Microsoft Word geosiyaset son doc



Yüklə 21,71 Mb.
Pdf görüntüsü
səhifə6/318
tarix15.07.2018
ölçüsü21,71 Mb.
#55988
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   318

 

ßËÈ ÙßÑßÍΠ

 

16 


tədqiqatlarından və ümumiləşmiş  əsərlərindən istifadə olun-

maqla ilk dəfə azərbaycandilli oxucular üçün ümumi şəkildə: 

1648-ci ildən başlayaraq müasir dövrə qədər dünyada cərəyan 

edən  əsas geosiyasi hadisələr, planetin geosiyasi xarakteristi-

kası, geosiyasi güc mərkəzləri və onlar arasındakı münasibət-

lər, qloballaşan dünyada geosiyasi məsələlərə yeni baxışlar, 

milli-dövlət maraqları uğrunda mübarizə və yeni dünya nizamı, 

bəşəriyyəti təhdid və  məşğul edən  əsas iqtisadi, siyasi, enerji 

təhlükəsizliyi, qlobal nəqliyyat-kommunikasiya, ticarət, xam-

mal, beynəlxalq daşımalar kimi məsələlərin mövcud vəziyyəti 

və perspektivləri haqqında geniş  məlumatlar toplanmış  və 

oxucuların geosiyasi biliklərini, təsəvvür və anlayışlarını 

dərinləşdirən materiallar təqdim olunmuşdur.  

 “Geosiyasət” dərsliyinin ikinci hissəsi kimi yazılmış ( ll 

kitab)  mövcud kitab isə dünyanın aparıcı ölkələrinin və  regio-

nal güclərin Azərbaycanın yerləşdiyi Avrasiya məkanında, 

Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazda nümayiş etdir-

dikləri geosiyasi, geoiqtisadi və hərbi-geostrateji maraqlara və 

yürütdükləri  geosiyasətə, bu siyasətin Azərbaycanın bugünkü 

və  gələcək geosiyasi vəziyyətinə göstərdiyi, yaxud göstərə 

biləcəyi  təsirə, onun ətraf ölkələrlə geosiyasi münasibətlərinə 

və s. məsələlərə həsr edilmişdir. 

 Dərslikdə  əksəriyyəti elmi dövriyyəyə ilk dəfə  gətirilən 

yerli və xarici- türk, rus, ingilis və s. dillərdə  nəşr edilmiş 

zəngin mənbə və ədəbiyyat, internet ehtiyatları əsasında Azər-

baycanın geosiyasəti və xarici aləmlə geosiyasi münasibətlə-

rinin, milli inkişaf siyasətinin  əsasları, məqsəd və  vəzifələri, 

istiqamətləri və mexanizmləri geniş politoloji  təhlil olunur,  

həyata keçirilən  siyasət  araşdırılır. 

Dərslikdə  həmçinin, Azərbaycanın geosiyasi inkişaf tari-

xinə, müstəqil dövlət olaraq müasir milli  maraqları  və onun 

təmin edilməsi ilə bağlı yürütdüyü geosiyasətin  şərhinə, öl-

kənin geosiyasi və geostrateji kodunun, xarici və milli siyasət 



 

ÀÇßÐÁÀÉÚÀÍÛÍ ÝÅÎÑÈÉÀÑßÒÈ  

 

 17


konsepsiyasının hazırlanması, milli maraqlar və onun çərçi-

vəsinin müəyyənləşməsi kimi çoxsaylı geosiyasi məsələlərə də 

geniş diqqət ayrılmış, dövlətin geosiyasi gələcəyi ilə bağlı 

mövcud təhdidlər və yarana biləcək problemlər, onların aradan 

qaldırılması yolları şərh edilmişdir.  

Geosiyasət elminin vəzifəsi təkcə akademik formada bə-

şəriyyətin birgəyaşayış normalarını  və  təhlükəsizliyini plan-

laşdırmaqla yekunlaşmır. Bu elm həm də praktiki fəaliyyət 

üçün rəhbər tutulan tətbiqi sahə hesab olunur və  beynəlxalq 

siyasətdə müxtəlif açıq və qapalı cəmiyyətləri dəyərləndirmək, 

fərqli iqtisadi-sosial, ekoloji, demoqrafik, informasiya, dini, 

mədəni vəziyyəti olan ölkələrlə qarşılıqlı  əlaqələri düzgün 

qurmaq anlamında hər bir dövlətin ali rəhbərlərində, siyasi və 

ictimai xadimlərdə, idarəçilik, hərbi, təhlükəsizlik və strateji 

planlama ilə  məşğul olan məmurlarda,  millət vəkillərində  və 

bütün milli elitada geniş geosiyasi düşüncə yaratmaqdan iba-

rətdir. Odur ki, dərslikdə Azərbaycanın geosiyasi perspektiv-

lərində mühüm əhəmiyyət kəsb edən dünyanın və regionun 

geosiyasi güc mərkəzləri ilə  əlaqələri və münasibətlərinə, xü-

susən Xəzərin enerji resurslarının istismarı  və dünya bazar-

larına çıxarılması, neft və  təhlükəsizlik strategiyasının hazır-

lanması  və  həyata keçirilməsi,  Şərq-Qərb nəqliyyat-kommu-

nikasiya dəhlizinin yaradılması  və  təhlükəsizliyinin təmin 

edilməsi ilə bağlı  məsələlərinin həllinə, bu sahədə yürüdülən 

strateji dövlət siyasəti və atılan praktiki addımlara geniş yer 

ayrılmiş,  Azərbaycanın dünyanın, regionun və Avropanın təh-

lükəsizlik, enerji, tranzit-keçid, beynəlxalq daşıma və  nəqliy-

yat-kommunikasiya sistemində  iştirakı  məsələləri, onu təhdid 

edən təhlükəsizlik, enerji, demoqrafik və s. kimi qlobal pro-

seslər haqqında  praktiki  tövsiyələr verilmişdir.   

Beynəlxalq münasibətlərin bütün səviyyələrində - ölkələr-

arası, təşkilatlararası  və  hətta, ayrıca götürülmüş  fərdlərarası  

əlaqələrdə geosiyasi vəziyyətin düzgün qavranması, məlumat-



 

ßËÈ ÙßÑßÍΠ

 

18 


ların, biliklərin qiymətləndirilməsi çox mühüm əhəmiyyət kəsb 

edir. Düşünürük ki, təqdim olunan «Azərbaycanın geosiya-



səti»  dərsliyi bu mənada  ali məktəblərin müvafiq ixtisasları 

üzrə  təhsil alan  tələbələri, aspirant və doktorantlar,  o cüm-

lədən müəllimlər və  elmi işçilər üçün  mühüm əhəmiyyət kəsb 

edəcəkdir. İnanırıq ki, Azərbaycanda ilk ümumiləşmiş tədqiqat 

əsəri kimi bu kitab həm də müvafiq sahədə çalışan dövlət mə-

murları  və qulluqçular, habelə geniş oxucu kütləsi, aidiyyatı 

mütəxəssislər,  siyasətçilər, millət vəkilləri və  ən geniş intel-

lektual təbəqə - milli elita üçün dəyərli töhfə olacaqdır. 

 

 



 

ÀÇßÐÁÀÉÚÀÍÛÍ ÝÅÎÑÈÉÀÑßÒÈ  

 

 19


 

 

 

 

 



 

 

 

 

 

 

 

 



ÀÇßÐÁÀÉÚÀÍÛÍ ÜÅÎÑÈÉÀÑÈ ÈÍÊÈØÀÔ  

ÒÀÐÈÕÈ Âß ÕÀÐÀÊÒÅÐÈÑÒÈÊÀÑÛ,  

ÌÖÀÑÈÐ ÌÈËËÈ ÈÍÊÈØÀÔ  

ÑÈÉÀÑßÒÈÍÈÍ ßÑÀÑËÀÐÛ  



 

 

 

 

 

 


Yüklə 21,71 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   318




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə