Microsoft Word geosiyaset son doc



Yüklə 21,71 Mb.
Pdf görüntüsü
səhifə318/318
tarix15.07.2018
ölçüsü21,71 Mb.
#55988
növüDərs
1   ...   310   311   312   313   314   315   316   317   318

 

ÀÇßÐÁÀÉÚÀÍÛÍ ÝÅÎÑÈÉÀÑßÒÈ  

 

 991


həyata keçirsin, hərbi-strateji və peyk-informasiya nəzarətinin 

müasir texniki imkanlarına malik olsun. Lakin Azərbaycan 

hərbi-strateji tərəfdaşları vasitəsi ilə milli təhlükəsizliyinin 

təmin olunması üçün regional əhəmiyyətli lazımi informasiya 

texnologiyalarından öz məqsədləri üçün istifadə edə bilər.  

Müasir dünya geosiyasətində informasiya və  təbliğatın 

beynəlxalq ictimai rəyə  təsir imkanlarından geniş danışılır. 

Hazırda bir ölkənin başqa dövlətin ərazisində mövcud informa-

siya sistemlərini nəzarət altına alması  və yaxud idarə etməsi 

yalnız onun hərbi və milli təhlükəsizlik məsələlərinə  təsirlə 

yekunlaşmır. Bu, həm də yerli ictimai rəyin kənar təsirlərə mə-

ruz qalmasına və idarə edilməsinə, ölkənin idarəçilik sistemi-

nin pozulmasına və iflic olmasına səbəb ola bilər. Mütəxəssis-

lərin fikrincə, xarici texnologiyanın mövcud gücü ilə hazırda 

ayrı-ayrı ölkələrin daxili idarəçilik sistemləri arasındakı rabitə 

əlaqələrini nəinki kəsmək və pozmaq, hətta bu sistemə girərək, 

dezinformasiya yaymaq yolu ilə onların fəaliyyətini yönəltmək 

və sarsıtmaq mümkündür. Dünyada bəzən ayrı-ayrı qurumlar 

müasir informasiya kommunikasiya texnologiyalarının imkan-

larından istifadə edərək, beynəlxalq internet şəbəkələrində, bu 

və ya digər ölkələrin ərazilərində və “etibarlı mənbə” adı altın-

da xüsusi dezinformasiya yayır, dövlət qurumlarını, vətəndaş-

ları  və bütövlükdə ictimaiyyəti çaşdıran məqsədli fəaliyyət 

həyata keçirirlər. Bu da həmin ölkələrin daxili sabitliyini, ida-

rəetmə orqanlarının ahəngdar fəaliyyətini pozur ki, nəticədə 

milli təhlükəsizliyə xarici müdaxilə üçün əlverişli  şərait yara-

nır. Məsələn, bu gün bəzi Qərb dairələrinin elektron kəşfiyyat 

və xüsusi əməliyyatlar yolu ilə bir çox Şimali Afrika və  ərəb 

dövlətlərində  həyata keçirdiyi, dövlətlərin öz vətəndaşları  və 

cəmiyyətləri üzərindəki nəzarətini zəiflətməyə yönəlmiş müəy-




 

ßËÈ ÙßÑßÍΠ

 

992 


yən addımları 1992-1995-ci illərdə və digər dövrlərdə müxtəlif 

qüvvələr tərəfindən Azərbaycanda da həyata keçirilmişdir. 

Azərbaycanın o dövrkü informasiya və  təbliğat vəziyyətinin 

təhlili göstərir ki, dövlətin informasiya təhlükəsizliyi, demək 

olar, tamamilə xarici amillərin təsiri altında idi. Milli teleradio 

və  mətbuat vasitələrinin fəaliyyəti zəif olduğundan və bütün 

ölkə ərazisini əhatə edə bilmədiyindən, o zaman ictimai rəyin 

formalaşmasında və idarə edilməsində Rusiya, Türkiyə  və 

İranın, habelə beynəlxalq transmilli KİV-lərin rolu açıq-aşkar 

üstünlük təşkil edirdi.  

 Beləliklə, göründüyü kimi, Azərbaycan Respublikasının 

milli təhlükəsizliyi bu gün də ümumölkə səviyyəsində hərtərəf-

li informasiya təhlükəsizliyinin təmin olunmasından  əhəmiy-

yətli dərəcədə asılıdır. Odur ki, fikrimizcə ölkənin gələcək İn-

formasiya Təhlükəsizliyi Konsepsiyasında müasir qlobal dün-

yanın çağırışları, Azərbaycanın sabit, təhlükəsiz və dinamik 

inkişaf səviyyəsini əks etdirən effektli informasiya təhlükəsiz-

liyi siyasəti və  fəaliyyəti öz əksini tapacaq, dövlətin informa-

siya təhlükəsizliyi siyasətinin əsasları sistemləşdiriləcək, haki-

miyyət orqanlarının mövcud sahədəki fəaliyyət istiqamətləri 

dəqiqləşəcək və qarşıda duran vəzifələr müəyyən olunacaqdır.  

 Azərbaycan Respublikasında informasiya təhlükəsizliyi 

sahəsindəki  əsas vəzifələrin yerinə yetirilməsi, milli informa-

siya resurslarının qorunması və təhdidlərin qarşısının alınması, 

bu sahədə effektli tədbirlərin gücləndirilməsi məqsədi ilə son 

zamanlar dövlət səviyyəsində ciddi fəaliyyət başlanmışdır. Bu 

tədbirlər sırasında Azərbaycan Respublikası Prezidentinin Ra-

bitə və İnformasiya Texnologiyaları Nazirliyi yanında Elektron 

Təhlükəsizlik Mərkəzinin yaradılması haqqında 26 sentyabr 

2012-ci il tarixli və “İnformasiya təhlükəsizliyi sahəsində fəa-




 

ÀÇßÐÁÀÉÚÀÍÛÍ ÝÅÎÑÈÉÀÑßÒÈ  

 

 993


liyyətin təkmilləşdirilməsi tədbirləri haqqında 5 mart 2013-cü 

il tarixli Fərmanlarını qeyd etmək olar.

512

  

 “İnformasiya təhlükəsizliyi sahəsində  fəaliyyətin təkmil-



ləşdirilməsi tədbirləri haqqında Fərmanla ölkə başçısı Azər-

baycanda informasiya proseslərinin mühafizəsi, sabitliyi və 

fasiləsizliyi, dövlət orqanlarının informasiya ehtiyatlarının qo-

runması, bu sahədə  təhdidlərin qarşısının alınması, təhlili və 

qabaqlanması üçün dövlət və qeyri-dövlət informasiya infra-

strukturu subyektlərinin, onların istifadəçilərinin fəaliyyətinin 

əlaqələndirilməsi, kibertəhlükəsizlik sahəsində risklərin qiy-

mətləndirilməsi və idarə olunması, ümummilli hazırlığın və 

maarifləndirmənin təmin edilməsi məqsədi ilə Azərbaycan 

Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin bazasın-

da  Xüsusi Rabitə  və  İnformasiya Təhlükəsizliyi Dövlət Agent-

liyi yaratmış və onun əsas fəaliyyət prinsiplərini təsdiq etmiş-

dir. Rabitə  və  İnformasiya Texnologiyaları Nazirliyi yanında 



Elektron Təhlükəsizlik Mərkəzinin yaradılması haqqında Fər-

manda isə kibertəhlükəsizlik sahəsində informasiya infrastruk-

turu subyektlərinin fəaliyyətinin koordinasiyasını, mövcud və 

yarana biləcək elektron təhlükələr barədə ölkə  səviyyəsində 

məlumatlandırmanı,  əhalinin, özəl və digər qurumların kiber-

təhlükəsizlik sahəsində maarifləndirilməsini və onlara meto-

diki kömək göstərilməsini təmin edən əlaqələndirici mərkəzin 

yaradılmasını təmin edilmişdir. 

 Adlarından da göründüyü kimi, həm Agentlik, həm də 

Mərkəz əlaqəli şəkildə: 

  Azərbaycanda kibertəhlükəsizlik sahəsində informa-

siya infrastrukturunu subyektlərinin fəaliyyətinin 

koordinasiya edilməsini; 

                                                 

512

 Bax; http://president.az 




 

ßËÈ ÙßÑßÍΠ

 

994 


  informasiya sistemlərinin və şəbəkələrinin, kompyuter 

avadanlıqlarının və onların proqram təminatının, lokal 

və korporativ informasiya sistemlərinin və ehtiyatla-

rının təhlükəsizliyinə qarşı yönəldilmiş kiberhücum-

ların, qanunsuz müdaxilələrin, ziyanverici proqram-

ların toplanması, təhlil edilməsi və zərərsizləşdirilmə-

sini; 

   mövcud və yarana biləcək elektron təhlükələr barədə 



ölkə səviyyəsində məlumatlandırmanın həyata keçiril-

məsini, kibertəhlükəsizlik sahəsində istifadəçilərin 

maarifləndirilməsini; 

   elektron təhlükələrin qarşısının alınması istiqamətin-

də, o cümlədən istifadəçilərə qarşı istifadə oluna bi-

ləcək proqramlar, texniki vasitələr barədə təlimatların 

hazırlamasını, onlara tövsiyələrin verilməsini, meto-

diki dəstəyin göstərilməsini təmin edir; 

   ümumi internet trafikində qlobal kiberhücumların 

qarşısını almaq məqsədi ilə milli internet operatoru ilə 

birlikdə qabaqlayıcı tədbirlərin həyata keçirilməsini; 

   kibertəhlükəsizlik üzrə hazırlığı təmin etmək məqsədi 

ilə ölkədə  fəaliyyət göstərən digər aidiyyati qurum-

larla qarşılıqlı  əlaqənin təmin edilməsini öz üzərinə 

götürür.

513


 

 Bundan  başqa, 10 fevral 2014-cü ildə Respublika Prezi-

dentinin sərəncamı ilə “Azərbaycanda 2014-2018-ci illərdə 

dövlət sirrinin qorunması sisteminin inkişafı Dövlət Proqramı” 

təsdiq edilmişdir. Sərəncamda informasiya sahəsində dövlət 

sirlərinin və informasiya resurslarının qorunmasının koordi-

nasiyası Milli Təhlükəsizlik nazirliyinə həvalə edilmişdir.

514


 

                                                 

513

 Bax: http://www.cert.az/ 



514

 Bax: “Azərbaycan” qəzeti, 11 fevral 2014. 




 

ÀÇßÐÁÀÉÚÀÍÛÍ ÝÅÎÑÈÉÀÑßÒÈ  

 

 995


§ 5.9. Azərbaycanın ekoloji təhlükəsizlik siyasəti 

 

Son yüzillikdə dünyada elmi-texniki tərəqqinin sürətli in-



kişafı insan fəaliyyətinin  ətraf mühitə  təsirinin artmasına və 

təbiətin həddən artıq istismarına səbəb olmuşdur. Müasir 

dövrdə Yer kürəsində iqlimin getdikcə istiləşməsi, səhralaşma 

prosesinin daha geniş  əraziləri  əhatə etməsi, bioloji müxtəlif-

liyin kəskin azalması,  ətraf mühitin çirkləndirilməsi və s. 

dünyada qlobal ekoloji problemlərin yaranmasına, müxtəlif 

xəstəliklərin geniş yayılmasına səbəb olmuşdur. Vaxtında 

həllini tapa bilməyən və kiçik bir təbiət hadisəsi kimi izah 

olunan bəzi ekoloji problemlər indi artıq bəşəriyyət qarşısında 

qlobal, qarşısıalınmaz fəlakətlərlə başa çata biləcək prosesə 

çevrilmişdir.  

Ekoloji təhlükəsizliyin təmin edilməsi  hər bir dövlət 

üçün öz ərazisində  və onun ətrafında təhlükəli ekoloji  vəziy-

yətlərin qarşısının alınması, onların mənfi nəticələrinin maksi-

mum aradan qaldırılması üzrə milli tədbirlər sisteminin yara-

dılması və həyata keçirilməsini ehtiva edir. Ekoloji təhlükəsiz-

lik yalnız milli fəaliyyət deyil, qlobal geosiyasi məsələ oldu-

ğundan, onun əhatə dairəsi ayrıca götürülmüş bir ölkənin əra-

zisi, lokal strukturlar və yerli səviyyəli fəaliyyətlə məhdudlaş-

mır. Müasir dünya siyasətinin prinsiplərinə görə, bir ölkənin 

yaxud regionun iqtisadi-texniki inkişafı, digər dövlətlərin və 

bütövlükdə Yer kürəsinin ekoloji vəziyyətinin pisləşməsi hesa-

bına təmin oluna bilməz. Belə hal bilavasitə beynəlxalq hüquq 

normalarına ziddir.  

Azərbaycanın ekoloji vəziyyətinə  gəldikdə, qeyd etməli-

yik ki, Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq fəaliyyəti 

dövrü (1918-1920-ci illər) istisna olmaqla, XX əsrin sonla-

rınadək bu ölkənin  əraziləri və  təbii qaynaqlarının istismarı, 



 

ßËÈ ÙßÑßÍΠ

 

996 


xüsusən də neft sənayesi sahəsi əsasən xarici dövlətlərin və iş 

adamlarının əlində olmuşdur. 1920-ci illərin əvvəllərindən baş-

layaraq Azərbaycanın neft-qaz sənayesinin inkişafı SSRİ-nin 

ittifaq strukturlarının birbaşa rəhbərliyi ilə həyata keçirilmişdir. 

İttifaq miqyasında bu işə  səthi yanaşılması ucbatından ölkə 

ərazisi, xüsusən, Bakı  şəhəri və Abşeron yarımadası bir sıra 

ciddi ekoloji problemlərlə üz-üzə qalmışdır. Müasir dövrdə 

Azərbaycanın yaşadığı əsas ekoloji problemlərin çoxu da məhz 

keçmiş SSRİ-nin enerji ehtiyaclarına uyğun olaraq, uzun müd-

dət Abşeron yarımadasında, Xəzər dənizi və sahil ərazilərdə 

heç bir ekoloji tələb və nəticələr nəzərə alınmadan həyata keçi-

rilmiş neft-qaz hasilatının acı nəticələrinin aradan qaldırılması 

ilə bağlıdır. Bakı və Abşeronun neft hasilatı və yanacaq-enerji 

kompleksinin qurulması  ətraf mühitin çirklənməsinin  əsas 

mənbəyi kimi çıxış etmişdir. Bu sahədə  ən mühüm ekoloji 

problem ənənəvi neft çıxarılan ərazilərdə ətraf mühitin neft və 

neft məhsulları ilə çirklənməsi məsələsi olmuşdur. On illərlə 

həm ölkənin təbii ehtiyatları, neft məhsulları, faydalı yataqları, 

çayları, gölləri, torpağı, meşə örtükləri, flora-faunası  və s. 

SSRİ-nin ittifaq nazirlikləri tərəfindən ekoloji nəticələr nəzərə 

alınmadan, vəhşicəsinə istismar edilmişdir, həm də onun eko-

logiyasına aradan qaldırılması çox çətin olan zərbələr vurul-

muşdur. 

SSRİ-nin dağılmasından sonra digər postsovet ölkələri 

kimi, Azərbaycan da ekoloji təhlükəsizliyinin qeydinə qalmaq, 

məxsusi milli ərazilərdə  ətraf mühitin sağlamlaşdırılması  və 

mühafizəsi ilə bağlı ekoloji siyasət formalaşdırmaq və  həyata 

keçirmək zərurəti ilə üzləşdi. İlk dövrdə məlum iqtisadi, siyasi 

və sosial böhranla əlaqədar ölkə  rəhbərliyi ekoloji təhlükəsiz-

liyin təmin edilməsi istiqamətində ciddi işlər görə bilməsə də, 

1990-cı illərin sonundan başlayaraq, Azərbaycan özünün eko-



 

ÀÇßÐÁÀÉÚÀÍÛÍ ÝÅÎÑÈÉÀÑßÒÈ  

 

 997


loji təhlükəsizlik siyasətini formalaşdırmağa başladı. Bu sahə-

nin işi tezliklə ölkənin milli təhlükəsizliyinin  əsas istiqamət-

lərindən biri kimi dəyərləndirilərək, dövlət siyasəti səviyyəsinə 

qaldırıldı  və ekologiya sahəsində  təxirəsalınmaz tədbirlərin 

həyata keçirilməsinə başlandı. 

 “Ekoloji  təhlükəsizlik haqqında” Qanunda Azərbaycanın 



ekoloji təhlükəsizlik siyasətinin əsas məqsədi - insanın həyatını 

və sağlamlığını, cəmiyyəti, onun maddi və mənəvi dəyərlərini, 

ətraf mühiti, o cümlədən atmosfer havasını, kosmik fəza, su 

obyektləri, yerin təki, torpaq, təbii landşaft, bitki və heyvanlar 

aləmini təbii və antropogen amillərin təsiri nəticəsində yaranan 

təhlükələrdən qorumaq kimi xarakterizə edilmişdir.

515 

 

Bu qanunda və sonrakı dövrdə qəbul olunmuş ekoloji təd-



birlər haqqında milli fəaliyyət proqramında Azərbaycan Res-

publikasının ekoloji təhlükəsizlik sahəsində  dövlət siyasətinin 



əsas istiqamətləri və  vəzifələri  aşağıdakı kimi müəyyən edil-

mişdir:  

  ölkənin inkişaf strategiyasının formalaşdırılmasında və 

həyata keçirilməsində ekoloji  təhlükəsizliyin üstün 

qaydada təmin edilməsi;

 

  ekoloji təhlükəsizliyi ümumdünya, regional və yerli 



səviyyədə  təmin etmək məqsədi ilə beynəlxalq  əmək-

daşlığın inkişaf etdirilməsi;

 

  biosferin və onun bütün komponentlərinin qorunub 



saxlanılması  və ekoloji cəhətdən təhlükəsiz  şəraitin 

yaradılması; 

 

  ölkənin ərazisində, o cümlədən Xəzər dənizinin Azər-



baycan Respublikasına məxsus sektorunda dövlət və 

                                                 

515

 Bax:”Ekoloji təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanunu. 



http://e-qanun.az 


 

ßËÈ ÙßÑßÍΠ

 

998 


yerli özünüidarəetmə orqanlarının uzlaşdırılan ekoloji 

fəaliyyətinin təmin edilməsi; 

 

  təhlükəli və fövqəladə ekoloji vəziyyətlərin qarşısının 



alınması, bununla bağlı tədbirlər planının hazırlanması 

və ardıcıl həyata keçirilməsi;

 

  ətraf mühitə  mənfi təsir edən təsərrüfat və digər fəa-



liyyət növlərinə nəzarət olunması və s.

516  


Ekoloji təhlükəsizliyin təmin olunması Azərbaycan dövlə-

tinin və müvafiq strukturların qarşısında bir çox cari və strateji 

vəzifələrin həlli məsələsini qoymuşdur. Bunların sırasına 

aşağıdakılar daxildir:  

  təbii ehtiyatlardan ekoloji cəhətdən təhlükəsiz istifa-

dəyə  və  təsərrüfat subyektlərinin ekoloji təhlükəsiz-

liyinin tələblərinə əməl edilməsinə nəzarət etmək;  

  təhlükəli ekoloji vəziyyətlərin yaranması və genişlən-

məsinə səbəb olan halları və hadisələri aşkar etmək və 

proqnozlaşdırmaq; 

  ekoloji təhlükəsizliklə bağlı informasiya təminatını 

təşkil etmək və həyata keçirmək; 

  ekoloji təhlükəsizlik sahəsində  əhalinin təlimatlandı-

rılmasını təmin etmək;  

  ekoloji təhlükəsizliklə bağlı qanunvericilikdə müəy-

yən edilmiş vəzifələri həyata keçirmək və s.

517

 

Azərbaycanın müstəqillik illərində formalaşdırdığı ekoloji 



təhlükəsizlik siyasətinin  əsas istiqamətlərini respublika ərazi-

                                                 

516

 Bax:  “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına 



dair 2006-2010-cu illər üçün kompleks Tədbirlər Planı”. http://e-

qanun.az/print.php?internal 

517

 Bax:  “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına 



dair 2006-2010-cu illər üçün kompleks Tədbirlər Planı”. http://e-

qanun.az/print.php?internal 




 

ÀÇßÐÁÀÉÚÀÍÛÍ ÝÅÎÑÈÉÀÑßÒÈ  

 

 999


sində ekoloji vəziyyətin sağlamlaşdırılması, su ehtiyatlarının 

çirklənməsinin və torpaqların aşınmasının qarşısının alınması, 

biomüxtəlifliyin qorunması, yaşıllıqların artırılması, atmosfer 

havasının mühafizəsi, neft və digər tullantılarla çirklənmiş 

torpaqların təmizlənməsi, sənaye və məişət tullantılarının idarə 

olunmasının təkmilləşdirilməsi və s. təşkil edir.  

Əksər ölkələrdə olduğu kimi, Azərbaycanda da ətraf mü-

hitin mühafizəsi və  təbii sərvətlərdən səmərəli istifadə olun-

ması ekoloji təhlükəsizlik siyasətinin vacib istiqamətlərindən 

biri hesab olunur. Xüsusən,  ətraf mühitin antropogen və  təbii 

təsirlər nəticəsində yaranan təhlükələrdən qorunması ölkənin 

ekoloji təhlükəsizlik siyasəti ilə sıx şəkildə bağlıdır. Lakin bu 

sahədə uzun illərdən bəri yığılıb qalmış problemləri yalnız 

ölkənin daxili imkanları hesabına qısa müddətdə  həll etmək 

çox çətindir. Buna görə  də  ətraf mühitin mühafizəsi işində 

Azərbaycan hökuməti beynəlxalq, regional, ikitərəfli və çox-

tərəfli dövlətlərarası  əməkdaşlığın imkanlarından, qoşulduğu 

beynəlxalq konvensiyalar çərçivəsində həyata keçirilən tədbir-

lərdən və digər vasitələrdən geniş istifadə edir. Ekoloji təhlü-

kəsizliyin təmin olunması üçün beynəlxalq konvensiyalara qo-

şulmaqla, hər bir ölkə  həm beynəlxalq tələblərə  əməl etmək 

öhdəliyi götürür, həm də ekoloji siyasətini təmin etmək istiqa-

mətində ciddi beynəlxalq dəstək qazanır.  İndiyədək Azərbay-

can Respublikası ekologiya sahəsində 20-dək beynəlxalq kon-

vensiyaya qoşulmuş  və  ətraf mühitin mühafizəsi sahəsində 

beynəlxalq standartlara cavab verən milli qanunvericilik sis-

temi yaratmışdır. 

Ətraf mühitin mühafizəsi sahəsində qarşıda duran əsas 

vəzifələrdən biri də Abşeron yarımadasının antropogen təsirlər 

nəticəsində çirklənmiş ərazilərinin təmizlənməsidir. Abşeronda 

belə  ərazilərin ümumi sahəsi 33,3 min hektardır. Bunun da 



 

ßËÈ ÙßÑßÍΠ

 

1000 


10,6 min hektarı neft və neft məhsulları ilə çirklənməyə məruz 

qalmışdır. Bundan başqa, yarımadada 3325 hektar ərazini 

əhatə edən, tullantı və lay suları ilə çirklənmiş 200-ə qədər göl 

və gölməçə mövcuddur. 

Ölkə  əhalisinin 1/3-nin yaşadığı Bakı  şəhəri və Abşeron 

yarımadasını illərlə toplanmış neft, istehsalat və məişət tullan-

tılarından təmizləmək, ölkənin yanacaq-enerji və sənaye kom-

pleksinin, məişət tullantılarının  ətraf mühitə  mənfi təsirini 

məhdudlaşdırmaq,  şəhər təsərrüfatını  və  ətraf aləmin mühafi-

zəsini Avropanın ekoloji normalarına yaxınlaşdırmaq vəzifəsi 

ölkənin ekologiya sahəsində həyata keçirdiyi ən önəmli layihə-

lərdən biri olmuşdur. Azərbaycan Prezidenti İlham  Əliyevin 

qeyd etdiyi kimi, Bakı və Abşeron yarımadasında “İllər, əsrlər 

boyu neftlə çirklənmiş gölməçələr, yerlər, ekoloji cəhətdən 

məqbul olmayan mənzərə vardır. Biz son illərdə bu istiqamət-

də çox böyük işlər görmüşük. Çünki neft hasilatı Azərbaycan-

da artıq 200 ilə yaxındır ki, aparılır. Ancaq əfsuslar olsun ki, 

ekoloji vəziyyətə diqqət lazımi səviyyədə olmamışdır. Ona gö-

rə biz ekoloji vəziyyətlə bağlı  məsələləri daim diqqət mərkə-

zində saxlayırıq”.

518 

Son illər bu sahədə mövcud problemlərin 



aradan qaldırılması üçün dövlət səviyyəsində çox ciddi və 

bahalı ekoloji təmizlik layihələri həyata keçirilir, neftçıxarma-

da, neft-qaz və digər sənaye sahələrində ekoloji baxımdan 

səmərəli və  təhlükəsiz istehsal texnologiyaları  tətbiq olunur, 

enerji sektoruna və  şəhər təsərrüfatına yönəlmiş investisiya 

layihələrində ekoloji məsələlərin qoyuluşuna xüsusi diqqət 

yetirilir.  

                                                 

518 

Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının 



yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında İlham Əliyevin 

nitqi (13 aprel 2014) http://president.az/articles/11475 



Yüklə 21,71 Mb.

Dostları ilə paylaş:
1   ...   310   311   312   313   314   315   316   317   318




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə