil olunmuşdur.Həmin
illərdə küləyin sürət və istiqaməti, havanın temperaturu, yağıntılar və dumanların gedişindən
asılı olaraq çirkləndiricilərin paylanması tədqiq olunmuşdur.
Açar sözlər: çirkləndirici, indqridiyent, mümkün konsentrasiya həddi, fotokimyəvi
proseslər, atmosfer yağıntıları.
Azərbaycanda urbanizasiya prosesinin genişlənməsi, şəhərlərin və ətraf
mühiti mühafizənin ekologiyası problemini qarşıya qoyur. İldən-ilə respubli-
kamızda istehsalın inkişaf tempi və miqyası artmaqla, antropogen proseslərin
regionların təbiətinə təsiri güclənir. Bu özünü, faydalı qazıntıların yandırılma-
sında, ətraf mühitin nəqliyyat tullantıları ilə çirklənməsində, su hövzələrinə zə-
hərli maddələrin atılmasında, torpaqların sənaye tullantıları, kimyəvi gübrə-
lərlə çirklənməsində göstərir. Bu cür proses təkcə bizim respublikada deyil,
dünyanın bir çox ölkələrində baş verir. Buna görə də, şəhərlərin ekologiyası
problemi, hər yerdə, müxtəlif elm sahələrinin alim və mütəxəssisləri tərəfindən
xüsusi diqqət mərkəzinə çevrilmişdir.
Təbiətdə yaranan neqativ dəyişmələr şəhər əhalisinin sağlamlığında da-
ha qabarıq nəzərə çarpır. Nəticədə, şəhər və ona yaxın olan Respublika rayon-
larında ekoloji problem son dərəcə kəskinləşmişdir. İstehsalın sürətli inkişafı,
XX əsrdə, xüsusilə əhalinin sıx məskunlaşdığı ərazilərdə – Bakı-Abşeron re-
gionunda və digər şəhər aqlomerasiyalarında müşahidə olunur. Bu əziyyət şə-
hər mühitinin mühafizəsi və Azərbaycanın təbii komplekslərinin yaxşılaş-
dırılması istiqamətində irihəcmli işlərin aparılmasına zərurət yaratdı.
Bakı, Gəncə, Sumqayıt, Naxçıvan, Şirvan, Şəki, Lənkəran və bir çox
digər şəhərlərdə, şəhər parkları və bağlarının salınması, şəhərətrafı zonaların
yaşıllaşdırılması, şəhər ərazilərinin abadlaşdırılması, su təsərrüfatı obyektləri-
nin və hidromeliorativ qurğuların tikintisi, müəssisələrdə zərərsiz texnologi-
yanın tətbiqi sahəsində böyük işlər görülmüşdür.
160
Şəhərlərin atmosferinin ekoloji vəziyyəti və ətraf mühiti mühafizənin
təşkili məsələlərinin həllində, təbiəti mühafizə tədbirlərinin aparılmasının va-
cibliyinə xüsusi yer verilir. Bu tədbirlərə istehsal təyinatlı obyektlərin yerləş-
dirilmə sxemlərinin ekoloji ekspertizasının aparılması və funksional-planlaş-
dırma təşkilatının təklifi əsasında təbii komponentlərin – su, hava, torpaq, bitki
örtüyü və heyvanat aləminin mühafizəsi üzrə tədbirlər daxildir. Bura həm də,
funksional zonallaşdırma, ərazinin mühəndisi hazırlığı, meliorasiya, yaşıllaş-
dırma, suvarma və s. təbiəti mühafizə tədbirləri aiddir.
Bakı şəhərinin iqlimi həmişə indiki kimi olmamışdır. Yaxın geoloji keç-
mişdə, təxminən 25-30 mln.il bundan qabaq bütün Abşeron yarımadası dəniz
altında olmuşdur. Dəniz geri çəkiləndən sonra iqlimdə tədricən kontinen-
tallaşma prosesi getmiş, buzlaq dövrlərində isə, hətta soyuma baş vermişdir.
Dördüncü dövrün əvvələrində, yəni təxminən 800-900 min il bundan
əvvəl Azərbaycan ərazisində iqlim indikindən xeyli isti olmuşdur. Abşeron
yarımadası, Bakı şəhərində tropik şəraitinə yaxın olan iqlim şəraiti mövcud
olmuşdur. Bakının hazırkı iqlim şəraiti təxminən 2000 il bundan əvvəl mövcud
olan iqlimdən az fərqlənmişdir. Bakıda ilk dəqiq meteoroloji müşahidələrə
1848-ci ildən başlanmışdır. Bakıda aparılan müşahidələr şəhərdə iqlimin,
xüsusilə onun ən mühüm ünsürlərindən birinin
−havanın temperaturunun son
yüz ildəki tərəddüdünü izləməyə imkan verir.
Bakı şəhərinin meteoroloji-iqlim şəraiti şəhərdə sənayedən, nəqliyyatdan
atılan tullantıların yayılmasında müəyyən rola malikdir. Əsas rol oynayan
amillərə şəhərdə ortaillik temperatur, küləyin ortaillik sürəti və istiqaməti aid-
dir. Temperaturun nəqliyyatdan atılan tullantılara təsiri əsasən yay aylarında
kəskin nəzərə çarpır. Əsas səbəb isə yay aylarında yüksək temperaturun hökm
sürməsidir. Bu zaman zərərli maddələrin konsentrasiya prosesi çətin getdi-
yindən, havada ağırlaşmalar baş verir ki, bu da canlı orqanizmlərdə nəfəs alma
prosesini çətinləşdirir. Tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, Bakı
şəhəri atmosfer havasında antropogen mənşəli zərərli qarışıqlardan karbon
oksidinin (dəm qazı) qatılığı yay aylarında daha yüksək səviyyədə olur və bu
temperaturla düz, küləyin sürəti ilə tərs mütənasib olaraq, müəyyən hədlər
arasında tərəddüd edir.
Bakı şəhəri üzrə havanın temperaturu küləyin istiqaməti və sürəti, habelə
şəhərin atmosfer havasında karbon oksidinə aid son illərin (2001-2009) mü-
şahidə məlumatlarının orta aylıq və orta illik göstəriciləri hesablanmışdır. Üzə-
rində elmi təhlillər aparılan həmin göstəricilər müvafiq olaraq 4-cü və 5-ci
cədvəllərdə verilmişdir.
161
Cədvəl 1
Bakı şəhərində müşahidə məlumatlarının
illər üzrə orta aylıq göstəriciləri (2001-2009)
Aylar Temperatur
Cº Küləyin sürəti m/s
Karbon oksidi mq/l
I 5.5
2.4
1.9
II 5.2
3.2
1.9
III 7.5
3.6
1.2
IV 11.9
3.1
1.6
V 17.6
2.5
1.6
VI 23.4
3.7
1.5
VII 25.8
2.9
1.7
VIII 26.5
2.3
1.6
IX 22.4
2.4
1.6
X 16.9
2.7
1.4
XI 11.3
2.7
1.3
XII 5.7
2.8
1.2
Cədvəl 2
Bakı şəhərində müşahidə məlumatlarının illər üzrə orta illik göstəriciləri
İllər Temperatur
Cº Küləyin sürəti m/s
Karbon oksidi mq/l
2001 15.1
3.6
1.4
2002 14.8
3.4
1.4
2003 14.9
2.6
1.5
2004 14.9
2.3
1.3
2005 15.4
2.1
1.6
2006 15.5
3.1
1.4
2007 14.7
2.9
1.5
2009 15.9
3.2
1.6
Bakı şəhəri atmosfer havasının tərkibində karbon oksidinin beş il üzrə
orta aylıq qatılığının temperaturdan və küləyin sürətindən asılı olaraq dəyişmə
dinamikasını əks etdirən əyridən (qrafik 1) göründüyü kimi, temperaturun av-
qust ayında daha yüksək olmasına baxmayaraq, küləyin sürətinin nisbətən
aşağı olduğu iyun və iyul aylarında havada dəm qazının qatılığı nisbətən çox
olmuşdur. Ümumiyyətlə, əyrilərin gedişi arasında korrelyasiya əlaqəsinin
yüksək olduğu məlumdur.
Digər cənub şəhərlərinə nisbətən Bakı yüksək termik şəraitinə malikdir.
Yay aylarının temperaturuna görə o, ancaq Orta Asiya şəhərlərindən geri qalır.
Qış isə əksinə Bakıda, həmin şəhərlərdən isti, Qafqazın Qara dəniz sahillərinə
nisbətən isə sərin keçir. Bakıda yüksək termik şəraiti yaradan əsas səbəblər
şəhərin cənub en dairələrində yerləşməsi və bununla əlaqədar olaraq yüksək
162
günəş radiasiyası, yay aylarında buludluluğun az olması, bitki örtüyünün zəif
inkişaf etməsidir.
Ən isti aylar iyul və avqustdur. Yüksək temperatur ən çox günəşli sakit
hava şəraitində əmələ gəlir. Bakının ən soyuq ayları yanvar və fevraldı. Qışda
soyuma Günəş radiasiyasının xeyli azalması, soyuq hava kütlələrinin nisbətən
tez-tez təkrarlanan müdaxilələri ilə əlaqədardır.
Abşeronda orta illik və aylıq temperaturun müqayisəsi göstərir ki, yarım-
adada ən yüksək temperatur Bakıda qeyd edilir. Bakıda ən çox təkrarlanan
sutkalıq temperatur amplitudu 4-10 º arasındadır. 1 º və ya 20 º həddində am-
plitudlar isə seyrək hallarda olur. Temperaturu 25 º-dən artıq olan günlərin
sayı Bakıda 50-dir.
0
5
10
15
20
25
30
I
II
III
IV
V
VI
VII VIII
IX
X
XI
XII
aylar
qi
ym
ət
Temperatur ºC
Karbon oksidi mq/l
Qrafik 1. Son beş il üzrə orta aylıq temperaturdan (t, sº) və asılı olaraq karbon oksidi (SO)
miqdarının dəyişmə dinamikası.
Temperaturu 20 º-dən çox olan günlərin sayı isə Bakıda 120 günə çatır.
Dənizin təsiri nəticəsində burada şaxtalı havalar az olsa da soyuq hava küt-
lələri gələn zaman müşahidə edilir. Hesablamalar göstərir ki, temperaturu -5 º
ilə 10 º arasında olan hallar yanvarda hər 10 ildə iki dəfə, fevralda isə üç dəfə
baş verə bilər. Mart ayında belə hadisə qeyd edilməmişdir. Lakin 0 º və -5 º-li
şaxtalar həmin aylarda daha tez-tez, ildə 2-3 dəfə müşahidə oluna bilər. +35 º-
dən yüksək temperatur iyun ayında hər 10 ildən bir, iyulda 8, avqustda isə 6
dəfə ola bilər. İyul, avqust aylarında son 100 ildə havanın temperaturu +14 º-
dən aşağı enməmişdir. Bu aylarda şəhərdə temperatur 40 º-yə çatır. Lakin 35-
39 º-li temperatur hər il 2-3 dəfə müşahidə edilə bilər.
Bakı şəhərində periodikaların nəzərə alınması ilə temperatur paylanmala-
rının hesablanması qrafik 1-də verilmişdir. Şəkildən göründüyü kimi 1881-
2080-ci illəri əhatə edən bir dövr temperatur tərəddüdləri faktiki paylanmalarla
fazaca eynidir. Qeyd edilən dövrün bəzi müddətlərində əyrilər arasındakı fərq
artıb-azalır. Lakin əyrilər arasındakı ümumi sinxronluq pozulmur və XXI əsrin
sonuna kimi Bakı şəhərində temperaturun necə dəyişəcəyi haqqında məlumat-
lanmaq olar. Əyrinin vəziyyətinə görə 2010-2020-ci illər arasında temperatur
tərəddüdlərində 0.1-0.3 ºC arasında cüzi artma, sonrakı 10 illikdə, yəni 2030-
163
cu illərə kimi azalma, 2035-2045-ci illərə kimi artma və sonra yenidən azala-
raq norma ətrafında dəyişəcəyi proqnozlaşdırılır.
1. Bakı şəhərinin külək rejimi və çirkləndiricilərin yayılmasında
onun rolu.
Bakı dünyanın ən küləkli şəhərlərindən biridir. Bakıda havanın
hərəkəti xəzri, gilavar, musson xarakterli küləklər və brizlərlə əlaqədardır. Bu
küləklərdən ən güclüsü olan xəzri Bakı iqlimini daha çox dəyişir, o biri
küləklərin təsirini xeyli azaldır və bəzən, hətta istiqamətini də dəyişir.
Bakıda hakim küləklərin (şimal, şimal-qərb və cənub) tez-tez təkrar-
lanması şəhər atmosferini yığılan zəhərli maddələrdən təmizləyir və oksigen
şəraitini yaxşılaşdırır. Bu məsələnin bir tərəfidir. Şəhər yarımsəhra zonasında
yerləşdiyindən yay aylarında ətraf ərazilərin torpaq örtüyü tamamilə çılpaq
olur və qəflətən başlayan xəzri şəhəri toz “duman”ına bürüyür. Bu da çox mil-
yonlu Azərbaycan paytaxtı üçün həlli çətin olan problemlərdən biridir. Şəhər
küçələrininin natəmizliyi, zibillərin vaxtında daşınmaması, qum və s. tikinti
materialları yığılmış tikinti meydançaları, bir çox hallarda yerindəcə yandırılan
zibillər bərk külək əsdikdə dözülməz şərait yaradır.Onu da qeyd etmək lazım-
dır ki, tullantılar atmosferin aşağı qatlarında küləksiz günlərdə zəif yayılır.
Belə havada şəhərin mərkəzi küçələrində güclü şəkildə qalxan hava kütlələri
hakim olur və zəhərli tullantılar çox da uzaq məsafəyə yayıla bilmir. Ən çox
tullantıların yığılması hündür binaların aralarında və şəhərin ən alçaq mə-
həllələrində müşahidə olunur.
Qrafik 2. Küləyin sürətindən (m/s) və asılı olaraq karbon oksidi (SO) miqdarının dəyişmə
dinamikası.
Avtonəqliyyat tullantıları çox təhlükəli olub biosferin aktiv zonasına
daxil olaraq ona təsir göstərir. İşlənmiş qaz tullantılarının tərkibində olan qur-
ğuşun insan orqanizminə təsir göstərən yüksək dərəcədə zəhərliyici xüsusiy-
yətə malikdir. Atmosferin aşağı qatlarına daxil olan tullatılar küləksiz günlərdə
zəif yayılır. Belə havada şəhərin mərkəzi küçələrində güclü şəkildə qalxan isti
hava kütlələri hakim olur və zəhərli tullantılar çox da uzaq məsafəyə yayıla
bilmir. Ən çox tullantıların yığılması hündür binaların arasında alçaq relyef
sahələrində və sıx meşə zolağı olan sahələrdə müşahidə olunur.
164
Ayrı-ayrı illər üzrə orta aylıq küləyin sürətindən asılı olaraq havada
karbon oksidi qatılığının dəyişmə dinamikasını əks etdirən əyrilər (qrafik 2)
göstərir ki, həmin qazın miqdarı küləyin sürəti az olan yay aylarında daha
yüksək səviyyədə olur. Bu onu göstərir ki, şəhər havasında karbon oksidinin
qatılığı temperaturla düz, küləyin sürətilə isə tərs mütənasibdir, yəni yüksək
temperaturda fotokimyəvi proseslərdə əməmlə gələn karbon oksidinin bir
hissəsi külək vasitəsilə aparıldığından, hava nümunəsi götürülən zaman karbon
oksidinin qatılığı azalmış olur.
Şəhərin atmosfer havasının temperaturunun ortaillik göstəricilərindən
asılı olaraq havada karbon oksidi miqdarının dəyişməsi gedişi əks olunan əyri-
lərdən (qrafik 3) görünür ki, həmin qazın havada qatılığı ortaillik temperaturun
daha yüksək, küləyin sürətinin isə daha aşağı olduğu müşahidə edilən 2001-ci
ildən nisbətən yüksək səviyyəyə qalxmışdır.
2. Bakı şəhərinin atmosfer yağıntılarının rejim xüsusiyyətləri və
çirkləndiricilərin yayılmasında onun rolu.
Təhlillər göstərir ki, Bakı şəhə-
rində yağıntılar qeyri-bərabər paylanır. Qışda düşən yağıntıların miqdarı
29,8%, yazda 26,2 %, yayda 9,6%, payızda 34,5% təşkil edir. Yağıntıların ən
çox miqdarı payızda (72,7mm), ən azı isə yayda (20,3mm) düşür.
a)
b)
165
c)
Qrafik 3. Ayrı-ayrı illər üzrə orta aylıq temperaturdan (a) və küləyin sürətindən (b) asılı
olaraq havada karbon oksidi (c) miqdarının dəyişmə dinamikası.
Yağıntıların illik miqdarının tərəddüd diapazonu kifayət qədər böyükdür.
Yüzilliklər ərzində maksimum yağıntı miqdarı 1946 (385 mm) və 1963-cü
illərdə (390 mm) düşmüşdür ki, bu da çoxillik normadan 2 dəfə böyükdür, ən
az yağıntı isə 1925-ci ildə müşahidə olunub, çoxillik normadan 3 dəfə kiçikdir.
Çoxillik gediş qrafikləri, həmçinin anomaliyaların inteqral əyriləri göstərir ki,
atmosfer yağıntılarının həm illik, həm də mövsümi kəmiyyətlərinin çoxillik
dəyişmələrində trendlər müşahidə edilir.
Atmosfer yağıntılarının tərkibində (yağış, qar) atmosfer havası ilə uzaq
məsafələrə transsərhəd daşınan çirkləndiricilərin tərkibinin öyrənilməsi, onların
ətraf mühitə təsirinin qiymətləndirilməsi və yağıntıların keyfiyyət göstəricilərinə
nəzarətin həyata keçirilməsi məqsədilə ölkənin davamlı qar örtüyü olan yüksək
dağlıq ərazilərində dörd məntəqədə qarın kimyəvi tərkibi, 21 məntəqədə isə at-
mosfer yağıntılarının kimyəvi tərkibi üzərində sistematik monitorinqlər aparılır.
Atmosfer yağıntılarının tərkibində aşağıdakı keyfiyyət və çirkləndirici göstərici-
lər üzərində təyinatlar aparılır: elektrik keçiriciliyi, codluq, hidrogen göstəricisi–
pH, hidrokarbonat ionu, kalsium ionu, maqnezium ionu.
Aparılmış tədqiqatlar göstərirki, atmosfer yağıntıları son 100 illik ərzin-
də azalmışdır. Yalnız iri sənaye şəhərləri, o cümlədən Bakı müstəsnalıq təşkil
edir, belə ki, burada əksinə olaraq yağıntının artması müşahidə edilir. Respub-
likamızın ərazisində atmosfer yağıntılarının kimyəvi tərkibi üzrə müşahidələr
hər ay 21 məntəqədə aparılır. Atmosfer yağıntılarının tərkibində 11 kimyəvi
göstərici-sulfatlar (SO
4
2-
), nitratlar (NO
3
-
), ammonium ionu (NH
4
+
), xlorid
ionu (Cl
-
), fosfatlar (PO
4
3-
), hidrokarbonatlar (HCO
3
-
), kalsium ionu (Ca
2+
),
maqnezium ionu (Mg
2+
), codluq, elektrik keçiriciliyi və hidrogen göstəricisi
(pH) təyin edilir. Kimyəvi tərkib mövsümi dəyişmələrə məruz qaldığı üçün
qarışıqların qatılıqlarının miqdarı cari ilə görə orta qiymətlə hesablanır. Müşa-
hidələrin nəticələrinə görə Bakı şəhəri üzrə il ərzində orta hesabla atmosfer ya-
ğıntılarının kimyəvi tərkibinin 19,5%-ni sulfat, 9,5%-ni nitrat, 1,0%-ni ammo-
nium, 11,0%-ni xlorid, 20,5%-ni hidrokarbonat, 0,02%-ni fosfat, 8,73%-ni
166
kalsium və 3,75%-ni maqnezium ionları təşkil edir. Müəyyən olunan tullantı-
ların yarıdan çoxu nəqliyyatdan atılan tullantılara aid edilir. Xüsusilə Bakı
şəhərində nəqliyyatın sıxlığı, yağışda olan zəhərli maddələrin miqdarına görə,
onu Respublikanın digər rayonlarından fərqləndirir.
3. Bakı şəhərinin duman rejimi və çirkləndiricilərin yayılmasında
onun rolu.
Bakı üçün az da olsa xarakterik olan atmosfer hadisələri içərisində
duman, covğun, tozanağı göstərmək olar. Duman ən çox ilin soyuq aylarında
müşahidə edilir. Bakıda orta hesabla yanvar ayında 4, fevral və martda isə 5
gün duman olur. Ən az duman iyun-sentyabr aylarında müşahidə edilir. Ən
çox dumanlı vaxt saat 6 ilə 12 arasında düşür. Lakin Bakıda təbii dumandan
başqa xüsusi quru duman adlandırılan dumanlar da müşahidə olunur. Belə
dumanın əmələ gəlməsində əsas rolu Xəzər dənizi və şəhər sənaye müəssisələ-
rindən havaya buraxılan duz, his, tüstü və toz dənəcikləri oynayır. Fabrik və
zavodların aerozol tullantıları dumanın daha da sıxlaşmasına kömək edir. Sə-
naye müəssisələrinin artması belə dumanların əmələ gəlmə yəqinliyini artırır
və bunların hesabına Bakıda dumanlı günlərin sayı şəhər ətrafındakından çox
olur. Nəqliyyatdan atmosferə atılan aerozollar, ionlar Bakı şəhərində dumanın
formalaşmasına təsir göstərir. Bu proses yay aylarında, yüksək temperaturda
daha çox müşahidə olunur. Yayda ağır ionların bir hissəsi temperaturun
təsirindən asılı olaraq atmosferin yuxarı hissəsinə qalxır. Dumanlı havada
yüngül ionların sayı 35-45% azalır, ağır ionlar isə 145-155% artır. Çünki
dumanda yüngül ionlar atmosferdə olan su damlalarının üzərinə yataraq ağır
ionlara çevrilir. Buludlu havada buludun alt təbəqəsinə yığılmış ionlar ref-
lektor rolunu oynadığı üçün elektromaqnit şüalarının əks olunması daha da
artır. Elektromaqnit sahələri ilə güclü çirklənən mühit şəraitində isə insanın
davranışında pozulmalar, süstlük, yuxusuzluq, halsızlıq, yaddaşın itməsi və s.
baş verir.
Azərbaycanın bir çox rayonlarına nisbətən tozanaq Bakıda tez-tez müşa-
hidə edilir. Hadisənin yaranmasına səbəb güclü küləklər və Abşeron yarım-
adası səthində havaya qaldırıla bilən toz, qum və başqa hissəciklərin olmasıdır.
Bakı meteoroloji stansiyasında aparılmış müşahidələrə görə şəhərdə bir ildə
orta hesabla 7 dəfə tozanaq olur. Tozanaq hadisəsi, ümumiyyətlə, tullantıları
ən çox yayan təbiət hadisəsi hesab olunur. Başqa bir yerdə toplanmış tul-
lantıları bəzən ekoloji cəhətədn daha təmiz ərazilərə daşıyaraq, həmin ərazini
çirkləndirir. Nəqliyyat tullantıları da, həmçinin bu yolla daha çox yayılır.
Tozanaqlar transsərhəd daşınmaların əsas səbəbkarı hesab olunur.
ƏDƏBİYYAT
1. Əyyubov Ə.C. Bakının iqlimi. Bakı: Azərnəşr, 1973. 178 s.
2. Bayramov Ş.R., İdrisova R.V., Haşımova R.A., Hüseynov C.H., Avazova M.Ə. Bakı şə-
həri atmosfer havasında karbon oksidinin miqdarca dəyişməsinin öyrənilməsi. Hidrome-
teorologiya və Ətraf Mühitin Monitorinqi // elmi-metodik konfransının materialları. Bakı,
2007, s. 88-93.
167
3. Hacıyev Q.A., Əhmədova C.N., Bayramov Ş.R. Havanın çirklənmə vəziyyəti. Azərbaycan
təbiət jurnalı, Bakı, 2000, №1-2. s.6-9.
4. Cümşüdov S.Q. Avtomobil nəqliyyatının iqtisadiyyatı. Bakı: Maarif, 2000, s. 239.
5. Rəhimov C.R., Cümşüdov S.Q. Ətraf mühitin çirklənməsində nəqliyyyat amili. Bakı
Universitetinin Xəbərləri, Təbiət elmləri seriyası, 2007, №3, s.98-105.
6. Məmmədov Ə.S. Bakıda havanın temperaturunun periodik dəyişməsi. Bakı Universitetinin
Xəbərləri, Təbiət elmləri seriyası, 2008, №3, s. 204-207.
7. Əliyev S.T., Babayev M.R , Hacıyev İ.Ş., Mirzəyev A.V. Avtonəqliyyat tullantılarının
ətraf mühitə təsirinin ekoloji qiymətləndirilməsi // Ekologiya və Su Təsərrüfatı ( Elmi-
texniki istehsalat jurnalı), 2007, №4. s.3-6.
8. Qurbanov C.Q. Ödənişli Avtomobil yollarının yaradılmasının zəruriliyi // Ekologiya və Su
Təsərrüfatı (Elmi-texniki istehsalat jurnalı), 2009, №2, s. 52-55.
9. Məmmədova Ş.İ., Abdullayev R.B. Meteoroloji amillərin şəhərlərin atmosferinə atılan
tullantıların yayılmasında rolu // BDU-nun 90 illik yubileyinə həsr olunmuş Beynəlxalq
Elmi konfransın materialları. Bakı: BDU, 2009, s. 533-535.
10. Azərbaycan Respublikası regionlarının Sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-
2008-ci illər) // Azərbaycan Respublikası Prezidentinin 11.02.2004-cü il tarixli 2. 4 №-li
Fərmanı.
11. www. eco.gov.az
12. www.eea.eionet.europa.eu
13. www.un-az.org
14. www.azecology.org
15. www.ecolex-az.org
16. www.sd.aznet.org
КЛИМАТИЧЕСКИЕ УСЛОВИЯ ГОРОДА БАКУ И ЕГО РОЛЬ
В РАСПРЕДЕЛЕНИИ ЗАГРЯЗНИТЕЛЕЙ
Ш.И.МАМЕДОВА
РЕЗЮМЕ
В статье были проанализированы климатические факторы по отдельным годам
города Баку. Также были исследованы направление и скорость ветра, температура воз-
духа, осадки и распределение загрязнителей в зависимости от направления туманов.
Ключевые слова: загрязнительный ингредиент, предельно допустимая кон-
центрация, фотохимические процессы, атмосферные осадки.
CLIMATE CONDITION OF BAKU CITY AND ITS ROLE IN THE
DISTRIBUTION OF POLLUTANTS
SH.I.MAMMADOVA
SUMMARY
The climate factors of Baku city for different years are analyzed in this article. The
distribution depending on wind speed and direction, air temperature, rain and mist movement
is researched.
Key words: pollutant, ingredient, possible concentration limit, photochemical proces-
ses, atmosphere rain.
Redaksiyaya daxil oldu: 30.05.2011 il.
Çapa imzalandı: 27.07.2011 il.
Dostları ilə paylaş: |