Microsoft Word Geoqrafiya-3-2011. doc



Yüklə 66,23 Kb.
Pdf görüntüsü
tarix21.10.2017
ölçüsü66,23 Kb.
#6332


 

 

 



124

BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№3      

 

Təbiət  elmləri seriyası   2011 

 

 



 

 

 



UOT 51.5 

QURAQLIĞIN METEOROLOJİ ƏSASLARI 

 

Ə.S.MƏMMƏDOV  

Bakı Dövlət Universiteti 

 asger_mammadov@mail.ru 

 

Hər ildə Yer kürəsinin müxtəlif regionlarında quraqlıq nəticəsində Dünya ölkələrinin 

təsərrüfatına dəyən zərər milyard dollarla ölçülür. Yalnız Rusiya ərazisində son on ildə 

quraqlıq Rostov, Orenburq və Ulyanov vilayətlərinin  təsərrüfatlarına çox böyük dərəcədə 

zərər vurmuşdur.  Bunun nəticəsində 2009–cu ildə 3,6 mln hektar sahədə məhsul məhv olmuş, 

nəticədə  dəyən zərəri ödəmək üçün dövlət büdcəsindən bir neçə milyard  məbləğində  vəsait 

ayrılmışdır. Quraqlığın proqnoz məqsədli tədqiqi hazırda bütün dünya ölkələri üçün təsərrüfat 

əhəmiyyətli vacib məsələdir. 

 

Açar sözlər: sirkulyasiya, anomaliya, quraqlıq, kataloq

 

A.M.Alpatyev və V.N.İvanova quraqlığı meteoroloji əsaslara görə 

müəyyən etməyi təklif edirlər. Bu zaman hidrometrik əmsalın aşağıdakı 

düsturla hesablanmış kəmiyyət göstəricilərindən istifadə edilir: 

 ,                                      

  (1) 


 

Burada  ∑R – vegetasiya dövründə (aprel-iyul) yağıntıların miqdarı 

(mm),  ∑t - 10

0

-dən yuxarı orta sutkalıq temperaturların cəmidir. 



Q.T. Selyaninov K

c

-hidrotermik əmsalın çöl üçün K



c

≤0.6, meşə-çöl əra-

zisində  K

c

≤0.7 olduğunu qəbul etmişdir. Bundan başqa Q.T. Selyaninov K



c

 

əmsalının qiymətlərindən asılı olaraq aşağıdakı iqlim tiplərini müəyyənləşdir-



mişdir: 

K

c



<0.5 – yağıntıların çox az olması və çox quraq; 

0.5


c

<1.0 – az rütubətli və quraq; 

K

c



>1.0 – izafi rütubətli.  

N. N. İvanova rütubətlənmə  dərəcəsini yağıntı miqdarının mümkün 

buxarlanmaya nisbəti kimi hesablayır: 

 



 

 

 



125

Burada,  

                                          

E = 0.0018(t+25)

2

(100-α)  



mümkün buxarlanma, t–havanın orta aylıq temperaturu, α–orta aylıq nisbi 

rütubətlikdir. Burada quraqlığın baş verməsi üçün K

n

≤ 0.25 ÷ 0.35 şərti ödən-



məlidir. 

A.V. Meşerski quraqlığı qiymətləndirmək üçün əraziyə düşən atmosfer 

yağıntılarını tədqiq etmişdir. Bu zaman yağıntıların çoxillik normasının 80%-

dən az, temperatur tərəddüdlərinin isə 1

0

-dən çox olması şərti quraqlığın baş-



landığını göstərir . 

D.A. Ped quraqlıq dərəcəsini müəyyən etmək üçün aşağıdakı ifadəni 

təklif edir:

                          

 

, 



Burada ∆T və ∆R uyğun olaraq temperatur və yağıntı anomaliyaları, σ

T

 



və  σ

R

 isə temperatur və yağıntıların normadan orta kvadratik sapmalarını 



müəyyən edir.  

Sonralar D.A. Ped (2) ifadəsinə ∆E – torpaq rütubətliyi üçün sapmaları 

əlavə etməklə (2) ifadəsini təklif etmişdir:  

  

,                                    (2)



 

                                               

O.A. Drozdovun tədqiqatlarında quraqlıq hidrometrik əmsala görə 

müəyyən edilir.  

N.A. Bаqrov atmosfer anomaliyalarının müəyyən edilməsi üçün aşağıda 

verilmiş düsturdan istifadə etməyi təklif etmişdir: 

             

 

                                          (3) 



                                                                   

 

Burada, N–müşahidə  məntəqələrinin sayı,  ∆T= T - T



N

 temperaturunun 

T



– çoxillik normadan sapması;  ∆T



i

–müəyyən edilmiş ay üçün temperatur 

anomaliyaları,   – verilmiş ay üçün temperaturun orta kvadratik dəyişməsini 

göstərir. ∆R= R - R

N

 atmosfer yağıntılarının R



N

 – çoxillik yağıntı normasından 

sapması;  ∆E= E - E

N

 torpaqda olan rütubətliyin E



N

 – çoxillik normadan 

sapmasıdır; 

– isə uyğun olaraq temperatur, yağıntı və torpaqda olan 

rütubətliyin dispersiyasını ifadə edir və aşağıdakı kimi hesablanır: 

 

                                                  



 (4) 

K-nın hesablanmış qiymətləri əsasında anomal aylar, illər və regionlar müəy-

yən edilir və quraqlıq kataloqları da tərtib edilir.  

B.İ. Sazanov [2] quraqlığın qiymətləndirilməsini meteoroloji kompleks-




 

 

 



126

lərə görə aparmağı təklif edir. Bu zaman ( T



max

 – T

min

- e) və (q–s–p) təbii 

meteoroloji komplekslərdən istifadə olunması təklif edilir. Burada q-yağıntının 

miqdarı, s – buludluluq, p – təzyiq sahəsi, e – rütubətliyi göstərir. Termik və 

rütubətlik meteoroloji kompleksə görə  cənub en dairələrində (yayda) maksi-

mal temperatur rejimi əsasən udulan qısadalğalı radiasiyadan, minimal tempe-

ratur rejimi isə effektiv şüalanmadan asılı olur. Bu zaman adveksiya nəticə-

sində termik rejim formalaşır. Digər komplekslərə görə cənub-şərqi Avropada 

quraqlığı ifadə edən funksiya göstəricisi Avropa və  Qərbi Sibir üzərindən 

keçən qərb hava köçürmələrinin nəticəsində baş verir [1].  

Quraqlıqla antisiklon xarakterli təzyiq sahələri arasında əlaqələr ilk dəfə 

B.P. Multanovski tərəfindən müəyyən edilmişdir. Bu zaman Azor və Qütb 

antisiklonlarının təsirləri xüsusi olaraq tədqiq edilir. 

Quraqlıq üçün səciyyəvi olan sinoptik şəraitə görə troposferdə  təzyiq 

yalları, yaxud quraq ərazilər üzərində antisiklonik təzyiq sahələri formalaşır. 

Quraqlıq tədqiqatlarında keçmiş SSRİ-də aqrometeorologiyada geniş 

istifadə olunan hidrotermik əmsalın (HTƏ) qiymətləri də təhlil edilmişdir. Bu 

əmsal Q.T. Selyaninov tərəfindən təklif olunmuşdur və  aşağıdakı düsturla 

hesablanır: 



t

C

X

HT

0

10



1

,

0



/

+

=



Σ

 



 Burada X- vegetasiya dövründə düşən atmosfer yağıntılarının cəmi, 

  - 


vegetasiya dövründə +10  -  dən yuxarı orta sutkalıq hava temperaturlarının 

cəmidir.  

   Azərbaycanın müxtəlif fiziki-coğrafi rayonlarında yerləşən 28 

meteoroloji müşahidə  məntəqəsinin məlumatlarına görə 1961-1997-ci illərin 

hər biri üçün HTƏ-nin qiymətləri hesablanmış, sonra isə hər bir il və məntəqə 

üçün HTƏ-nin orta qiyməti təyin edilmişdir. Bu qiymətlərin təhlili göstərir ki, 

müşahidə dövrünün müxtəlif illərində HTƏ-nin qiymətləri 0,62-2,09 arasında 

dəyişir. Hidrometrik əmsalın qiyməti vahiddən kiçik (HTƏ<1) olan illər quraq 

hesab edilir. Bu illər aşağıdakılardır: 1961 (HTƏ=0,62), 1971 (0,76), 1975 

(0,86), 1979 (0,96),1984 (0,96), 1985 (0,76), 1987 (0,84), 1989 (0,74), 1990 

(0,94), 1991 (0,83). Göründüyü kimi, HTƏ-nin qiymətlərinin təhlili də 1971-ci 

ilin quraq olduğunu təsdiq edir. 

Qərb ölkələrində quraq illəri təyin etmək üçün daha çox standart-

laşdırılmış yağıntı indeksi (SPİ) üsulundan istifadə edilir [1]. 

  Bu indeks aşağıdakı düstura görə hesablanır: 

x

i

S

X

X

SPI

=



               

         (5)                                            

burada,  - hər bir il üçün atmosfer yağıntılarının (illik və ya aylıq) miqdarı;  

  - yağıntı sırasının orta qiyməti;  

- orta kvadratik meyletmədir. 



 

 

 



127

Burada quraqlığın kəskinlik dərəcəsi aşağıdakı cədvələ görə təyin edilir 

(cədvəl 1). 

Cədvəl 1 



Quraqlığın kəskinlik dərəcəsi 

 

SY Quraqlığın dərəcəsi 



0,0-(-0,99) Zəif 

(-1,0)-(-1,49) Orta 

(-1,5)-(-1,99) 

Şiddətli 

-2,0 və ya daha az 

Çox şiddətli 

 

(5) düsturuna əsasən Azərbaycanın  ən böyük iqtisadi vilayətlərindən biri 



Lənkəran təbii vilayəti üçün quraqlıq hesablanmışdır [1].  

Ərazisinin 50%-ə  qədəri arid zonada yerləşən Azərbaycan üçün bu 

məsələnin həlli daha vacibdir. 1984 və 1986-cı illərin məlumatlarına  əsasən 

müəyyən edilmişdir ki, yalnız quraqlıq və daşqınlar nəticəsində respublikanın 

təsərrüfatına iki ildə təqribən 3 milyon dollara qədər zərər dəymişdir. Region-

da baş berən uzun müddətli quraqlıqlar Xəzər dənizinin səviyyə tərəddüdlərinə 

ciddi təsir göstərir. Məsələn, 1930-1940-cı illərdə Şərqi Avropa düzənliyində 

(Volqa çayı hövzəsində) təqribən on ilə  qədər davam edən quraqlıq nəti-

cəsində Xəzərin səviyyəsi kəskin şəkildə (2,5 metr) aşağı düşmüşdür.  1978-

1995-ci illərdə, əksinə yağıntıların çoxalması  Xəzərin səviyyəsinin artmasına 

səbəb olmuşdur. Son on beş ildə səviyyə, demək olar ki, dəyişmir. Ümumiy-

yətlə, Xəzər dənizinin səviyyə  tərəddüdləri, regionda iqlim tərəddüdlərinin 

göstəricisi  hesab oluna bilər. 

Azərbaycanda meteoroloji quraqlıqlar Ə.M. Şıxlinski  tərəfindən tədqiq 

edilmişdir. Tədqiqatlar nəticəsində Respublika ərazisində quraq ərazilərin 6 

tipi müəyyən edilib göstərilir. Burada quraq ərazilərin təsnifatı verilərkən nisbi 

rütubətliyin il ərzindəki qiymətinin onun yay üçün olan qiymətinə nisbətindən 

istifadə edilir. Bu zaman aşağıdakı kriteriyalardan istifadə edilir: 

I tip (kəskin quraq ərazilər) 15% ≤5%; 

II tip (güclü quraqlıqlar) 16-30% ≤15%; 

III tip( quraq ərazilər) 31-50% ≤25%; 

IV tip (mülayim quraqlıqlar) 51-70% ≤40%; 

V tip (zəif quraqlıqlar) 71-99% ≤50%; 

VI tip (nadir hallarda müşahidə olunan quraqlıqlar) 100-150% ≤35%. 

 Verilmiş rayonlaşma xəritəsindən məlum olur ki, Azərbaycanın  əksər 

ərazilərinə müxtəlif dərəcədə quraq iqlim xüsusiyyətləri xasdır. Tədqiqatlar 

zamanı yuxarıda qeyd edilən quraqlıq tiplərinə məxsus ərazilər üçün yağıntısız 

günlərin sayı müəyyən edilmiş və Respublika ərazisi üçün rütubət çatışmazlığı 

hesablanmışdır.  

Yerinə yetirilmiş işdə, D.A. Pedin və A.V. Meşerskayanın təklif etdikləri 

üsulları ümumiləşdirməklə, 1891-1987-ci illərin temperatur və yağıntı  məlu-



 

 

 



128

matlarına  əsasən Azərbaycan  ərazisi üçün quraq illərin kataloqu tərtib edil-

mişdir. Müəyyən edilmişdir ki, aşağıda göstərilən illərin bütün fəsillərində 

quraqlıq müşahidə olunmuşdur: Bakıda 1938, Gəncədə 1961, 1966, 1971, 

Qubada 1971, 1983, Lənkəranda 1917, 1938, Naxçıvanda isə 1899-cu ildə. 

Aparılmış hesablamalar nəticəsində müəyyən edilmişdir ki, 1891-1987-

ci illəri  əhatə edən dövrün ikinci yarısında, yəni 1940-cı ildən başlayaraq 

quraqlığın təkrarlanması artmışdır. 1940-1987-ci illərdə baş vermiş quraqlıqlar 

ümumi quraqlıqların 65-70%-ni təşkil edir. 

Hesablamalar zamanı quraqlıq göstəricisi S

i

-lər üçün aşağıdakı 



qiymətlərdən istifadə olunur: 

a) quraqlıq üçün ∆T>>0 və 

0

>

Δ



T

T

σ

   ;  ∆R<<0 və   



<0;  ∆E<<0 və   

<0 

olduqda S

i

>>0 olur; 



b) rütubət artıqlığı yaranan hallarda ∆T<<0 və 

<0;  ∆R>>0 və     

 >  0; 


∆E>>0 və  

 >0 olduqda S

i

<<0 olur.  

(2) ifadəsi ilə quraqlıq göstəricilərinin müəyyən edilməsi  

 toplananına görə 

(məlumatların azlığından) böyük çətinliklər törədir. Bunun səbəbi isə torpaqda 

olan rütubət çatışmazlığının çoxlu sayda parametrlərdən asılı olmasıdır. Buna 

görə  də, qeyd edilən səbəbdən bizim hesablamalarda 

 toplananı  nəzərə 

alınmır.  

Beləliklə, Respublika ərazisi üçün quraqlıq kataloqlarını  tərtib edərkən 

hesablamalar həm Pedin təklif etdiyi düsturu, həm də yağıntıların 80%-dən 

aşağı olması şərtləri nəzərə alınmaqla aparılır.  

Hesablamalar zamanı  S

i

 – quraqlıq göstəricisi üçün aşağıdakı  şərtlər 



qəbul edilir: 

a) 1≤ S


i

(τ)<2 – zəif quraqlıq, cədvəllərdə 1–kimi işarə edilir; 

b) 2≤ S

i

(τ)≤3 – mülayim quraqlıq, 1



+

 - kimi işarə edilir; 

c) S

i

(τ)>3 – kəskin  quraqlıq , 1‡ kimi işarə edilir. 



Tərtib etdiyimiz kataloqlara xas olan belə bir ümumi cəhəti qeyd etmək 

lazımdır ki, davamiyyət müddətləri böyük olan zəif quraqlıqlar, davamiyyət 

müddəti kiçik olan digər quraqlıq tiplərindən daha təhlükəlidir. Buna bənzər 

hallar Bakıda 1901, 1905, 1953, 1961, 1962, 1971-ci illərdə, Gəncədə 1938, 

1953, 1961, 1962, 1966, 1971, 1987-ci illərdə,  Şuşada 1901, 1902, 1938, 

1940, 1961,1971-ci illərdə, Qubada  1901, 1902, 1938, 1948, 1953, 1957, 

1961, 1962, 1966, 1968, 1970, 1971,1975, 1979, 1983-cü illərdə, Zaqatalada 

1892, 1938, 1941, 1951, 1962, 1966, 1985-ci illərdə, Lənkəranda 1938, 1952, 

1960, 1971, 1975-ci illərdə, Naxçıvanda 1899, 1930, 1938, 1961, 1962, 1968, 



 

 

 



129

1970, 1971-ci illərdə  müşahidə edilmişdir. 

Təhlükə  dərəcəsinə görə bitkilərin vegetasiyası dövründə baş verən 

quraqlıqların təsərrüfata vurduğu zərər daha böyükdür. Bu cür quraqlıqların 

əhatə dairəsi  Azərbaycanda aşağıdakı kimidir: Bakıda 1916, 1917, 1925, 

1938, 1971-ci illərdə, Gəncədə 1944, 1950, 1961, 1966, 1970, 1971-ci illərdə, 

Şuşada 1938, 1940-cı illərdə, Qubada 1950, 1957, 1962, 1964, 1968, 1970, 

1971,  1977, 1979, 1983-cü illərdə, Zaqatalada 1938, 1957, 1968, 1985-ci 

illərdə, Lənkəranda 1899, 1917, 1938, 1944, 1968, 1971, 1979-cu illərdə, 

Naxçıvanda 1899, 1925, 1937, 1968, 1970, 1971-ci illərdə qeydə alınmışdır.  

Vangengeymin sirkulyasiya tipləri (C–meridional; E–şərq;  W–qərb) ilə 

quraqlıq arasında müəyyən  əlaqə olduğu  ədəbiyyatlarda qeyd edilmişdir. Bu 

məsələyə aydınlıq gətirmək məqsədilə 1891-1997-ci illər arasında qeyd edilən 

sirkulyasiya tipləri üçün tərəddüdlərin təhlili  əsasında, sirkulyasiya tipləri ilə 

quraqlıq paylanmaları arasında müəyyən əlaqə olduğu aşkar edilmişdir. 

C–sirkulyasiya tipi ilə quraqlıq paylanmaları arasındakı  əlaqələri 

araşdırsaq onda bəzi maraqlı  məqamları  aşkar etmiş olarıq. Belə ki, 1891-

1915-ci illər arasında C–sirkulyasiya tipinin müsbət qiymətlərində quraq 

illərin artdığı, 1929-1947-ci illər arasında C–tipinin mənfi qiymətlərində quraq 

illərin azalması müşahidə edilmişdir. 1949-1971-ci illər arasında C–tipinin 

mənfi tərəddüdlərinin azalması ilə quraq illərin sayında yenidən artma qeydə 

alınmışdır (şəkil 1). 

1913-1945-ci illər arasında W–sirkulyasiya tipinin tərəddüdləri müsbət 

qiymət aldığı zaman Lənkaranda quraq illərin sayı azalmış, 1891-1915-ci illər-

də isə W – tipinin mənfi qiymətlər alması ilə quraq illərin sayı artmışdır. 1990-

cı illərin sonuna doğru W – sirkulyasiya tipində  mənfi tərəddüdlər artdıqca 

quraqlıqların təkrarlanması və kəskinlik dərəcələri yenidən artmışdır (şəkil 2). 

E– irkulyasiya tipində isə 1950-ci illərə kimi əsasən mənfi tərəddüdlər, 

sonrakı 1990-cı illərin sonuna kimi müsbət tərəddüdlər üstünlük təşkil etmişdir 

(şəkil 3). 

Beləliklə, C və W sirkulyasiya tipləri ilə quraqlıqların təkrarlanma tez-

likləri arasında müəyyən əlaqə olduğu müşahidə edildiyi halda, E tipi arasında 

heç bir əlaqə forması aşkar edilməmişdir. 



 

 

 



130

-60


-40

-20


0

20

40



60

80

1



5

9 13 17 21 25 29 33 37 41 45 49 53 57 61 65 69 73 77 81 85 89 93 97

 

Şək. 1.  C – meridional sirkulyasiya tipi. 

-100


-80

-60


-40

-20


0

20

40



60

80

100



1 5 9 13 17 21 25 29 33 37 41 45 49 53 57 61 65 69 73 77 81 85 89 93 97

 

Şək. 2.  W – Qərb sirkulyasiya tipi. 

 

-150


-100

-50


0

50

100



150

1 5 9 13 17 21 25 29 33 37 41 45 49 53 57 61 65 69 73 77 81 85 89 93 97

 

Şək. 3. E – Şərq sirkulyasiya tipi. 

 

Beləliklə, Azərbaycanda quraqlığın meteoroloji əsasları müəyyən edil-



miş  və yüzillik dövr üçün quraqlıq kataloqları  tərtib olunmuşdur. Məqalədə 


 

 

 



131

həllini tapmış  məsələ quraqlığın proqnozlaşdırılması üçün müəyyən zəmin 

yaratmaqla təsərrüfatın müxtəlif sahələrində istifadə oluna bilər.  

 

ƏDƏBİYYAT 

1.  İmanov F.Ə., Məmmədov Ə.S. Azərbaycanın subtropik iqlim zonasında quraqlığın tədqi-

qi. Azərbaycan Coğrafiya cəmiyyəti. 2011, № 2, s. 272 – 276. 

2.  Сазонов Б.И. Суровые зимы и засухи. Л.: Гидромет, 1991, 240 с. 

 

МЕТЕОРОЛОГИЧЕСКИЕ ОСНОВЫ ЗАСУХИ 



 

А.С.МАМЕДОВ   

 

РЕЗЮМЕ 

 

В  данной  статье  исследованы  метеорологические  показатели  засухи.  Для  этого 

был  применен  метод  отношений  аномалий  температуры  и  осадков  к  их  сред-

неквадратическому  отклонению.  Кроме  этого,  для  осадков  принято  условие,  что  их 

значение  не  превышает 80% их  нормы.  В  результате  для  территории  Азербайджана 

составлен каталог засухи. 

  

Ключевые слова: циркуляция, аномалия, засуха, каталог. 

   



PRINCIPLES OF METEOROLOGICAL DROUGHT 

 

A.S.MAMMADOV 

 

SUMMARY 

 

Meteorological indicators of drought are surveyed from the fulfilled commission. For 

this, the divisibility of anomalies of temperatures and rein heads by their central square error 

are computed. As a result, the drought catalog for the territory of Azerbaijan is compiled. 

 

Key words: circulation, anomaly, drought, catalogue. 

 

Redaksiyaya daxil oldu: 18.09.2011-ci il  



Çapa imzalandı: 02.11.2011-ci il 

 

 



 

 

 



 

 

 



 

 

Yüklə 66,23 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə