Microsoft Word geosiyaset son doc



Yüklə 21,71 Mb.
Pdf görüntüsü
səhifə5/318
tarix15.07.2018
ölçüsü21,71 Mb.
#55988
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   318

 

ÀÇßÐÁÀÉÚÀÍÛÍ ÝÅÎÑÈÉÀÑßÒÈ  

 

 13


nəlxalq və regional vəziyyəti təhlil etmək, ölkəni  əhatə edən 

coğrafi, hərbi-geostrateji, geosiyasi və geoiqtisadi mühiti öy-

rənmək, məxsusi milli inkişaf və təhlükəsizlik siyasəti forma-

laşdırmaq  kimi strateji vəzifələr qoyur. 

Müstəqil dövlət kimi hər bir ölkənin dünya  birliyində tut-

duğu mövqe və qazandığı nüfuz onun  beynəlxalq, regional və 

milli səviyyələrdə reallaşdırdığı milli inkişaf xəttindən, həyata 

keçirdiyi  geosiyasətin çevikliyindən, səmərəliliyindən və ətraf 

aləmlə yaratdığı effektiv geosiyasi münasibətlərdən asılı olur. 

Azərbaycanın region və dünya ölkələri ilə geosiyasi münasi-

bətlərinin, milli inkişaf və  təhlükəsizlik sahəsində yürütdüyü 

xarici siyasət strategiyasının əsas vəzifələrindən biri Prezident 

İlham Əliyevin söylədiyi kimi, ölkənin müstəqilliyini möhkəm-

lətmək, davamlı inkişafını və suveren dövlət hüquqlarını təmin 

etmək,  beynəlxalq münasibətlərin  əksər subyektləri ilə qarşı-

lıqlı faydalı münasibətlərini yaratmaq və milli maraqlarını 

maksimum qorumaqdan ibarətdir.

1

  



Azərbaycanın Avropa və Asiyanın nəqliyyat-kommunika-

siya xətlərinin kəsişmə nöqtəsində, geosiyasi, hərbi-geostrateji 

və geoiqtisadi cəhətdən mühüm əhəmiyyət kəsb edən, enerji 

qaynaqları ilə  zəngin Avrasiya məkanında  yerləşməsi onun 

beynəlxalq, regional  və milli maraqlarının  əsas istiqamətləri 

və mexanizmlərinin müəyyənləşməsinə həlledici təsir göstərir. 

Məlumdur ki, Avrasiyanın ən əhəmiyyətli bölgələrindən hesab 

olunan  Xəzər-Qara dəniz hövzəsi  və  Cənubi Qafqaz Rusiya 

üçün daim  xüsusi əhəmiyyət daşımış, son iki əsrə yaxın müd-

dət  ərzində onun geosiyasi təsiri, hərbi-geostrateji və geoiqti-

sadi nəzarəti altında olmuşdur. Sovet İttifaqının dağılmasından 

sonra bu məkanda bir müddət  nisbi “geosiyasi boşluğun” ya-

ranması  ümumi geosiyasi mühitə  mənfi təsir göstərən etnik 

                                                 

1

 Bax:  Azərbaycan Respublikasının Prezidenti İlham  Əliyevin nitqləri, çıxış-



ları, müsahibələri, və bəyənatları //http://president.az/articles/11725 


 

ßËÈ ÙßÑßÍΠ

 

14 


separatizmə, milli qarşıdurmalara və dezinteqrasiya proseslə-

rinə təkan vermişdir. Bundan başqa, bu regiona nəzarət Avra-

siyanın daha geniş ərazilərini təsir dairəsində saxlamağa şərait 

yaratdığından, Rusiya ilə yanaşı digər beynəlxalq güclər, bö-

yük dövlətlər də bu məkanda öz geosiyasi, geoiqtisadi və 

hərbi-geostrateji  maraqlarını ortaya qoymuşlar. 

 XX  əsrin sonlarından başlayaraq Xəzər-Qara dəniz höv-

zəsi və  Cənubi Qafqaz həm də transkontinental enerji, nəq-

liyyat-kommunikasiya  əlaqələndiricisi və beynəlxalq enerji 

təhlükəsizliyi sisteminin təsiredici mərkəzlərindən birinə çev-

rilmişdir. Bütün bunlar həm bölgənin ümumi geosiyasi və-

ziyyətinə, həm də yerli ölkələrin beynəlxalq, regional və milli 

siyasətinə mühüm təsir göstərmişdir.   

Mütəxəssislərin fikrinə görə, Xəzər-Qara dəniz hövzəsi və 

Cənubi Qafqazın geosiyasi, geoiqtisadi və hərbi-strateji mühi-

tinin formalaşması  və sabitliyində Azərbaycanın  yürütdüyü   

milli, regional və beynəlxalq siyasət xüsusi önəm daşıyır. Bu 

siyasətin əsas istiqamətindən biri ölkənin regionda gedən əksər 



geosiyasi və geoiqtisadi proseslərdə fəal  iştirakının təmin edil-

məsi və bütün sahələr üzrə milli maraqlarının qorunmasıdır.  

 Hazırda regionun geosiyasi, geoiqtisadi və hərbi-geostra-

teji həyatında yerli ölkələrlə yanaşı üç əsas geosiyasi aktor   – 

Rusiya, ABŞ  və Avropa Birliyi öz milli maraqlarını maksi-

mum formada reallaşdırmağa  çalışır. Odur ki, bu məkandakı 

beynəlxalq, regional və lokal maraqların təsnif olunması, ümu-



mi geosiyasi mühitin formalaşmasına, hər bir yerli və beynəl-

xalq aktorun geosiyasi fəaliyyətinə    təsir göstərən amillərin, 

regionda  maraqları  təmsil olunan dövlətlərin və  beynəlxalq 

güclərin siyasi, hərbi, enerji, informasiya və iqtisadi  strategi-

yalarının,  geosiyasi  proseslərin mümkün inkişaf ssenariləri-

nin araşdırılması elmi-nəzəri və praktiki cəhətdən getdikcə 

aktuallaşır.  


 

ÀÇßÐÁÀÉÚÀÍÛÍ ÝÅÎÑÈÉÀÑßÒÈ  

 

 15


90-cı illərin  əvvəlindən Ümummilli Lider Heydər 

Əliyevin rəhbərliyi altında Azərbaycanın milli inkişafının, 

təhlükəsizlik, enerji, nəqliyyat-kommunikasiya-dəhliz, infor-

masiya və s. siyasətinin nəzəri və praktiki əsaslarının, ölkənin 

əsas inkişaf resurslarının  formalaşdırılması, müstəqil dövlətin 

həyati maraqlarının çərçivəsinin müəyyənləşməsi və  təmin 

olunması, cəmiyyətin sosial-iqtisadi, siyasi və  mənəvi  əsasla-

rının yeni dəyərlər və prinsiplər  əsasında qurulması kimi və-

zifələr milli siyasətin xüsusi istiqamətinə çevrilərək,  dövlət 

quruculuğu prosesinin  təxirəsalınmaz və vacib məsələlərinə 

çevrilmişdir. Buna görə  də  ölkənin milli və geosiyasi maraq-

larının bütün səviyyələrdə təmin olunması  ilə bağlı reallaşdır-

dığı xarici siyasət fəaliyyətinin  öyrənilməsi, qarşıda dayanan 

məqsəd və vəzifələrin elmi-konseptual baxımdan araşdırılması 

Azərbaycan siyasətşünaslığında  mühüm  aktuallıq kəsb edir. 



Azərbaycanın ətraf aləmlə geosiyasi münasibətlərini,   beynəl-

xalq, regional və milli siyasətinin əsas hədəflərini, hər səviyyə 

üzrə  vəzifə  və istiqamətlərini müəyyənləşdirən və  tədqiq edən 

ümumiləşmiş  əsərlərin yazılmasına isə müasir dövrdə xüsusi 

ehtiyac duyulur.     

Oxuculara təqdim edilən birinci kitabda-  “Geosiyasət” 

adlanan dərslikdə, müəllif  əsas diqqətini  geosiyasətin ayrıca 

bir elm sahəsi olaraq meydana gəlməsi və inkişafı tarixinə, bu 

elmin  əsas anlayışlarının yaranması, formalaşması  və inkişa-

fının tarixşünaslığına yönəltmiş, geosiyasət elminin nəzəri 

mənbələri, qanunauyğunluqları, obyekt və predmeti, kateqori-

yaları, aktorları ilə bağlı klassik geosiyasət xadimlərinin və 

müasir geosiyasi tədqiqatçıların baxışlarını  təhlil etmiş, müx-

təlif dövrləri və  fərqli geosiyasi məktəbləri təmsil edən siya-

sətşünasların ideya və  nəzəriyyələrini araşdırmış  və qarşılıqlı 

şəkildə müqayisə etmişdir. 

Birinci kitabda, həmçinin müasir Qərb dövlətlərinin, 

Rusiya, Çin, Türkiyə və digər böyük ölkələrin aparıcı geosiyasi 




Yüklə 21,71 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   318




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə