Microsoft Word geosiyaset son doc



Yüklə 21,71 Mb.
Pdf görüntüsü
səhifə14/318
tarix15.07.2018
ölçüsü21,71 Mb.
#55988
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   ...   318

 

ßËÈ ÙßÑßÍΠ

 

42 


ması  qərarına gəlir. Milli Şuranın mayın 28-də keçirilən ilk 

iclasında çıxış edənlər Azərbaycanın müstəqil respublika elan 

edilməsinin vacib olduğunu bildirdilər.  İclasda Azərbaycanın 

istiqlaliyyətinin elan edilməsi haqqında qərar qəbul olunur və 

altı  bənddən ibarət “İstiqlal bəyannaməsi” bəyan edilir.

6

 Bu-



rada Azərbaycan Xalq Cümhuriyyəti dövlətinin gələcək daxili 

və xarici siyasətinin  əsas istiqamətləri və prinsipləri müəyyən 

olunmuşdu.  

Azərbaycanda respublika idarə-üsulunun qurulacağını bə-

yan edən Milli Şura ilk dəfə olaraq müsəlman  Şərqinə xalq 

respublika məfkurəsini və idarə üsulunu gətirdi. Beləliklə, Cə-

nubi Qafqazda müstəqil dövlətlərin, o cümlədən də Azərbay-

can dövlətinin yaradılması prosesi başlandı. Azərbaycanlılar 

uzun illər boyu arzuladıqları və uğrunda mübarizə apardıqları 

müstəqilliyə qovuşmaq şansı əldə etdilər. (Bax: Xəritə 2) 

Əgər Azərbaycanın  şimalı XIX əsrdə Rusiya tərəfindən 

xanlıqlar formasında işğal edilmişdisə, azərbaycanlılar isə şir-

vanlı, gəncəli, bakılı, lənkəranlı, naxçıvanlı və b. adlar altında 

bu ölkəyə birləşdirilmişdilərsə, 1918-ci ildə Azərbaycan vahid 

bir dövlət, azərbaycanlılar isə vahid bir xalq kimi imperiyanın 

tərkibindən ayrıldı. Azərbaycan xalqının uzun illər boyu pozul-

muş vahid dövlətçilik  ənənələri bərpa edildi. Bu isə  Cənubi 

Qafqazda yeni bir geosiyasi vəziyyətin yaradılması demək idi. 

Azərbaycan beləliklə, təkcə Qafqaza deyil, bütün Yaxın və 

Orta Şərq regionuna təsir edən ciddi bir faktora çevrildi. Azər-

baycan Cümhuriyyəti bütün müsəlman xalqlarına müstəmləkə 

zülmündən azad olmanın və müstəqil dövlət yaratmanın 

nümunəsini göstərdi. 

                                                 

6

 Адрес-календарь Азербайджанской Республики на 1920 год. Под ред. А. 



И. Ставровского. Б., Правительственная типография газ. «Азербайджан» 

1920, с. 16-17; Azərbaycan Respublikası Dövlət Arxivi (ARDA), f. 970, siy.1, 

iş 1, v. 1-2. 



 

ÀÇßÐÁÀÉÚÀÍÛÍ ÝÅÎÑÈÉÀÑßÒÈ  

 

 43


Azərbaycan Xalq Cümhuriyyəti dövlətinin təbii-tarixi 

olaraq formalaşmış vahid inzibati ərazisi mövcud idi. Azərbay-

can dövlətini yaratmaqdan ötrü bundan başqa, daxili amillər - 

Azərbaycan xalqı  və onun vahid etnik ərazisi də formalaş-

mışdı. Proseslərin gedişində bütün əhalini idarə edən mərkəzi 

hakimiyyətin də yaradılması milli dövlət quruculuğunu şərtlən-

dirən əsas daxili amillərin mövcudluğunu göstərirdi. 

Müstəqil dövlətin yaradılması üçün əlverişli beynəlxalq 

şərait də mövcud idi. Osmanlı imperatoluğunun xarici siyasət 

konsepsiyası, geosiyasi niyyətləri Azərbaycan xalqının arzu və 

istəkləri ilə üst-üstə düşürdü. Osmanlı yardımları dövlətin ya-

radılması üçün mühüm xarici faktor rolunu oynayırdı. Belə-

liklə, göründüyü kimi, müstəqil dövlətin yaradılması obyektiv 

tarixi proseslərin və Azərbaycan xalqının uzun illər boyu apar-

dığı istiqlal mübarizəsinin konkret nəticəsi idi. 

 

 




 

ßËÈ ÙßÑßÍΠ

 

44 


Rus çarizminin yeritidiyi Qafqaz siyasəti nəticəsində 

regiona yerləşdirilən ermənilərə ayrılan Azərbaycan torpaqları 

istisna olmaqla Azərbaycan Xalq Cümhuriyyəti dövlətinin 

iddia etdiyi ərazilərin xəritəsi belə idi: Bakı quberniyası  və 

Dağıstan vilayəti, bütün Yelizavetpol quberniyası (keçmiş inzi-

bati sərhədlərində), Sıqnax qəzasının qərb hissəsindən Qəbələ 

çayına qədər Zaqatala dairəsi, Sıqnax qəzasının cənub-qərb 

hissəsi, Borçalı  qəzasının orta hissəsi, Naxçıvan,  Şərur-Dərə-

ləyəz, və Sürməli qəzaları, İrəvanın cənub hissəsi, (İrəvan şə-

hərinin özü Milli Şura tərəfindən ermənilərə verilmişdi) Göyçə 

gölünün şərq sahilinə qədər, Yeni Bəyazıt qəzasının bir hissəsi.  

Azərbaycanın sərhədləri aşağıdakı kimi müəyyənləşdirilir-

di:  şimaldan dağlı xalqlar, şimal-qərbdən Gürcüstan, qərbdən 

Ararat Respublikası (Ermənistan), şərqdən Xəzər dənizi ilə Tür-

küstan, cənubdan İran, cənub-qərbdən Osmanlı imperatorluğu.  

Azərbaycan Xalq Cümhuriyyəti Cənubi Qafqazda mühüm 

geosiyasi mövqe tutraraq regionun ərazi baxımından ən böyük 

ölkəsi idi. Ölkənin mübahisəsiz  ərazisi 97.297. kv.km təşkil 

edirdi. Ermənistan və Gürcüstanla mübahisəli ərazilərlə birlik-

də Azərbaycan  ərazisi ümumən 113.895. kv.km göstərilirdi. 

(Bax Xəritə 3)  

Cənubi Qafqazda əhali baxımından  ən çoxsaylı xalq da 

azərbaycanlılar idi. O zaman bütün Cənubi Qafqazda 7 milyon 

687 min 770 nəfər əhali yaşayırdı ki, onun üç milyon 306 min 

nəfəri azərbaycanlı, 1 milyon 786 min nəfəri erməni, 1 milyon 

641 nəfəri isə gürcü idi. 

Azərbaycan Xalq Cümhuriyyətinin  əhalisi 2 milyon 861 

min 862 nəfər idi. Bunun 1 milyon 952 min 250 nəfəri və ya 

68,2 %-i azərbaycanlı, 622 min 6 nəfəri və ya 14,7%-i erməni, 

14 min 791 nəfəri və ya 0,6 %-i gürcü, 214 min 930 nəfəri və 

ya 7,5 %-i rus, 57 min 882 nəfəri və ya 2,3 %-i digər xalqların 

nümayəndələri idi.

7

 

                                                 



7

 Azərbaycan tarixi sənədlər və nəşrlər üzrə. Akad. Z. M. Bünyadovun redak-

təsi ilə. B., Elm, 1990, s. 179. 



 

ÀÇßÐÁÀÉÚÀÍÛÍ ÝÅÎÑÈÉÀÑßÒÈ  

 

 45


 

 

Azərbaycan dövləti ilə yanaşı Cənubi Qafqazda Gürcüstan 



və Ararat erməni respublikaları da elan edildi. Bu vaxtadək 

Cənubi Qafqazda heç bir zaman Ermənistan adlı inzibati-siyasi 

vahid olmamışdı. Ermənistan adlı dövlət ilk dəfə olaraq məhz 

qədim  İrəvan  şəhəri mərkəz seçilməklə Azərbaycan torpaqla-

rında yaradılırdı. Yaradılarkən Ermənistan  ərazisi təxminən 9 

min kv. km elan edilmişdi. Yeni yaradılmış dövlətin hətta pay-

taxtı yox idi. Ermənilər bu zaman İrəvana iddia etmirdilər. On-

lar dövlət yaratmaq üçün indiki Türkiyənin bəzi vilayətlərini 

və paytaxt olaraq Gümrünü istəyirdilər. Həmin torpaqlar və 

Gümrü şəhəri o zaman türk ordusunun nəzarəti altında idi. 




Yüklə 21,71 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   318




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə